Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

61


62
Nəbiyev, Eyvaz İsmayılov, Müseyib 
Allahverdiyevin adlarına rast gəlmək 
olur.
1940-cı ildə pedaqoji məktəbdə 
oxuyan  qızların  da  sayı  50  nəfər 
olmuşdur  ki,  onlardan  da  Nəcibə 
Fərhadova, Ceyran Zeynalova, Zəhra 
Hüseynova  kimi  əlaçı  tələbələrin 
adlarına  rast  gəlinir.  Onu  da  qeyd 
edək  ki,  Zəhra  Hüseynova  həm  də 
İrəvan şəhər sovetinin deputatı idi.
Məlumdur  ki,  İrəvan  azərbaycanlı  pedaqoji  mək-
təbinin  yaradılması  Qərbi Azərbaycanda  yaşayan  azər-
baycanlıların  həyatında  mühim  hadisə  idi.  Amma  bir 
sıra mənbələrdə peda qoji məktəbin yaranması haqqında 
müxtəlif fikirlərə rast gəlinir. Bir çox mənbələrdə 1925-
ci və 1926-cı illərdə yara dıldığı bildirilir. Əldə etdiyimiz 
mənbələr  təsdiq  edir  ki,  İrəvan  azərbaycanlı  pedaqoji 
məktəbi  1924-cü  ilin  oktyabr  ayının  15-də  açılmışdır. 
(24) Buna baxmayaraq pedaqoji məktəbin yaranma tarixi 
rəsmi  şəkildə  1925-ci  ildən  götürüldüyündən  bu  tədris 
ocağının  15  illik  yubileyi  1940-cı  ildə  dekabr  ayının 
6-da məktəbin böyük iclas zalında təntənəli şəkildə qeyd 
edilmişdir.  Yubiley  mərasimində  bir  sıra  qurumların 
nümayəndələri də iştirak etmişdi. Yubiley mərasimində 
pedaqoji  məktəbin  direktoru,  əməkdar  müəllim  Bəhlul 
Yusifov  bu  tədris  ocağının  15  ildə  keçdiyi  şərəfli  yol 
haqqında  geniş  məruzə  etmişdir.  Məktəbin  müəllim  və 
Yusif Kazımov


63


64
tələbələrindən bir neçəsi çıxış edərək pedaqoji məktəbin 
15 ildə əldə etdiyi uğurlardan ətraflı söhbət açmışlar. (9)
Pedaqoji  məktəbin  ünvanına  bir  sıra  yerlərdən  o 
cümlədən İrəvanda Azərbaycan dilində yeganə mətbuat 
orqanı  olan  “Sovet  Ermənistan”ı  qəzetinin  redaksiya 
heyəti və böl gələrdə fəaliyyət göstərən bir sıra qabaqcıl 
təhsil işçiləri adın dan da təbriklər gəlmişdi.
Yubiley mərasiminin rəsmi hissəsindən sonra mək-
təbin  xor  dərnəyinin  və  Cəfər  Cabbarlı  adına  İrəvan 
azər baycanlı  teatrının  solistləri  Nəcibə  Səfərovanın  və 
N.Əlixanovanın  iştirakı  ilə  geniş  konsert  proqramı  ol-
muşdur.
“Sovet  Ermənistan”ı  qəzeti  pedaqoji  məktəbin  15 
illiyi  münasibəti  ilə  yubiley  səhifəsi  buraxmışdır  ki, 
burada  da  məktəbin  direktoru  Bəhlul  Yusifovun,  ilk 
partiya  təşkilatının  sədri  Əli  Heydərovun,  riyaziyyat 
müəllimi  Mamed  Həsənovun,  dərs  hissə  müdiri  İs-
mayıl  İsmayılovun,  məktəbin  ilk  məzunu  olmuş  Adil 
Axundovun,  3-cü  kurs  tələbəsi  Muxtar  Bayra movun 
məqalələri dərc olunmuş və pedaqoji məktəbin 15 illik 
inkişaf yolu əks olunmuşdur. (25)
B.Yusifov “15 illik yubiley” adlı məqaləsində yazır: 
“1925-ci  ildə  yeni  təşkil  olunarkən  burada  30  nəfər 
tələbəni əhatə edən bir sinif otağı olduğu halda, 1940/41-
ci dərs ilində 400-dən çox tələbəni əhatə edən 18 sinif 
otağı vardır. Yalnız 1940/41-ci dərs ilində məktəbə 232 
tələbə qəbul olunmuşdur”. (25)
Ümumiyyətlə İrəvan azərbaycanlı pedaqoji məktəbi 


65
15  il  ərzində  azərbaycanlı  məktəbləri  üçün  1228  nəfər 
müəllim  buraxmışdır  ki,  bunlardan  242  nəfəri  qiyabi 
150  nəfəri  isə  bir  illik  müəllimlər  hazırlığı  kursunun 
məzunları idi.
Məktəbin  ilk  məzunu  olmuş Adil Axundovun  təb-
rikində  oxuyuruq:  “Mənim  gəncliyimin  çiçəklənməsi 
tarixi İrəvan azərbaycanlı pedaqoji məktəbinin açılması 
ilə əlaqədardır. Mən pedaqoji məktəbə qəbul olunduğum 
zaman iclaslarda çıxış etməyi arzu edirdimsə də fikirlərimi 
izah  edə  bilməyəcəyimdən  utanaraq    dinməz-söyləməz 
durardım.  Çox  keçmədi  ki,  mən  özü mü  doğrultdum. 
Məktəbin dram dərnəyinin aktiv həvəs karlarından olaraq 
bir sıra pyesaların qoyuluşunda mühüm rollar ifa etdim 
və bundan sonra iclaslarda danışmağı da bacar dım.
Mənim  ədəbiyyata  olan  marağım  da  bu  məktəbdə 
oxuduğum  zamandan  artmışdır.  Zəif  və  özgələrini 
bir  o  qədər  də  maraqlandırmayan  bir  neçə  şeirimi  bu 
məktəbin  skamyaları  arxasında  oturaraq  yazmışam. 
Mək təbin  birinci  buraxılışı  mü-
nasibətilə  yazdığım  və  mətbuatda 
dərc  olunan  “Kəndə  gedi rəm”  sər-
lövhəli  şeirimin  temasını  da  mən 
bu  məktəbdən  almı şam.  Pe daqoji 
məktəbdə keçirdiyim günlər mənim 
üçün əziz və unudulmazdır”. (25)
Yeri  gəlmişkən  onu  da  qeyd 
edim ki, məktəbin ilk məzunlarından 
İsmayıl İsmayılov


66
olmuş  Adil  Axundovun  İrəvanda  Azər baycan  ədəbi-
mədəni  mühitinin  inkişafında  böyük  rolu  olmuşdu. 
A.Axundov  Vedibasarda  anadan  olmuşdur.  O,  1926-cı 
illərdə  pedaqoji  məktəbdə  oxuduğu  müddətdə  “Zəngi” 
qəzetində bədii nümunələr çap etdirir və eyni zamanda 
İrəvanın ədəbi-mədəni, ictimai və siyasi hə yatında fəal 
iştirak  edirdi.  O,  1927-ci  ildə  yaradılmış  Ermənistan 
Proletar Yazıçılar Cəmiy yətinin azərbaycanlı bölməsinin 
fəal üzvü idi.
Adil Axundov  1930-cu  illərdə Amasiya  rayonunda 
müəllim,  1935-ci  illərdə  Vedibasarda  nəşr  olunan 
“Bolşevik surəti” qəzetinin baş redaktoru, 1940-cı illərdə 
“Sovet  Ermə nistan”  qəzetinin  iqtisadiyyat  şöbəsinin 
müdiri, 1945-ci illərdə Zən gibasar rayon maarif şöbəsinin 
müdiri və s. vəzifələrdə çalışmışdır.
1948-50-ci illərdə Qərbi azər bay-
canlıların  depor tasi yasın dan  son ra 
Adil  Axundov  Azərbaycan  Res  pub-
likasının  Qasım İsmayılov ra yonunda 
bir  müddət  maarif  şöbə  müdiri 
vəzifəsində çalışmışdır.
Ümumiyyətlə  azərbaycanlı  pe-
daqoji  məktəbinin  bir  çox  məzun-
larının  Qərbi  Azərbaycanda  milli 
maarifimi zin,  ədə biyyatımızın,  incə-
sənətimizin  inkişafında  və  forma laşmasında  böyük 
xidmətləri olmuşdur.
Vaxtı  ilə  Qərbi  Azərbaycanda  məsul  vəzifələrdə 
Adil Axundov


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə