Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

67
çalışmış Zəngibasar rayon maarif şöbəsinin müdiri Adil 
Axundov,  Basarkeçər  rayon  maarif  şöbəsinin  müdiri 
Tapdıq Əmiraslanov, pedaqoji məktəbin dərs hissə müdiri 
İsmayıl  İsmayılov,  İrəvan  Əzizbəyov  adına  tam  orta 
məktəbin direktoru Tacirə Bağırova, Vedi rayon partiya 
komitəsinin  katibi  Məm məd  Məmmədov,  əməkdar 
rəssam  Cabbar  Quliyev  Ermənistan  SSRİ  Ali  məh-
kəməsinin  kollegiya  üzvü  Yaqub  Bayramov,  əməkdar 
müəllimlər – İdris Mahmudov, Heydər Əliyev, Amasiya 
rayon  maarif  şöbəsinin  müdiri  Cəlil  Əliyev,  Şəfiqə 
Məhərrəmova  ordenli  müəllimlərdən  –  Məcid  Əliyev, 
Oruc Abbasov, Məmməd Həsənov, şair Tahir Abbasov və 
başqaları pedaqoji məktəbin məzunları olmuşlar.
Böyük Vətən Müharibəsi illərində pedaqoji məktəbin 
müəllim və tələbələrindən də cəbhəyə gedənlər oldu. Mü-
haribənin sərt reallıqları pedaqoji məktəbin fəaliyyətini 
də  mövcud  dövrün  qaydalarına  uyğunlaşdırmağı  zəruri 
edirdi. Həmin dövrdə hərbi və bədən tərbiyəsi fənlərinin 
tədrisinə  ciddi  fikir  verilirdi.  Hər  yerdə  olduğu  kimi 
pedaqoji məktəbdə də müəllim və tələbələr arasında hərbi 
hazırlıq  və  kütləvi  müdafiə  işi  nümunəvi  qurulmuşdu. 
Tələbələrdən  250  nəfəri  I  və  II  dərəcəli  hərbi  hazırlıq 
normasını  uğurla  vermişdir.  1941/42-ci  tədris  ilində 
pedaqoji  məktəbdə  xeyli  sayda  tibb  ba cısı,  Voroşilov 
atıcısı  və  bəzi  sahələr  üzrə  təlimatlar  hazır lan mışdı. 
Həmin illərdə pedaqoji məktəbdə hərbi fənni Qalustov, 
bədən  tərbiyəsi  fənnini  isə  Bəşir  Məmmədov  tədris 
edirdilər.


68
Böyük Vətən Müharibəsinin əvvəllərində hər yerdə 
olduğu kimi pedaqoji məktəbdə də ağır vəziyyət yaran-
mışdır.  Müəllim  və  tələbələrdən  bəzilərinin  cəbhəyə 
getməsi azər baycanlı məktəbləri üçün pedaqoji kadrların 
hazırlanması işini çətin vəziyyətə salmışdı. Amma bütün 
bunlara  baxmayaraq,  pedaqoji  məktəb  fəaliyyətini 
dövrün  tələblərindən  doğan  dəyişilikləri  dərk  edərək 
inamla davam etdirirdi.
1941/42-ci  tədris  ilində  pedaqoji  məktəbin  tədris-
proqram,  siyasi  tərbiyə  işi,  müəllim  və  tələbə  heyəti 
arasında əmək intizamını möhkəmləndirmək və s. sahə-
lərdə ciddi tədbirlər görüldü. Mənbələrdən məlum olur 
ki, həmin illərdə pedaqoji məktəbdə imtahan sessiyaları 
daha yüksək tələbkarlıq şəraitində keçirilmişdir.
Müharibə  şəraitində  pedaqoji  kadrlara  yenidən  bö-
yük  ehtiyac  əmələ  gəldi  və  bu  ehtiyacı  ödəmək  üçün 
hər  yerdə  olduğu  kimi  tezliklə  pedaqoji  məktəbdə  də 
qiyabi  təhsilin  ye nidən  təşkilini  və  inkişafı  məsələsini 
qarşıya qoydu. Müha ribə illərində qiyabi təhsilə xüsusi 
əhəmiyyət verildiyindən qiyabi şöbələrin işinə ciddi diq-
qət yetirilirdi. Qiyabi təhsil alan tələbələrin ədəbiyyatla 
və s. ləvzimatlarla təmin edilməsi, onlara vaxtlı-vaxtında 
məsləhət  saatlarının  ayrılması  və  s.  sahələrdə  yardım 
göstərilirdi.
Müharibə illərində hər yerdə olduğu kimi pedaqoji 
mək təbdə də aktual siyasi mövzularda elmi konfranslar və 
təd birlər keçirilirdi. 1940-cı ildə “Bir ölkədə sosializmin 
qali biyyəti” adlı konfransda 14 məruzə dinlənilmişdir.


69
“Dünya  iqtisadi  krizisi”  və  s.  mövzularda  da  kon-
franslar  təşkil  edilirdi.  Bu  konfrans  və  tədbirlər  əsasən 
məktəbin partiya təşkilatının rəhbərliyi ilə keçirilirdi.
İrəvan azərbaycanlı pedaqoji məktəbinin qiyabi şö-
bəsi də işini mövcud dövrün tələblərinə uyğun qururdu. 
Məktəbin qiyabi şöbəsinin illik təhsil haqqı 100 manat 
idi.
1941/42-ci  illərdə  Pedaqoji  məktəbin  katibi  vəzi-
fəsində  çalışmış  Qulam  Fərhadovun  da  qiyabi  şöbənin 
təşkilində və fəaliyyətində böyük xidmətləri olmuşdur.
Yeri gəlmişkən onu da qeyd edim ki, Qulam Fərhadov 
İrəvan gimnaziyasının məzunu olmuş, inqilabdan sonra 
İrəvanda  Azər baycan  mətbuatının  inkişafında  və  yeni 
əlifbanın  təbliğində  və  tətbiqin də  böyük  xidmətləri 
olmuşdur.
1946-cı ildə B.Yusifov texni kumun direktoru vəzifə-
sindən  azad  edilir.  Onun  yerinə  İrəvan  azər baycanlı 
Kənd  Təsərrüfatı  Tex nikumunun  di rek toru  Həbib  Mə-
həm mədzadə  təyin  edilir.  O,  bu 
vəzifədə 1947-ci ilə qədər işləmişdi. 
Məlu mat  üçün  onu  da  qeyd  edək 
ki,  Həbib  Məhəmmədzadə  İrəva nın 
məşhur  Məhəmmədzadələr  nəsli nin 
nümayəndələrindən biri idi. Son rakı 
tədris  illərində  pedaqoji  məktəbin 
qazandığı nailiy yətlər sırasında bila-
vasitə onun direktoru istedadlı, geniş  
dünyagörüşlü,      gözəl        təşkilatçı   
Həbib 
Məhəmmədzadə


70
Hə bib  Məhəmmədzadənin  də  bö-
yük  xidmətləri  vardır.  Həbib  Mə-
həm   mədzadənin  ciddi  fəaliyyəti 
sayəsində  1943/44-cü  dərs  ilində 
məktəbdə  bir  sıra  üstünlüklər  əldə 
edilmişdi.  Qısa  müddət  ərzində 
məktəbin 
yataqxanası 
əsaslı 
şəkildə  yenidən  qaydaya  salın mış, 
yeməkxana,  kitabxana  və  s.  mə sə-
lələrlə bağlı prob lemlər aradan qal-
dırılmışdı.
Mənbələrdə  məktəbin  partiya, 
komsomol  və  həm kar lar  təş kilat-
larının  pe daqoji  məktəbi  mə dəni-
maarif  oca ğına  çevir mək  üçün  qız-
ğın fəaliyyət göstərdikləri və yüksək 
tədris  key fiyyəti  uğrunda  dönüş 
yaradıldığı məlum olur. Və məktəbdə 
nizam-intizam 
məsələsi  sahə-
sində 
köklü 
də yişikliklərin  olduğu  barədə  mə-
lumatlara da rast gəlinir.
Qanlı-qadalı müharibə illərindən 
sonra müəllim və tələbə gənclərdən 
bəziləri  pedaqoji  məktəbin  audito-
riyalarına qayıtdılar. Məktəbin siyasi 
və  təlim-tərbiyə  işinin  təşkilində 
Surə Babayeva
Əziz Nağıyev
Zaman Vəliyev


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə