Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   37   38   39   40   41   42   43   44   45

200
Bakı  Qiyabi  Pedaqoji  İnstitutunun  dil  və  ədəbiyyat 
fakültəsinə daxil olur.
1949-cu  ilin  noyabrında  Oruc  müəllimin  ailəsi 
Hamamlı kənd əhalisi ilə birlikdə Salyan rayonuna de-
partasiya olunur. Əvvəlcə Marışlı kənd 7 illik məktəbində 
müəllim işləmiş, 1952-ci ildə attestasiya komissiyasın  dan 
keçərək, əvvəlcə Çuxanlı kənd məktəbində 1955-ci ildə 
isə Sarvan kənd orta məktəbində direktor vəzifələrində 
çalışmış.  1958-1991-ci  illər  ərzində  Seyidsadıxlı  kənd 
orta məktəbində direktor işləmiş. Nəhayət, 1991-2003-cü 
illər ərzində, başqa sözlə təqaüdə çıxarılana qədər Marışlı 
kənd orta məktəbində cərgəvi müəllim kimi fəaliyyətini 
başa vurmuşdur. Hal-hazırda 96 yaşında Marışlı kəndində 
ömür sürür, Oruc müəllimə can sağlığı arzu edirik.


201
CAHANGİR  RÜSTƏMOV
Cahangir  Rüstəmov  1911-ci 
ildə  Qafan  bölgəsinin  Şəhərcik 
kəndində  yoxsul  bir  ailədə  anadan 
olub. Bəndəli kişinin üç uşağından 
biridir. Ilk təhsilini kənd məktəbində 
alır.  1927-ci  ildə  İrəvan  Türk 
Pedaqoji  Texnikumuna  daxil  olub 
və 1931-ci ildə müəllimlik  ixtisası 
alıb. Texnikumda Nurəli Qurbanov  
Həsənalı  Həsənov,  Əbil  Rzayev, 
Bəhlul Bayramov və başqaları ilə birlikdə oxumuşdur.
1931-ci ildən sonra, bir neçə il Yuxarı Girətağ kənd 
məktəbində dil və ədəbiyyatdan dərs deyib. Bir müddət 
Gödəkli  yeddiillik  məktəbinin  direktoru  vəzifəsində 
işləyib. 1941-ci ilə kimi, alman-sovet savaşının başlandığı 
ilə qədər Şəhərcik məktəbinin müəllimi olub.
1941-ci  ildə  müharibəyə  göndərilir,  qayıdıb  bir  il 
müx təlif işlərdə çalışır. Sonra O öz müəllimlik peşəsinə 
qaydır və ömrünün axırına kimi, öz sənətindən ayrılmır. 
1940-ci ilin 13 noyabrında ona xalq maarifi sahəsindəki 
xidmətlərinə  görə,  “Əməkdar  müəllim”  fəxri  adı  veril-
mişdi. Sona qədər də bu adı şərəflə daşıdı.
Fikrət Bəndəliyev  atası haqqında söyləyir:  Atamın adı 
gələndə hər yerdə mənə hörmət və ehtiram göstərirdilər. 
Bir hadisə heç vaxt unudulası deyil; instituta yenicə qəbul 


202
olunmuşdum.  Partiya  tarixindən  bizə  Bəhlul  Yusifov 
dərs  deyirdi. İlk dərsdə jurnaldan soyadlarımızı bir-bir 
oxuyub, ayağa qaldırdı və hansı bölgədən olduğumuzu 
xəbər aldı. Biləndə ki, mən Qafan bölgəsindənəm, dedi:
‒  Mən  İrəvan Türk  Pedaqoji Texnikumunun  direk-
toru olanda Qafandan yaxşı tələbələrim vardı. Sən kimin 
oğlusan?
Cavab verdim ki, Cahangir Rüstəmovun.
Gözlüyünü çıxarıb, bir daha mənə nəzər saldı:
‒ Cahangir Rüstəmov mənim ən yaxşı tələbələrimdən 
idi. Indi sağdırmı?
Başımın hərəkəti ilə sağ olduğunu bildirdim. Atam 
haqqında xoş sözlər eşitdiyimdən uçmağa qanadım yox 
idi. Bəhlul müəllim bizə bir il dərs dedi. Məni görəndə 
atamı soruşar, salam söyləməyi tapşırardı...
Atam cəmi əlli bir il yaşadı. Görünür, keçdiyi yolun 
əzab-əziyyəti, məşəqqətli çağlar onun sağlamlığını vax-
tından  əvvəl,  əlindən  almışdı.1962-ci  ildə  dünyasını 
dəyişdi. Onun dəfn gününü yaxşı xatırlayıram: bölgənin 
ziyalıları axışıb gəlmişdilər. Onun nə qədər hörmət və eh-
ti rama layiq görüldüyünün bir daha şahidi oldum.
Məzarlıqda bir neçə adam danışdı. Hərə ürək ağrısı 
ilə  öz  sözünü  söylədi.  Bölgənin  tanınımış  maarif  işçisi 
Bahadur İsmayılov göz yaşı içərisində dedi:
‒ Mən arzu etmişdim ki, Cahangirin çiynində gora 
gedim, ancaq tərsinə oldu. Həyatda elələri var ki,yaşasalar 
da, ölüdürlər, elələri də var ki, ölsələr də, daim yaşayırlar. 
Cahangir bu gün bizim aramızdan getsə belə, o hər zaman 


203
diridir, o bizim aramızdadır, o heç vaxt unudulmayacaq!..
Fikrət Bəndəliyev sözünə ara verib, köks ötürdü:
‒  İndi  neçə  ildir  ki,  atam  dünyasını  dəyişib.  Onun 
nəvə-nəticələri  var.  Onlara  babaları  haqqında  iftixarla 
söhbət açıram...
Bölgənin  tanınmış  jurnalisti Abdulla  İbrahimov  isə 
öz müəllimi haqqında ürək sözlərini belə ifadə etdi:
‒ Cahangir Rüstəmov sevimli müəllimlərimdən biri 
olub. 30-cuillərdə mən Yuxarı Girətağ kənd məktəbində 
oxuyurdum.  O  zaman  Cahangir  müəllim  bizə  dil  və 
ədəbiyyatdan  dərs  deyirdi.  Təmkinli  danışığı,  səmimi 
rəftarı  vardı.  Onun  dərslərini  böyük  səbrsizliklə  göz-
ləyirdik. Şagirdlərə elə qayğı ilə yanaşardı ki, elə bilərdin, 
valideyn  öz  övladını  dindirir,  ona  öyüd  verir,  davranış 
öyrədir.  Mən  həyatda  Cahangir  müəllimdən  çox  şey 
öyrənmişəm,  onun  məzarı  önündə  baş  əyirəm.  Əlvida, 
əziz müəllimim, rahat uyu!


204
NURƏLİ  QURBANOV
Qərbi  Azərbaycanda  milli  ma-
arifimizin  inkişafında  böyük  xid-
mətləri  olanı  ziyalılardan  biri  də 
Nurəli  Qurbanovdur.  Nurəli  Məm-
mədəli oğlu  Qurbanov  1910-cu ildə 
Qafan  rayonun  Şəhərcik  kəndində 
anadan  olmuşdur.  O,  texnikumda 
oxuduğu  müddətdə  öz  ədəbi, 
ictimai fəalliğı, dərin biliyi ilə də öz 
həmkarlarından seçilirdi. O, İrəvanda Azərbaycan dilində 
nəşr olunan “Zəngi” (sonralar isə “Qızıl şəfəq” adı ilə nəşr 
edilmişdir) qəzeti səhifələrində dövrün ictimai, mədəni və 
s. sahələrinə aid xeyli sayda məqalələri dərc edilmişdir. 
Nurəli  müəllim  “Qızıl  şəfəq”  qəzetinin  Qafan  bölgəsi 
üzrə  ən  fəal  müxbirlərindən  biri  idi.    Nurəli  müəllim 
1936-38-ci  illərdə  Qafanda  nəşr  edilən  “Mis  uğrunda” 
qəzetinin  redaktor  müavini  işləmişdir.  O,  ensiklopedik 
biliyə,  analitik  təfəkkürə  malik  bir  ziyalı  idi.  Nurəli 
Qurbanov 1927-ci ildə İrəvan Pedaqoji Məktəbinə daxil 
olmuş 1930-cu ildə həmin məktəbi uğurla başa vurmuşdu. 
Pedaqoji  məktəbi  bitirdikdən  sonra  öz  doğma  vətəni 
Qafan  rayonuna  qayıdaraq,  Azərbaycanlı  balalarının 
təhsilə,  elmə  yiyələnməsində  böyük  səy  göstərmişdi. 
Onun  səyi  nəticəsində  Qafan  rayonundan  olan  bir  sıra 
gənclər  İrəvan  Pedaqoji  məktəbində  təhsil  almış  və 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə