Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

165
HƏSƏNOV  TAPDIQ 
Tapdıq  Həsənov  1945-ci  ildə 
İrəvan  Azərbaycan  Pedaqoji  mək-
təbinə  qəbul  olmuşdur.  Yüksək 
səviyyəli  təhsil  almış,  Tələbə  yol-
daşlarından  təhsilinə,  intizamına 
görə  fərglənərək,  ikinci  kursda 
mək təbin  komsomol  təşkilatının 
ikinci  katibi  seçilmişdir.  O  zaman 
mək təbin  komsomol  komətəsinin 
birinci katibi tarix müəllimi Rəziyyə 
İsmayılova olmuşdur. Məktəb partiya təşkilatının katibi 
isə hərbi müəllim Cəfər Ələkbərov idi.
Tapdıq müəllim təhsildə, intizamda, təşkilatı işlərdə 
hər  zaman  fərqləndiyinə  görə  1947-ci  ildə  komsomol 
təşkilatının ikinci katibi vəzifəsindən məktəbin Həmkarlar 
Təşkilatının sədri vəzifəsinə yüksəlmişdir.
Tapdıq  müəllim  bir  neçə  dəfə  İrəvan  şəhəri  Kirov 
rayon  komsomol  komitəsinin  Plenumuna  seçilmişdir. 
Dəfələrlə yaxşı oxuduğuna, təşkilatçılıq bacarığına görə 
məktəb  rəhbərliyinin  təşəkkürünə,  tərifnaməsinə  layiq 
görülmüşdür.
Tapdıq müəllim yaxşı oxuduğuna görə məktəbi bitir-
dikdən sonra məktəbin nəzdində təşkil olunmuş ibtidai 
məktəbə müəllim təyin edilmişdir. Amma 1949-cu ildə 
Pedaqoji  məktəb  deportasiya  qurbanı  olaraq  Azər bay-
canın Xanlar rayonuna köçürüldü.


166
O  zaman  İrəvan  Erməni  Pedaqoji  İnstitutunun 
nəzdində  Azərbaycan  dilində  fakültələr  fəaliyyət  gös-
tərirdi.  Burada  azərbaycanlı  müəllimlərdən  Zaman 
Vəliyev,  Fərhad  Fərhadov,  İsmayıl  Şükürzadə,  Əli  Ba-
bayev  və başqaları dərs deyirdi. Yenə də elmə olan bö-
yük və təhsil illərində qazandığı müvəffəqiyyətlər, təh-
silini  davam  etdirmək  istəyi  Tapdıq  müəllimi  bu  ali 
məktəbə daxil olmağa vadar etmişdi. Burada Azərbaycan 
bölməsində tarix fakültəsində oxuyan zaman o yenidən 
deportasiya  ilə  üzləşməli    olmuşdu.  Deportasiya  ilə 
əla qədar  olaraq  həmin  fakültələr  də  Bakıya,  o  zaman 
ki,  Lenin  adına  Azərbaycan  Pedaqoji  İnstitutuna  kö-
çürüldü.  Deportasiya  ilə  əlaqədar  Xanlara  gedib, 
müəllim kimi işləməkdən imtina edən Tapdıq Həsənov 
Bakıya  gələrək,  Budaq  Budaqov,  Maral  Qəribova,  Rza 
Əsgərovla  birlikdə  təhsilini  davam  etdirməyi  üstün 
tutmuşdu.  Budaq  Budaqov  coğrafiya,  Maral  Qəribova, 
Rza  Əsgərov  ədəbiyyat  fakültələrində  təhsilini  davam 
etdirsələr  də, Tapdıq müəllim maddi vəziyyətlə və ailəsi 
ilə  əlaqədar  olaraq  burada  da  institutu  yarımçıq  tərk 
edərək,  Sabirabad  rayonunda  müəllim  kimi  fəaliyyət  
göstərməyə  başlamışdı.  2  illik  Sabirabadda  əldə  etdiyi 
müəllimlik  təcrübəsindən  sonra  yenidən  doğma  yurdu 
“Ermənistan”a qayıdan gənc Tapdıq Həsənov Zəngibasar 
rayonunun Zəngilər məktəbində müəllimlik fəaliyyətini 
davam  etdirdi. Ancaq  təhsilinin  yarımçıq  qalması  fikri 
onu hər zaman narahat edirdi və nəhayət təhsilini qiyabi 
də olsa davam etdirməyi qərarlaşdıraraq Pedaqoji İnsti-
tuta geri qayıdır və ali təhsilini başa vurur.


167
Ancaq  Qərbi  Azərbaycanda  yaşayan  həm  yerli-
lərimizin  başına  gələn  fəlakətlər  bu  dəfə  də  Tapdıq 
müəllimdən  uzaq  ötüşmədi.  Üçüncü  dəfə  deportasiya 
ilə  üzləşərək,  1952-ci  ildə  Bərdə  rayonuna  köçürüldü. 
Bu  dəfə  həmişəlik  ana  Vətənindən  uzaq  düşən  Tapdıq 
Həsənov  ailəsi  ilə  birlikdə  Bərdə  rayonu  Kətəlparaq 
kəndində məskunlaşaraq, 50 il burada kənd məktəbində 
tarix  müəllimi  kimi  fəaliyyət  göstərmişdir.  Hər  zaman 
təşkilatçılıq bacarığı və aktiv fəaliyyəti ilə diqqət çəkən 
Tapdıq müəllim burada işlədiyi illərdə  də ictimaiyyətçi 
müəllim,  baş  müəllim  və  metodist  müəllim  olmuş,  də-
fələrlə  rayon  partiya  komitəsinin  plenumlarında  iştirak 
etmiş,  kənd  və  rayon  sovetinə  seçilmişdir.  SSRİ  və 
Azərbaycan  SSR  Maarif  Nazirliyinin  Fəxri  Fərmanları 
ilə təltif olunmuşdur.


168
FƏRİDƏ MƏMMƏDOVA
Fəridə  Məmmədova  1929-cu  ildə  İrəvan  şəhərində 
sənətkar  ailəsində  anadan  olmuşdur.  O,  ibtidai  və  yed-
dillik  təhsilini  İrəvandakı  Kirov  adına  azərbaycanlı 
məktəbində  almışdır.  O,  yeddillik  məktəbi  bitirdikdən 
sonra azərbaycanlı pedaqoji texnikumuna daxil olur və 
1945-ci  ildə  oranı  uğurla  bitirir.  F.Məmmədova  həmin 
ildən İrəvan şəhərindəki, Əzizbəyov adına azərbaycanlı 
məktəbində işləyir. O, azərbaycanlı balalarına dərin savad 
və  bilik  verməkdə  heç  bir  qüvvə  və  səyini  əsirgəmir. 
Fəridə xanım dərs dediyi illər ərzində onlarla həkimin, 
alimin, mühəndisin tərbiyəçi müəllimi olmuşdur. Bütün 
ömrünü  milli maarifimizin inkişafına, azərbaycanlı ba-
la larımızın  savadlanmasına,  tərbiyəsinə  həsr  etmiş  bu 
maarif  fədaisinin  maarif  dolu  həyat  kitabının  səhfələri 
hər dəfə gözümüz önündə canlandıqca bu səhfələri dönə-
dönə oxumaq istəyirsən.


169
PAŞA DURSUN OĞLU ƏLİYEV
Paşa Dursun oğlu Əliyev 1921-
ci ildə Ağbaba mahalının Sultanabad  
(1935-Şurabad)  kəndində  anadan 
olmuşdur.  Arpagölün  sahilində 
olan  bu  kəndin  əhalisi  1918-ci  ildə 
Tür kiyənin  Qars  və  Çıldır  əra-
zilərinə  köç  etmiş  və  bir  daha  geri 
qayıtmamışlar.  Paşa  müəllimgilin 
ailəsi də qohum - əqrabası ilə birlikdə 
qaçqın kimi bu boş qalan kəndə yerləşmişdir. Ona Paşa 
adının verilməsi də müəyyən bir tarixlə bağlıdır. Camal 
Paşanın  Tiflisdə  ermənilər  tərəfindən  öldürülməsi  ilə 
əlaqədar  olaraq  Dursun  kişi  yeni  doğulan  körpələrə  - 
əmisi oğluna Camal, öz oğluna isə Paşa adını vermişdi. 
Paşa müəllim hələ balaca ikən atası Dursun kişi günahsız 
olaraq repressiyaya məruz qalmış,  o, anasının himayəsi 
altında böyümüşdür. 
O, Sultanabad 7 illik məktəbini bitirəndən bir neçə 
il sonra İrəvan-Azərbaycan Pedaqoji Texnikumuna qəbul 
olunmuşdur.  Rus-alman  savaşının  başlandığı  zaman 
təh silini yarımçıq qoyaraq orduya səfərbər olunmuş və 
Uzaq  Şərqdəki  hərbi  hissələrin  birində  xidmət  etmişdi. 
Dəfələrlə yaponlara qarşı döyüşlərdə iştirak etmiş, orden 
və  medallarla  təltif  olunmuşdu.  1945-ci  ildə  ordudan 
tərxis  olunduqdan  sonra  texnikumda  təhsilini  davam 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə