152
müəlliflərindəndir. 1987-ci ildə “Salman Mümtazın ədəbi
və elmi fəaliyyəti” adlı monoqrafiyası çap olunmuşdur.
12 dərslik və kitabçanın elmi redaktorudur. “Çaşı oğlu”
nəşriyyatı tərəfindən buraxılan klassiklərin əsərlərindən
ibarət yüz cildli serialın redaksiya heyətinin üzvüdür.
Qəzet və jurnallarda 100-dən çox məqaləsi dərc
olunmuşdur.
Türkiyə, İngiltərə, Hollandiya, İtaliya, həmçinin
MDB məkanındakı ölkələrdə (Rusiya, Ukrayna, Belarus,
Moldova, Özbəkistan, Qırğızıstan, Baltikyanı ölkələr)
təc rübə müba diləsində, yaradıcılıq ezamiyyətlərində ol-
muşdur.
1971-ci ildə Azərbaycan SSR Maarif Nazirliyinin
“Qabaqcıl maarif xadimi”, 1981-ci ildə “SSRİ Maarif
Əla çısı”, 1958-ci ildə Ümumittifaq Komsomolunun
“Xam torpaqlardan istifadəyə görə” döş nişanları ilə,
1987-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
Qa zaxıstan Komsomolunun, Təhsil Nazirliyi və digər
təş kilatlarının fəxri fərmanlarına layiq görülmüşdür.
1975-ci ildə mollanəsrəddinçi Salman Mümtazın
ədəbi və elmi fəaliyyətinə dair dissertasiya müdafiə edib,
filologiya üzrə fəlsəfə doktoru adını almışdır.
(2000-ci ilin sentyabrından 2006-cı ilin oktyabrına
qədər Azərbaycan Təhsil Nazirliyində dərslik və nəşriyyat
şöbəsinin müdiri olmuşdur. 2006-cı ilin oktyabrından
“Azər baycan məktəbi” jurnalının baş redaktorudur. 2005-
ci ildən Respublikanın Əməkdar müəllimidir. 2012-ci
153
ildən ADPU-nun “Azərbaycan dili və ədəbiyyatı tarixi”
kafedrasının dosentidir.
Ailəlidir, dörd övladı, 8 nəvəsi vardır.
154
SABİR XƏLİL OĞLU SƏFƏROV
İrəvan mahalının tanınmış zi-
yalılarından olan Sabir Şəfərov
1924-cü ildə Haçaparaq kəndində
anadan olmuşdur.
1938-ci ildə İrəvan Pedaqoji
Tex nikumuna daxil olmuş, 1942-ci
ildə oranı bitirərək orduya çağırıl-
mışdır. O, cəbhəyə yol lan mazdan
əvvəl Bakı birinci piyada hərbi
məktəbində altı aylıq kurs keçmiş, leytenant rütbəsi
alaraq 1943-cü ildə vzvod komandiri kimi ön xəttə
yollanmışdır. Sonradan rota komandiri kimi Şimali Qaf-
qaz döyüşlərində, Ukraynanın və Belorusi yanın azad
olun masında rəşadət göstərmiş, döyüşlərdə üç dəfə ağır
yaralanmış, “İkinci dərəcəli Vətən müharibəsi” ordeni,
“Qafqazın müdafiəsi” və “Qırmızı Ulduz” medalları ilə
təltif olunmuşdur.
Müharibədən qayıtdıqdan sonra 4 il Rostov-Don-
da xüsusi nəzarətlə mühafizə olunan Semlyanski su
hövzəsinin rəis müavini işləmiş, 1950-ci ildə doğma
yurda qayıdaraq qonşu Qaraqışlaq kənd məktəblərində
bir il tarixdən dərs demişdir. 1951-ci ildə Azərbaycan
Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olunmuş,
1955-ci ildə İnstitutu bitirərək yeni dən Qaraqışlaq
kənd orta məktəbində müəllimlik fəaliyyətini davam
etdirmişdir.
155
1967-1988-ci illərdə İrəvan Dövlət Pedaqoji İns-
titutunda çalışan S.Səfərov 1974-cü ildə Azərbaycan
EA-nın Fəlsəfə İnstitutunda dissertasiya müdafiə edərək
fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almış, 1982-
ci ildə isə dosent elmi dərəcəsinə layiq görülmüşdür.
İndiyəcən onun fəlsəfə və sosialogiyaya dair 50-dən
yuxarı elmi işi işıq üzü görmüşdür.
Uzun müddət o, Azərbaycan Texniki Universitetində
və Müstəqil Azərbaycan Universitetində fəlsəfədən dərs
demişdir.
156
ABBAS TAHİR (ABBASOV TAHİR)
Abbas Tahir 1912-ci ildə
Qəmərli rayonunun Mə simli kən-
dində anadan olmuşdur. İbtidai
təhsilini birinci dərəcəli kənd mək-
təbində aldıqdan sonra 1926-cı ildə
İrəvan Azərbaycanlı Pedaqoji Tex-
nikumuna daxil olmuş, 1931-ci ildə
isə texnikumu bitirmişdir.
1928-ci ildən ədəbi yaradıcılığa
başlamış, həmin ildən İrəvanda Azərbaycan dilində
işıq üzü görən yeganə mətbuat orqanı olan “Qızıl
şəfəq” qəzetində və ədəbi almanaxlarda müntəzəm ola-
raq əsərləri dərc edilmişdir. O, həm də “Qızıl şəfəq”
qə zetinin ən aktiv müxbirlərindən idi. Abbas Tahir
İrəvanda fəaliyyət göstərən Proletar Yazıçılar birliyinin
azərbaycanlı bölməsinin fəal üzvü kimi ədəbi mühitin
inkişafında və formalaşmasında da fəal iştirak etmişdir.
O, 1943-cü ildə İrəvan Pedaqoji İnstitutunun dil-
ədəbiyyat fakültəsini bitirmişdir. “Ermənistan”da sovet
hakimiyyəti qurulduqdan sonra azərbaycanlı şairlərin
ayrıca kitab halında ilk dəfə nəşri Abbas Tahirə nəsib
olmuşdu. Belə ki, 1934-cü ildə onun “İlham mənbəyi”
adlı ilk şeirlər kitabı işıq üzü görmüşdür. 1947-ci ildə isə
onun “Qələbə” baharı adlı şeirlər kitabı nəşr edilmişdir.
157
TAPDIQ ƏMİRASLANOV
Qərbi Azərbaycanın tanınmış,
görkəmli şəxsiy yətlərindən biri də
Tapdıq Muxtar oğlu Əmiraslanov
olmuşdur. O, 1918-ci ildə Ulu Göy-
çənin ulu kəndlərin dən biri olan
Zodda dünyaya gəlmişdir. Zod kəndi
“hələ XIX əsrdə məktəb və ziyalıları
ilə məşhur idi”.
Tapdıq Əmiraslanov 1933-cü ildə İrəvan Pedaqoji
Məktəbinə daxil olmuş, 1937-ci ildə həmin təhsil ocağını
bitirdikdən sonra ali təhsilini İrəvandakı Azərbaycan
Pedaqoji İnstitutunda davam etdirmişdir. O, bir müddət
Zod kənd məktəbində müəllim və direktor vəzifələrində
işlədikdən sonra, 1950-ci ildə Basarkeçər Rayon Partiya
Komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir.
1954-cü ildə isə Rayonun Partiya Komitəsinin ikinci
katibi vəzifəsinə təyin edilmişdir.
T.Əmiraslanov 1959-cu ildə Basarkeçər rayon maarif
şöbəsinin müdiri təyin edilmişdir.
Tapdıq müəllimin səyi və diqqəti sayəsində azər-
baycanlı məktəblərinin əksəriyyəti tam orta məktəbə
çevrilmiş, məktəblərdə tədrisin keyfiyyəti yüksək səviy-
yəyə çatdırılmışdır. 1976-cı ildə dünyasını dəyişən Tap-
dıq müəllim bu gün də minnətdarlıqla yad edilir.
Dostları ilə paylaş: |