Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   37   38   39   40   41   42   43   44   45

212
Kazımov,  Şölə  Fərhadova,  Məmməd  Həsənov,  Ələşrəf 
Bayramov,  Həbib  Məhəmmədzadə,  Bülbül  Kazımova, 
Miryusif Mirbabayev, Abbas Orucov, Raziyə İsmayılova, 
Surə Babayeva, Zaman Vəliyev, Yu sif Ramazanov, Cəfər 
Ələkbərov  və  s.  yüzlərlə  bu  kimi  hu ma nist,  alicənab, 
obyektiv, savadlı, bacarıqlı müəllimlər çalışırdı.
Texnikum  binasının  I  mərtəbəsində  təcrübə  bazası 
kimi ibtidai sinif şagirdləri təhsil alırdı, II-III mərtəbələrdə 
texnikum tələbələri üçün auditoriyalar yerləşirdi. Axırıncı 
mərtəbə ümumi yataqxana idi. Texnikumda fənn, tar, rəqs, 
rəsm,  ədəbi  yaradı cılıq  dərnəkləri  fəaliyyət  göstərirdi. 
Texnikumun rəhbərliyi, müəllimlər tez-tez yataqxanaya 
baş  çəkirdilər.tələbələrin  dərs lərə  hazırlanması,  məişət 
vəziyyətləri  ilə  maraqlanırdılar.  Bir  haşiyə  çıxmaq 
istəyirəm. Həftənin hansısa bir günü idi. Mən bir az tez 
yatmışdım. Gördüm, bir nəfər məni silkələyir və “yoldaş 
tələbə,  yoldaş  tələbə”  deyə,  məni  səsləyir.  Gözümü 
açdım,  baxdım,  bu  direktor  Əsgər  Cəfərov  idi.  Bir  az 
yumşaq və bir az da amiranə tərzdə: “Yoldaş tələbə, belə 
tez yatmazlar! Səhərki dərs lərini hazırlamısanmı?” dedi, 
“Bəli, hazırlamışam”, dedim. O əlavə edərək «Səhər dərsə 
getməmiş  konspektlərini  də  götürüb  yanıma  gələrsən,- 
dedi. Səhər getdim, konspektlərimi yoxladı, bir-iki sual 
verdi və dedi: “Dərsə get, tələbə belə tez yatmaz”.
Texnikumda  gözəl  abı-hava  hökm  sürürdü.  Rəh-
bərliyin texnikumu lazımi səviyyədə idarə etməsi, müəl-
limlərin  əksəriy yətinin  elmi  adları  olmasa  da,  dərin 
bilikli, müsbət mənada ağır təbiətli, təmkinli tələbələrlə 


213
humanistcəsinə  davranmaları,  ağır  bir  dövr  olmasına 
baxmayaraq,  gözü-könülləri  tox  olmaları,  tələbələrin 
əksəriyyətinin  nisbətən  yaşlı  olmaları  (hətta  tələ bələrə 
bron da verilirdi) texnikumun məzuniyyətlərini daha da 
artırır. O, səviyyəli bir instituta bənzəyirdi. Qərbi Azər-
baycan  əhalisi  tərəfindən  mötəbər  bir  təhsil  məbədi 
kimi  qəbul  edilirdi.  Onun  müdavimlərini  kənd  camaatı 
çox hörmətlə qarşı layırdı, hətta tətil vaxtları kəndlərinə 
gələn tələbələri sıra ilə bütün kənd ailələri qonaq çağırar 
və  əzizləyərdilər,  o  cümlədən  bu  sətirlərin  müəllifini 
və onunla təhsil alan həmkəndli tələbə yoldaşlarını da. 
Texnikumun məzuniyyətləri hədindən çox idi. əsərdə bu 
barədə  ətraflı bəhş olunacaqdır. Xüsusilə müharibə dən 
sonrakı illərdə istər müəllim, istərsə də tələbələrdə yüksək 
əhval-ruhiyyə və təhsilə maraq daha da artmışdı. Hamı 
həvəslə çalışırdı. Sanki həyat tamam bambaşqa olmuşdu. 
Texnikumda  bir  canlanma,  gələcəyə  böyük  inam  var 
idi.  Atalar  demişkən,  “sən  saydığını  say,  gör  fələk  nə 
sayır”. Sabir demişkən, “biz belə bir təmənnada ikən”. 
Texnikumun Azərbaycana köçürülmə xəbəri bir bomba 
kimi  partladı,  elə  bil  tələbə  və  müəllimlərin  üzərinə 
qaynar su çiləndi. Texnikumda hökm sürən bu cahcəlal 
və  həyat  eşqi  birdən-birə  ölgünləşdi,  sönməyə  başladı. 
Hamının  üzündə  bir  hüzn,  bir  kədər  və  bir  solğunluq 
müşahidə edilirdi. Bu minvalla İrəvan pedaqoji məktəbi 
Stalin-Mikoyan siyasətinin qurbanı olaraq, Azərbaycanın 
o zamanınkı Xanlar rayonuna  köçürüldü. Çox keçmədi 
ki,  orada  da  bir  erməni  barmağının  olması  nəti cəsində 


214
bağlandı.  Bu  texnikumdan  əsər-əlamət  belə  qalmadı. 
Sanki belə bir müqəddəs təhsil ocağı olmamışdır. Belə bir 
gözəl, müqəddəs təhsil ocağı da sönərdimi?! Təəssüflər 
olsun,  söndü!  Mən  bir  çox  təhsil  ocaqlarında:  Qazax 
müəllimlər  İnstitutunda,  Bakı  Dövlət  Universitetində, 
APİ-nun  Aspiranturasında,  Mark sizm-Leninizm  Uni-
ver  sitetində  oxumuşam.  Irəvan  Pedaqoji  Mək təbini 
bitirməyimlə qürur duyur və daha çox fəxr edirəm!
Cəfər Cəfərov, 
professor


215
İrəvan Pedaqoji məktəbini bitirmiş məzunların 
siyahısı
(siyahı tam deyil)
1.  Əli Fərəcov – İrəvan
2.  Sona Bağırova – İrəvan
3.  Zəhra Əliyeva – İrəvan
4.  Kövsər Tarverdiyeva – İrəvan
5.  Fəridə Məmmədova – İrəvan 
6.  Şəfiqə Məhərrəmova – İrəvan
7.  Qadir Məmmədov – Zəngibasar, Uluxanlı
8.  Tağı Bağırov – Zəngibasar, Uluxanlı
9.  Musayev Abbas – Zəngibasar, Uluxanlı
10. Cəfərqulu Əsgərov – Zəngibasar, Uluxanlı
11. Həqiqət Məmmədova – Zəngibasar, Uluxanlı
12. İsmayıl İsmayılov – Zəngibasar, Uluxanlı
13. Əsəd Məmmədov – Uluxanlı
14. Nəriman Məmmədov – Zəngibasar, Zəngilər kəndi
15. Məsim Məmmədov – Zəngibasar, Hacaparax
16. Məhərrəm Bayramov – Zəngibasar, Aşağı Necili
17. Budaq Budaqov – Zəngibasar, Çobankərə kəndi
18. Abbas Mustafayev – Zəngibasar, Çobankərə kəndi
19. Cabbar Quliyev – Zəngibasar, Zəhmət kəndi
20. Cəlil Quliyev – Zəngibasar, Zəhmət kəndi
21. Tapdıq Həsənov – Zəngibasar, Dəmirçi kəndi
22. Mirabbas Heydərov – Zəngibasar, Dəmirçi kəndi
23. Fərhad Fərhadov – Zəngibasar, Rəncbər kəndi
24. Cabbar Məmmədov – Zəngibasar, Zəhmət kəndi


216
25. Kərim Qafarov – Zəngibasar, Uluxanlı
26. Ceyran Zeynalova – İrəvan 
27. Nigar Vəliyeva – Zəngibasar, Qaraqışlaq kəndi
28. Feyzulla Məmmədov – Zəngibasar, Aşağı Necili kəndi
29. Nəriman  Əliyev  (Fəxri)  –  Vedibasar,  Böyük  Vedi 
kəndi
30. Yusif Yusifov – Vedibasar, Vedi kəndi
31. Süleyman Məmmədov – Vedibasar, Xalisa kəndi
32. Nəriman Yusifov – Vedibasar, Böyük Vedi kəndi
33. Nəzər Paşayev – Vedibasar, Böyük Vedi kəndi
34. Nəriman Kazımov – Vedibasar, Böyük Vedi kəndi
35. Cəfər Cəfərov – Əştərək rayonu, Hamamlı kəndi
36. Zərifə Budaqova – İrəvan
37. Abbas İsmayılov – Göyçə mahalı, Ardanış kəndi
38. Həbib Həsənov – Nor-Bayazit, Ağzıbir kəndi
39. Abbas Tahir – Qəmərli rayonu, Məsimli kəndi
40. Tapdıq Əmiraslanov – Göyçə mahalı, Zod kəndi
41. Cümayıl Mərdanov – Qaraqoyunlu, Göyərçin kəndi
42. Nurəli Qurbanov – Qafan rayonu, Cığı
43. Cahangir Rüstəmov – Qafan rayonu, Şəhərcik kəndi
44. Əbil Rzayev – Qafan rayonu
45. Həsən Şəkərəliyev – Qafan rayonu, Pürülü kəndi
46. Həsənalı Həsənov – Qafan rayonu
47. Bəhlul İmaməliyev – Qafan rayonu
48. Ağabala Babayev – Qafan rayonu
49. Qasım Mustafayev – Ağbaba, Güllübulaq
50. Nəcəf Nəcəfov – Ağbaba, Oxçuoğlu
51. Matan Tanrıverdiyev – Zəngibasar, Yuxarı Necili


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə