Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   2   3   4   5   6   7   8   9   10   ...   45

27
məktəbində  direktor  işləmiş  Ə.Bay ramov  1945-ci  ildə 
“Sovet  Ermənistanı”  qəzetində  redak tor  –stilist  vəzi-
fəsində çalışmışdır.
Ə.Bayramov  uzun  müddət  İrəvan  Pedaqoji  mək-
təbində coğrafiya fənnini tədris etmişdir.
Ə.Bayramov  İrəvanda Azərbaycan  maarifinin  inki-
şa fında,  azərbaycanlı  balalarının  elmə,  təhsilə  yiyələn-
məsində çox böyük xidmətləri olmuşdur.
Ə.Bayramovun  tələbəsi  olmuş  akademik  Budaq 
Buda qov  onun  haqqında  yazır:  “Ələşrəf  Bayramovun 
böyük  həvəslə  dərs  deməsi  tələbələrdə  oxumağa  olan 
həvəsi artırırdı. Bizdə təhsil almaq istəyi çox güclü idi.
Ələşrəf  müəllim  tələbələr  arasında  özünü  coğrafi 
xəritə lərin ali bilicisi kimi tanıtmışdı. Ələşrəf müəllim öz 
ixtisasını  –  coğrafiya  fənnini  çox  sevirdi.  Biz  tələbələr 
də onun arxasınca getməyi özümüzə şərəf bilirdik”.(22, 
177;10)
Ə.Bayramov  1948-ci  ildə  Bakı  şəhərinə  köçmək 
məc buriyyətində qalır. O, bir müddət indiki Azərbaycan 
Dövlət  Pedaqoji  Universitetinin  coğrafiya  fakültəsində, 
daha  sonra  isə  Maştağa  qəsəbəsindəki  187  saylı  orta 
məktəbdə coğrafiya fən nini tədris etmişdir. Ə.Bayramov 
fədakar, şərəfli, əməyinə görə Əməkdar müəllimi adına 
layiq görülmüş bir sıra fəxri fərman və medallarla təltif 
edilmişdir.
Texnikuma  azərbaycanlılar  yaşayan  bütün  böl gə-
lərdən  tələbə  qəbul  edilirdi. Amma  texnikuma  qəbulun 
sayı    bölgə lərdə  yaşayan  azərbaycanlı  əhalinin  sayına 


28
uyğun  keçirilmirdi.  Məsələn,  1927-ci  ildə  texikuma 
31  nəfər  əsas  kursa,112  nəfər  isə  altı  aylıq  və  bir  illik 
hazırlıq kursuna daxil olmuşdur ki, bunlardan 77 nəfəri  
İrəvan,14  nəfəri  Ücmüədzin,7  nəfəri  Gümrü,  4  nəfəri 
Lori-Pəmbək, 5 nəfəri   Nor-Bəyazid, 9 nəfəri Dilican, 
20 nə fəri Zəngəzur, 4 nəfəri Dərələyəz, 3 nəfəri isə Meğri 
bölgələrindən idi. (14)
Onu da qeyd etmək lazımdır ki, azərbaycanlı pedaqoji 
texnikumu İrəvan da təkcə tədris müəssisəsi kimi deyil, 
eyni  zamanda  İrəvanda Azərbaycan  ədəbiyyatının,  mə-
dəniy yətinin,  incəsənətinin  inkişafı  və  formalaşması 
üçün də böyük rol oynayırdı. 
Belə  ki,  1918-20-ci  illərdə  ermənilər  tərəfindən 
azərbay    canlıların  total  şəkildə  məhv  edilməsi  İrəvan 
ədəbi-mədəni  mühitinin  tənəzzülə  uğramasına  səbəb 
olmuşdur.  Ədəbi-mədəni  mühitin  görkəmli  nüma yən  -
dələrinin  bir  qismi  məhv  edilmiş,  bir  qismi  isə  aman-
sızcasına qətlə yetirilməkdən xilas olmaq üçün Türkiyə, 
İran,  Azərbaycan,  Orta  Asiyaya  və  başqa  öl kələrə  üz 
tutmuşlar. Bununla da İrəvanda yaşlı nəslə mənsub ziyalı 
qalmadığından nəsillər arasında sələf-xələf münasibətləri 
tamamilə  pozulmuşdur.  Şübhəsiz  ki,  bu  İrəvan  ədəbi 
məktə binin yaradıcı potensialına təsir etməyə bilməzdi.
Ümumiyyətlə, inqilabdan sonra İrəvanda Azərbay  can 
əbə di-mədəni mühitinin canlanması, inkişafı və formalaş-
ma sında azərbaycanlı pedaqoji texnikumunun müəllim və 
tələbə kollektivinin müstəsna xidmətləri olmuşdur. Belə 
ki, İrəvanda  Azərbaycan dilində yeganə mətbuat orqanı 


29
olan  «Zəngi»  (1924)  qəzetinin  azərbaycanlı  kütlələri 
arasında  yayılmasında  və  tirajının  artırılmasında,  yeni 
türk  əlifbasının  tətbiqində  və  təbliğində,  savadsızlığın 
aradan  qaldırılmasında  texnikumun  müəllim  və  tələbə 
heyəti çox böyük rol oynamışdı. «Zəngi» qə ze tinin   ən 
aktiv    müxbirləri    və  təbliğatçıları  da  məhz  bu  təhsil 
ocağının  müəllim  və  tələbələri    Tağı  Camalov,  Mehdi 
Bəşirov, Rüstəm Tağıyev, Nəriman Fəxri, Telman Nəzərli, 
Yunis Tağıyev, Qasım Əliyev, Əbülfət İbrahim, Əliqulu 
Səlimov, Abbas Tahir, Əbülfət Rəhimov, Adil Axundov, 
Nurəli  Qurbanov,  Şəmo  Hətəmov,  Nəzər  Paşayev, 
Məmməd Paşayev və başqaları «Zəngi» qəzetinin ən fəal 
müxbirləri idi. 
1927-ci  ildə  Ermənistan  Proletar  Yazıçılar  Cəmiy-
yətinin  nəzdində  təşkil  olunmuş  azərbaycanlı  bölməsi-
nin canlandırıl ması və genişləndirilməsində də bu tədris 
ocağının böyük xidmətləri olmuşdur.
Texnikumun  müəllim  və  tələbə  heyəti  arasında 
yaradıcı lıq qabiliyyətinə malik olan müəllimlərdən Ələş-
rəf Bayramov, Əsgər Əsgərzadə, Mehdi Kazımov, tələbə-
lərdən Leylan Əliyeva, Sona Bağırova,  Həsən Həsənov, 
Nurəli Qurbanov, Nəriman Fəxri, Telman Nəzərli, Əbülfət 
Rəhimov, Əbülfət İbrahim, Abbas Tahir, Mirzə Mirzəyev 
və  başqaları    azərbay canlı  yazarlar  böl məsinin  ətrafına 
toplaşaraq  öz  ədəbi  yaradıcı lıqlarını  inkişaf  etdirməklə 
yanaşı,  yerlərdə  ədəbi  dərnəklər  təşkil  edir,    istedadlı 
gəncləri  və  ədəbiyyat  həvəskar larını  aşka ra  çıxararaq 
onları türk yazarlar cəmiyyətinə cəlb edirdilər.
1926-27-ci illərdə texnikumda ədəbiyyat,  teatr, hərbi 


30
və s. dərnəklər təşkil edilərək geniş fəaliyyət  göstərirdi. 
Ədəbiy yat  dərnəyinə  şair Abbas  Tahir,  teatr  dərnəyinə 
Cəmil Əliyev, hərbi dərnəyə isə Nəcəf Əliyev rəhbərlik 
edirdilər. Bu dərnək və cəmiyyətlərdə müxtəlif sahələrə 
aid  aktual  möv zuların  müzakirəsi  təşkil  edilir,  teatr 
tamaşaları göstərilir, gənclərin ideya-siyasi səviyyəsinin 
yüksəldilməsi  məqsədilə  müntəzəm  şəkildə  tədbirlər 
həyata keçirirdilər. Həmin dövr lərdə bir sıra mənbələrdə 
dərnəklərin  işi  haqqında  ətraflı  məlumatlar  veril mişdir. 
(19)
Pedaqoji  texnikumda  yeni  əlifba  ilə  «Mədəniyyət 
ocağı», «Mədəni hücum», «İrəli» adlı divar qəzetləri də 
çıxırdı. 
Bu qəzetlərdə texnikumda mövcud olan problemlər, 
bədii ədəbiy yat nümunələri, təlim və  tədrisə, tələbələrin 
sosial və iqtisadi vəziyyətinə və s. mövzulara aid yazılar, 
xəbərlər dərc olunurdu. (19)
Bütün bunlara baxmayaraq, texnikumda mövcud olan 
çətinliklər və  problemlər bu təhsil oğacının müvəffəqiy-
yət də rə cəsini daha da qaldırmağa imkan vermirdi. Amma 
texniku mun fədakar kollektivi tədrisin yaxşılaşdırılma sı, 
mövcud prob lem lərin aradan qaldırılması istiqamətində 
ciddi iş aparırdı. 
Texnikumun  yaranmasından  keçən  dörd  il  ərzində 
bu tədris ocağı əsasən təşkilolunma prosesi keçirərək  fə -
aliy yəti   müəyyən   dərəcədə  genişlənmiş   1928-29-
cu tədris ilində tələbə qəbulu artmışdı. 1928-ci ildə tex-
nikuma 40 nəfər tələbə qəbul olmuşdur ki, onlardan da 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə