Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   37   38   39   40   41   42   43   44   45

223
SON SÖZ:
TƏHSİLİMİZİN TARİXİ YADDAŞI – İRƏVAN 
PEDAQOJİ MƏKTƏBİNƏ BİR ABİDƏ
Azərbaycan  və  azərbaycanlıların  təhsil  tarixini 
öyrənmək hər vaxt aktual məsələlərdən biri sayılmışdır. 
Çünki  gələcəyə  işıq  salan  ziyalılarımız  məktəblərdən 
pərvazlanmış,  maarif  işığı  ilə  öz  xalqının  yolunu  işıq-
landırmışlar. Xüsusilə, Azərbaycandan qıraqda yaşa yan 
azərbaycanlıların təhsil alması, bu işin təşkili üçün müəllim 
kadrların  hazırlanması  məsələsi  XX  əsrin  əv vəllərində 
çox  çətin  məsələlərdən  biri  olmuşdur.  Bu  baxımdan 
prof. Cəfər Cəfərov və dos. Cəlal Allahverdiyevin birgə 
hazırlayıb ərsəyə gətirdikləri “Təhsil tariximizdən İrə van 
Pedaqoji məktəbi” (2017)  adlı kitabı təhsilimizin tarixini 
öyrənmək baxımından maraq doğurur.
XX əsrin əvvəllərində daha da güclənən maarif intiba-
hı Azərbaycanın şəhər və kəndlərinə, eləcə də ucqarlarına 
çataraq hamıda təhsil almaq  arzusu yaratmış, müəyyən bir 
elmə yiyələnmək marağını artırmışdır. Lakin müəlliflərin 
göstərdiyi kimi, məktəb açmağın, əsas problemlərindən 
biri və ən əsası müəllim kadrların, eləcə də dərslik, dərs 
vəsaitləri  və  proqramların  olmaması  idi.  Bu  məsələlər 
əsas etibarı ilə Qərbi Azərbaycanın əsas mədəni- maarif  
mərkəzində yaşayan İrəvan ziyalılarını və bu elitaya daxil 
olan  maarifçi  şəxsiyyətləri  daha  çox  narahat  etmiş  və 
kitabın müəllifləri İrəvanda, eləcə də İrəvandan ucqarlar-


224
da hələ 1830-cu illərdən başlayaraq Azərbaycan dilində 
məktəblərin açılmasını arxiv sənədləri ilə əsaslandırırlar. 
Yenitipli məktəblərin açılması elə-belə asan olmamışdır. 
Əliqulu xan İrəvanski, Pənah xan Makinski, Məhəmməd 
Şahtaxtinski,  Fazil  İrəvani,  Haşımbəy  Nərimanbəyov, 
Firudin  Köçərli,  Cəlil  Məmmədquluzadə,  Bala  Əfən-
diyev,  Cahangir  Ələkbərbəyov,  Rza  Şeyxzadə,  Rza 
Axundov,  Rza  Vəlibəyov  və  digər  maarifçilərin  çox 
gər gin  əməyi  nəticəsində  ilk  məktəblər  intişar  tapmış, 
minlərlə qız və oğlan savad almış və bilik əldə etmişlər. 
Xain ermənilər məktəblərin açılmasına hər vaxt qərəzli 
münasibət  bəsləmiş  və  azərbaycanlılara  qarşı  ayrı  seç-
kilik etmişlər. Xüsusilə, onlar İrəvanda, həm də İrəvan 
ətrafında  olan  kəndlərdə,  eləcə  də  ucqarlarda  yeni-
yeni  məktəblərin  həm  keyfiyyətcə,  həm  də  kəmiyyətcə 
artmasına  dözə  bilmir,  müxtəlif  yollarla  ona  mane 
olurdular. Yenitipli məktəblərin açlımasına dəstək verən, 
təhsili,  təlim-tərbiyəni  təşkil  edən,  təşkilatlandıran 
azərbaycanlı  ziyalılara  “pantürkist”,  “xalq  düşməni”, 
“antisovet  ünsürü”  kimi  böhtan  atılır    və  represiyaya 
məruz qoyurdular.
Onların  arasında  Saleh  Güllücunski,  Mustafa  Hü-
seynov, Abbas Azəri, Mir Abbas Ağa, Abdulla Mirzəyev, 
Əkbər  Rizayev  kimi  Hüseyn  Salmanov,  Səttar  ağa 
Kəngərlinski,  İbrahim  Əliyev,  Mirzə  Əsgərov  və  digər 
ziyalılar var idi.
1930-1937-ci illərdə Mir Hüseyn Mir Bağırov, Jala 
Qazıyeva, Mir Yusif  Mir Babayev, Xədicə Kəngərlinski, 


225
Telman Nəzərli, Nəriman Fəxri, Möhsün Rəcəbov, Sadıx 
Sadıxov,  Mir  Sadiq  Mir  Heydərzadə,  Məmməd  Mir 
Bağırov,  Səcidə  Qayıbova,  Ruqiyə  Mir  Bağırov,  Nəsib 
Əfəndiyev və digərləri erməni-bolşevik repressiyasından 
xilas  olmaq  üçün  məcburiyyət  qarşısında  İrəvanı  tərk 
etmişlər.  Doğrudan  da,  göstərilən  bu  şəxslər  İrəvanın 
elitası,  maarif  və  mədəniyyətin  öncülləri  idilər.  Qərbi 
Azərbaycan  təhsili  onların  çiyinlərində,  dərin  zəkaları, 
uzaqgörənliyi  nəticəsində  yaranmışdır.  Latın  qrafikalı 
əlifbaya  keçmək,  savadsızlığın  aradan  qaldırılması 
məsələlərində də bu ziyalıların  böyük rolu olmuşdur.
1948-ci ildən sonra da ermənilər azərbaycanlılara qar-
şı “köçürmə” adlı repressiya törətmişlər. Qərbi Azərbacan 
təhsilinin qaynaqları –Mehdi Kazımova, Mirəli Seyidov, 
Əsgər Əsgərzadə Yusif Kazımov, Bəhlul Yusifov, Bülbül 
Kazımov, Fəhrad Fəhradov, Həbib Məmmədzadə, Zaman 
Vəliyev  və  onlarla  maarif  fədailəri,  o  dövrün  qabaqcıl 
ziyalıları,  ədəbi-mədəni  mühitin  aparıcı  nümayəndələri 
deportasiyaya  məruz  qalmışlar.  Bütün  bunlar  əsil  soy-
qırım idi.
Dəfələrlə,  1905,  1907,  1914,  1918,  1920-ci  illərdə 
erməni    terroruna  məruz  qalmış,  müxtəlif  bölgələrdə, 
İrəvanda  və  kəndlərdə  yaşayan  azərbaycanlılar  pərən-
pərən  olmuş  kəndlər  dağılmış,  on  minlərlə  insan  soy
-
qırıma məruz qalmışdır.. Ermənistanda Sovet hökü məti 
qurulandan  sonra  qaçqınların  bir  qismi  ev-eşiklərinə 
qayıtmış,  onların  ailələrində  də  təhsil  almaq  meyli 
yaranmışdır.  Bolşevik  cildinə  girmiş  erməni  rəhbərliyi 


226
aşkar  olaraq  onların  bu  arzu  və  istəklərinə  qarşı  çıxa 
bilmirdilər.  Çünki,  o  dövrdə  İrəvanda,  MK  aparatında 
işləyən  azərbaycanlılar  da  çox  idi.  Onların  dəstəyi 
ilə  1922-ci  ildə  ilk  dəfə  Ermənistan  Xalq  Maarif  Ko-
missarlığının  nəzdində  yaradılmış  “Azsaylı  xalqlar 
şöbəsi”nin müdiri, İrəvan gimnazisiyasının məzunu Meh-
di Kazımovun təşəbbüsü ilə 1923-cü ilin noyabr ayında 
İrəvanda müəllim hazırlamaq üçün 2 aylıq pedaqoji kurs 
təşkil edilir. Kursu bitirənlər ucqar kəndlərə müəllim kimi 
göndərilirdilər.  Bu ehtiyacı nəzərə alaraq, 1923-cü ildə 
Bakı şəhərinə 16, 1925-ci ildə isə 38 nəfər azərbaycanlı 
pedaqoji təhsil almağa göndərilir. Bununla iş bitmirdi. Ek 
(b) p. MK-nın nəzdində fəaliyyət gstərən “Azsaylı xalqlar 
şöbəsi”nin  müdiri  Bala  Əfəndiyev  EXMK-də  fəaliyyət 
göstərən  “Azlıqda  qalan  millətlər”  bürosunun  rəhbəri 
Mehdi  Kazımov  “Zəngi”  qəzetinin  redaktoru  Mustafa 
Hüseynov  və  digər  qeyrətli  ziyalıların  erməni  şovinist 
dairələri qarşısında haqlı tələbləri, ciddi səyləri, siyasi-
milli iradəsi, milli təəsübkeçliyi nəticəsində 15 oktyabr 
1924-ci  ildə  İrəvan  Erməni  Texnikumunun  binasında 
heç  bir  şəraiti  olmayan  1  dərs,  2  yataqxana  otağı,  30 
nəfər tələbədən ibarət İrəvan Türk Pedaqoji Texnikumu 
fəaliyyətə  başlayır.  Halbuki  o  dövrdə  İrəvanda  hər  bir 
şəraiti və xüsusi binası olan 7 erməni texnikumu fəaliyyət 
göstərmişdir.
Mehdi Kazımov, Bəhlul Yusifov, Mustafa Musayev 
müxtəlif  vaxtlarda  texnikuma  rəhbərlik  etmişlər.  Onlar 
texnikumun  yeni  binasını,  eləcə  də  texniki  bazasını, 


227
tədris vəsaitlərini  və digər avadanlıqları əldə etmək üçün 
əzab-əziyyət çəkmiş, ancaq məqsədlərinə nail olmuşlar. 
Onlarda  olan  milli  heysiyyət,  təəssübkeşlik  ,  qətiyyət, 
maarifçilik, ən əsası qeyrət hissi onları ruhlandırmış və 
gördükləri işdən həzz almışlar.
Kitabda bir daha qeyd edilir ki, Mehdi Kazımov, Bala 
Əfən diyev, Mustafa Hüseynov, Əsgər Əsgərzadə, Ələsgər 
Bay ramov, Bəhlul Kazımov, Yusif Məmmədəliyev, Nəzər 
Paşayev və digərlərinin texnikumun  açılmasında, onun 
təşkilatlanmasında böyük rolları olmuşdur. O ziyalıların 
pedoqoji fəaliyyəti bizə də bəllidir.  Yaşlı müəllimlərdən 
biz bunu dəfələrlə eşitmişik.  Onların hər birinin pedaqoji 
fəaliyyəti haqqında kitab yazmaq olar. Amma nədənsə, 
bu  sahəyə  az  fikir  verilir.  Minlərlə  kənd  uşaqlarını 
cilalayan,  onu  müəllim  edən  belə  insanları  unutmaq 
olmaz. Müəlliflərin gərgin əməyi nəticəsində texnikuma 
qəbul  olunanların  və  məzunların  sayı  barədə  yetərincə 
məlumat vermişlər. Bu statistik məlumatları toplamağın 
özü  belə  çətindir.  Çünki  texnikumun  arxivi  yoxdur. 
İrəvan  Azərbaycan  Pedaqoji  Texnikumunun  İrəvan 
dövrünün arxivi olmadığı üçün müəlliflər xeyli əziyyət 
çəkərək  1924-cü  ildə  İrəvanda  Mərkəzi  Komitənin 
orqanı kimi Azərbaycan dilində nəşrə başlayan “Zəngi”, 
1929-cu  ildən  “Qızıl  Şəfəq”,  1939-cu  ildən  1989-cu 
ilədək  fəaliyyət  göstərən  “Sovet  Ermənistanı”  adlı  
qəzetlərdən, qəzetlərdə texnikuma aid çap olunan elan, 
qəbul imtahanları, yubiley yazıları və digər statistik-hesa-
batlardan  faydalanmışlar.  Kitabın  müəlliflərindən  biri 


228
olan prof. C.Cəfərov da həmin texnikumu 1948-ci ildə 
bitirmiş məzunlarındandır. Müəlliflər qeyd edir ki, İrəvan 
Azərbaycan  Pedaqoji  Texnikumuna  1925-ci  ildə  32, 
1926-cı ildə-32, 1927-ci ildə 32, 1928-ci ildə 28, 1929-
cu ildə 32, 1930-cu ildə 30, 1931-ci ildə 21, 1932-ci ildə 
60, 1935-ci ildə 120, 1936-cı ildə 175, 1941-ci ildə 262, 
1947-ci ildə 62 nəfər tələbə qəbul olunmuşdur. Bununla 
belə  qeyd  edilir  ki,  1947-ci  ilə  qədər  texnikumu  1370 
nəfər pedaqoji təhsilli gənc bitirmişdir. Onların arasında 
100-dən çox qız olmuşdur.  Texnikumun nəzdində 6 ay-
lıq və 1 illik hazırlıq kursları da fəaliyyət göstərmişdir. 
Texnikumda oxuyanların coğrafiyası çox geniş olmuşdur. 
Belə ki, Lori-Pəmbək, Ağbaba, Dərəçiçək, Gümrü, Zən-
gəzur, Megri, Basarkeçər, Dilcan, Vedi, İrəvan və İrəvan 
ətrafındakı  kəndlərdən  yüzlərlə  uşaq  burada    təhsil  
almışlar. 1935-1936-cı dərs ilində burada 11 qrupda 377 
nəfər tələbənin təhsil aldığını müəlliflər qeyd edir.
Kitabda  1940-cı  ildə  İrəvan Azərbaycanlı  Pedaqoji 
Texnikumun 15 illiyinin çox təntənəli şəkildə qeyd olun-
ması göstərilir. Texnikum rəhbərliyinin tələbi və pedaqoj 
təhsil almaq istəyənlərin çoxluğunu nəzərə alaraq 1934-
cü ildə təhsil ocağına 4 mərtəbəli yeni bina verilmiş, 2 və 
3-cü mərtəbələrdəki 18 sinif otağında dərslər aparılmış, 
4-cü  mərtəbədə  isə  75  nəfərlik  yataqxana  yerləşirdi. 
Kitabxana, yeməkxana və kino zalı da var idi.
Müəlliflər  qeyd  edirlər  ki,  1922-1923-cü  illərdə 
Qərbi  Azərbaycanda  36,  1924-cü  ildə  62,  1930-cu  il-
də 112, 1931-ci ildə 245 məktəb fəaliyyət göstərmişdir. 


229
Bu  məktəblərin  artması  nəticəsində  pedaqoji  işçilərə 
də ehtiyac duyulurdu. Ona görə də, orta ixtisas təhsilli 
müəllim hazırlığı gündəmdə dururdu.
İrəvan Pedaqoji Texnikumu təkcə tədris müəssisəsi 
kimi deyil, eyni zamanda İrəvanda Azərbaycan ədəbiyyat, 
mədəniyyəti və incəsənətinin inkişafı və formalaşmasında 
böyük rolu olmuşdur. Texnikumun əməkdaşları İrəvanda 
20-ci  illərdə  Azərbycan  dilində  dərc  olunan  “Zəngi” 
qəzeti  vasitəsilə  yeni  türk  əlifbasının  təbliği  və  tətbiqi 
işində  böyük  fəallıq  göstərmiş,  savadsızlığın  aradan 
qaldırlması üçün bütün imkanlardan istifadə etmişlər. Bir 
çox yaradıcı ziyalılar və jurnalistlər burada formalaşaraq 
həyata atılmışlar.
Lakin  1930-cu  illərdə  “bəy”,  “xan”,  “qolçomaq”, 
dindar, millətçi adı ilə onlarla tələbə pedaqoji məktəbdən 
xaric  edilmiş,  bir  çox  müəllim  və  işçilər  repressiya 
olunmuşlar.
Əsərdə göstərilir ki, Azərbaycan elminə və maarifinə 
xidmət  göstərmiş  akademik  B.Budaqov,  AMEA-nın 
müxbir    üzvü  prof.  Z.Budaqova,  prof.  C.Cəfərov, 
prof.  Ə.Fərəcov,  prof.  Yusif  Yusifov,  prof.Süleyman 
Məmmədov, Fərhad Fərhadov, prof. Kövsər Tarıverdiyev, 
prof.  Nəzər  Paşayev,  prof.  Qurban  Bayramov,  dos. 
Qasım Mustafayev, dos. N.Yusifov, dos. Sabir Səfərov, 
dos. Zərifə Əliyeva, dos. Nəcəf Nəcəfov və adını unut-
duğumuz yüzlərlə alimlər bu məktəbdə təhsil almış, elm 
aləminə  buradan  pərvazlanmışlar.  1918-20-ci  illərdə 
İrəvan şəhərində ermənilər tərəfindən dağıdılmış İrəvan  


230
ədəbi mühiti məhz bu texnikum vasitəsilə bərpa olunmuş, 
yaradıcı ziyalıları bir yerə yığılmışlar.
Texnikumda  mədəni  kütləvi  tədbirlərə  geniş  yer 
verilirdi. Belə ki, M.S. Ordubadi, Ə.Nəzmi, Mir Cəlal, 
Y.Çəmənzəminli,  M.Rəfili,  S.Rüstəm,  S.Vurğun  kimi 
yazıçı və şairlərlə yaddaqalan görüşlər keçirməklə peda-
qoji  məktəbin  rəhbərliyi  gələcək  müəllimlərə  mənəvi 
dəsdək olurdu. Tələbələrdə bədii təfəkkürün inkişafına, 
elmi-pedaqoji fəaliyyətə maraq yaradırdılar.
Müəlliflər  yazır:  «1927-ci  ildə  Ermənistan  Proletar 
Yazıçılar  cəmiyyətinin  nəzdində  Azərbaycan  bölməsi 
fəaliyyət göstərmişdir. Pedaqoji Texnikumda oxuyan və 
işləyənlərin  arasında  cəmiyyətin  poetik  biçimli  şeirlər, 
kiçik    hekayələr  yazan  üzvləri  vardır.  Texnikumda 
müx təlif istiqamətlərdə dərnəklər (tar,  rəqs,  alman dili, 
rus  dili,  teatr,  xor,  musiqi,  rəssamlıq  və  s.)  fəaliyyət 
göstərmişdir.  Tələbələrin  iştirakı  ilə  teatr  tamaşaları 
hazırlanıb tamaşaya qoyulurdu».
Yadımdadır,  Pedaqoji  Texnikumun  o  zamankı  mə-
zunlarından olan  Nəcəf Nəcəfov təyinatla Amasiya ra-
yonunun  Təpəköy  kəndinin  8  illik  məktəbinə  müəllim 
göndərilmişdir.  Bu sətirlərin müəllifinə də  Azərbaycan 
dili  və  ədəbiyyatı  fənnini  o,    tədris  etmiş,  bizi  də  bu 
sahəyə  maraqlandırmışdır.  Həmin  məzunlardan  mənim 
müəllimlərim  olmuş  Təpəköy  kənd  orta  məktəbində 
çalışan  Paşa  Əliyev,  İskəndər  İsmayılov,  Mustafa  İb-
rahimov, Yolçu Aslanovla uzun müddət bir yerdə çiyin-
çiyinə  çalışmışam.  Doğrudan  da,  onların  əsil  pedaqoq 


231
olduqlarını,  xüsusilə  gözəl  xətlə  yazmalarının  şahidi 
olmuşam. Onlar da 1988-ci ildə qaçqın kimi Azərbaycana 
pənah gətirmiş, bir müddət müəllim işləmişlər. Bir neçə 
ildir  ki,  dünyaların  dəyişmişlər.  Allah  onlara  rəhmət 
eləsin!
Amasiya  rayonun  Düzkənd  orta  məktəbində  də 
pedoqoji  məktəbin  daha  çox  məzunları  vardı:  Abuzər 
Ələsgərov, Hacıbəy Abbasov, Allahqulu Əliyev, Telman 
Ramazanov, Nuru Şabanov, Musa Əşrəfov bu məktəbin 
məzunları olaraq tanınmış müəllimlər idi. Sonralar onlar 
müxtəlif  ixtisaslar  üzrə  ali  təhsil  almışlar.  Allahqulu 
müəllim  uzun  müddət  kənd  sovetinin  sədri, Abuzər  və 
Telman müəllim məktəb direktoru işləmişlər.
Əslən  İrəvan  şəhərindən  olan,  uzun  müddət  Gül-
lübulaq  kəndində  müəllim  işləyən,  əməkdar  müəllim 
Şəfiqə Afşarova, Oxcoğlu kəndindən Paşa Əliyev, Daş-
körpü kəndindən Kamal Ələkbərov da pedaqoji məktəbin 
məzunları  olmuşlar.  Kamal  müəllim  Amasiya  Rayon 
Təhsil şöbəsində metod kabinetin müdiri işləyirdi.
Amasiya rayonun bütün kəndlərində maarif və mə-
dəniyyəti  yayan  İrəvan  Pedaqoji  məktəbinin  məzunları 
olmuşlar.
Qərbi Azərbaycanda yüzlərlə elm adamını, minlərlə 
maarif  fədaisi  yetişdirən  –  İrəvan  Pedaqoji Texnikumu 
ermənilərin  mənfur  siyasəti  nəticəsində  1949-cu  ildə 
Azərbaycanın  Xanlar  (Göygöl)  rayonuna  köçürülmüş, 
daha doğrusu, pedaqoji məktəbin müəllim və tələbələri 


232
deportasiya  olunmuşlar.  Lakin  burada  da  məktəbin 
tələbə  və  müəllim  kollektivi  erməni  birinci  katibin 
iradlarına  rast  gəlmiş,  müasir  universitetə  bərabər  olan 
bir  pedaqoji  məktəb  bağlanmışdır.  Orada  dərs  deyən 
müəllimlər yenidən pərən-pərən olmuşlar. Keçmiş Xanlar 
rayonunun  şovinist  birinci  katibinin  bilərəkdən,  qərəzli 
münasibəti  nəticəsində  gənc  müəllimlərə  milli-mənəvi 
dəyərlər  aşılayan,  arabir  də  erməni  xislətinə  dözməyən 
və  onlara  qarşı  mübarizə  aparan  bu  maarif  ocağımız 
söndürüldü. Texnikumun İrəvan mərhələsinin arxivi də 
belə Azərbaycana gətirilmədi. Çox heyf!
Ümumiyyətlə, nəinki İrəvan eləcə də, azərbaycanlılar 
yaşamış  digər  rayonların  kəndlərində  ədəbi-mədəni, 
ictimai-siyasi, mədəni-maarif mühitinin formalaşmasında 
İrəvan  Azərbaycan  Pedaqoji  Məktəbinin  məzunlarının 
böyük rolu olmuşdur. Müəlliflər də sağ olsunlar ki,  belə 
bir  faydalı  iş  görmüş,  bu  kitabı  yazmışlar.  Yaxşı  olar 
ki, hələ gec deyil, məzun informatorlarla əlaqə saxlyıb 
məzunların siyahısını tərtib edib kitabın gələcəkdə daha 
geniş  çapını  hazırlasınlar.  Bu  kitab  tək  bir  Pedaqoji 
Texnikumun  tarixini  yox,  həm  də  pedaqoji  fikrimizin, 
pedaqoji düşüncəmizin tarixini öyrənmək üçün faydalı bir 
əsərdir. Çünki əksər elmi-pedaqoji kitab və dərsliklərdə 
böyük  ziyalılar  yetişdirmiş  bu  təhsil  ocağının  –  İrəvan 
Pedaqoji Texnikumu barədə məlumatlara rast gəlmirik. 
Gələcək  nəsillər  də  bilməlidir  ki,  müəllim  kadrlar 
yetişdirən belə bir texnikum olmuş, o da erməni-daşnaq 


233
siyasəti  nəticəsində  müəllim  və  tələbələri  ilə  birlikdə 
deportasiyaya məruz qalmışlar.
Müəlliflərə yeni-yeni uğurlar arzulayıram.
Aslan Bayramov,
professor


234
ƏDƏBİYYAT
1.  Ə.Abdullayev.  Qiyabi  təhsilin  yüksək  keyfiyyəti 
uğrunda. “Qızıl şəfəq” qəzeti 1036, № 74.
2.  Allahverdiyev Cəlal. Irəvan ədəbi mühiti. Bakı, “Elm” 
2010.
3.  Allahverdiyev  Cəlal.  Irəvan  Pedaqoji  Məktəbi. 
(Vedibasar) qəzeti, 16-31 yanvar 2014.
4.  Ə.Bayramov,  C.Sərdarov  «Pedaqoji  məktəbdə». 
“Sovet Ermənistanı” qəzeti, 1946, № 70.
5.  Budaqov Budaq, Çobankərə eli. Bakı, Elm 1996.
6.  Ələkbərli  Əziz.  Qərbi  Azərbaycan  I  c,  Vedibasar 
mahalı, Bakı “Ağrıdağ” 2000.
7.  Ələkbərli  Əziz.  Qərbi Azərbaycan  II  c,  Zəngibasar, 
Gərnibasar  və  Qırxbulaq  mahalları, Bakı  “Ağrıdağ” 
2002.
8.  Hacıyev  Aydın.  Fəhləlikdən  alimliyə  gedən  yol. 
“Azərbaycan müəllimi” qəzeti, 25 mart 1997.
9.  Ə.Heydərov, Bizim məktəbimiz “Sovet Ermənistanı” 
qəzeti 1941, № 273.
10.   Xəlilzadə  Flora.  “Ötən  günlər”,  “Azərbaycan 
müəllimi” qəzeti, 25 aprel 1980.
11.  İbrahimov Nurəddin, Medallar, Nərdivanlar. “Sovet 
Ermənistanı” qəzeti, 1980, № 82.
12.   Xəlilov  Buludxan,  Birinci  Beynəlxalq  Türkoloji 
qurultay. Bakı, “Elm” 1999.
13.  İbrahim və Lentroş, İkinci buraxılış münasibəti ilə. 
“Qızıl şəfəq” qəzeti 1930, №58.


235
14.   İrəvan  Türk  Pedaqoji  Texnikumuna  qəbul  şərtləri. 
“Zəngi” qəzeti, sentyabr 1926.
15.   İrəvan  Türk  Pedaqoji  Texnikumunun  gedişatı. 
“Zəngi” qəzeti, 12 fevral 1926.
16. Mərdanov Misir, Azərbaycanın təhsil tarixi. I, II, III 
cild. Bakı, Təhsil, 2011
17.  Kazımov Mehdi; Savad məntəqələri. “Zəngi” qəzeti, 
31 mart 1926.
18.   Məhərrəmov  Ziyəddin.  Xatirələrdə  yaşayan  Əli 
müəllim 80. “Günəş” nəşriyyatı, Bakı 2006.
19.  Maarif sahəsində “Zəngi” qəzeti, 31 mart, 1928.
20.   Müəllim  və  məktəb  işlərimiz.  “Zəngi”  qəzeti,  7 
oktyabr 1928.
21.  Mustafa Nazim. İrəvan şəhəri (türk dilində). Ankara, 
2015, 269 səh.
22.   Nağıyev  Ə.  İrəvan  Türk  Pedaqoji  Texnikumunda. 
“Qızıl şəfəq” qəzeti 1935, № 89.
23.  On illik yubiley. “Qızıl şəfəq” qəzeti, 1935, № 28.
24.  M.Sadıqov “Qan yaddaşı” Bakı, Yazıçı 1981.
25.  C.Şərifov. Bayramın mübarək. “Sovet Ermənistanı” 
qəzeti; 30 sentyabr 1966.
26.   Tərsəcaylı  Q.  Ermənistanda  Türk  Maarifi,  “Zəngi” 
qəzeti, 21 dekabr 1926.
27.  Yusif  Bəhlul. 15 illik yubiley. “Sovet Ermənistan” 
qəzeti, 7 dekabr 1940.
28. Zeynalov  Əsgər.  İrəvan  Xanlığı...Gerçəkliyin 
aydınlığı. Bakı, mütərcim, 2016


236
MÜNDƏRİCAT
Ön  söz  (B.Xəlilov).........................................................3
İrəvan  Pedaqoji  Məktəbi.............................................12
Pedaqoji  Məktəbin  görkəmli  məzunlarından  bir  qismi..78
Məzun  sözü:  Böyük  Təhsil  məbədi  –  İrəvan 
Pedaqoji 
məktəbi...................................................210
İrəvan  Pedaqoji  məktəbini  bitirmiş  məzunların  siyahısı 
(siyahi  tam  deyil)........................................................215
Təhsilimizin tarixi yaddaşı – İrəvan Pedaqoji məktəbinə bir 
abidə...........................................................................223
Ədəbiyyat......................................................................234


237
Yığılmağa verilmiş: 01.05.2017
Çapa imzalanmışdır: 08.06.2017
Şərti çap vərəqi:15
Format: 60X84 1/16
Tirajı:300


238
Kitab “ORXAN” Nəşriyyat və
Poliqrafiya müəssisəsinin
mətbəəsində hazır diopozitivlərdən
istifadə olunmaqla ofset üsulu ilə çap
edilmişdir.


239
Ünvan: Bakı şəhəri,
Dərnəgül qəsəbəsi, 3105-ci məhəllə
Direktor: Cəfər Bağırov
Tel: 562-83-03


240

Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə