Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   37   38   39   40   41   42   43   44   45

195
çalışır. Lakin burada da uzun müddət işləyə bilmir, çünki 
institut  öz fəaliyyətini dayandıraraq ləğv edilir, bununla 
da İbad müəllimin əmək yolu sona çatır. Ömürlük qocalıq 
məzuniyyətinə çıxmalı olur.
Dörd  uşaq  atası  olur,  hamısı  oxumuş  ali  təhsilli  
uşaqlardı.  Heyif  ki,  2009-cu ildə yeganə (tək) qızımı, 
2011-ci  ildə  həyat  yoldaşımı  itirir.  Demək  olar  ki,  tək 
qalır. Yəqin ki, taleyinə belə ağrılı, acılı günlər yazılıbmış.
İbad  müəllim  İrəvan  pedaqoji  məktəbində  təhsil 
illərini  xatırlayarkən  qeyd  edir  ki,  texnikum  Qərbi Az-
ər baycanda  pedaqoji  kadrların  hazırlanmasında  yeganə 
müstəqil  təhsil  ocağı  olmuşdur.  Bir  növ  Qərbi  Az-
ərbaycanın “Qori” seminariyasını xatırladırdı.


196
İSTƏMİRƏM
Dünya yenə məni çəkir sınağa,
Daha gülmək-ağlamaq istəmirəm.
Yollarım dirənib zilə, dağa, dalana,
Daha geri qayıtmaq istəmirəm.
Fikir gəzir qarış-qarış başımda,
Dolanır həm yazımda, həm qaşımda.
Ədalət görmədim ahıl yaşımda
Bundan belə ədalət istəmirəm.
Təmiz fikrin doğru sözün olmasa,
Yalan gələr, doğru grdər bilinməz.
Günəş sönər, zülüm çökər dünyaya,
Zülüm verən dövranı istəmirəm.
İnanmıram qara dönə ağ ola,
Bülbül uça, güllər sola, zay ola.
Ana ölə, ata qala, yad ola,
Daha dərdimə dərman istəmirəm.
İtirmişəm Göyçə kimi elimi,
Baldan şirin doğru deyən dilimi,
Atamı, anamı, Göyçə gölümü,
Daha başqa gülüstan istəmirəm.


197
QOCALIQ
Tez gəlməyini gözləməzdim,
Sən nə tez gəldin, ay qocalıq.
Gəncliyimi aldın əlimdən,
Qəddar oldun sən, ay qocalıq.
Nə qış qanırsan, nə də yaz-yay,
Hey gəzirsən eli-obanı,
Kasıbı varlıdan seçirsən,
Salırsan azara, qocalıq.
Bəzən uşaq kimi baxırsan,
Küsüb, qaş-qabağını asırsan,
Qohumdan-qardaşdan qaçırsan,
Elə bil düşüb yas, qocalıq.
Get-gedə hörmətdən düşürsən,
Daxilən qovrulub-bişirsən,
Yemirsən-içmirsən, əsirsən,
Sanki qışdır gəlib, qocalıq.
İbad, solubdur bağlarım,
Bağlanıbdır, kəsilibdir bütün yollarım,
Ötüb getdi cavan çağlarım,
Zəfər çaldın sən, ay qocalıq.
İbad Əliyev


198
ZEYNALOV ORUC HƏMZƏ OĞLU
Oruc  Zeynalov  1921-ci  il  may 
ayının  17-də  Qərbi  Azərbaycanın 
Əştərək rayonun Hamamlı kəndində 
anadan  olmuşdur.  Ibtidai  təhsilini 
həmin  kənddə  aldıqdan  sonra  Zən-
gibasar  rayonun  Mehmandar  kən-
dində  7  illik  məktəbdə  oxumuşdur. 
Məktəbi  uğurla  bitirərək,  1948-ci 
ildə  İrəvan  pedaqoji  məktəbinə  da-
xil  olmuşdur.  1941-ci  ildə  texnikumu  əla  qiymətlərlə 
başa  vurmuşdur. Yeri  gəlmişkən  qeyd  edək  ki,  1940-ci 
ildə  texnikumun  15  illik    yubileyi  ilə  bağlı  göstərilən 
34  nəfər  əlaçı  tələbələrin  siyahısında  Həbib  Həsənov, 
Zəhra Hüseynova, Əli Qədiməliyev, İsrəfil Şahverdiyev 
və  s.  tələbələrlə  yanaşı  Oruc  Zeynalov  və  II  Dünya 
Müharibəsinə getmiş, itgin düşmüş qardaşı Zeynal Zey-
nalovun adları da çəkilmişdir. 
İrəvan  pedaqoji  məktəbi  o  dövrdə  Qərbi Azərbay-
can da müəllim ixtisası verən yeganə mötəbər təhsil ocağı 
olmuşdur.  O  dövrə  qədər  Qərbi  Azərbaycana  müəllim 
kadrosu,  demək  olar  ki, Azərbaycan  Respublikasından 
dəvət  olunurdu.  Irəvan  pedaqoji  texnikumu  fəaliyyətə 
baş   ladıqdan və ixtisaslı müəllimlər yetişdirildikdən sonra 
Qərbi Azərbaycan məktəblərini müəllimlərlə təmin edən 
yeganə təhsil müəssisəsi olmuşdur.


199
Oruc Zeynalov bu texnikumu 1941-ci ildə bitirərək, 
bir neçə ay Əştərək rayonun Təhkiyə kəndində müəllim 
işləmişdir.  1941-ci    ildə  II  Dünya  Müharibəsi  (Vətən 
müharibəsi)  başlayar-başlanmaz  onu  orduya  çağırırlar. 
Bir ay Bakıda , 6 ay Tiflisdə qulluq etdikdən sonra 1942-
ci ilin may ayında ön cəbhəyə yola salınır. Xarkov şəhəri 
istiqamətində İzyum şəhəri uğrunda gedən qanlı döyüşdə 
yaralanır,  8  hərbi  xəstəxanaya  (hospitala)  göndərilir.  3 
ay  orada  müalicə  aldıqdan  sonra  Həştərxana  köçürülür 
və axırıncı müalicəsini Uralda Çkalov şəhərində davam 
etdirir, sağaldıqdan sonra Leninqrad cəbhəsinə göndərilir. 
Soyuq,  şaxtalı  bombaların  yağış  kimi  yağdığı.  Bir  qış 
günündə Leninqrad cəbhəsinə çatırlar. Gündüz mümkün 
olmadığına görə gecə ikən sualtı qayıqlarla buz bağlamış, 
Ladoqa gölündən Leninqrad  şəhərinə çıxarılırlar. Orucun 
dediklərindən:  “Leninqrad  mühasirədə  idi,  hər  adama 
gün  ərzində  100-150  qram  qara  çörək  verilirdi”.  Oruc 
Zeynalov  Leninqrad  şəhərində  kəşfiyyatçı  dəstəsində 
fəaliyyətə  başlayır,  ön  xətdəki  ağır  döyüşlərdə  iştirak 
edir. Orduda olarkən o, 1944-cü ilin yanvarında “Döyüş 
xodmətlərinə  görə”  medalı  (general  Çerpanovun  özü 
təqdim  etmişdir),  1944-cü  ilin  axırı  “Leninqradın  mü-
dafiəsinə  görə”  medalı,  1945-ci  il  “Böyük  Vətən 
müharibəsində qələbə” ordeni ilə təltif olunmuşdur. 
1945-ci  ildə  ordudan  təxris    olunaraq  öz  doğma 
kəndləri  Hamamlıya  dönmüş,  1949-cu  ilin  noyabrına 
kimi həmin kənd 7 illik məktəbində direktor  vəzifəsində 
işləmişdir. 1947-ci ildə Bakı şəhərində fəaliyyət göstərən 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə