Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

31
8  nəfəri  İrəvan,  3  nəfəri  Gümrü,  5  nəfəri  Ücmüədzin, 
3  nəfəri  Lori-Pəmbək,  4  nəfəri  Dilican,  3  nəfəri  Nor-
Bəyazid, 1 nəfəri Dərələyəz, 6 nəfəri Zəngəzur, 1 nəfəri 
Megri bölgələrindən, 6 nəfəri isə uşaq evi şagirdlərindən 
idi. (17)
Texnikumun pedaqoji şurasının iclaslarında maddi-
tex niki bazanın genişləndirilməsi, tədrisin günün tələbləri 
səviy yəsində  qurulması,  tələ bələrə  müvafiq  proq  ramlar 
əsasında  biliklər  verilməsi  və  s.  mə sələlər  müntəzəm 
müzakirə edilərək vacib qərarlar qəbul edilirdi. 1928-ci 
ildə  texnikumun  rəhbər liyi  tədrisin 
təşkilini  yaxşılaşdırmaq  və  bəzi 
struk turların  yara dılması  məqsədilə 
vəzifə təyinatları həyata keçirmişdi. 
Mir yusif  Mirbabayev  tədris  işləri 
üzrə  direktor  müavini  vəzifəsinə 
təyin edilmişdi. Amma o bu vəzifədə 
1933-cü ilə qədər işlə mişdi. Onu da 
qeyd  etmək  lazımdır  ki,  İrəvanda 
Azərbaycan ədəbi-mədəni mühitinin 
inkişafında fəal iştirak edən Miryusif Mirbabayev 1930-
cu illərdə başlanan repressiyadan xilas olmaq üçün 1934-
cü ilin əvvəllərində İrəvanı tərk etməyə məcbur olmuşdur.
Cəfər Cəfərov təsərrüfat işləri üzrə müdir vəzifəsinə 
təyin  olunmuş,  yeni  təşkil  olunmuş  tibb  məntəqəsi  isə 
Mamed  Kazımova  həvalə  edilmişdi.Texnikumun  rəh-
bərliyinin  kadr  işi  sahəsində  apardığı  məqsədyönlü 
və  ardıcıl  iş  öz  bəhrəsini  verirdi.  Artıq  1929-cu  ildə 
Mir Yusif 
Mirbabayev


32
texnikumda pedaqoji və texniki işçilərin sayı 13 nəfərə 
çatdırılmışdı.
1929-cu  ilin  iyun  ayında  texnikumun  ilk  buraxılışı 
olmuşdur. 1926-cı ildə qəbul olunmuş 32 nəfər tələbədən 
20  nəfəri  texnikumu  bitirməyə  müvəffəq  ola  bilmişdir 
ki, onlardan da 18 nəfəri oğlan, 2 nəfəri isə gənc qızlar 
idi.  Mənbələrin  ver diyi  məlumatlardan  aydın  olur  ki, 
tələbələrdən  3  nəfəri  təhsil  aldığı  müddətdə  ağır  və 
yoluxucu xəstəliyə tutularaq dünyasını dəyişmiş, 9 nəfəri 
isə  müxtəlif  səbəblərdən  təhsilini  yarımçıq  qoyaraq 
texnikumu tərk etməyə məcbur olmuşdur. (13)
Texnikumun  ilk  məzunları  arasında  Əmir  Abas-
quluyevi, Adil Axundovu,  Nəriman  Əliyevi,  Paşa  Ma-
kinskini, İmanqulu Kərimovu, Nəriman Fəxrini, Rü babə 
İrəvan pedaqoji Məktəbinin ilk buraxılışı, 1929-cu il


33
Bağırbəyovanı,  Nəsir  Əliyevi,  Musa  Qafarovu,  Nəzər 
Paşayevi, Mehdi Bəşi rovu göstərmək olar.
Texnikumun  ilk  buraxılışı  ilə  əlaqədar  bir  sıra 
qurum ların nümayəndələrinin iştirakı ilə təntənəli yığın-
caq  keçiril mişdi.  Yığıncaqda  texnikumun  direktoru 
Meh di  Kazımov  bu  tədris  ocağının  mövcud  olduğu  5 
il  ərzindəki  fəaliyyəti  haq qında  məruzə  edərək,  əldə 
olunmuş nailiyyətlərlə yanaşı bir sıra nöq sanlar barədə 
də  fikirlərini  tədbir  iştirakçılarının  diq qətinə  çatdıraraq 
demişdi:  “Texnikumu  ilk  zaman  təşkil  edəndə  bura da 
oxumaq üçün tələbələr tapa bilmirdik. Sonra get-gedə tex-
nikum öz adını doğrultduğu üçün indi bura daxil olmaq 
istə yən lərin  sayı  günbəgün  artmaqdadır.  İlk  vaxtlarda 
texnikumun iqtisadi vəziyyətinin yaxşı olmaması, kitab və 
proqramların yoxluğu, peşəkar müəllimlərin olmamasına 
baxmayaraq, bu il bu çətinliklərin çoxunu aradan qaldırıb, 
müəy yən müvəffəqiy yətlər əldə edilmişdir.” (13)
İlk  buraxılış  münasibətilə  tex-
nikumun  kollektivini  və  məzunları 
“Qızıl  şəfəq”  qəzetinin  heyəti  adın-
dan  Əkbər  Riza yev,  9  illik  türk 
məktəbinin  direktoru  Lütfullah  Mu -
ğan linski  və  digər  qonaqlar  təb-
rik  etmişdilər.  Tədbirin  sonunda 
“Azsaylı  xalqlar  şöbəsi”nin  müdiri 
Əhməd  Əhmədovun  təbriki  oxun-
muşdu.
Texnikumu bitirənlərə məcburi olaraq təyinat yerlə-
Əhməd Əhmədov


34
rində üç il müəllim işlədikdən sonra 
ali mək təbə daxil olmaq və digər idarə 
və  müəssisələrdə  işləmək  imkanı 
verilirdi.  Böl gələrə  göndərilən  mə -
zunlar  yerlərdə  müəllimlik  fə aliy -
yəti  ilə  yanaşı  mədəni-maarif  qu-
ruculuğu  və  s.  sahələrdə  də  yaxın-
dan  iştirak  edir dilər.  Bölgələrdə 
fəaliyyət göstərən həmin müəl limlər 
həm də “Zəngi” qəzetinin (“Zəngi” 
qəzeti  1929-cu  ilin  yanvar  ayı nın 
1-dən  “Qızıl  şəfəq”  adı  ilə  nəşr  edilmişdir.)  ən  aktiv 
müxbirləri idilər. Mövcud dövrün tələbinə uyğun olaraq, 
“Qızıl şəfəq” qəzetində kollektivləşmənin gedişi , kənd 
şuralarının işləri, kəndin ictimai vəziyyəti, mədəni-maarif 
işləri və s. sahələrə aid yazılar dərc etdirmək, mətbuatla 
sıx  təmasda  olmaq  həmin  müəllimlərin  qarşısında  bir 
tələb kimi qoyulurdu.
Onu da xüsusi qeyd etmək lazımdır ki, “Zəngi” qəze-
tinin fədakar kollektivi və onun mübariz məsul redaktoru 
Mus tafa Hüseynovun nəinki İrəvanda, bütün Qərbi Azər-
bay canda milli maarifimizin inkişafında böyük xid mət-
ləri olmuşdur. (21)
1929-cu  ildə  pedaqoji  texnikuma  32  nəfər  qəbul 
olunmuşdur. Onlardan 16 nəfəri oğlan, 16 nəfəri isə gənc 
qızlar idi. Bunlardan 6 nəfəri İrəvan, 3 nəfəri Dilican, 2 
nəfəri Dərə ləyəz, 1 nəfəri Meğri, 4 nəfəri Lori-Pəmbək, 
4 nəfəri Gümrü, 3 nəfəri Zəngəzur, 3 nəfəri Nor-Bəyazid, 
Əkbər Rizayev


35
3 nəfəri Ücmüədzin bölgələrindən, 3 nəfəri isə uşaq evi 
şagirdlərindən idi. (2)
Bütün  bunlara  baxmayaraq  1930-cu  ildə  ümumi 
məc buri təhsilin tətbiq edilməsi istər məktəblərin, istərsə 
də orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına 
təkan  verdi.  Belə  ki,  1922/23-cü  tədris  ilində  Qərbi 
Azərbaycanda 36, 1924-cü ildə 62 azərbaycanlı məktəbi 
fəaliyyət  göstərirdisə,  1929/1930-cu  tədris  ilində  bu 
məktəblərin  sayı  112,  1931-ci  ildə  isə  245-ə  çatmışdı 
ki,   da 45-i İrəvan qəzasında idi. (1) Həmin məktəblərin 
idarə  edilməsi,  müəllim  kadrları  ilə  təmin  olun ması 
günün  ən  vacib  məsələlərindən  idi.  Çünki,  pedaqoji  
tex   nikumun    ildə    20-30  nəfər  məzun  buraxması  milli 
mək təb ləri mizin  müəllim  kadrlarına  olan  tələbatını 
tam ödəyə bilmirdi. Müəllim çatışmazlığı üzündən böl-
gələrdəki  bir  çox  məktəblər  ikiaylıq,  üçaylıq  hazırlıq 
kurslarında  təhsil  almış  şəxslərin  ümidinə  qalmışdı. 
Müəllim kadrları çatışmadığından pedaqoji texnikumun 
tələbələri  növbətçiliklə  İrəvan  qəzasında  fəaliyyət  gös-
tərən  1-ci  dərəcəli  türk  məktəblərində,  kəndli  evində, 
qa dın lar  klubunda  müəllim  kimi  fəaliyyət  göstərirdilər. 
Azərbaycanlı  məktəblərində  müəllim  kadrlarına  olan 
ehtiyacı  qismən  də  olsa  aradan  qaldırmaq  üçün,  hətta 
İrəvan  9  illik  türk  məktəbini  biti rənləri  müəllim  kimi 
işləməyə göndərirdilər. 
Amma  bütün  bunlara  baxmayaraq,  azərbaycanlı 
mək   təb lərində müəllim kadrlarına böyük tələbat olduğu 
halda yüzlərlə azərbaycanlı müəllim və tələbələrə “bəy”, 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə