Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

158
ABBAS ƏLİ OĞLU MUSTAFAYEV
1930-cu  ildə  Çobankərə  kən-
dində  anadan  olmuş,  1944-cü  ildə 
Çobankərə  kənd  məktəbinin  7-ci 
sinfini, 1947-ci ildə İrəvan Pedaqoji 
Texnikumunu bitirmişdir.
1947-1948-ci illərdə Zəngibasar 
rayonunun  Mehmandar  kəndində 
müəl lim  işləmiş,  1948-ci  ilin  av-
qus tunda Azərbaycanın Ağcabədi rayonuna deportasiya 
olunmuş, orada bir il müəllim işlədikdən sonra təzədən 
Vətənə  qayıdıb,  Qaraqışlaq  və  Haçaparaq  kəndlərində 
müəllimlik  etmişdir.  1951-ci  ildə  təhsilini  davam  et-
dirmək  üçün  Bakıya  gələrək, APİ-nin  tarix  fakültəsinə 
daxil olmuş, ali təhsilini bitirib, geri qayıtmışdır. 1955-
1957-ci illərdə Rehanlı kənd yeddiillik məktəbinin, 1957-
1961-ci  illərdə  Haçaparaq  kənd  məktəbinin  direktoru 
işləmiş, 1961-ci ildə Üçkilsə (Eçmiədzin) rayon partiya 
komitəsinə  işə  irəli  çəkilmişdir.  1963-1965-ci  illərdə 
Bakıda  Ali  Partiya  Məktəbinə  oxumuş,  1966-1969-cu 
illərdə  Qaraqışlaq  sovxozunun  direktoru  olmuşdur.  Bu 
müddətdə  kəndi  xeyli  inkişaf  etdirmiş,  yeni  tipli  orta 
məktəb tikdirib, istifadəyə vermişdir.
1969-cu ildə yenidən təşkil edilmiş Zəngibasar RİK 
sədrinin birinci müavini, 1970-1978-ci illərdə raykomun 
katibi işləmişdir.


159
1979-1984-cü illərdə Dəmirçi Kənd Təsərrüfatı Tex-
nikumunun  direktoru  olan  A.Mustafayev  burada  həm 
də  sovxoza  direktorluq  edir.  Texnikumdakı  iki  fakültə 
çoxaldılıb, yeddi fakültəyə çatdırılır.
1984-cü  ildə  dəyişmə  yolu  ilə  Azərbaycan  Kənd 
Təsərrüfatı Nazirliyində Əkinçilik və Yemçilik İdarəsinə 
rəis təyin edilmiş, 1990-ci ildə fərdi pensiyaya çıxmışdır. 
(4)


160
CABBAR ƏLİ OĞLU QULİYEV
1922-ci il mayın 19-da Haçaparaq 
kəndində  anadan  olmuşdur.  Irəvan 
Pedaqoji  Texnikumunu  bitirdikdən 
sonra  Böyük  Vətən  müharibəsinə 
yola  düşmüş,  bir  sıra  cəbhələrdə 
döyüşmüş, müharibədən qayıtdıqdan 
sonra müəllim işləmişdir.
Heç bir rəssamlıq təhsili olmasa 
da,bu  sənətə  sonsuz  məhəbbəti 
C.Quliyevi fırça sənəti ilə məşğul olmağa sövq etmiş, az 
vaxtda bir-birindən gözəl sənət əsərləri yaratmışdır.
1961-ci  ildən  1988-ci  ilə  qədər  İrəvan  Dövlət 
Pedaqoji  İnstitutunun  azərbaycanlı  şöbəsində  təsviri 
sənət, incəsənət tarixi və estetikadan dərs demiş, 1967-ci 
ildə “Əməkdar rəssam” fəxri adına layiq görülmüşdür.
C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında 10-
dan  artıq  tamaşaya  bədii  tərtibat  vermiş,  1972-ci  ildə 
Bakıda  İncəsənət  İnstitutunu  fərqlənmə  diplomu  ilə 
bitirmişdir.
1988-ci  ildə  erməni  daşnakları  tərəfindən  doğma 
yurddan  qovulan  rəssam  təkcə  el-obasını  itirmədi,  on 
illər boyu yaratdığı iki mindən çox tablosu da düşmən 
əlində qaldı. Bir çox soydaşları kimi, o da Bakı şəhərinə 
pənah gətirdi. Burada məskunlaşdı. 
Bir neçə il sonra rəssamın daha 130 əsəri Xocalıda 


161
məhv oldu. Lakin C.Quliyev yenə də yorulmadan çalışdı, 
yüzlərlə  yeni  əsərlər  yaratdı.  Əvvəllər  olduğu    kimi, 
sonralar,  elə  indinin  özündə  də  Cabbar  Quliyev  yara-
dıcılığında  Qərbi  Azərbaycanın  müxtəlif  mənzərələri, 
tarixi abidələri, şəxsiyyətləri mühüm yer yer tutur. Bunu 
rəs samın  məşhur  “Ağrı  dağı”,  “Cəfərabad  türbəsi”, 
“Qarasu çayı”, “Zəngi çayı”, “Qaçqınlar”, “Göyçə gölü”, 
“Aşıq Ələsgər”, “Miskin Abdal” və s. talobları da təsdiq 
edir. O, həmişə qeyd edərdi ki: “Mənim rəssamlığa olan 
həvəsinin  alovlanmasında  İrəvan  Pedaqoji  məktəbində 
keçirilən rəsm dərslərinin böyük rolu olmuşdur”.


162
CƏLİL QULİYEV
Cəlil  Əli  oğlu  Quliyev  1907-
ci  ildə  Zəngibasar  rayo nunun  Xa-
caparaq  (Zəhmət)  kəndində  anadan 
olmuşdur.  O,  Zəhmət  kənd  ib tidai 
məktəbini bitirdikdən sonra təhsilini 
davam  etdirmək  üçün  İrəvan Azər-
baycanlı  Pedaqoji  məktəbinə  daxil 
olur.  O,  oxuduğu  müddətdə  dərs 
əlaçısı kimi müəllim və tələbə kol-
lek tivinin dərin rəğbətini qazanır.
1929-cu ildə texnikumu əla qiymətlərlə bitirdikdən 
sonra Zəhmət kənd orta məktəbinə müəllim təyin olunur. 
Onun  Zəhmət  kənd  ilk  partiya  təşkilatının  katibi  kimi 
fəaliyyəti  sayəsində  Zəhmət  kənd  kolxozu  Zəngibasar 
rayonunda ən varlı kolxozlar sırasına keçmişdir.
Cəlil müəllim həm də İrəvanda Azərbaycan dilində 
nəşr edilən “Zəngi” qəzetinin ən fəal müxbirlərindən biri 
olmuşdur.
Cəlil Quliyev 1935-ci ildə İrəvamda yeni açılmış Ali 
Kom munist Kənd Təsərrüfatı məktəbinə daxil olur. 1936-
cı ildə Ücmüədzin rayon partiya təşkilatının instruktoru 
vəzifəsinə  təyin  edilir.  1937-ci    ildə  Zəngibasar  rayon 
komsomol komitəsinin katibi vəzifəsinə seçilir. 1937-ci 
ilin  sonralarında  Zəngibasar  rayon  partiya  komitəsinin 
3-cü katibi vəzifəsinə təyin edilir.


163
C.Quliyev Zəngibasar rayonun ictimai həyatında hər 
zaman fəal iştirak etmiş və onun xidmətləri bu gün də 
minnətdarlıqla yad edilir.


164
NƏRİMAN SÜLEYMAN OĞLU KAZIMOV
1926-cı  ildə  Böyük  Vedi 
kəndində anadan olmuşdur. 1939-cu 
ildə  İrəvan  Pedaqoji  Texnikumuna 
daxil  olmuş,  müəllim  kadrlarına 
böyük  tələbat  olduğundan  1941-ci 
ildən  həm  də  Vedi  rayonuna  mü-
əllim  göndərilmişdir.  1942-ci  ildə 
texnikumu  bitirən  N.Kazımov  Şi-
razlı, Qaralar, Goravan, Taytan, Bö-
yük Vedi  kəndlərində  müəllim,  dərs  hissə  müdiri  vəzi-
fələrində işləmişdir.
1951-ci ildə Azərbaycana deportasiya olunmuşlar.
Sonralar  təhsilini  Bakıda APİ-nin  Fizika-riyaziyyat 
fakültəsində  davam  etdirən  N.Kazımov  1955-ci  ildə 
həmin fakül təni fərqlənmə diplomu ilə bitirir və İnstitutda 
qalıb müəllim işləyir.
1975-ci  ildə  dissertasiya  müdafiə  edərək  pedaqoji 
elmlər namizədi alimlik dərəcəsi alır. 12 elmi kitabın, 50-
yə qədər elmi-metodik məqalənin müəllifidir.
N.Kazımov elmdə əldə etdiyi bu uğurların  bünöv-
rəsinin məhz İrəvan Pedaqoji məktəbində qoyulduğunu 
dəfələrlə qeyd edərdi.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə