Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

109
məclislərində  gələ  bilirdi.  Bir  tərəfdən  elmi  axtarışlar, 
digər  tərəfdən  Pedaqoji  İnstitutda  tutduğu  vəzifələr, 
yaradıcılıq işləri Qasım müəllimi gecəli-gündüzlü calış-
mağa  vadar  edirdi.  İşlərinin  çoxluğuna  və  ağırlığına 
baxmayaraq  hərdən  vaxt  tapıb  bir  nəfər  həmyerlisini 
görəndə uşaq kimi sevinər, bu gün həsrət və niskil dolu 
kövrəkliklərlə  xatırladığımız  bütün  kəndi,  eli-obanı 
ondan xə bər alardı. Qasım müəllimin doğmaları da 37-ci 
ilin  qara  külək lərinin  -  repressiyanın  qurbanı  olmuşdu. 
Bu  nəslin  vaxtsız-vədəsiz  yarpaq  tökümü  başlananda 
Qasım  müəllimin  səkkiz  yaşı  var  idi.  1937-ci  ilin  qara 
günlərinin  birində  onun  atası,  babası,  əmisi,  dayıları 
Türkiyədə qohumluq əlaqələrinə görə həbs edilmişdilər. 
Elə  o  vaxtdan  Qasım  müəllimin  qəlbində  haqsızlığa, 
ədalətsizlivə qarşı nifrət oyanmışdı.  O, haqsızlıqla heç 
vaxt  barışmamışdı.  Bəlkə  elə  buna  görəydi  ki,  Qasım 
müəl limin  1961-ci  ildə  namizədlik  dissertasiyasının 
avtoreferatı  çap  olunsa  da,  müdafiə  ərəfəsində  Elmlər 
Aka demiyasının  Riyaziyyat  və  Mexanika  İnstitutunun 
direk torunun  ona  qarşı  etdiyi  haqsızlığa  qarşı  etiraz 
əlaməti  olaraq  müdafiədən  imtina  etmiş,  göstərdiyi 
prinsipiallığa,  cəsarətə  görə  çoxlarını  heyrətə  salmışdı. 
O  hadisədən  sonra  Qasım  müəllim  elmi  rəhbərindən 
im tina  edərək  tamamilə  yeni  mövzu  üzərində  işləmiş, 
1965-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat 
elmləri namizədi alimlik dərəcəsi almışdı. (Onun çoxillik 
elmi-pedaqoji  fəaliyyəti  Azərbaycan  Pedaqoji  İnstitutu 
(indiki  ADPU)  ilə  yanaşı  Naxçıvan  Pedaqoji  İnstitutu 


110
(indiki NDPU) ilə bağlı olmuşdur. Uzun illər bu mötəbər 
təhsil müəssisələrində riyazi analiz və funksional analiz 
fənlərindən  mühazirə lər  oxumuşdur.  O,  1972-ci  ildə 
Xankəndində Pedaqoji İnstitut açıldıqdan sonra APİ-də 
işləyə-işləyə,  həm  də  orada  riyazi  analiz  kafedrasının 
müdiri olmuşdu.
Qasım  müəllim  1979-cu  ildən  Naxçıvan  Pedaqoji 
İnstitutunun  prorektoru,  1984-cü  ildən  1987-ci  ilədək 
isə rektor əvəzi vəzifəsində çalışmışdır. Onun Naxçıvan 
Pe daqoji İnsti tutuna rəhbərlik etdiyi dövrdə İnstitut Res-
publikanın nüfuzlu ali məktəblərindən birinə çev rilmişdir.
O,  Respublikada  yeganə  riyaziyyatçı  alim  idi  ki, 
riyazi  analiz  fənnindən  üç  dildə  -  Azərbaycan,  rus  və 
erməni dillə rində mühazirələr oxuyurdu. Ən çətin riyazi 
əməliyyatları  o,  elə  sadəliklə,  pedaqoji  ustalıqla  izah 
edərdi  ki,  tələbələrin  cınqırı  da  çıxmazdı.  Bunun  bir 
səbəbi onun əsl xalq adamı olmasında, milliliyində idi. 
Ri yaziyyatçı olsa da, musiqini, şeiri, sənəti çox sevirdi. 
Onun söhbətlərindən doymaq olmazdı. Filologiya elmləri 
doktoru, ədəbiyyatşünas Murtuz Sadıqov «Qan yaddaşı» 
kitabında Qasım Mustafayevin bir alim, bir insan kimi 
nəcib  keyfiyyətlərindən  hərarətlə  söhbət  açır  və  yazır: 
«Riyaziyyatçı olsa da, ədəbiyyata çox bağlıydı. Cavid-
dən, Müşfiqdən, Vurğundan saatlarla şeir deyərdi. Onun 
da  başı  bu  dünyada  daşdan-daşa  çox  dəymişdi.  Çox 
yaşamadı. Vaxtsız və qəfil ölüm onu bizdən ayırdı.» (22)
Bu  sətirlər  həyatın  hər  üzünü  görmüş,  yaxşıya, 
yamana  layiqincə  qiymət  verməyi  bacaran  bir  insanın 


111


112
ürəyindən gələn sözlərdir. Bu cümlələr bir daha sübut edir 
ki, Qasım müəllimin xatirəsi onu tanıyanların ürəyində 
parlaq sima kimi yaşayır.
Q.Mustafayev ömrünü-gününü ali məktəblərlə bağ-
lasa  da,  orta  təhsil  müəssisələrini  bir  an  da  olsun  belə 
unutmurdu. İnstituta işə gələrkən vaxt tapan kimi yolunun 
üstündəki  7  saylı  orta  məktəbə  baş  çəkər,  şagirdlərlə, 
müəllimlərlə  görüşərdi.  «Riyaziyyat  bütün  elmlərin 
açarıdır,  ona  orta  məktəblərdə  yiyələnmək  lazımdır”  - 
deyərdi.  Orta  məktəblərdə  riyaziyyatın  tədrisində  boş-
luqları,  çatışmazlıqları  Qasım  müəllim  yaxşı  bilirdi. 
Buna görə də orta məktəbdə riyazi analiz elementlərinin 
tədrisinə dair və fakültativ məşğələlərə aid ilk dərsliklər, 
orta məktəblərdə xətti proqramlaşdırmanın tədrisinə aid 
ilk meto diki vəsaitlər onun qələmindən çıxmışdı. Qasım 
müəllim  uzun  illər  Azərbaycan  Televiziyasında  «Orta 
məktəblərdə  riyaziyyat»  televiziya-tədris  proqramının 
aparıcısı olmuşdur.
Bir  alim  kimi  o,  Respublikamızın  riyaziyyatçıları 
ara sında  böyük  nüfuza  malik  idi.  Q.Mustafayev  funk-
sional  ana liz  ixtisası  üzrə  Azərbaycanda  tanınmış 
mütəxəssislərdən  hesab  olunurdu.  Onun  «Orta  mək-
təblərdə  riyazi  analiz  elementlərinin  tədrisi»  (Bakı, 
1967),  «Riyaziyyat  terminləri  lüğəti»  (ingiliscə-rusca-
azərbaycanca,  prof.  H.Ağayev,  prof.    F.Maqsudovla 
birgə; Bakı, 1979) və s. kitabları uzun illər çəkilən gərgin 
əməyin məhsulu idi. Qasım müəllimin yüzdən çox elmi, 


113
elmi-metodiki məqalələri çap olunmuşdu. Və daha neçə-
neçə əsəri öz çapını gözləyirdi.
Gözləyən təkcə əsərləri deyildi. Doğmaları, dostları, 
tələbələri,  şagirdləri  onu  tez-tez  görməyə  can  atır, 
onunla  söhbətləşmək  istəyirdilər.  Qasım  müəllim  çətin 
məqamlarda adamlara dayaq olmağı bacaran insanlardan 
idi. M.Sadıqov «Qan yaddaşı» kitabının «Doğmaları yad 
gördüm»  fəslində  yazır:  «1953-cü  ilin  o  soyuq  fevral 
gecəsində Naxçıvan DTK-sında Çuraşovun kabinetində 
dindiriləndən  sonra  elə  bil  içimdə  nə  isə  qırılmışdı. 
Özümü ümidsiz və tənha hiss eləyirdim. Dərdimi yalnız 
Qasıma danışırdım». (22)
Qasım  müəllim  əsl  insan,  cəfakeş  alim  idi.  Onun 
prinsipiallığı, ürəyinin təmizliyi, uşaq kimi saflığı bir çox 
hallarda  ziyalı  keyfiyyətiydi.  Qasım  müəllimə  həmişə 
qardaş  gözü  ilə  baxmışam.  Hayıf  ki,  vaxtsız  əcəl  onu 
aramızdan tez apardı.» Nə yaxşı ki, dünyada dərd anlayan, 
xeyirxahlığa üz tutan insanlar az deyil. Elə bil bu kövrək 
misraları şair Qasım müəllim haqqında demişdir:
Şöhrətə yetirən bağı bar imiş,
Ən uca dağların başı qar imiş,
Yaxşı ki, dünyada yaxşı var imiş,
Yoxsa tərk olardıq yaman əlində.
Bəli,  o  sərt  illərin  dəhşətli  rejimi  çoxlarını  doğru 
yoldan çəkilməyə, dostlarından, doğmalarından üz dön-
dərməyə  məcbur  etmişdi.  Lakin  Qasım  Mustafayev 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə