Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   2   3   4   5   6   7   8   9   ...   45

14
bay canlıların  savadlanmasının,  mədəni  tərəqqi sinin  və 
gələcək perspek tiv lərinin qarşısını hər vasitə ilə  almaq  
idi. Azər baycanlı məktəb lərini pedaqoji kadrlarla təmin 
etmək üçün 1923-cü ilin ortalarında Azərbaycandan müxt-
əlif ixtisaslar üzrə müəllim kadrları dəvət edilərək, onlar 
İrəvanda və azər bay canlılar ya şayan bölgələrdə pedaqoji 
fəaliyyət göstərirdilər. Həmin pedaqoji kadrlar İrəvanda, 
Vedidə, Qəmərlidə, Basar keçərdə və s. bölgələrdə müəllim 
kimi fəaliyyət göstərməklə yanaşı həm də mədəni-maarif 
quruculuğu  sahə sində də yaxından  iştirak edirdilər. Əsl   
erməni  xisləti azər bay canlı  məktəblərində  dərs deyən 
həmin müəllimlərə dözül məz şərait yaratdığı üçün  onlar 
da maddi və mənəvi sıxıntılara dözə bilməyib Ermənistanı 
tərk etməyə məcbur olurdular.
Araşdırmalardan məlum  olur ki, sovet  hakimiy yəti-
nin ilk illərində Azərbaycan məktəblərində  A.Hamparyan, 
T.Al tun  yan,  K.Salaxyan,  A.Salovyan,  M.Minasyan, 
M.Maruxyan, H.Turacyan və başqaları azərbaycanlılara 
Azərbaycan  dili  öyrədirlər.  Ermənilər  azərbaycanlıların  
sıxışdırılması  istiqa mətində  bu cür mənəvi-terror vasi-
tələrinə də əl atırdılar.
Azərbaycanlı  məktəblərində  pedaqoji  kadrlara  olan 
ehtiyacı qismən də olsa aradan qaldırmaq üçün 1922-ci 
ildə  EXMK-nın  nəzdində  yaradılmış  “Azsaylı  xalqlar 
şöbəsi”-nin  müdiri  Mehdi  Kazımovun  səyi  nəticəsində 
1923-cü ilin noyabr ayında İrəvanda 2 aylıq yay hazırlıq 
kursu  təşkil  edildi.  Bu  hazırlıq  kursunda  Azərbaycan 
məktəbləri  üçün  60-dan  artıq    müəllim  hazırlanmışdı. 


15
(16)  Bundan  başqa  Uluxanlıda,  Vedidə,  Basarkeçərdə, 
Zəngəzurda,  Ağbabada  və  azərbaycanlılar  yaşa yan 
müxtəlif  bölgələrdə də hazırlıq kursları təşkil edilmişdi. 
Bir  çox  pedaqoji  kadrlar  məhz  belə  kurs larda    təhsil  
almaqla    püxtələşmişdir.  1923-cü  ilin  sonlarında  təşkil 
olunmuş  bu  ha zır lıq  kurslarında  1926-cı  ilə  qədər  143 
müəl lim hazırlanmışdır ki, bunlardan da 6 nəfəri qadın 
idi.  (16)  Bu  kursların  təşki lində 
İrəvanda  Azərbaycan  ədəbi-mə-
dəni,  ictimai-siyasi  mühitinin  apa-
rıcı  nüma yəndələrindən  olan  Bala 
Əfəndiyevin,  Mehdi  Kazımo-
vun,  Mustafa  Hüseynovun  və  baş-
qalarının böyük rolu olmuşdur. 
Müəllim  çatışmazlığı  prob-
lemini  qismən  də  olsa  aradan 
qaldırmaq  üçün  Azərbaycan  Xalq 
Maarif    Ko missarlığının  razılığı  əsasında  İrəvandan 
Bakıya  1923-cü  ildə  16,  1925-ci 
ildə  isə  38  nəfər  pedaqoji  təhsil 
almaq  üçün  müxtəlif  ali  təhsil 
müəssisələrinə  göndərildi.  Zəhra 
Abbasova,  Tacirə  Bağırova  kimi 
gənclər  Azərbaycan  Ali  Pedaqoji 
İnis tutunu bitirdikdən sonra İrəvana 
qayıdaraq  maarifin  inkişafına  öz 
töhfələrini verirdilər.
Bala Əfəndiyev
Mehdi Kazımov


16
Bütün  bunlara  baxmayaraq  görülən  bu  tədbirlər 
müəl lim kadrlarına olan tələbatı ödəyə bilmirdi. Ermə-
nistanın şovi nist dairələri azərbaycanlı məktəbləri üçün 
müəllimlər  hazır layan  müstəqil  tədris  müəssisəsinin 
açılmasını  istəmir,  Erməni  Pe daqoji  Texnikumunun 
nəzdində  azərbaycanlı  şöbəsinin  açıl masını  istəyirdilər. 
Müəllim çatışmazlığı   probleminin  aradan qaldırılması 
işini  qaydaya  salmaq  üçün  yerli  kadrlar  hazırlayan 
təhsil  müəssisənin  yaradılmasının  təxirəsalınmaz  tə-
lə bat  olduğunu  aydın  dərk  edən  EK  (b)P  MK-nın  nəz-
dində  fəaliyyət  göstərən  “Azsaylı  xalqlar    şöbəsi”nin  
müdiri  Bala  Əfəndiyevin,  EXMK-nın “Azlıqda qalan 
müllətlər” bürosunun rəhbəri Mehdi Kazımovun “Zəngi” 
Mustafa Hüseynov


17
qəzetinin  məsul  redaktoru  Mustafa  Hüseynovun  və 
başqa  qeyrətli  azərbaycanlı  ziyalıların  erməni  şovinist 
dairələri  qarşısında    təkidli  tələbi,  ciddi  səyi,  siyasi  və 
milli  iradəsi  sayəsində  1924-cü  ilin  oktyabr  ayının  15-
də İrəvan Türk Pedaqoji texnikumu açıldı. (16) Onu da 
qeyd edək ki, erməni şovinizmi əhatəsində azərbaycanlı 
məktəbləri  üçün  müəllimlər  hazırlayan    belə  bir  təhsil 
ocağının açılmasının  nə qədər ağır və çətin mübarizədən 
yarandığını aydın şəkildə  görürük.
Beləliklə İrəvan Türk Pedaqoji Texnikumunun açıl-
ması Azərbaycan məktəblərində müəllim kadrlarına olan 
ehtiyacın  aradan  qaldırılması  işinin  müəyyən  dərə cədə 
qaydaya salın ması sahəsində ilk addım atıldı.
Texnikumun yarandığı ilkin fəaliyyət dövrünə nəzər 
sal dıqda    məlum  olur  ki,  Mehdi  Kazımov  direktor  və 
rus  dili  müəllimi,  Bala  Əfəndiyev  ictimayət  müəllimi, 
Əsgər Əsgər zadə ana dili müəllimi, Cəmil Əliyev təbiət 
müəllimi,  Kərim  Məhərrəmov  isə  texniki  işlər  üzrə 
köməkçi kimi fəaliyyət göstərmişlər.
Bu  təhsil  ocağı  1925-ci  ildə    Nəriman  Nərimanov 
adına İrəvan Türk Pedaqoji Texnikumu adlandı.
Araşdırmalardan  məlum  olur  ki,  İrəvanda  bütün 
azər  bay canlı  məktəblərində  mövcud  olan  problemlər 
bu  texni kumda  da  mövcud  idi.  Erməni  pedaqoji  tex-
nikumunun bina sında fəaliyyət göstərən bu maarif ocağı 
30  nəfər  tələbəni  əhatə  edən  darısqal  bir    sinif  və  iki  
yataq otağından  ibarət idi. (25) Mə lum dur ki, hər hansı 
bir təhsil  müəssisəsinin  normal və ahəng dar fəaliyyət 


18
göstərməsi  üçün  ilk  növbədə  onun  müstəqil    bina  ilə 
təmin  edilməsi,  maddi-texniki  bazasının  yaradılması, 
tədris prosesi üçün əlverişli şəraitin olması vacib şərtdir. 
Yeni  təşkil  olunmuş  İrəvan  Türk  Pedaqoji  Texniku-
munun  tamamilə  əlverişsiz  və  dözülməz  bir  şəraitdə 
fəaliyyət  göstərməsi,  dərslik  və  dərs  vəsaitləri,  tədris 
proqramları, laboratoriyalar, fənn ka binələri, yataqxana, 
yeməkxana və s. avadanlıqlarla təchiz edilməməsi sözsüz 
ki,  bu  təhsil  ocağının  normal  fəaliyyətini  əngəlləyirdi. 
“Ermənistanın” “bolşevik” cildinə bürünmüş ha ki miyyət 
orqanları nəinki texnikumda, eləcə də Azərbaycan mək-
təblərində  mövcud olan problemlərin və çatışmamaz lıq-
ların  aradan  qaldırılması  üçün  heç  bir  səy  göstərmirdi. 
Erməni şovinistlərinin bütün sahələrdə  azərbay canlılara 
qarşı yürüt düyü qərəzli və ayrı seçkilik siyasəti maarif 
sahəsində də özünü qabarıq  şəkildə  göstərirdi. Pedaqoji  
texnikumda ana dilində kitab, dərslik və dərs vəsaitlərinə, 
tədris  proqramlarına və.s ləvazimatlara  böyük ehtiyac 
olduğu halda “Ermənistan” Xalq Maarif Komissarlığı bu 
tələbatı ödəmək istəmirdi. Demək olar ki, Ermənistanın  
Xalq  Maarif  Komissarı Aşot  Hovanesyanın    1920-ci  il 
17  dekabr    tarixdə  ver diyi  əmrdə  təhsilin  ana    dilində 
aparılması, məktəblərin döv lət  ixtiyarına  keçərək pul-
suz  olması,  yeni  tipli  sovet  məktəblərinin    zəhmətkeş 
bala larının üzünə açıq olması, bütün bunlar hamısı  ilk 
növbədə  ermənilər üçün nəzərdə tutulurdu.
Texnikumun direktoru M.Kazımovun bu təhsil oca-
ğının ilkin fəaliyyət dövrü haqqında qeydlərindən məlum 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə