Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   37   38   39   40   41   42   43   44   45

205
sonralar maarifimizin inkişafına öz töhfələrini vermişlər. 
Cahangir  Rüstəmov,  Əbil  Rzayev,  Ağabala  Babayev, 
Həsənalı müəllim, Həsən Şəkərəliyev və başqaları onun 
təşəbbüsü nəticəsində İrəvan Pedaqoji məktəbində təhsil 
almışlar.  Nurəli  Qurbanov  hələ  Pedaqoji  məktəbdə 
oxuyarkən İrəvanda Azərbaycan Ədəbi mədəni mühitinin 
inkişafında  fəal  iştirak  edirdi.  O,  EYPC-nin  nəzdində 
yaradılmış  Azərbaycanlı  şöbəsində  gənc  yazıçı  kimi 
iştirak  edirdi.  30-cu  illərdə  Nurəli  müəllimin  İrəvanda 
Azərbaycan  dilində  yəşr  olunan  ədəbi  Almanaxlarda 
Pedaqoji Texnikumun Tələbələri, İrəvan 1930
Nurəli Qurbanov, Cahangir Rüstəmov, Əbil Rzayev
Həsənalı Həsənov, Bəhlul Bayramov


206
işıq üzü görmüş hekayə və əsərlərin müəllifidir. Nurəli 
müəllim Qafan rayonunun bir sıra kəndlərində müəllim 
direktor    və  s.  vəzifələrdə  çalışmışdır.  Onun  çalışdığı 
məktəblər  Qərbi  Azərbaycanda  ən  qabaqcıl  məktəblər 
kimi tanınırdı. Nurəli müəllim nəyin ki Qafanda, bütün 
Qərbi  Azərbaycanda  tanınmış  müəllimlərdən  biri  idi. 
Nurəli müəllimin fədakar əməyi bu gün də minnətdarlıqla 
yad edilir. Nurəli müəllimin işıqlı həyat yolunu bu gün də 
onun övladları davam etdirirlər.


207
MƏMMƏDOV ŞAHVƏLƏD
(1922-1994)
Məmmədov  Şahvələd  Teymur 
oğlu 1922-ci ildə Qərbi Azərbayca-
nin Sisyan rayonunun Murxuz kən-
dində anadan olmuşdur. Sofulu 7 illik 
məktəbini bitirdikdən sonra 1938-ci 
ildə  İrəvan  Pedaqoji  Texnikumuna 
daxil  olmuş  və  həmin  texnikumu 
1939-cu ildə bitirmişdir. 
İlk  müəllimlik  fəaliyyətinə  Sis-
yan  rayonunun    Qizil  Şəfəq  (  Şixlar  )  kəndində  baş-
lamış,  sonralar  isə  həmin  rayonun  Vağudi,  Dəstəgird 
kəndlərində müəllimlik etmişdir. Əsgəri xidmətini Gür-
cüstan Respublikasında Qori şəhərində yerləşən 124-cü 
Qırmızı  Qvardiya  atıcılıq  polkunda  keçmişdir.  Hərbi 
xidmətdə  yaralandıqdan  sonra  ordudan  tərxis  olunub, 
Murxuz, Ağudi,  Ərəfsə  və  Sofulu  kəndlərində  məktəb 
direktoru işləmişdir.   1952-ci ildən Sisyan rayon partiya 
komitəsində  təbliğatçı  və  rayonda  çıxan  “Kommunizm 
yolu” qəzetində ədəbi işçi kimi  fəaliyyət göstərmişdir.
1956-1958-ci illərdə Murxuz kəndində kolxoz sədri 
vəzifəsində işləmişdir. 1958-ci ildən 1988-ci ilə kimi – 
azərbaycanlılarln  Ermənistandan  deportasiyasına  qədər  
Sofulu və Murxuz  kənd  məktəbində  direktor  işləmişdir. 
Ş.Məmmədov texnikum təhsili ilə kifayətlənməyib. 


208
1948-ci ildə Naxçıvan Müəllimlər İnstitutuna daxil olmuş 
və oranı müvəffəqiyyətlə başa vurduqdan sonara 1957-ci 
ildə indiki Azərbaycan Dövlət  Pedaqoji Universitetininin 
filologiya  fakultəsinə  daxil    olmuş  1962  –ci  ildə  oranı 
bitirmişdir .
Ş. Məmmədov rayon ictimaiyyətinin dərin hörmətini 
qazanmış  bir  el  ağsaqqalı  kimi  onu  tanıyanların  yad-
daşında qalmışdır.
Ş.  Məmmədovdan  bir  övlad  qalıb-Sevinc  xanım. 
Sevinc xanım da atasının yolunu davam etdirir və hal- 
hazırda  Sumqayıt  şəhərində  dil  ədəbiyyat  müəllimi 
işləyir.
Ş.  Məmmədov  1994-cü  ildə  Sumqayıt  şəhərində 
vəfat etmişdir.
İrəvan Pedoqoji məktəbinin məzunları. 1939-cu il


209
Şahvələd Teymur oğlu Məmmədov onu tanıyanların 
xatirəsində əbədi yaşayacaq və dərin minnətdarlıqla yad 
edilir.
Şahvələt Məmmədov tələbə yoldaşı Mokayıl Hüseynovla
1939-cu il.İrəvan


210
MƏZUN SÖZÜ:
BÖYÜK TƏHSİL MƏBƏDİ– İRƏVAN 
PEDAQOJİ MƏKTƏBİ
1920-40-ci  illərdə  Qərbi  Azərbaycanda  müəllim 
kadrları  çatışmırdı.  Buraya  müəllimlər  ya  Azərbaycan 
Res publikasından  göndərilirdilər,  ya  da  köhnə  mol la-
xanalarda oxu muş, latın əlifbasını bilənlər müəllim təyin 
edilirdilər.
Yaxşı  yadımdadır,  1938-ci  ildə  mən  I  sinfə  ge-
dəndə  yerli  kadr  olmadığına  görə  bizim  məktəbimizə 
Azərbaycandan iki nəfər müəllim göndərmişdilər, soyad-
ları  yadımda  deyildir,  birinin  adı  Məhəmmədhüseyn, 
digərininki  isə  Məhəmmədəli  idi.  Məhəmmədhüseyn 
bizim sinifdə dərs deyirdi. Iki il işlədikdən sonra onlar 
öz vətənlərinə-Azərbaycana qayıtdılar. Bunların  yerinə 
kəndimizə  2  müəllim  təyin  etdilər.  Bunlardan  biri  Əli 
adlı  yaşlı  müəllim  idi.  Əli  müəllim  qeyd  edirdi:  “Mən 
keçmişdə mollaxanada oxumuşdum, az-çox ərəb  əlifbası 
ilə  yazıb-oxu mağı  bacarırdım.  Belə  bir  elan  eşitdim: 
“Hər kim latın əlifbası ilə yazıb oxumağı bilirsə, rayon 
maarif  şöbəsinə  müraciət  etsin.  Bir  gecə  səhərə  kimi 
yatmayaraq, latın əlifbası ilə yazmağı, oxumağı öyrənib, 
səhər tezdən maarif şöbəsinə getdim. Məni yoxladılar və 
bura müəllim göndərdilər”.
O zaman Qərbi Azərbaycanda müəllim sarıdan belə 
bir acınacaqlı vəziyyət hökm sürürdü. Xüsusilə müharibə 
dövründə  vəziyyət  daha  ağır  idi.  Müəllim  çatışmırdı. 


211
Hətta  7-ci  sinfi  bitirən  oğlan  və  qızlar  müəllim  təyin 
olunurdular. 
Deməli,  belə  bir  acınacaqlı  vəziyyəti  1924-cü  ildə 
İrəvan  şəhərində  açılmış  Azərbaycan  pedaqoji  tex-
nikumu  tədricən  aradan  qaldırırdı.  Bu  texnikum  Qərbi 
Azərbaycanda yeganə müstəqil müəllim hazırlayan təhsil 
ocağı idi. O, bir növ Qori Seminariyasını xatırladırdı. O 
dövrdə,  ondan  da  bir  qədər  sonra  Qərbi Azərbaycanda 
fəaliyyət  göstərən  müəllimlərin  60-70  faizi  həmin  tex-
nikumun  məzunları  olmuşlar.  Bununla  yanaşı,  Qərbi 
Azərbaycandan yetişən ən görkəmli alim, yazıçı, şair, mu-
siqi şünas və rəssamların da bir qismi həmin texniku mun 
məzunları olmuşlar. Mənim xoşbəxtliyim  onda olmuşdur 
ki, 1945-ci ildə mən də bu texnikumun tələbəsi oldum. 
Düzdür, 1945-ci ilə qədər texnikumun təşkili və inkişafı 
çox ağır və keşməkeşli olsa da, uzun sürən mübarizələrin 
nəticəsində yaradılsa da, texnikum mü nasib 4 mərtəbəli 
çox  saylı  auditoriyaları  olan  bir  binada  yer ləşirdi.  Çox 
yüksək  səviyyəli  müəllim  kollektivinə,  Qərbi  Azər -
baycanın bütün güşələrindən gəlmiş tələbə kontingentinə 
malik möhtəşəm bir təhsil ocağına çevrilmişdir. 1945-ci 
ildə görkəmli şəxsiyyət olan, sonralar AZİ-nin professoru 
vəzifə sində fəaliyyət göstərən (məşhur tarixçi alim Yusif 
Yusifovun atası) Bəhlul Yusifov texnikumun direktoru idi. 
1946-cı ildə Bəhlul Yusifov  azad edil di. Əvvəl Həbub, 
sonra Əsgər Cəfərov texnikumun direktoru oldular. Köç-
mə döv rində Əsgər Cəfərov idi. Texnikumda Sadiq Hey-
dər zadə,  Əyyub  Babayev,  Təvəkkül  Kərimov,  Mehdi 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə