Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

36
“xan”, “mülkədar”, “qolcomaq”, “kulak”, “mövhumatçı”, 
“millətçi” və s. damğası vurularaq təhsil  müəssisələrin dən 
xaric  edilir dilər.  “Təmizləmə  komissiyası”  adlandırılan 
yoxlama zamanı texnikumun tələbə ləri Mikayıl Əliyev, 
Fəraməz Kazımbəyov, Xəlil Əfəndiyev, Ələkbər Həsən-
zadə,  Fərhad  Əsgərov,  Tərifə  İsmixanova,  Əli  Xəlilov, 
Məhəmməd  Rzayev,  Məhərrəm  Xəlilov,  Əkbər  Cabbar 
Hacı  Həsənoğlu,  Qədimalı  Vəliyev,  Ağayar  Həsənov, 
Məmmədəli  Əsədov,  Oruc  Şumalov,  Fərman  Kazımov, 
Ziyad Şərifov və başqaları “kulak”, “ünsür” kimi aşkar 
olunaraq  xaric  edilmişdilər.  Azərbaycanlı  ziyalılar 
nəin  ki  repressiyaya,  həm çinin  fiziki  terrora  da  məruz 
qa lırdılar:  istedadlı  azərbaycanlı  ziyalılar,  qabaqcıl 
maarif  işçisi  1931-ci  ildə  Leninqradda  ali  təhsil  almış 
Musayev İsgəndər Piri oğlu Uluxanlıda Tatoş Bjini yan, 
filologiya elmləri namizədi Mehdi Həsənov isə İrəvanda 
erməni  quldurları  tərəfindən  xüsusi  aman sızlıqla  qətlə 
yetirilmişdilər.  Erməni  şovinistlərinin  azər baycanlılara 
qarşı törətdikləri vəhşiliklərə baxmayaraq qeyrətli azər-
baycanlı ziya lıları və pedaqoji texnikumun fədakar kol-
lek tivi öz fəaliyyət lərini inamla davam etdirirdilər.
1930-cu ildə texnikumun ikinci buraxılışı olmuşdur. 
Mənbələrdən  aydın  olur  ki,  31  nəfər  tələbədən  29  nə-
fəri  tex nikumu  bitirməyə  müvəffəq  ola  bilmişdir.  Tə-
ləbələrdən  2  nəfə ri  isə  müxtəlif  səbəblərdən  təhsilini 
yarımçıq qoyaraq texni kumu tərk etmişdir. (13)
Yüksək  ixtisaslı  müəllim  kadrlarının  yetişdirilməsi 
üçün  texnikumun  kollektivinin  mütəşəkkil  səyi  nə-


37
ticəsində  tədrisin  keyfiyyətinin  yüksəldilməsi  və  s. 
sahələrdə  ciddi  uğur lar  əldə  edilirdi.  1930-cu  ildə  tex_
nikumun  direktoru  M.Kazı movun  təşəb büsü  sayəsində 
bu tədris ocağında dərs demək üçün Azərbaycandan və 
başqa  yerlərdən  ali  təhsilli  müəllimlər  dəvət  edilmişdi. 
1930-cu ilin iyul ayında texnikuma qəbul qayda larında 
müəyyən  dəyişikliklər  edilmişdir.  Yeni  qəbul  qaydala-
rında  o  şəxslər  qəbul  edilirdilər  ki,  yaşı  15-dən  aşağı 
20-dən  yuxarı  olmamalı  və  5-ci  sinfi  bitirmiş  olanlar. 
1929/30-cu  tədris  ilini  qənaətbəxş  göstəricilərlə  başa 
vuran  texnikum  növbəti  1930/31-ci  tədris  ilinə  ciddi 
hazırlıq  görmüş,  həmin  ildə  daha  yaxşı  nəticələrə  nail 
olmaq  üçün  bütün  qüvvəsini  səfərbər  etmişdir.  1931-ci 
ildə bölgələr üzrə qəbul olmuş tələbələrin sayı aşağıdakı 
kimi olmuşdur.
İrəvan şəhərindən 3 nəfər, Razdandan 4 nəfər, Ağba-
badan  3  nəfər,  Vedibasardan  4  nəfər,  Basarkeçərdən  3 
nəfər, Dərə ləyəzdən 2 nəfər, Zəngəzurdan   4 nəfər, Ste-
panavandan  2  nəfər,    Qırmızı  kənddən  2  nəfər,  Meğ-
ridən  1  nəfər,  Qəmərlidən  2  nəfər,  Maarif  komissarlığı 
tə rəfindən isə 5 nəfər gön dərilmişdi. Qəbul olunmuş 35 
nəfər tələbədən 18 nəfəri oğlan, 17 nəfəri isə gənc qızlar 
idi. (25)
Ümumiyyətlə  texnikumun  təşkilində  və  müəyyən 
uğur lara nail olmasında bu tədris ocağının ilk direktoru 
olmuş  Mehdi  Kazımovun  böyük  xidmətləri  olmuşdur. 
M.Kazımov  1890-cı  ildə  İrəvan  şəhərində  anadan  ol-
muşdur. O, İrəvan oğlan gimnaziyasını bitirdikdən sonra 


38
bir müddət İrəvandakı müsəlman oğlan məktəbinin müdi-
ri və qızlar məktəbinin rus dili müəllimi kimi fəaliyyət 
göstərmişdir. 1918-ci ildə İrəvanda erməni daşnaklarının 
törətdikləri  vəhşiliklər  zamanı  amansız casına  qətlə  ye-
tiril məkdən xilas olmaq üçün İrəvanı tərk edərək Gəncə 
şəhərinə  köçməyə  məcbur  olmuşdur.  Gəncədə  məs-
kunlaşdığı müddətdə burada Cavad bəy Cuvarlının təşkil 
etdiyi üç aylıq pedaqoji kursda oxuyub, öz biliyini daha 
da  təkmilləşdirmişdir.  Sonra  tale  onu  Gədəbəyə  çəkib 
aparmış, 1920-ci ildə orada oğlan məktəbinin direktoru, 
1921-ci ilin ortalarına qədər isə Dəllərdə maarif şöbəsinin 
müdiri  vəzifəsində  çalışmışdır.  Ermənistanda  sovet  ha-
kimiyyəti  qurulduqdan  sonra  1921-ci  ilin  sonlarında 
öz  doğma  vətəni  İrəvana  qayıtmışdır.  1922-ci  ildə 
“Ermənistan” Xalq Maarif komissarlığı nəzdində təşkil 
olunmuş  “Azlıqda  qalan  millətlər  bürosu”nun  müdiri 
təyin edilmişdir. 1923-cü ilin yanvar ayında Moskvada 
keçirilən azsaylı xalqların 1-ci Ümumrusiya qurultayında 
işti rak etmişdir. O, 1925-ci ildə İrəvan Yeni Türk Əlifba 
Komi təsinin  sədr  əvəzi,  1928-ci  ilin  sonlarına  qədər 
isə  büro  üzvü  kimi  fəaliyyət  göstərmişdir.  M.Kazımov 
böyük  istedada,  gözəl  təşkilatçılıq  qabiliyyətinə  malik 
insan idi. O, 1925-ci illərdə “Zəngi” qəzeti səhifələrində 
Azərbaycan  dilinin  qrammati kasına,  tədrisinə,  yeni 
türk  əlifbasının  əhəmiyyəti,  təbliği  və  tətbiqinə  dair 
bir  sıra  dəyərli  məqalələrin,  məktəb  dərsliklərinin  mü-
əllifidir.  1924-cü  ildən  1932-ci  ilin  ortalarına  qə dər, 
sonrakı  dövrlərdə  isə  müxtəlif  vaxtlarda  İrəvan  Türk 


39
Pedaqoji  texni kumunun  direktoru  vəzifəsində  çalış-
mışdır.  1932-33-cü  illərdə  “Ermənistan”  Proletar Yazı-
çıar Cəmiyyətinin azərbaycanlı böl məsinin məsul katibi 
olmuşdur.  M.Kazımov  ömrünün    50  ildən  artıq  müd-
dətini,  bütün  qüvvəsini  yorulmadan,  fədakarcasına  İrə-
vanda Azərbaycan maarifinin, mədəniyyətinin in kişafına 
sərf  etmişdir.1949-cu  ildə  İrəvan  Pedaqoji  Məktəbinin 
Azər baycanın Xanlar rayonuna köçürülməsi ilə əlaqədar 
M.Kazı mov  da  ailəsi  ilə  birlikdə  Xanlar  rayonuna 
deportasiya  edilmiş,  1949-50-ci  illərdə  həmin    təhsil   
ocağında   rus  dili  fənnini  tədris  etmişdir.  1951-53-
cü  illərdə  indiki  Azərbaycan  Dövlət  Peda qoji  Uni_
versitetində rus dili müəllimi vəzifəsində çalışmış, 1954-
cü ildə Bakı şəhərində vəfat etmişdir.   
Öz məhdud imkanları sayəsində azərbaycanlı mək-
təblə rini pedaqoji kadrlarla təmin edən bu tədris ocağının 
müəyyən  nailiyyətlərinə  baxmayaraq  müstəqil  bina  ilə 
təmin  edilməsinə,  tələbə    kontingentinin  sayının    ar-
tırıl masına  böyük  ehtiyac  var  idi.  M.Kazımovun  hesa-
batlarından məlum olur ki, bu tədris ocağının müstəqil 
bina  ilə  təmin  edilməsi  və  tələbə  qəbulunun  sayının  
artırılması  üçün  dəfələrlə  EXMK-ya  və  müvafiq  qu-
rumlara etdiyi müraciətlər öz həllini tapmamışdır. Çünki 
“Er mə nistan”ın şovinist dairələri aydın dərk edirdilər ki, 
azərbay canlı  pedaqoji texnikumunun müstəqil bina ilə 
təmin edilməsi onun böyük inkişafına və yeni keyfiyyət 
yüksəlişinə, milli pedaqoji kadrların hazırlanması işinin 
mərkəzinə gətirib çıxaracaqdır.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə