Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

185
CUMAYIL MƏRDANOV
Cumayıl  Alı  oğlu  Mərdanov 
1918-ci il sentyabrın 16-da Göyərçin 
kəndində  anadan  olub.  Rəhmətlik 
anası danışarmış ki, “qaçaqaç (1918-
ci  ilin  qışı  nəzərdə  tutulur)  zamanı 
Cumayılı  dalımda  apardım”.  O, 
ibtidai  məktəbi  Göyərçin  kəndində, 
7  illik  məktəbi  isə  Çaykənddə 
bitiribdir. Sonra İrəvan şəhərindəki Azərbaycan Pedaqoji 
məktəbinə daxil olmuş və 1938-ci ildə 20 yaşında həmin 
məktəbi  bitir miş dir.  Həmin  dövrdə  İrəvan  Pedaqoji 
texnikumu  çox  nüfuz lu  təhsil  ocaqlarından  biri  hesab 
edilirdi  və  bu  məktəbi  bitirənlərin  Ermənistanda  ya-
şayan  azərbaycanlıların  təh sil  almasında  çox  böyük 
rolu  olub.  Texnikumu  bitirdikdən  sonra  20.08.1938-
ci  il  tarixdən  21.06.1941-ci  il  tarixə  qədər  Göyərçin 
kənd  ibtidai  məktəbində  əvvəl  müəllim,  sonra  məktəb 
direktoru vəzifəsində çalışır. 1941-ci ildə İkinci Dünya 
müharibəsinin  başlanması  ilə  əlaqədar  hərbi  xidmətə 
çağırılır. İlk hərbi hazırlığı Türkiyə ilə sərhəddə yerləşən 
keçmiş  Qarakilsə  (o  zamankı  Leninakan)  şəhərində 
keçir.  Cumayıl  məllim  danışardı  ki,  Qarakilsədə  təlim-
məşq  toplantısı  zamanı  əslən  Göyərçindən  olan  Bay-
ramov  Gözüqara  gecə  vaxtı  ona  yaxınlaşıb  deyir  ki, 
“Cumayıl, buradan Türkiyəyə keçmək üçün imkan var, 


186
biz bu axşam sərhədi keçəcəyik istəsən sən də gəl”. O 
bu  təkliflə  razılaşmayıb  və  deyib  ki,  “mən  ata-anamın 
yeganə  oğluyam,  onları  qoyub  gedə  bilmərəm”.  Gecə 
ikən Gözüqara və bir neçə şəxs sərhəddi keçib, Türkiyəyə 
gediblər”. Bu hadisəni bilib, vaxtında xəbər vermədiyinə 
görə  Cumayıl  məllimi  çox  incidiblər.  İlk  cəza  olaraq 
onu müharibənin ən qızğın yerinə ‒ cərimə batalyonuna 
göndərirlər, nəticə də 1942-ci ildə o qolundan yaralanaraq 
hospitala düşür. Aldığı xəsarətə görə tərxis olunaraq kəndə 
qayıdır. Kəndə qayıtdıqdan sonra da Dövlət Təhlükəsizlik 
orqanları onu uzun müddət sorğu-suala tutur, incidirlər. 
Cumayıl məllim  20.08.1942-ci il tarixdən 01.09.1945-
ci il tarixədək Göyərçin kəndində müəllim işləyir, daha 
sonra  01.02.1945-ci  il  tarixdən  20.02.1948-ci  ilə  qədər 
Göyərçin Kənd Sovetinin sədri vəzifəsində çalışmışdır. 
1945-ci ildə Cumayıl məllim Mələk xanımla ailə qurur. 
1948-1950-ci illərədə o Göyərçin kənd kolxozunun sədri 
vəzifəsində çalışır.
1950-ci  ildə  Salah  və  Göyərçin  kəndlərini  birləş-
dirib,  adını  Salah  kolxozu  qoyurlar.  Cumayıl  məllim 
1950-ci  ildən  1958-ci  ilə  qədər  fasiləsiz  olaraq  həmin 
kolxozun sədri vəzifəsində işləyir. 1957-ci ildə o zamankı 
Kirovabad Kənd Təsərrüfatı Akademiyasının aqronom-
luq fakultəsinə daxil  olur və 1963-cü ildə oranı qiyabi 
yolla  bitirir.  Onun    həmin  instituta  qəbul  olunmasında 
qohumu  Pirvəli Həsənovun və institutun fizika müəllimi 
Çingiz Əsgərovun  xüsusi rolu olub. 
Cumayıl  müəllim  1958-ci  ilin  fevralından  1959-cu 


187
ilə qədər Salah kənd 7 illik məktəbinin dərs hissə müdiri, 
1959-cu ildən 1960-cı ilə qədər Polad kəndində kolxoz 
sədri  vəzifəsində  çalışmışdır.  1960-1973-cü  illərədə 
Salah  kənd  kolxoz  sədri  vəzifəsində  fəaliyyət  göstərir 
və 1973-cü ildən 1981-ci ilə qədər Salah kənd sovetinin 
sədri vəzifəsində çalışır.
1950-ci  illərdə  Cumayıl  müəllim  Ermənistanın 
qabaqcıl işçiləri sırasında Moskvaya Xalq Təsərrüfatının 
nailiyyətləri sərgisinə göndərilmişdir.
Bu,  o  dövr  üçün  çox  böyük  hadisə  idi.  Dəfələrlə 
Ermənistan  Kommunist  Partiyasının  qurultaylarının 
nümayəndəsi olmuşdur. 1971-ci ildə o dövrün ən nüfuzlu 
ordenlərindən  biri  olan  “Şərəf  nişanı”  ordeni  və  bir 
neçə  medalla  təltif  edilmişdir.  1982-ci  ilin  fevralın  26-
dan 1989-cu ilin martın 6-na qədər yuxarıda adını qeyd 
etdiyimiz  nazirlikdə    İnzibati-təsərrüfat  şöbəsinin  rəisi 
vəzifəsində işləmişdir.


188
NOVRUZƏLİ  MİRZƏYEV
Novruzəli  Mirzəyev  1926-cı 
ildə  Qərbi  Azərbaycanın  Əştərək 
rayonunun Hamamlı kəndində anadan 
olmuşdur.  1940-ci  ildə  Hamamlı 
kənd  7  illik  məktəbini  bitirmiş  və 
həmin ili İrəvan Azərbaycan pedaqoji 
məktəbinin  qiyabi  şöbəsinə  daxil 
olmuşdur.  1941-ci  ildə  Müharibə  
başlandığına  və  Hamamlı  kəndində 
fəaliy yət göstərən müəllimlərin əksəriyyəti müharibəyə 
gön dərdiklərinə  görə  N.Mirzəyevi  pedaqoji  məktəbi 
qur tarmamasına  baxmayaraq,  müəllim  təyin  etmişlər. 
1944-ci ildə onu da əsgərliyə çağırmışlar. Sovet ordusu 
sıralarında Berlinə qədər getmişdir. Müharibə bitdikdən 
sonra  1945-1946-cı  illərdə  Berlin  şəhərində  serjant 
rütbəsi  ilə  xidmət  etmiş  və  nümunəvi  xidmətinə  görə 
bir neçə medalla təltif olunmuşdur. Novruzəli Mirzəyev 
İrəvan pedaqoji məktəbinin tələbəsi olduğuna görə onu 
əsgərlikdən vaxtından əvvəl azad etmişlər. 1946-cı ildə 
Vətənə qayıtdıqdan sonra 1956-cı ilə qədər öz müəllimlik 
peşəsini davam etdirmiş, 1948-ci ildə pedaqoji məktəbi 
bitirmişdir.  O,  1949-cu  ildə  Hamamlı  kəndinin  başqa 
sakinləri  ilə  birlikdə  Erməni  millətçi  höküməti  tərəfin-
dən  Salyan  rayonuna  departasiya  olunmuşdur.  Həmin 
ili  Salyan  rayonun  Seyidsadıxlı  kənd  məktəbinə  müdir 


189
təyin  olunmuşdur.  Ömrünün  axırına  qədər  həmin  kənd 
məktəbində fəaliyyət göstərmişdir.
1956-cı ildə 30 yaşında ikən əsgərlikdə tapdığı ağır 
xəstəlik təzədən baş qaldırmış və yenidən yatağa düşmüş, 
uzun sürən xəstəlikdən vəfat etmişdir.
N.Mirzəyev  gözəl insan, bacarıqlı  pedaqoq idi. Bun-
dan əlavə, sanki ona ilahi vergisi verilmişdi, əlin dən hər bir 
iş gəlirdi. Məsəslən, kənddə südçəkən maşın, Novruzəlini 
çağırırdılar, saat, patifon, uşaqların velosipedi, qıfıl xarab 
olurdu Novruzəlini tapırdılar. O, çox alicənab bir şəxs idi. 
Heyif ki, o, dünyasını tez dəyişdi. 3 körpə balası yetim, 
yoldaşı isə 26 yaşında dul qaldı. Ömrünün axırına kimi 
çətinliklə övladlarını böyütdü.
Novruzəli  müəllim  qısa  ömrü  ərzində  istər  Qərbi 
Azər baycanın  Hamamlı,  istərsə  də  Salyan  rayonun  Se-
yid sadıxlı  kəndində  yüzlərlə  şagirdlərə  dərs  demişdir. 
Hazırda onun şagirdlərindən həkim, mühəndis, müəllim 
vəzifələrində  çalışanlar,  hətta  dosent,  professor  dərə-
cələrinə  qüksələnlər  çoxdur.  Yetişdirələnləri  Novruzəli 
mü əllimin haqqında ağzı dolusu danışırlar. Müəllimləri-
nin humanistliyindən, alicənablı ğından, müəllimlik usta-
lığından  söhbət  açırlar.  Əlbəttə,  İrəvan  pedaqoji  mək-
təbinin belə yetişdirmələri minlərcədir.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə