Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

180
CEYRAN ZEYNALOVA
Keçən əsrin 40-ci illərində Qərbi 
Azərbaycanın  Ağbaba  bölgəsində 
milli  maarifimizin  tərəqqisi  yo-
lunda  xalqımızın  qeyrətli,  qa-
baqcıl  ziyalıları  ilə  çiyin-çiyinə 
bir  azərbaycanlı  qadın  ziyalısı  da 
çalışırdı.  Bu  ziyalı  qadın  ömrünün 
40 ildən artıq hissəsini azərbaycanlı 
balalarının  təlim-tərbiyəsinə,  onların  gələcək  inkişafına 
həsr edən Ceyran Mamed qızı Zeynalovadır.
Ceyran Mamed qızı Zeynalova 1924-cü ildə fevral 
ayının 20-də qədim İrəvan şəhərində qulluqçu ailəsində 
anadan olmuşdur. 1931-ci ildə M.F.Axundov adına orta 
məktəbin birinci sinfinə qədəm qoyan C.Zeynalova, 1940-
ci ildə təhsilini davam etdirmək üçün İrəvan azərbaycanlı 
pedaqoji texnikumuna daxil olur.
1942-ci  ildə  Böyük  Vətən  Müharibəsi  illərində 
bölgələrdə  azərbaycanlı  müəllimlərinə  böyük  ehtiyac 
olduğundan  pedaqoji  texnikumun  sonuncu  kursunda 
təhsil olan qabaqcıl tələbələr vaxtından əvvəl bölgələrə 
müəllim kimi göndərilirdi. Ceyran xanım Zeynalova da 
1942-ci ilin noyabr ayında Ağbaba mahalının Düzkənd 
kəndinə  tam  olmayan  7  illik  orta  məktəbinə  riyaziyyat 
müəllimi  təyin  edilir.  1943-cü  ilin  avqust  ayının  orta-
larına qədər burada çalışan Ceyran xanım 1943-cü ilin 


181
avqust  ayından  Göllü  kənd  ibtidai  məktəbinə  müdir-
müəllim təyin edilir. 15 avqust 1944-cü ildən Amasiya 
rayon mərkəzindəki orta məktəbdə riyaziyyat müəllimi 
vəzifəsində çalışmışdır.
Ceyran xanım müəllimlik sənətinə əsaslı yiyələnmək 
üçün  1944-cü  ildə  İrəvan  Dövlət  Pedaqoji  İnstitutunun 
fizika-riyaziyyat  fakultəsinə  daxil  olur.  Amma  ailənin 
ağır iqtisadi vəziyyəti onun təhsilini davam etdirməsinə 
imkan vermir. O, pedaqoji fəaliyyəti ilə yanaşı rayonun 
ictimai həyatında da fəal iştirak  edirdi.
Ceyran xanım 1960-1965-ci illərdə Amasiya rayonun 
qadınlar şurasının sədri və bir neçə dəfə rayon sovetinin 
deputatı seçilmişdir.
1960-cı ildə IV müəllimlər qurultayının nümayəndəsi 
seçilmiş  və  həmin  qurultayda  “Şərəf  nişanı”  ordeni  ilə 
təltif  edilmişdir.  1962-ci  ildə  “Ermənistan”da  qabaqcıl 
müəllimlərin respublika müşavirəsində nümayəndə kimi 
iştirak etmişdir.
1962-70-ci illərdə Amasiya rayon Ticarət heyətinin 
üzvü  olmuşdur.  “Ermənistan”  ticarət  işçilərinin  XI-XII 
qurultayının  nümayəndəsi,  həmin  qurultaylarda  “Er-
mənistan” Kooperasiya Şurasının üzvü seçilmişdir. 1966-
cı  ildə  müəllimlər  günü  münasibətilə  fədakar  əməyinə, 
pedaqoji  fəaliyyətinə  görə  “Əməkdar  müəllim”  adına 
layiq görülmüş, 1979-cu ildə isə “Əmək veteranı” medalı 
ilə təltif edilmişdir.


182
ŞAHQULİYEV SURXAY ƏHMƏD OĞLU
Şahquliyev  Surxay  1930-ci 
ildə  Dərələyəz  mahalının  Gabud 
kən dində  anadan  olmuşdur.  Atası 
Əhməd  kişinin  təhsili  olmasa  da  o, 
dini  rəvayətlərin,  folklorun  mahir 
bilicisi kimi tanınırdı. S.Şahquliyev 
Gabud  kəndində  ibtidai  məktəbi, 
qonşu Gomur kəndində isə yeddiillik 
məktəbi  bitirmişdir.  1948-ci  ildə 
İrəvan Pedaqoji Texnikumunu bi tir-
dikdən sonra əvvəlcə Gabud kəndində, sonra isə Gomur 
kəndində  müəllim  işləmiş,  1968-ci  ildə    Azərbaycan 
Dövlət  Universitetinin  filo logiya  fakültəsini  qiyabi 
yolla  başa  vurmuş,  1953-1970-ci  illərdə  Gomur  kənd 
orta  məktəbində  dərs  hisə  müdiri,  1970-1987-ci  illərdə 
isə kiçik fasilələrlə Gabud kənd səkkizillik məktəbində 
direktor, Əzizbəyov rayon təhsil şöbəsində Azərbaycan 
məktəbləri üzrə metodist vəzifələrinə işləmişdir.
1950-ci illərin əvvəllərindən şerləri dövri mətbuatda, 
o  cümlədən  “Sovet  Ermənistanı”  qəzetində,  habelə 
“Əbədi  Ermənistan”  almanaxlarında  dərc  olunmuşdur. 
O,    Xaçmaz  rayonun  Xudat  kəndində  müəllim  işləyir. 
Ədəbi  fəaliyyətini  davam  etdirən  şair  Qubadakı  “Ay 
işığı” ədəbi məclisinin üzvüdür və eyni adlı almanaxda 
onun şerləri dərc olunmuşdur. S.Şahquliyev lirik janrda, 
həm də satirik üslubda yazan şair kimi tanınır.


183
Nəsil  səcərəsi  XVII  əsrin  70-ci  illərinə  qədər 
məlum olan Surxay müəllimin əcdadları Dərələyəz ma-
halının  Məlikşah  kəndindədir.  1828-ci  il  Türkmənçay 
müqaviləsindən  sonra  İrandan  buraya  köçürülən  er-
mənilərlə  bir  yerdə  yaşamamaq  üçün  onun  əcdadları 
həmin  kənddən  şərqə  doğru  –  əvvəlcə  Söylan,  sonra 
Paşalı,  nəhayət  Gabud  kəndinə  köçmüşlər.  Söylan  və 
Paşalıdan  köçmələrinin  səbəbi  də  ermənilərin  buraya 
gəlməsi olmuşdur.
O,  Dərələyəz  mahalının  nüfuzlu  ziyalılarından  ol-
muşdur. Onun övladları da yüksək səviyyəli ziyalılardır.


184
İSGƏNDƏR HACIYEV
İsgəndər  Qurbanəli  oğlu  Ha-
cıyev 29 fevral 1905-ci ildə ana dan 
olmuşdur.  O,  Kəsəmən  kənd  mək-
təbini  bitirdik  dən  sonra  1930-32-
ci  illərədə  bu  məktəbdə  direktor 
işləmiş dir.  İ.Hacıyev  1932-37-ci 
illərdə  Satanaxaç  kəndində  ibtidai 
məktəbin  direktoru  vəzifəsində 
çalış  mışdır.
1939-cu  ildə  İrəvan  Pedaqoji  Texnikumunu  qiyabi  
bitirən  İ.Hacıyev  1937-1940-ci illərdə Canəhməd kən-
dində, 1940-ci ildən İkinci Dünya müharibəsinə gedənə 
qədər İnəkdağı kəndində məktəb direktoru işləmişdir.
İ.Hacıyev 1944-cü ildə müharibədən II dərəcəli əlil 
kimi qayıtmış  və  1971-ci ilə kimi Kəsəmən kəndindəki 
orta  məktəbdə  direktor  işləmişdir.  Sonralar  isə  1987-ci 
ilə qədər müəllimlik etmişdir.
İ.Hacıyev 1956-cı ildə S.M.Kirov adına Azərbaycan 
Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1950-
ci ildə ona Ermənistan SSR-nin Əməkdar müəllimi adı 
verilmişdir. Müharibədə və arxa cəbhədə fəal iştirakına 
görə  18  ədəd  orden  və  medallarla  təltif  olunmuşdur. 
Ermənistan SSR Maarif Nazirliyi tərəfindən təşəkkürlər 
almışdır.
İ.Hacıyev  28  sentyabr  1992-ci  ildə  Bakı  şəhərində 
vəfat etmişdir.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə