Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

52
“Türk Pedaqoji Texnikumu bizdə böyük intibalar yaratdı. 
Türk mədəniyyətinin nə qədər böyük inkişafda olduğu-
nun canlı şahidi olduq”.
Ümumiyyətlə  Azərbaycanın  bir  çox  görkəmli  zi-
yalıları Cəlil Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal, 
Yusif  Vəzir  Çəmənzəminli,  Sabit  Rəhman,  Səməd 
Vurğun, Əbülhəsən, Mikayıl Rəfili, Süleyman Rüstəm və 
baş qaları bu təhsil ocağının qonağı olmuşdur.
Pedaqoji  şuranın  iclaslarında  naliyyətlərlə  yanaşı 
möv cud nöqsanlar da müzakirə edilir və onların aradan 
qaldırılması  üçün  ciddi  tədbirlər  görülür.  Pedaqoji 
şuranın 25 iyun 1935-ci il tarixli iclasında qəbul edi lən 
qərarlarından biri də “Er mənistan” Xalq Maarif Komis-
sarlığının  inşaat  şöbəsi  tərəfin dən  texnikumda  aparılan 
təmir işlərinin gecikdirilməsi ilə bağlı idi. Tex nikumun 
yeni  bina  ilə  təmin  edilməsinə  bax ma yaraq  burada 
təmir-tikinti  işləri  hələ  də  tamamlanmamışdır.  Bu  ba-
rədə  məlumatlara  texnikumun  direktoru  B.Yusifovun 
hesabat larında  da  rast  gəlinir.  O,  yazır:  “Təhsil  ilinə 
hazırlıq  işlərində  nöqsan  cəhət  məktəbin  təmiratının 
gecikdirilməsidir.  Bu  səbəbdən  məktəbə  hələ  su  çəkil-
məmişdir.  Qışa  hazırlıq  üçün  məktəbin  odun  damı 
hələ  hazırlanmamış,  bir  sıra  yarımçıq  işlər  tikilib 
qurtarmamışdır.  Xalq  Maarif  Komissarlığı  göstərilən 
nöq  sanların  tezliklə  aradan  qaldırılmasına,  gələcəkdə 
azərbay canlı  pedaqoji  texnikumunun  daha  keyfiyyətli 
və bacarıqlı kadrlar hazırlanmasını təmin etməyə çalış-
malıdır”. (21)


53
Amma  bütün  bunlara  baxmayaraq  texnikum  qarşı-
sına tədrisi keyfiyyətcə daha da yaxşılaşdırmaq, növbəti 
təd ris  ilinə  hazırlıq  prosesini  vaxtında  başa  çatdırmaq, 
daha  keyfiyyətli  pedaqoji  kadrlar  hazırlamaq  məqsədi 
qoymuşdu. Texnikumun  rəhbərliyi  milli  pedaqoji  kadr-
ların hazırlanması məsələsinə ciddi fikir verirdi.
Mənbələrdə 1935-ci ildə Pedaqoji Texnikumu uğurla 
bitirən  məzunlar  arasında  Lətifə  Axundova,  Feyzullah 
Rama zanov, Abbas  Rzayev,  Cəfər  Əsgərov,  İsmət  Ha-
cıyeva kimi məzunların adlarına rast gəlinir.
Texnikumda 1935/36-cı tədris ili üçün tələbə qəbulu 
ilə əlaqədar hazırlıq işləri aparılmağa başlamış, tam orta 
olmayan məktəbləri əla qiymətlərlə bitirən gəncləri daha 
çox texnikuma cəlb etmək üçün müəllimlərdən bir neçəsi 
rayonlara ezam edilmişdilər. Onu da qeyd etmək lazımdır 
ki, texnikumun nü fuzu ilbəil artdıqca bura qəbul olmaq 
istəyənlərin sayı da artırdı.
Texnikumun  direktoru  B.Yusifovun  hesabatlarında 
1935/36-cı tədris ilində texnikuma 175 nəfər tələbə qəbul 
olu na cağı haqqında məlumat verilir. Sözsüz ki, bu rəqəm 
texni kuma tələbə qəbulunun əvvəlki illərlə müqayisədə 
ən yüksək göstəricisi idi. (21)
Amma məlum olmayan səbəblərdən B.Yusifov 1935-
ci ilin iyul ayında texnikumun direktoru vəzifəsindən az-
ad  edilərək  onun  yerinə  Mustafa  Mustafayev  direktor 
təyin  edilir.  Onu  da  qeyd  edək  ki,  M.Mustafayev  tex-
nikumun  direktoru  vəzifəsində  cəmi  iki  ay  işləyə  bil_
mişdir.  O,  “yoxlama  komis siyası”  adlandırılan  qurum 


54
tərəfindən aparılan yoxlama zamanı “ünsür” kimi aşkar 
olunaraq  tutduğu  vəzifədən  azad  edilərək  repressiyaya 
məruz qalmışdır.
1935-ci  ildə  pedaqoji  texnikumun  nəzdində  qiyabi 
şöbə yaradıldı. Qiyabi şöbənin yaradılmasında və inki-
şafında  B.Yusifovun  və  M.Kazımovun  böyük  xidməti 
olmuşdur. Qi yabi şöbədə EXMK tərəfindən təsdiq olun-
muş qaydalar əsa sında, xüsusən maarif sahəsində çalışan 
adamlara qiyabi oxu yaraq təhsil almağa imkan yaratmaq 
nəzərdə tutulurdu.
1935/36-cı tədris ilində texnikuma bölgələr üzrə cəmi 
175 nəfər tələbə qəbul edilmişdir. 1935/36-cı dərs ilinin 
əv vəlində texnikumda cəmi 11 qrupda 397 tələbə təhsil 
alırdı.  (3)  Göründüyü  kimi  əvvəlki  illərlə  müqayisədə 
texnikuma tələbə qəbulu, tələbələrin ümumi sayı nəzərə 
çarpacaq dərəcədə artmışdı.
1936-cı  ilin  yanvar  ayında  texnikumun  direktoru 
vəzi fəsinə yenidən B.Yusifov, katib vəzifəsinə isə Elyas 
Ramaza nov təyin edilir.
Eyni zamanda texnikumun yeni rəhbərliyi 1936/37-
ci tədris ilinə hazırlıq və avadanlıqla təchiz olunması və 
lazımi işləri davam etdirirdi. Onu da qeyd edək ki, hələ də 
bəzi fənnlər üzrə ali təhsilli müəllimlərin olmaması, sinif 
otaqlarının çatışmadığı bir vaxtda texnikumun 4 otağının 
erməni kukla teatrı tərəfindən zəbt edilməsi, dərsliklərin 
və dərs vəsaitinin çatışmaması tədris prosesinin gedişinə 


55
mənfi təsir göstərsədə texnikum yaşayır və geniş fəaliyyət 
göstərən mədəni quruculuq qüvvəsinə çevrilirdi.
1936-cı  ildə  Pedaqoji  Texnikum  Pedaqoji  Məktəb 
adlanır.  Texnikumun  rəhbərliyi  tərəfindən  bu  tədris 
ocağında  dərs  demək  üçün  daha  4  ali  təhsilli  müəllim 
dəvət  olunmuşdur.  Ali  təhsilli  müəllim  heyətinin  sıra-
larının artması texnikumun ahəngdar fəaliyyəti üçün çox 
mühim şərt idi.
Pedaqoji  məktəbdə  tədris  ləvazimatı,  fizika,  kimya 
kabi netlərinin  təchizatı,  kitabxananın  ədəbiyyatla  zən-
ginləş dirilməsi və s. sahələrdə də xeyli işlər görül müşdür. 
Bundan başqa 319 ədəd idman forması da alına raq tələ-
bələrə  paylanmışdır.  1936-cı  dərs  ilində  3000  manat lıq 
tədris  ləvazimatı,  4000  manatlıq  isə  yeni  mikroskoplar 
alınmış, yeni açılan siniflərin inventarla təmin edilməsi 
üçün 60 stol və stul, 12 yazı taxtası, tələbə yataqxanası 
üçün asılqan, kravat, tumbuçka və s. inventarların alın-
masına 24000 manat vəsait xərclənmişdir.
Pedaqoji  məktəbin  rəhbərliyinin  Meğri,  Dilican, 
Sisian  və  s.  azərbaycanlılar  yaşayan  bölgələrə  ezam 
etdiyi  bir  qrup  müəllimin  səyi  və  təbliği  sayəsində  bu 
tədris  ocağına  qəbul  olmaq  üçün  ərizə  verənlərin  sayı 
245  nəfərə  çatdırılmışdır.  Amma  onlardan  120  nəfəri 
pedaqoji məktəbin tələbəsi hüqu qunu qazana bilmişdir.
1936-cı dərs ilində pedaqoji məktəbin qiyabi, əyani 
və bir illik müəllimlər hazırlığı kursuna qəbul olunanların 
sayı cəmi 165 nəfər olmuşdur. (3) Texnikuma qəbul olun-
maqda qızlara üstün hüquqlar verilmişdir ki, bununla da 
tələbə qızların sayı 40 nəfərə çatdırılmışdır.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə