Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

175
Dəfələrlə  kənd  sovetinə  deputat  seçilib,  sovet  və 
partiya işində fəal çalışmışam.
1979-cu ildən də “Əmək veteranı”dır.
O,  İrəvan  Pedaqoji  Texnikumunun  məzunu  olması 
ilə  həmişə  fəxr  edərdi  və  deyərdi:  “Mən  aldığım  dərin 
biliyimə görə İrəvan Pedaqoji məktəbinin müəllimlərinə 
(borcluyam) minnətdaram”.


176
BAYRAMOV ŞƏRİF 
Bayramov  Şərif    Dilican  ra-
yonun  Haqqıxlı  kəndində  1917-
ci  ildə  anadan  olmuşdur.  Şərif 
ibtidai  təhsilini  Haqqıxlı  kəndində 
1925-ci  ildə  yeddillik  təhsilini  isə 
Çaykənd  məktəbində  1930-cu  ildə 
başa  vurmuşdur.  Bayramov  Şərif 
yeddillik  təhsilini  bitirəndən  sonra 
İrəvan  şəhərində  fəaliyyət  göstərən 
N.Nərimanov  adına  Türk  (azərbaycanlı)  pedaqoji  tex-
nikumuna  gəldi.  Şərif  bu  texnikumda  3  il  nümünəvi 
bilik aldı. O, həmin texnikumu bitirib doğma kəndlərinə 
müəllim  göndərildi.  1936-cı  ildən  Haqqıxlı  kəndində 
müəllimlik  fəaliyyətinə  başladı,  az  sonra  Haqqıxlı 
yeddillik məktəbinə direktor təyin edildi. 1938-ci ildən 
1945-ci ilə kimi məktəbdə yeni abu-hava yaratdı, məktəb 
bacaraqlı,  yüksək  səviyyəli  müəllim  kadrları  ilə  təmin 
edildi. Dərslər bütün fənlər üzrə yüksək səviyyədə tədris 
edilir,  valideynlərin  məktəbə,  təhsilə  olan  münasibəti, 
möhkəm  əlaqələri  daha  da  yüksəldi,  möhkəmləndi. 
Haqqıxlı  məktəbi  indiyə  qədər  Məmmədalı  məktəbi 
adlanırdısa, indi Şərif məktəbinə çevrildi. Şərif müəllimin 
məktəbdə  yaratdığı  sağlam  psixoloji  şərait  kollektivin 
işə  münasibətini  qat-qat  artırmışdı.  Müəllimlər  şa-
girdləri  inamla,  qayğıkeşliklə,  tələbkarlıq  metodu  ilə 


177
öyrədirdilər.  Bu  illərdə  bu  məktəbi  bitirənlərin  hamısı 
orta və orta ixtisas məktəblərinə qəbul olurdular və qəbul 
olduqları  məktəblərdə  onlar  fərqlənirdilər.  Xüsusən 
bu  məktəbi  bitirənlərin    əksəriy yəti  riyaziyyat  elminə 
yüksək  meyli  olan  riyazi  bilikli  şagird lər  idi.  Həqiqət 
naminə demək lazımdır ki, bu məktəbin yetir mələrindən 
olan  riyaziyyat  müəllimi  kimi.  Nəbiyev  Məhəmməd, 
Yahyayev Məhəmmədəli, İsmayılov İsmayıl və başqaları 
da  Qaraqoyunlu  da  məşhur  olmuşdur.  Həqiqi  mənada 
cəsarətlə, tərəddüd etmədən demək olar Haqqıxlı məktəbi 
kimi  qaraqoyunluda  geniş  müəllim  kadrları  hazırlayan 
ikinci  bir  məktəb  yox  idi.  Bu  məktəbin  məzunlarından 
ali  təhsil  almış  260  nəfər  müəllim  təkcə  İcevan  rayon 
məktəblərində  deyil,  Krasnoselo,  Basarkeçər,  Qazax 
rayon  məktəblərində  də  müəllim  işləyirdilər.  Bu  təkcə 
Bay ramov Şərifin deyil, həm də kollektivin işə vicdanlı 
münasibətinin nəticəsi idi.
Bayramov  Şərif  prinsipial,  həqiqətpərəst,  vicdanlı, 
təmiz ruhlu bir müəllim – rəhbər idi. Əliəyrilərə, mən-
səbpərəst  və  rüşvətxorlara  qarşı  qəti  mübarizə  aparan 
Şərif  Bayramov  naməlum  şəxslər  tərəfindən  1945-ci 
ilin  mart  ayında  qətlə  yetirilmişdir.  O,  İrəvan  Pedaqoji 
məktəbini “Mənim darülfunum” adlandırardı.


178
MİRABBAS MİRSƏFƏR OĞLU HEYDƏROV
Mirabbas  Mirsəfər  oğlu  Hey-
dərov  1930-cu  il  martın  16-da 
Dəmirçi kəndində anadan olmuşdu. 
Atası  Kərbəlayi  Mirsəfər  1935-ci 
ildə  vəfat  etmiş,  atasını  itirdikdən 
sonra  balaca  Mirabbas  mehrini 
əmisi  Mirhəşimə  salmış,  lakin  az 
sonra 1940-ci ildə Mirhəşim də mü-
haribəyə gedib qayıtmamış və balaca 
Mirabbas qanlı-qadalı mü haribə illərində, təhsilini davam 
etdirməklə bərabər, həm də kolxozda işləmişdir.
1948-ci ildə İrəvan Pedaqoji Texnikumunu, 1952-ci 
ildə Azərbaycan  Dövlət  Pedaqoji  Texnikumunu,  1952-
ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 
riyaziyyat müəllimi ixtisasına yiyələnən Mitabbas mü_
əllim 1961-ci  ilə qədər Qaraqişlaq, Dəmirçi kənd mək -
təblərində,  Uluxanlı  qəsəbəsindəki  orta  məktəbdə  mü-
əllim işləmiş, camaat arasında qazanmış olduğu nüfuza 
görə sonuncu tarixdə yaşadığı doğma kəndə kolxoz sədri 
seçilmişdir.
Qısa  müddət  ərzində  kolxozçuların  maddi  rifahını 
yaxşılaşdırmaq  məqsədi  ilə  bir  çox  sahələrdə  əmək 
məh suldarlığını  artırmağa  nail  olur.  Qüvvədən  düşmüş 
sahələrin  su  ilə  təmin  olunmasını  yaxşılaşdırmaq  üçün 
artezian quyuları qazdırır, kolxozçuları səfərbərliyə ala-


179
raq    həmin    sahələrdə  bol  məhsul  yetişdirir,  kolxozun 
əlavə gəlirləri hesabına kəndə yol çəkdirir, uşaq bağçası, 
ma ğaza,  rabitə  məntəqəsi,  orta    məktəb  binası  tikdirib 
istifadəyə verdirir, uzun illərdən bəri anbar kimi istifadə 
olunan  məscidin  açılıb,  dindarların,  kənd  adamlarının 
ixtiyarına verilməsinə nail olur.
1969-cu  ildə öz istəyi ilə işdən azad olunub, Zən-
gibasar  rayon  Xalq  Maarif  Şöbəsinə  müfəttiş  təyin 
edilir, məktəblilər arasında rayon olimpiada komitəsinin 
sədri və respublika olimpiada komitəsinin azərbaycanlı 
bölməsinin rəhbəri olur.
Əlsiz-ayaqsızların, köməksizlərin dayağı olan Mirab  -
bas Ağa  sözün  əsl  mənasında  bir  el  ağsaqqal  kimi  ad 
çıxarmışdı. Onun rayonun Dini İdarəsində sədr  müavini 
olması  dini  problemlərin  həll  olunmasına  müs bət  təsir 
göstərirdi.  Milli  zəmində  olan  münaqişələrin  yatırıl-
masında çox böyük əməyi olmuşdu.
1988-ci  hadisələrindən  sonra  vətən  itkisi  ağrısına 
dözməyən Mirabbas ağa 1993-cü il dekabrın 6-da Bakıda 
dünyasını dəyişmiş, onu tanıyan, sevən insanlara gözəl 
əməllər,  ən  başlıcası  isə,  öz  əməllərini  davam  etdirən 
övladlar  qoyub  getmişdir.  Mirabbas  müəllim  İrəvan 
Pedaqoji məktəbinin adını həmişə fəxrlə çəkərdi.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə