Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

190
ƏHMƏD  ZEYNALOV
Əhməd  Zeynalov  1934-cü  ildə 
Qərbi  Azərbaycanın  Əştərək  ra-
yonun  Hamamlı  kəndində  anadan 
olmuşdur.  Atası  Həşim    Zeynalov 
1943-cü  ildə  yaşının  50-dən    çox 
olmasına baxmayaraq, zorla II Dün-
ya Müharibəsinə göndərilmişdir. Əs-
gərliyə apardıqları gündən savadsız 
olduğuna görə, heç bir məktub-kağız 
göndərmədən, xəbərsiz-ətərrsiz itgin düşmüş, ta bu günə 
qədər ailəsi ondan bir xəbər-ətər ala bilməmişlər. əhməd 
müəllim 7 illik kənd məktəbini bitirdikdən sonra 1947-ci 
ildə İrəvan pedaqoji texnikumuna daxil olmuşdur.
İrəvan  pedaqoji  məktəbi  Qərbi  Azərbaycanda 
Azərbaycan  dilində  ixtisaslı  kadrlar  hazırlayan  ye ganə 
təhsil  ocağı  idi.  Bu  texnikumdan  başqa  Qərbi  Azər-
baycanda istər müəllim ixtisası, istərsə də başqa ixtisaslar 
hazırlayan bir dənə də olsa təhsil ocağı ol mamışdır. Bu 
texnikum  sanki  qaranlıq  zülmətdə  işıq  saçan  yeganə 
bir  ulduz  idi  ki,  fəaliyyət  göstərdiyi  yarım  əsr  ərzində 
Qərbi Azərbaycandan olan bir çox görkəmli şəxslərin, o 
cümlədən də Əhməd müəllimin qaynaqlandığı ilk elmi-
mənəvi  məbəd  olmuşdur.  əhməd  müəllim  texnikumda 
təhsil  aldığı  dövrdə  ailəsi  1948-53-cü  illərdə  Mikoyan 
və  Stalin  cütlüyünün  Azərbaycan lılara  qarşı  yerit-


191
dikləri  soy qı rım  siya sətinin 
nəticəsində 
Qərbi 
Azər-
baycandan  Azərbaycanın  Sal-
yan  rayonuna  departasiya 
olun  muşdur.  O,  texnikumu 
bi tir  dikdən  sonra  Salyan  ra-
yonun  Çuxanlı  kəndində  mü-
əllim  işləmişdir.  1954-cü  il-
də  ADU-nin  Filologiya  fa-
kültəsinə daxil olmuş, 1959-cu 
ildə  oranı  fərqlənmə  dip lomu 
ilə  bitirmişdir.  Bir  neçə  il 
Salyan  rayonun  Şorsulu  kən-
dində dil və ədəbiyyat mü əllimi 
işləmiş.  1966-cı  ildə  Arba tan 
kənd  orta  məktəbinə  direk tor 
göndərilmişdir.  Düz  44  il  fa-
siləsiz olaraq həmin məktəbdə direktor işləmişdir. O da 
maraqlıdır  ki,  onun  işlədiyi  bu  müddət  ərzində  nə  bir 
müəllim, nə bir şagird, nə də bir valideyn heç bir təşkilata 
Əhməd müəllimdən bir dəfə də olsa şikayət etməmişlər. 
44 il 100-ə yaxın müəllimi, 1000-ə yaxın şagirdi olan bir 
məktəbdə qüsursuz işləmək direktordan yüksək bacarıq, 
mükəmməl bilik, dərin ağıl, səbr tələb edir.
Hər  il  məktəbi  bitirən  60-70  şagirdin  bir  neçəsi 
qızıl medala layiq görülmüş, məktəbdən pərvazlanan bu 
balaların  səsi-sorağı  indi  ölkəmizin  bütün  güşələrindən 
gəlir.
Soldan: Tahir Cəfərov, 
Əhməd Zeynalov, Yolçu 
Cəfərov, Məcid Əliyev.
İrəvan pedoqoji 
məktəbinin tələbələri


192
Əhməd müəllimin gəlmə olmasına baxmayaraq, kənd 
camaatı ilə o qədər qaynayıb-qarışmışdır ki, hamı onu öz 
doğması öz ağsaqqalı hesab edərək, xatirini əziz tuturlar 
və ona inanır. Onu Peyğəmblər övladı kimi qəbul edirlər. 
Kəndin elə bir xeyir-şəri olmaz ki, Əhməd müəllim başda 
əyləşməsin.
Vaxtı ilə A.P.Çexov demişdir ki, “indi çoxları ona görə 
əclaflıq edə bilmir ki, L.N.Tolstoy sağdır”. Bu hikmətli 
kəlamı  Əhməd  müəllimə  də  aid  etmək  olar.  Yaş  senzi 
ilə əlaqədar təqaüdə gedərkən kənd əhalisi, valideynlər 
Əhməd müəllimin öz yerində qalıb, direktor işləməsini 
kütləvi şəkildə rayon rəhbərliyindən xahiş və təkidlə tələb 
etmişlər.  Hətta  təqaüdə  getməsi  haqqında  əmr  verilmiş 
olsa  da,  bir  müddət  məktəb  direktorsuz  qalmış  Əhməd 
müəllin ictimai əsaslarla fəaliyyətini davam etdirmişdir. 
Əhməd müəllim gözəl ailə başçısıdır. Doqquz övladı var, 
hamısı ali savadlıdır, 4-ü həkim, qalanları müxtəlif ixtisas 
sahibləridir.
Əhməd müəllimin 58 illik pedaqoji, 44 illik direktor 
fəaliyyəti layiqincə qiymətləndirilmişdir. Belə ki, o, təh-
sil işçilərinin bütün qurultaylarında bir nümayəndə kimi 
iştirak  etmiş,  “Şərəf  nişanı”,  “Qırmızı  Əmək  Bayrağı” 
ordeni,  “Şərəfli  əməyə  görə”  medalı,  “Qabaqcıl  təhsil 
işçisi” döş nişanı ilə təltif olunmuşdur. Sənə can sağlığı 
arzu edirik, Əhməd müəllim!


193
ƏLİYEV İBAD 
Qocalmışam, yorulmuşam, bilmirəm,
Tək qalmışam, ağlasam da, gülmürəm.
Yatanda da yuxularda görmürəm.
O dağlara, o ellərə bağlıyam.
İbad Əliyev
İbad Əliyev 1929-cu ildə Qərbi 
Azərbaycanın Göyçə mahalının Ağ-
bulaq  kəndində  dünyaya  göz  aç-
mışdır.
1930-cu  ildə  Göyçə  mahalında 
kollektivləşmə başlayanda atası yeni 
yaranan  bu  təsərrüfata  daxil  olmaq 
istəmədiyinə görə, 1932-ci ildə ailəsi 
ilə birlikdə İrəvan şəhərinə köçür və 
orada yaşamalı olurlar. Ancaq kəndlə əlaqəni də kəsmirlər. 
Ibad orada qalıb, kənd məktəbində oxuyur. Kənd 7 illik 
məktəbini bitirdikdən sonra 1945-ci ildə İrəvan pedaqoji 
məktəbinə daxil olur. Ailələri İrəvan şəhərində yaşadıqları 
üçün onun texnikumda yaxşı oxuması üçün əlverişli şərait 
yaranır (Bəlkə də atası uşaqlarının gələcəyini düşünərək, 
İrəvan şəhərinə köçmüşdür). Amma İbadın oxuması üçün 
bu əlverişli şərait uzun sürmür, elə həmin ili atası qəflətən 
vəfat edir, bu ölüm ailəni sarsıdır. Həmin gündən onun 
və ailələrinin ağır və əzablı günləri başlayır. Amma bu 


194
acınacaqlı  vəziyyətə  baxmayaraq,  İbad  texnikumu  əla 
qiymətlərlə  bitirir.  Ailəni  şəhərdə  dolandırmaq  çətin 
olduğuna görə İbad təyinatını Göyçə mahalının Toxluca 
kənd  orta  məktəbinə  alır.  1948-50-ci  illərdə  həmin 
məktəbdə  müəllim  işləyir.  1950-ci  ildə  onu  əsgərliyə 
aparırlar. 1950-1953-cü illərdə Sovet Ordusu sıralarında 
qulluğunu başa vurduqdan sonra, öz kəndləri  Ağbulağa 
qayıdır, orada yenidən müəllimlik fəaliyyətinə başlayır. 
Təhsilini davam etdirmək üçün 1956-cı ildə N.Yusi adına 
Bakı  pedaqoji  universitetinə  daxil  olur  və  1962-ci  ildə 
universiteti bitirərək, riyaziyyat fənni üzrə ali təhsil alır. 
1964-1975-ci  illərdə  Ağbulaq  kənd  orta  məktəbində 
təlim üzrə direktor müavini, 1975-1986-cı illərdə məktəb 
direktoru vəzifəsində çalışır. Direktor işlədiyi müddətdə 
yeni məktəb binasının tikilməsi üçün nazirlikdən proyekt 
almağa  nail  olur  və  yeni  məktəb  tikdirir.  Bu  məktəb 
böyüklüyünə, şagird yerliyinə və təchizatına görə Qərbi 
Azərbaycanda ikinci məktəb sayılırmış.
1986-cı  ildə  iş  qabiliyətinə  və  siyasi  fəaliyyətinə 
görə rayon partiya komitəsinin tələbi ilə irəli çəkilərək, 
sovxoza  azad  partiya  təşkilat  katibi  və  rayon  partiya 
komitəsi bürosuna üzvü seçilir. Ancaq burada da işləmək 
ona  qismət  olmur.  1988-ci  ildə  ermənilərin  kütləvi 
qaydada azərbaycanlıları öz vətənindən qovub çıxarması 
onların ailəsindən də yan keçmir. Odur ki, köçüb, Bakıda 
məskunlaşmalı olurlar.
1990-1993-cü  illərdə  Bakıda  “Ümumittifaq  elmi 
tədqiqat  lahiyə  qaz”  institutunda  mühəndis  vəzifəsində 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə