Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

71
böyük  həyat  təcrübəsi  olan  həmin 
müharibə  iştirakçılarından  da  sə-
mərəli istifadə olunurdu.
Pedaqoji  məktəbin  müəllim  və 
şagirdləri həm də İrəvanın ictimai və 
siyasi həyatında fəal iştirak edirdilər.
1946-cı  ilin  sənədlərində  müəl-
limlərdən  Zərri  Qur banova,  Əkbər 
Əkbərov, 
tələbələrdən 
Budaq 
Budaqov,  Rəşid  Hətəmov,  Xatın 
Mustafayeva,  Roza  Allahverdiyeva  və  başqa larının 
ictimai fəallığı haqqında məlumatlara da rast gəlmək olur.
Yuxarıda  qeyd  etdiyimiz  kimi  bir  sıra  çətinliklərə 
bax mayaraq, Böyük Vətən Müharibəsi illərində pedaqoji 
məktəb  öz  işini  inamla  davam  etdirmiş  və  pedaqoji 
kadrların hazır lanması vəzifəsinin öhdəsindən layiqincə 
gəlmişlər.
Beləliklə  tələbələrin  sayı  və  eyni  zamanda  müvəf-
fəqiyyət  göstəriciləri  surətlə  artır, 
məktəbin rəhbərliyini razı salırdı.
Yuxarıda  qeyd  etdiyimiz  kimi 
pedaqoji  məktəbdə  qiyabi  şöbə 
fəaliyyət  göstərirdi  ki,  bu  şöbədə 
də  Vedibasar,  Amasya,  Basarkeçər, 
Zəngibasar,  Qafan,  Sisian  və 
azərbay canlılar yaşayan bölgələrdən 
də tələbə lər var idi.
G.Meydiyev
Yusif Ramazanov


72
Əvvəlki  illərdə  olduğu  kimi  1947-ci  il  iyunun  25-
də  başlanan  yay  sessiyasında  171  nəfər  tələbə  iştirak 
etmişdir.
Məktəbin direktoru Həbib Məhəmmədzadənin ciddi 
fəaliyyəti sayəsində İrəvanın qabaqcıl azərbaycanlı müəl-
limləri cəlb edilmiş, tələbələr lazımi dərs ləvazimatı və 
əyani vəsaitlə təmin edilmişdi.
Tədris-tərbiyə işlərində məktəbin dərs hissə müdiri 
Həbib  Əkbərovun  da  xidməti  təqdirə  layiqdir.  Dərs 
və  imtahan  cədvəlinin  vaxtında  tərtib  edilməsi,  qiyabi 
şöbənin yay imtahan sessiyasının mütəşəkkil keçməsinə 
zəmin yaratmışdı. Qiyabi şöbənin birinci kursun 23 tələ-
bəsindən 5 nəfər, ikinci kursun 56 tələbəsindən 2 nəfər, 
Pedaqoji Texnikumun II kurs tələbələri. 1947-ci il. İrəvan


73
üçüncü kursun 91 tələbəsindən 7 nəfər imtahanlara bu_
raxıl mamışdı.
Birinci və ikinci kursların yoxlama nəticələri qənaət-
bəxş  olmuş,  üçüncü  kursun  91  nəfər  tələbəsindən  50 
nəfəri  isə  yüksək  qiymətlərlə  yay  imtahan  sessiyasını 
başa vuraraq məktəbin qiyabi şöbəsini bitirməyə nail ola 
bilmişdi.  36 nəfər isə 1-2 ikmalla şərti qurtarmış, 5 nəfər 
isə eyni sinifdə qalmışdı. (4)
Pedaqoji  məktəbin  qiyabi  şöbəsini  əla  qiymətlərlə 
bitirən 10 nəfər isə ali məktəblərə daxil olmaq hüququ 
qazana bilmişdir.
Qeyd etmək lazımdır ki, pe daqoji məktəbin rəhbərliyi 
qiyabi şöbədə də tədrisin keyfiyyətini lazımi səviyyəyə 
qaldırmağa  ciddi  səy  göstərsə  də 
amma  yay  imtahan  ses si yasının 
nəticələri tələbələrin hələ də lazımi 
qədər  öz  üzərində  çalışmadıqlarını 
göstərmişdir.
Məktəbin  rəhbərliyi  növbəti 
tədris  ili  üçün  qiyabi  təhsil  alan 
tələbələri lazımi qədər dərslik, dərs 
vəsaiti  və  s.  ləvazimatlarla  təmin 
edilməsi və onların üzərində nəzarəti 
güc ləndirməyi  qərara  almışdı.  Qi yabi  tələbələr  kömək 
məqsədilə  məsləhət  saatları  təşkil  olunmuş  və  onlarla 
müntəzəm aparılan işlər uğurla həyata keçirilirdi.
Həbib Əkbərov


74
İrəvan  azərbaycanlı  pedaqoji  məktəbi  yarandığı 
gündən  1947-ci  ilin  ortalarına  qədər  1370  nəfər  orta 
təhsilli pedaqoji kadr buraxmışdır.
Pedaqoji  məktəbin  fəaliyyətini  ardıcıl  izlədikdə 
mək təbin  müəllimlərindən  Mehdi  Kazımovun,  Mamed 
Həsənovun,  Əyyub  Babayev,  Rəziyə  İsmayılovanın, 
Sa diq  Heydərzadənin,  Zərri  Qur banovun,  Təvəkkül 
Kə rimovun,  Həbib  Əkbərovun,  Hüseyn  Əliyevin,  Cə-
fər  Ələkbərovun  Surə  (Şura)  Fər hadovun,  Raziyə 
Abdullayevanın  və  başqalarının  fə-
dəkar  əməyi  sayə sində  tələbələrin 
yüksək  təhsil  səviyyəsi  təmin  edi-
lirdi.
1947-ci  tədris  ilində  pedaqoji 
məktəbin sonuncu kurs tələbələrinin 
buraxılış imtahanı iyun ayının 2-də 
olmuş,  62  nəfər  tələbə  imtahanları 
uğurla  verərək  məzun  adını  qazan-
mışdı. (4)
1947-ci  ildə  Həbib  Məhəm-
məd zadə məktəbin direk toru vəzifə-
sin dən  azad  edilərək  onun  yerinə 
coğra fiya  müəllimi  Əsgər  Cəfərov 
direktor  təyin  edilmişdir.  Amma 
Əsgər  Cəfərov  pedaqoji  məktəbin 
direk toru vəzi fə sində cəmi bir il 6 ay 
işləyə bilmişdir. 
1948-ci  ilə  qədər  fəaliyyət 
Cəfər Ələkbərov
Əsgər Cəfərov


75


76
göstərən  İrəvan  Azərbay canlı  Pe-
daqoji  məktəbi  təkcə  tədris  müəs-
sisəsi  kimi  deyil,  eyni  zamanda 
Qərbi  Azərbay canda  ədəbiy yatı-
mızın,  mə dəniy yəti mizin,  incə sə-
nə timizin  in kişafında,  formalaş-
masında və qorunmasında çox böyük 
rol  oynamışdır. 
Bolşevik cildinə 
girmiş  erməni 
daş naklarının  məkrli  siyasəti  nəti-
cəsində  təhsil  tariximizin  ən  şanlı 
səhi fələrindən  birini  təşkil  edən 
böyük,  şərəfli  yol  keçmiş  bu  təhsil 
ocağı  da  kollektiv  şəkildə  depor-
tasiyaya  məruz  qalaraq  1949-cu 
ildə  Azərbaycanın  Xanlar  rayo-
nuna köçürülmüş, 1972-ci ilə qədər orada fəaliyyət gös-
tərmişdir
Şura Fərhadova
Rəziyə İsmayılova


77


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə