Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

48
ustalığı,  enksiklopedik  biliyi  və  hazırlanan  kadrların 
savadının pedaqoji məktəb səviyyəsindən universitet tə-
lə bələri  səviyyə sinədək  qal dırılması  bu  məktəbə  haqlı 
şərəf, şöhrət, nüfuz gətirmişdi. İrəvan Pedaqoji məktəbinə 
daxil olmaq ən yüksək mü sabiqəli ali məktəbə qəbuldan 
çətin idi. Məktəbdə olan daxili intizam, yığcamlıq, yüksək 
təhsil vermək ənənəsi, yaxşı oxuyanların hörmətini layiq 
olduğu səviyyəyə qaldırmaq bizi valeh edirdi”. (5, 186)
Texnikumun 4 mərtəbəli bina ilə təmin edilməsi təd-
risi lazimi səviyyədə qurmağa əlverişli şərait yaratmışdı. 
Vaxtilə 1 tədris otağına malik olan texnikumda artıq 18 
sinif  otağı  var  idi.  2-ci  və  3-cü  mərtəbələrində  dərslər 
keçirilir, 4-cü mərtəbəsi isə 75 nəfərlik yataqxana kimi 
İrəvan Pedoqoji məktəbinin yeni binası. 1934


49
fəaliyyət  göstərirdi.  (25)  Bundan  başqa  tələbələr  üçün 
yeməkxana,  idman  zalı  təşkil  edilmiş,  onların  mədəni 
ehtiyacını  ödəmək  üçün  bir  kino  aparatı  alınmış,  kino 
üçün  böyük  bir  klub  hazırlanaraq  tələbələrin  ixti yarına 
verilmişdir.  Bütün  kabinet  və  laboratoriyalar  müəyyən 
qədər avadanlıqla təchiz edilmişdir. Texnikumda  fizika, 
kim ya,  biologiya,  coğrafiya,  hərbi  və.s  kabinet  və 
laborato riyaların  olması  dərslərin  daha  da  keyfiyyətli 
keçirilməsinə və onların  təcrübə ilə  əlaqələndirilməsinə 
müsbət  təsir  göstərirdi.  Texni kumda  xüsusi  sənətxana 
da  fəaliyyət  göstərirdi  ki,  bu  da  poli texnik  işlərini 
daha  da  gücləndirirdi.  Tələbələrin  maddi  və  məişət 
vəziyyətinin  yaxşılaşdırılması,  texnikumun  maddi-tex  -
niki bazasının möhkəmləndirilməsi, inventar, ava dan lıq 
və.s  ləvazimatlarla  təmin    edilməsi  bu  tədris  oca ğının  
müvəffəqiy yət  dərəcəsinin    ildən-ilə  artmasının    nəti-
cələrində də özünü göstərir.
1934-cü ildə texnikumun nəzdində həm də bir illik 
müəllimlər  kursu  açılmışdır  ki,  bu  kursa  da  36  nəfər 
qəbul edilmişdir. Onu da qeyd edək ki, hazırlıq kursları 
texnikumun  yarandığı  ilk  illərdə  də  səmərəli  fəaliyyət 
göstərirdi. Amma 1929-cu ildə həmin kursların fəaliyyəti 
dayandırılmış, 1934-cü ildə isə yenidən bərpa edilmişdir.
1934-cü  ildə  İbrahim  Axundov  texnikumun  tədris 
işləri üzrə şöbə müdiri təyin olunur. Onu da qeyd edək 
ki,  texni kumun  yeni  rəhbərliyinin  səyi  nəticəsində 
1934-35-ci tədris ili üçün tələbə qəbulunun sayının artı-
rılmasında da böyük  irəliləyiş əldə edilmişdir. Belə ku, 


50
texnikuma tələbə qəbulunun sayı xeyli artaraq 120 nəfərə 
çatdırılmışdır.  Texnikumun  rəh bərliyinin  ciddi      çalış-
maları nəticəsində  tədris prosesi üçün həlli vacib olan 
bir sıra məsələlər yüksək peşəkarlıqla həll edildiyindən 
1934-cü tədris ilində dərslər vaxtında sentyabr ayının 15-
də başlamışdır. (20)
Texnikumda  kitabxananın  yaradılması  da  tədris 
pro sesinin uğurla davam etməsində və tələbələrin bilik 
səviyyə lərinin, ümumi dünya görüşlərinin artmasında çox 
böyük rol oynamışdır. Məlumdur ki, hər hansı bir tədris 
müəssisəsində  kitabxanasız  keçinmək  mümkün  deyil. 
Texnikumun   rəhbərliyi Azərbaycandan və  digər  başqa 
şə hərlərdən  müxtəlif  adda  kitab lar,  qəzet  və  jurnallar 
alırdı ki, bununla da kitabxana fondu getdikcə daha da 
zənginləşirdi.
Bir  sıra  faktlar  göstərir  ki,  pedaqoji  texnikumun 
müəy yən  uğurlara  nail  olmasında,  pedaqoji  kollektivlə 
yanaşı,  tələbə    heyətinin  də  rolu  olmuşdur.  Beləliklə, 
texnikum  coşğun  fəaliy yət  göstərir,  özünün  pedaqoji 
kadrlar hazırlanması işinin öhdə sin dən layiqincə gəlirdi. 
Hər qrupa təhkim edilmiş müəllimlər sinif rəhbəri kimi 
tələbələrin  tədris  nizam-intizam  işlərinə  rəhbərlik  edir, 
zəif  tələbələrlə  müəyyən  ardıcıllıqla  iş  aparırdı.  Tə-
ləbələrin  müvəfəqiyyət  dərəcəsini  yüksəltmək  tex-
nikumun  həyatında  ən  mühüm  məsələlərdən  biri  idi. 
1935-ci tədris ilində pedaqoji texnikumun tələbələrinin 
müvəfəqiyyət  dərəcəsinə  dair  rəqəmlər  sübut  edir  ki, 


51
əvvəlki illərə  nisbətən bu göstərici daha da yüksələrək 
95 faiz təşkil edir.
Bir   sıra  çətinliklərə  baxmayaraq  azərbaycanlı  pe-
daqoji    texnikumu    1934-35-ci  tədris  ilini  uğurla  başa 
vur muşdu.  1935-ci  ildə    texnikumu  21  nəfər,  bir  illik 
müəllimlər  hazırlığı  kur sundan  isə  29  nəfər  bitirmişdi 
(20)  Həmin  il  pedaqoji  texni kumu  bitirənlər  dövlət 
imtahanlarını gözəl göstəricilərlə başa vurmuşlar. Imta-
hanların  nəticələri haqqında məlumatlardan aydın olur 
ki, Hüseyn Əliyev, Həsən Həsənov, Ağayəddin Telanov, 
Qulu Mahmudov, Tanrıverdi Qasımov və Lətif Göyüşov, 
Əli  Mirzəyev  dövlət  imtahanlarını  müvəfəqiyyətlə 
vermişdi. Yuxarıda adlarını qeyd et diyimiz məzunlar hələ 
tələbəlik illərində texnikumun ictimai, mədəni həyatında 
fəal iştirak etdiklərinə görə tədris müəssisəsinin rəhbərliyi 
tərə findən bir necə dəfə  mükafata layiq  görülmüşlər.
Texnikumun  Pedaqoji  şurası  1934-35-ci  dərs  ilinə 
ye kun  vurarkən  tələbələrin  müvəfəqiyyət  dərəcəsinin 
yüksəldil məsində böyük əmək sərf etmiş müəllimlərdən 
4 nəfərini və imtahanlarda yüksək bilik nümayiş etdirən 
tələbələrdən isə 16 nəfərini istirahət evinə göndərməklə 
mükafatlandırmışdır.
1935-ci ildə M.S.Ordubadi, M.Müşfiq, M.Hüseyn və 
başqalarından ibarət nümayəndə heyəti İrəvanda səfərdə 
olarkən Pedaqoji texnikumun müəllim və tələbə kollektivi 
ilə görüş keçirmişlər. M.S.Ordubadi texnikumunun mü-
əllim və tələbə heyəti qarşısında çıxış edərkən bu tədris 
ocağının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə