Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   2   3   4   5   6   7   8   9   ...   45

6
ciddi tələbi, səyi və iradəsi sayəsində 1924-cü ilin oktyabr 
ayının 15-də İrəvan Türk Pedaqoji Texnikumu açılmışdır. 
Bu texnikum müəllim kadrlarına olan ehtiyacı ödəmək 
üçün xeyli işlər görmüşdür. Texnikumun direktoru Mehdi 
Kazımov,  ictimaiyyət  müəllimi  Bala  Əfəndiyev,  ana 
dili  müəllimi  Əsgər  Əsgərzadə,  təbiət  müəllimi  Cəmil 
Əliyev  olmuşdur.  Onu  da  qeyd  edək  ki,  İrəvan  Türk 
Pedaqoji  Texnikumu  acınacaqlı  bir  şəraitdə  fəaliyyətə 
başlamışdır. Kitablara, dərsliklərə, dərs vəsaitlərinə, təd-
ris  proqramlarına,  laboratoriyalara,  fənn  kabinələrinə, 
yataq xanaya, yemək xanaya və kitabxanaya olan ehtiyac 
işin bir tərəfi, digər tərəfi isə ondan ibarət olmuşdur ki, 
erməni  şovinistləri  texnikumun  fəaliyyət  göstərməsinə 
lazımi səviyyədə şərait yaratmamışlar.
Cəlal  Allahverdiyevin  və  Cəfər  Cəfərovun  bu  ki -
tabında  İrə van  Türk  Pedaqoji  Texnikumunda  fəaliy -
yətə  başlayan  Yu sif  Məmmədəliyev,  Ələşrəf  Bay-
ramov,  Əsgər  Əsgərzadə,  Bülbül  Kazımova,  Mir-
yusif  Mirbabayev,  Məhəmməd  Əzimzadə,  İsmayıl 
Ba  bayev  və  digər  ziyalılardan  bəhs  olunur.  Pedaqoji 
Tex  nikumda  “Mədəniyyət  ocağı”,  “Mədəni  hücum”, 
“İrəli”  adlı  divar  qəzetlərinin  çap  olunmasından,  tex-
nikumun  ilk  məzunlarından  (Əmir  Abasquliyev,  Adil 
Axundov, Nəriman Əliyev, Rübabə Bağırbəyova, Nəsir 
Əliyev,  Nəzər  Paşayev  və  s.)  söhbət  açılır.  Kitabda 
Texnikuma 1933-cü ildə Bəhlul Yusifovun direktor təyin 
olunmasından,  30-cu  illərdə  təhsilin  keyfiyyətini  yük-
səltmək  istiqamətində  görülmüş  işlərdən,  1935-ci  ildə 


7
Mustafa  Mustafayevin  direktor  təyin  olunmasından, 
1936-cı  ildə  yenidən  Bəhlul  Yusifovun  direktor  təyin 
olunmasından,  1936-cı  ildə  Pedaqoji  Texnikumun  Pe-
daqoji Məktəb adlanmasından və s. məsələlərdən ətraflı 
bəhs  olunur.  İrəvan  Pedaqoji  Məktəbinin  1948-ci  ildə 
Azərbaycanın Xanlar rayonuna köçürülməsi və 1972-ci 
ilə qədər orada fəaliyyət göstərməsi bir daha təsdiq edir 
ki, bu təhsil müəssisəsi Azərbaycan təhsilinin tarixində 
silinməz bir iz qoymuşdur. 
Qeyd  etmək  yerinə  düşər  ki,  1948-1953-cü  illərdə 
azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi-
etnik tor paqlarından kütləvi surətdə deportasiyası imkan 
verir  ki,  tarixin  qaranlıq  səhifələrini  yenidən  tədqiq 
edək.  Ulu  öndər  Heydər  Əliyevin  18  dekabr  1997-ci 
ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan 
SSR  ərazisindəki  tarixi-etnik  torpaqlarından  kütləvi 
surətdə deportasiyası haqqında” imzaladığı fərman tarixi 
yaddaşımızın bərpasına xidmət işində əvəzsiz rol oynadı. 
Bu  mənada  fərmanın  tələblərindən  irəli  gələn  qiymətli 
tədqiqat işləri aparıldı. Bizcə, Cəlal Allahverdiyevin və 
Cəfər Cəfərovun bu kitabı da həmin silsilədən olan tədqi-
qat əsərlərindən biridir. Həm də çoxlarının diqqətindən 
ya yın mış,  araşdırılmasına  ehtiyacı  olan  sahələrdən  ən 
vacibidir. Belə ki, “Böyük Ermənistan” dövləti yaratmaq 
xülyasında  olan  ermənilər  SSRİ  xarici  işlər  naziri 
V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin 
SSRİ-yə  köçürülməsinə  icazə  istəmişlər. V.Molotov  bu 
mə sələ ilə bağlı İ.Stalinlə danışmış və İrandakı erməni-


8
lərin Ermənistan SSRİ-yə köçürülməsinə razılıq almışdır. 
1946-cı il oktyabr ayının 19-da SSRİ Ali Soveti Rəyasət 
Heyəti fərman vermişdir. Fərmanda qeyd olunmuşdur ki, 
xaricdə yaşayan ermənilər Ermənistan SSRİ-nin ərazisinə 
köçürülsün. Bunu həyata keçirmək üçün azərbaycanlıları 
öz dədə-baba torpaqlarından çıxartmalı və Azərbaycanın 
Kur-Araz  ova lığında  yerləşdirməyi  qarşıya  məqsəd 
qoy  muşdular. Odur ki, 1947-ci il dekabrın 23-də SSRİ 
Nazirlər Soveti “Ermənistan SSRİ-dən kolxozçuların və 
başqa azərbaycanlı əhalisinin Azərbaycan SSRİ-nin Kür-
Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar 
verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli 
“Ermənistan SSRİ-dən kolxozçuların və digər azərbay-
can lı əhalinin Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına 
köçürülməsi  ilə  əlaqədar  tədbirlər  haqqında”  qərarı 
deportasiya  işini  həyata  keçirməyi  mütəşəkkil  surətdə 
yerinə  yetirdi.  O  zaman  Ermənistan  SSRİ-də  yaşayan 
400 min nəfər azərbaycanlının 7747 nəfəri Azərbaycan 
SSRİ-yə köçürüldü. 1948-ci ilin payızına qədər 10.584 
nəfər azərbaycanlı öz dədə-baba yurdundan deportasiya 
olundu.  Onların  evlərində,  yaşadıqları  məskənlərdə 
xaricdən  gələn  ermənilər  yerləşdirildi.  Onu  da  qeyd 
edək ki, deportasiya Ermənistan SSRİ-nin 22 rayonunu 
əhatə  etdi.  Həmin  rayonlarda  (məsələn,  Basarkeçər, 
Zəngibasar,  Dilican,  Kirovakan  və  s.)  yaşayan  yerli 
aborigen  azərbaycanlılar Azərbaycanın  Saatlı,  Göyçay, 
Mirbəşir  (indiki  Tərtər),  İmişli,  Əli  Bayramlı  (indiki 
Şirvan),  Zərdab,  Salyan,  Kürdəmir,  Xaldan,  Sabirabad, 


9
Jdanov (indiki Beyləqan), Yevlax, Ucar, Gədəbəy, Bərdə 
rayonlarına deportasiya olundu. 1949-cu ildə adları qeyd 
olunan  rayonlara  Ermənistan  SSRİ-dən  15276  nəfər 
deportasiya  olundu,  köçürüldü.  Təbii  ki,  deportasiya 
olunan azərbaycanlıların sosial və məişət problemlərini 
həll  etmək  asan  başa  gəlmirdi.  Onların  problemlərini 
lazımi  səviyyədə  həll  etmək  çətinlik  yaratdığından 
bəzi  ailələr  geri  qayıtmaq  məcburiyyətində  qalırdılar. 
Təsadüfi  deyildir  ki,  Kür-Araz  ovalığına  köçürülmüş 
azərbaycanlılar yaşayış şəraitinin olmaması səbəbindən 
geri qayıdırdılar. O vaxt Kür-Araz ovalığından 1115 ailə 
geriyə, öz dədə-baba yurdlarına, Ermənistana qayıtmışdır. 
Ancaq onları öz dədə-baba yurdlarına qəbul etmir, qeydə 
almır və vətəndaş hüquqlarından məhrum edirdilər. Ona 
görə də uşaqların təhsil alması işi çətinləşirdi. Məktəb, 
təhsil  işi  geriləyirdi.  Nəzərə  almaq  lazımdır  ki,  o  vaxt 
azərbaycanlıları öz dədə-baba yurdlarından deportasiya 
etməklə Azərbaycan  dilində  olan  məktəbləri,  bir  sözlə, 
təhsili deportasiya edirdilər. Bu mənada İrəvan Pedaqoji 
Məktəbi  deportasiya  olunmuş  məktəblərin  ən  bariz 
nümunəsidir.
Ermənistan  SSRİ-də  azərbaycanlıların  ali  təhsil 
almalarına  imkan  verməmək  üçün  məqsədli  işlər  gö-
rülürdü.  Məsələn,  1937-ci  ildən  X.Abovyan  adına  İrə-
van  Pedaqoji  İnstitutunda Azərbaycan  dilində  olan  dil-
ədəbiyyat,  tarix-coğrafiya,  fizika-riyaziyyat  fakültələri 
bağlandı. Həmin fakültələr 1948-ci ildə Azərbaycandakı 
müvafiq  institutlara  köçürüldü.  Məhz  Xanlar  rayonuna 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə