148
yaralar»
kitabının ərsəyə gəlməsi üçün o, həm şəxsi
kitabxanasının nadir materiallarından, həm də dövlət ar-
xivlərinin sənədlərindən geniş istifadə etmiş, əldə etdiyi
statistika əsasında tam yenı və orijinal cədvəllər tərtib
etmiş, nadir xəritələri üzə çıxarmış, 656 Azərbaycan
kəndinin təsnifatını vermişdir.
Kitabda xalqımızın tarixinə edilən təcavüzdən,
soyqı rımdan, deportasiyadan söhbət açılır. Ermənistan
ərazisində olan və bu gün adları silinmiş 650 Azərbaycan
kəndlərinin təs nifatı ilə yanaşı bu ərazilərin qə-
dimdən rəsmi adları tarixi qaynaqlardan tapılıb bərpa
olun muş, 1918-ci ildən sonra bu yerlərin ermənisayağı
dəyişdirilmiş adları, onların hamısının coğrafi koor-
dinatları göstərilmişdir. Bu təsnifatda verilmiş həmin
kənd və rayonlarda yaşamış azərbaycanlıların iki yüz il
ərzində, yəni 1831, 1873, 1886, 1905, 1914, 1931-ci il-
lərdə tədricən və soyqırım illərində dəfələrlə azalan sayı
göstərilir. Bu da Azərbaycan xalqına qarşı daşnaklar
tərəfindən planlaş dırılmış genosidini təsdiqləyən tarixi
faktdır.
Həbib Həsənov İrəvan Pedaqoji Texnikumunun adını
həmişə fəxrlə çəkərdi.
149
MƏSİM MƏMMƏDOV
1925-ci ildə Haçaparaq kəndində
anadan olmuş, orta məktəbi bitir-
dikdən sonra İrəvan Pedaqoji Tex-
nikumunda təhsilini davam etdir-
mişdir.
Atası müharibədən sonra həbs
edildiyindən dörd qardaş və beş
bacısının qayğısı evin böyük oğlu
Məsim müəllimin üzərinə düşür.
M.Məmmədov 1947-ci ildə dayısı H.Məmmədovun
köməkliyi sayəsində ali təhsil almaq üçün Bakıya gəlir
və APİ-yə daxil olur. Institutu bitirdikdən sonra İrəvana
qayıdır.
Orta məktəbdə müəllim işləyə-işləyə İrəvan Dövlət
Pedaqoji İnstitutuna dəvət edilir. 1964-cü ildən 1988-ci
ilə qədər orada çalışır və elmi axtarışlarını davam etdirir.
1974-cü ildə “Erməni dilində işlənən Azərbaycan
sözləri” mövzusunda dissertasiya müdafiə etsə də,
ermənilər bu işin təsdiqini xeyli gecikdirmiş və yalnız
1976-cı ildə o, filologiya elmləri namizədi alimlik
dərəcəsi ala bilmişdir.
M.Məmmədov 12 monoqrafiya və iki kitab müəllifi-
dir.
Xalqının, millətinin adi bir sözünün belə qoruyucusu
olan M.Məmmədov Bakıda 20 Yanvar hadisələrindən az
sonra dünyasını dəyişmişdir.
150
NƏCƏFOV NƏCƏF HƏSƏN OĞLU
(1935)
Nəcəf Həsən oğlu Nəcəfov
Azər baycan Jurnalistlər Birliyinin,
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Əməkdar müəllim, akademik
M.Meh dizadə və Qızıl qələm mü-
kafatı laurea tıdır. 1935-ci ildə Qər bi
Azərbaycanın Amasiya rayonu nun
Ox çuoğlu kəndin də anadan olmuş dur.
1942-1949-cu illərdə 7 illik məktəbdə
oxumuş, sonra (İrəvan Pedaqoji məktəbi) Xanlar Peda-
qoji Məktəbinə daxil olmuş, 1953-cü ildə həmin məktəbi
bitirərək bir il Amasiya rayonunun Təpəkənd kənd 7 illik
məktəbində müəllim işləmişdir. 1954-cü ildə Həsən bəy
Zərdabi adına Gəncə Pedaqoji İnstitutuna daxil ol muş,
1959-cu ildə oranın tarix-filologiya fakültəsini fəqlən-
mə diplomu ilə bitirmişdir. 1959-1969-cu illərdə Şamaxı
rayo nu nun Sündü, Nərimankənd orta məktəblərində
müəllim, direk tor müavini işləmişdir. 1969-cu ilin avqust
ayında Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə
İnstitutuna işə dəvət edilmiş, orada metodist, kabinet
müdiri vəzifələrində çalışmış dır. 1974-cü ilin iyun ayında
Azərbaycan SSR Maarif Nazir liyinə Mərkəzi aparatına
irəli çəkilmiş, 1976-1988-ci illərdə üç nazirlik birləşənə
qədər nazirliyin kadrlar idarəsinin rəisi vəzifəsində çalış-
mışdır.
151
1988-1998-ci illərdə Təhsil Nazirliyində baş
inspektor, Baş idarə rəisi və kadrlar idarəsi rəisinin
müavini, Baş inspeksiyanın şöbə müdiri, 1998-2000-
ci illərdə Təhsil Prob lemləri üzrə Respublika Elmi-
Metodiki Mərkəzin direktoru vəzifələrində işləmişdir.
1995-ci ildən “Azərbaycan məktəbi” jurnalının redaksiya
heyətinin üzvüdür.
1953-cü ildə ilk dəfə Xanlar rayonunun “Namuslu
zəhmət” qəzetində məqalələr və şeirlərlə çıxış etmiş,
son ra
isə müxtəlif vaxtlarda “Kirovabad kommunisti”,
“Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti”, “Kom-
munist”, “Bakinskiy rabo çiy” qəzetlərində, “Ulduz”,
“Azərbaycan məktəbi”, “Azər baycan dili və ədəbiyyatı
tədrisi”, “Kimya və biologiyanın tədrisi”, “Russkiy yazık
v azerbaydjanskiy şkole” və b. mətbuat orqanlarında, həm-
çinin “Narodnoye obrazovaniye” jurnalında, “Uçitelskaya
qazeta”da, Qazaxıstanın “Turan”, Öz bəkistanın ‘’Zə-
rəfşan” qəzetlərində məqalələri dərc olunmuşdur. Orta
ümumtəhsil məktəblərinin IX sinfi üçün “Ədəbiyyat”,
X və XI sinifləri üçün “Ədəbiyyat müntəxəbatı”, təlimi
rus dilində olan məktəblərin VII sinifi üçün “Azərbaycan
dili”, təlimi Azər baycan və rus dilində olan ümumtəhsil
məktəblərinin VIII-XI sinifləri üçün “İnsan və cəmiyyət”
(“Çelovek i obşestvo”) dərsliklərinin, ali məktəblər üçün
“XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri”
dərs vəsaitinin, ümumtəhsil məktəblərinin V-XI sinifləri
üçün ədəbiyyat, ali məktəblərin filologiya fakültəsi üçün
“XX əsr Azərbaycan ədəbiyyatı” proqramlarının həm
Dostları ilə paylaş: |