Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

104
yeddiillik  məktəbinə  direktor  təyin  edilmişdir.  1956-
59-cu  dərs  ilində  Bakı  şəhər  Novxanı  kənd  yeddiillik 
məktəbində,  1959-60-cı  tədris  ilində  Bakı  şəhər  30 
№-li  beynəlmiləl  orta  məktəbində  tədris  hissə  müdiri 
vəzifəsində işləmişdir.
1960-63-cü  illərdə  İndiki  ADPU-nun  pedaqogika-
psixologiya  kafedrasında  nəzəri  pedaqogika  ixtisası 
üzrə  əyanı  aspiranturaya  daxil  olmuş  «Günüuzadılmış 
qruplarda  tərbiyəçi  işinin  məzmunu  və  üsulları»  (1-4-
cü  siniflər  üzrə)  adlı  namizədlik  dissertasiyasını  yazıb 
vaxtından əvvəl müdafiəyə təqdim etmişdir. 1965-ci il 16 
apreldə müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər 
namizədi alimlik dərəcəsi adını almış dır.  1968-ci ildən 
dosent, 13 dekabr 1990-cı ildən isə professor elmi adını 
almışdır.
1967-69-cu  illərdə  İnstitut  yerli  komitəsinin  üzvü, 
1966-69-cu illərdə ictimai peşələr fakültəsində 2 il de-
kan müavini, sonra isə ictimai peşələr fakültəsinin dekanı 
vəzifə sində, 1978-82-ci illərdə tarix fakültəsi həmkar lar 
təşkilatının sədri vəzifəsində işləmişdir.
Səmərəli fəaliyyətinə görə İnstitutun 50 illik yubileyi 
münasibəti ilə SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyi-
nin  və  SSRİ  Maarif  Nazirliyinin  əlaçı  döş  nişanlarına 
layiq görül müşdür.
Prof A.M.İsmayılov ömrünün böyük hissəsini ardıcıl 
olaraq indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin-
də  gənc  nəslin  təlim-tərbiyəsinə  həsr  etmişdir.  Onun 
70-dən  çox  elmi  məqaləsi,  80-dən  çox  ictimai-siyasi, 


105
publisistik  məqalələri,  16-ya  qədər  monoqrafiya,  dərs 
vəsaiti, metodik vəsaiti çapdan çıxmışdır:
Günüuzadılmış  qruplarda  tərbiyə  işlərinin  təşkili.  
Bakı-1968;  Günüuzadılmış  qruplarda  tərbiyəçi  işinin 
məzmunu.  Bakı-1975;  Şifahi  xalq  ədəbiyyatında  tər-
biyə  məsələləri.  Bakı-1979;  Məktəbdə  tərbiyə  işinin 
meto dikası.  Bakı-1985;  Tərbiyə  işinin  planlaşdırılması 
metodikası.  Bakı-1987;  Görkəmli  pedaqoqlar  yeni  tipli 
istimai tərbiyə ocaqları və ailə tərbiyəsi haqqında. Bakı-
1989;  Günüuzadılmış  təhsil  müəssisələrində  pedaqoji 
prosesin
 
təşkilinin xüsusiyyətləri. Bakı-1988; Pedaqogika 
tarixindən tələbələrin müstəqil işlərinə dair. Bakı-1989; 
Tələbələrin  ideya-siyasi  tərbiyəsinə  aid.  Bakı-1988; 
Azərbaycan  pedaqoji  fikir  tarixində  özünü  tərbiyə  və 
yenidən tərbiyə. Bakı-1989 və s.
Prof. A.M.İsmayılov elmi-tədqiqat işlərində ən aktual 
problemlərə toxunmuş, bunların real həllinə təşəbbüs gös-
tərmişdir. Onun elmi-tədqiqat işlərinin əsas leytmotivini 
yeni  yüksək  tipli  ictimai  tərbiyə  ocaqları  hesab  edilən 
günüuzadıl mış  qrup,  sinif  və  məktəb,  eləcə  də  internat 
məktəblərinin yaranma tarixi, yaranma zərurəti, spesifik 
xüsusiyyətlərinin  nəzəri  və  praktik  baxımdan  tədqiqi 
təşkil etmişdir.
1950-60-cı illərdə internat məktəbləri geniş təşəkkül 
tapmışdı.  Alim  öz  tədqiqat  işlərində  qəti  qənaətə  gəl-
mişdi  ki,  internat  məktəbləri  dövlətə  baha  başa  gəlir, 
eyni  zamanda  bu  müəssisələrdə  uşaqlar  ata-ana  nə-
vazişindən xeyli kənarda qalır. Bunun üçün ən optimal 


106
yol  məktəblərdə  günüuzadılmış  qrup ların  təşkilidir. 
Onun elmi qənaətlərinin üstündən xeyli vaxt keçməsinə 
baxmayaraq, həyat alimin uzaqgörənliklə söylədiyi müd-
dəalarında nə qədər haqlı olduğunu göstərir.


107
QASIM MUSTAFAYEV
Həyatın enişli-yoxuşlu yolların-
dan keçib ömrünün yarıdan çoxunu 
elmə  həsr  edən  istedadlı  alim 
oğullarımızdan  biri  də    1928-ci 
ildə  Amasiya  (Ağbaba)  rayonunun 
Gül lübulaq  kəndinə  anadan  olmuş 
fizika-riyaziyyat  elmləri  namizədi, 
dosent  Mus tafayev  Qasım  Əli  oğlu 
idi. İndi onun adı elmi məclislərdə, 
institut  auditoriya larında  ehtiramla  xatırlanır,  hörmətlə 
yad  edilir.  Ağababa  mahalının  və  eyni  zamanda  Gül-
lübulaqlıların elə bir məclisi olmaz ki, orada rəhmətlik 
Qasım müəllimin adı çəkilməsin, onun xeyirxahlığından, 
səmi miyyətindən,  istedadından,  insanlığından  söhbət 
açılmasın.
O, 1935-ci ildə Güllübulaq kənd məktəbinin birinci 
sinfinə daxil olmuşdur. Ailənin maddi ağırlığı 1942-ci ildə 
7 sinifi bitirdikdən sonra Qasım müəllimi iki il kolxoz da 
işləməyə məcbur etmişdir. O, 1945-ci ildə kənd səkkizlik 
məktəbini bitirdikdən sonra İrəvan Pedaqoji məktəbinə 
daxil  olmuş,  oranı  1947-ci  ildə  bitirmişdir.  Həmin  il 
İrəvan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil 
olmuşdur.
1950-ci  ildə  İrəvan  Pedaqoji  İnstitutunun  azərbay-
can lı şöbələri Azərbaycana deportasiya edildiyindən təh-


108
silini Azərbaycan Pedaqoji İnstitutunda davam et dirərək 
ali  məktəbi  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  1951-ci 
ildə təyinatla Naxçıvan Müəllimlər İnstitutuna işləməyə 
göndərilmiş  və  1956-cı  ilədək  orada  işləmişdir.    1956-
1965-ci  illərdə  indiki  Azərbay can  Milli  Elmlər  Aka-
demiyasının  Mexanika  və  Riya ziyyat  İnstitutunda  iş-
ləmişdir. Həmin   ildən o, Azərbaycan   Pedaqoji İnsti-
tutunun riyazi analiz kafedrasında çalışmışdır.
Qasım  müəllim  Güllübulaqdan  çoxdan  ayrılsada, 
amma hər an qəlbi isti, doğma ocaqları ilə döyünürdü. 
Macal  tapanda  kəndə  yay  aylarında,  bir  də  xeyir-şər 
İrəvan Pedaqoji məktəbinin II kurs tələbələri Soldan 
Şamil Qara oğlu Həsənov( Qəmərli rayonu), Budaq 
Budaqov(çobankərəli) və Qasım Mustafayev ) Amasya 
rayonu Güllübulaq kəndi). 1947-ci il


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə