Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

44
nəzəri keçirilirdi. Hətta tələbələrin məskunlaşdığı yataq-
xanada  işıq  olmadığından,  tələbələr  dərslərinə  çıraq 
işığında  hazırlaşmağa  məcbur  olurdular.  Yuxarıda 
qeyd  etdiyimiz  kimi  tələbə  və  müəllimlərin  yaşayış 
şəraiti hədsiz dərəcədə ağır olduğu kimi, dərs keçməyə 
sinif  otaqları  da  olmurdu.  1933-cü  ildə  Bəhlul Yusifov 
texnikuma  direktor  təyin  olunduqdan  sonra,  bu  tədris 
ocağının həyatında ciddi dönüş baş verir.
B.Yusifov  1903-cü  ildə  Vedi basarda  anadan 
olmuşdur. O, 1920-ci ildə partizan hərəkatına qo şularaq, 
Abasqulu bəy Şadlinskinin yaratdığı 
“Qırmızı tabor”un tər kibində erməni 
daşnaklarına  qarşı  vuruşmuşdur. 
1921-26-cı  illərdə  Ve didə  müəllim 
işləmiş  azərbaycanlı  əhali  arasında 
savadsızlığın ara dan qaldırılmasında, 
gənclərin  təhsilə  cəlb  edilməsində 
böyük  rol  oynamışdır.  1927-
ci  ildə  Gümrü  qəza  komitəsinin 
Amasiya 
rayonunda 
təlimatcı 
vəzifəsində çalşmışdır. 1928-ci ildə Zaqafqaziya  Kom-
minist  Universitetinə  daxil  olmuş,  1933-cü  ildə  oranı 
bitirdikdən  sonra,  elə  həmin  ildə  İrəvan Türk  Pe daqoji 
texnikumuna direktor təyin olunur. 1933-cü ildən 1942-
ci  ilədək  pedaqoji  texnikumun  direktoru  vəzifəsində 
çalışır.  1940-cı  ildə  təhsil  sahəsindəki  xidmətlərinə 
görə “Əməkdar müəllim” adına layiq görülür. 1942-43-
cü  illərdə  Zəngibasar  rayonu  MTS-ın  siyasi  şöbə  rəisi 
Bəhlul Yusifov


45
vəzifəsində işləmişdir. 1944-46-cı illərdə yenidən İrəvan 
Pedaqoji məktəbə rəhbərlik etmişdir. 1944-46-cı illərdə 
yenidən  İrəvan  Pedaqoji  məktəbə  rəhbərlik  etmişdir. 
1946-cı  ildə  aspiranturaya  daxil  olur  və  1952-ci  ildə 
namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri 
namizədi  adına  layiq  görülür.(6)  1950-ci  ildən  Neft  və 
Kimya  İnstitutunda  müəllim,  dosent,  kafedra  müdiri 
vəzifələrində  çalışmışdır.  Ömrünün  böyük  bir  hissəsini 
elmə, təhsilə, milli pedaqoji kadrların hazırlanması işinə 
həsr etmiş, gözəl təşkilatcı, böyük insan B.Yusifov 1984-
cü ildə dünyasını dəyişmişdir. 
B.Yusifov  texnikuma  direktor  təyin  olunduqdan 
sonra  tədrisin  keyfiy yətinin  yüksəldilməsi,  tədris  üzrə 
proq ramların  dərs  vəsaitlərinin  əldə  olun ması,  tələbə 
kontinentinin sayının artı rıl ması sahəsində ciddi iş apar-
mışdır. Tex nikumda tədris və ictimai həyatını, eləcə də 
digər  məsələləri  qaydaya  sal maq  üçün  çox  böyük  işlər  
görülürdü. 1933-cü ilin ortalarından vəzifəsi nin icrasına 
başlayan  B.Yusifov  qısa  müd dətdə  tələbələrin  paltar, 
ayaqqabı və.s ləvazimatlarla təmin edilməsinə, dəhlizdə 
və yerdə dərs keçmək kimi halların aradan qaldırılmasına, 
tələbələr üçün yeməkxana və burada olan 5 qrupun hər 
birinin  xüsusi  dərs  otağı  ilə  təmin  olunmasına  nail  ola 
bilmişdi.  Texnikumda  tələbə  yataqxanası  sarıdan  da 
vəziyyət olduqca acınacaqlı idi. Balaca, basırıq, darısqal 
rütubətli  bir  otaqda  30-dan  artıq  tələbə  yaşayırdı. 
Tələbələrin mədəni rahatlığı üçün minimum şərait belə 
yox  idi.  Texnikumun    rəhbərliyi  aydın  dərk  edirdi  ki, 


46
təhsilin keyfiyətini və mü vəfəqqiyət 
dərəcəsini qaldırmaq üçün bu tədris 
ocağının  müstəqil  bina  ilə  təmin 
edilməsinə  kəskin  zərurət  var. 
Texnikum  rəhbərliyinin  və  digər 
qeyrətli ziyalılarımızın milli iradəsi 
və  səyi  nəticəsində  uzun  müddətli 
gərgin  mübarizədən  sonra  pedaqoji 
texnikum  1934-cü  ildə  müstəqil 
bina  ilə  təmin  edildi.  Beləliklə, 
texnikumun  rəh bərliyi  burada  dərs 
demək üçün ali təhsilli müəllimlərin 
cəlb  edilməsi  məsələsini  də  təcili 
olaraq  nəzərdən  keçirib,  bu  işin 
də  qaydaya  salınmasına  nail  ola 
bilmişdi.  Çünki    texnikum  ali  təh-
silli pedaqoji kadrlar sarıdan ki fayət 
qədər təmin edilməmişdir. Qısa vaxt 
ərzində 
tex-
nikumda  dərs 
deyən  ali  təhsilli  pedaqoji  kadr-
ların sayı nəzərə çarparaq dərəcədə 
art mışdı.  1934-cü  illərdə  pedaqoji 
tex  nikumda  Azərbaycan  dili  və 
ədə biy yatdan  Nəsib  Əfəndiyev, 
Müzəffər  Nəsirli, Abbas   Azəri,  ta-
rixdən-Nəzər  Paşayev,  pedaqogika 
və  pedalogiyadan  Tacirə  Bağırova, 
Zəhra Abbasova
Mamed Həsənov
Kərəm Abbasov


47
Zəhra  Abbasova,  fizika  və  riyaziy-
yatdan  Mamed  Həsənov  və  Kərəm 
Abbasov  kimi  işıqlı  simalar  dərs 
deyirdilər. 
Texni kumda yüksək səviyyəli ali 
təhsilli pedaqoqların olması  tədri sin 
keyfiy yətinin daha da yüksəlməsinə, 
erməni  şovinizmi  əhatəsində  bütün 
çətinliklərə,  mane ələrə  baxma-
yaraq, 
azər-
baycanlı  pedaqoji  texnikumu  təhsil 
sistemində öz uğurları ilə mövqeyini 
daha  da  möhkəmləndirə  bilmişdi. 
Bu  texnikum  Cənubi  Qafqazda 
ali  məktəb  səviyyəsində  böyük 
uğur  qazana  bilmişdi.  İrəvan  Türk 
Pedaqoji  texnikumu  1934-cü  ildə 
ümumittifaq  texnikumlar  yarışında 
birinciliyi  qa-
zanaraq 7000 manat məbləğində pul 
mükafatına layiq görülmüşdür.
Texnikumun  məzunu  olmuş, 
görkəmli  alim  aka demik  Budaq 
Budaqov  milli  pedaqoji  kadrların 
hazır lanması işində böyük xidmətləri 
olmuş bu təhsil ocağı haqqında yazır: 
“İrəvan  Pedaqoji  məktəbi,  oraya 
top lanmış  müəllimlərin  pedaqoji 
Müzəffər Nəsirli
Nəzər Paşayev
Tacirə Bağırova


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə