Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

40
1931-ci ildə “Ermənistan”da 7-dən artıq erməni tex-
nikumu fəaliyyət göstərirdi ki, onların da hər biri müs-
təqil bina, lazımi şəraitlə təmin  edildiyi, bütün zəruri eh-
tiyacları ödənildiyi halda yeganə azərbaycanlı pedaqoji 
texnikumu isə bütün bu qayğılardan  tamamilə məhrum 
idi.  “Ermənistan”ın    “bolşevik”  cildinə  bürünmüş  daş-
naq dairələri azərbaycanlı pedaqoji texnikumu üçün yeni 
binanın  tikilməsi  və  avadanlıqla    təchiz  olunması  mə-
sələsini hər dəfə müxtəlif  bəhanələrlə təxirə salırdılar. 
Yuxarıda qeyd etdiyimiz kimi elə varlığının ilk günlərin-
dən  texnikum çox böyük problemlər və çətinliklərlə üz-üzə 
qalmışdı. Amma texnikumda mövcud olan problemlərə 
baxmayaraq  bu  tədris  ocağının  fədakar  kollektivi  tex-
nikumun  saxlanması və möhkəmləndirilməsi üçün mü -
barizəni  davam  etdirirdi.  Bu  barədə  “Qızıl  Şəfəq”  qə-
zeti  səhifələrində  erməni  məktəblərindən  fərqli  olaraq, 
azərbaycanlı  məktəblərinə  və  pedaqoji  texnikuma  “Er-
mənistan”  höküməti  tərəfindən  lazımi  köməkliklər 
göstərilmədiyi haqqında kifayət qədər kəskin yazılar və 
məlumatlar  dərc  olunmuşdur.  Texnikumun  rəhbərliyi 
bu təhsil  ocağını tədris material bazası ilə təmin etmək, 
ali  təhsilli  pedaqoji  kadrları  cəlb  etmək,  tələbə  kon-
tingentinin sa yını artırmaq və pedaqoji texnikumun da-
ha ahəngdar fəaliyyət göstərməsi üçün imkanlar ax tarıb 
tapırdılar. Texnikumun pedaqoji şürasının demək olar ki, 
hər iclasında bu tədris ocağının bütün sahələri ilə bağlı 
məsələlər  müzakirə  edilərək  müvafiq  qərarlar  qəbul 
edilmişdir.


41
Pedaqoji  texnikumun    həyatında  tələbə  təşkilatının 
yara  dıl ması və onun  fəaliyyət göstərməsi də xüsusi yer 
tutur. Tə ləbə təşkilatı və onun sədri səsvermə yolu ilə bir il 
müd dətinə tələbələr tərəfindən  seçilirdi. Tələbə təşkilatı 
pedaqoji tex niku mda  tədris prosesində tələbələrin  fəaliy-
yətini fəallaş dırmaq,  tələbələrin mənafeyini müdafiə et-
mək,  mədəni-kütləvi  və.s  tədbirlərin  keçirilməsi  işində 
nizamnamə çərçi vəsində yaxın dan fəaliyyət  göstərirdilər.
1931-ci ildə texnikumda yeni yaranmış tələbə təşki-
latına pedaqoji texnikumun fəal tələbələrindən  biri Nadir 
Talıbov  rəhbərlik  etmişdir.  Sonrakı  dövrlərdə  isə  Əbil 
Rizayev, Muxtar Bayramov, Budaq Budaqov və başqaları 
tələbə təşki latının  sədri olmuşlar.
Pedaqoji  texnikumda  kitabxananın    təsis  edilməsi 
də gü nün ən vacib və təxirəsalınmaz məsələlərindən biri 
olsa  da,  bu  təhsil  ocağının    darısqal  iki  otaqdan  ibarət 
olması buna  imkan  vermirdi. Bu da tədris prosesi ilə 
yanaşı tələbələrin bilik səviy yələrinin artırılmasına da öz 
mənfi təsirini göstərməyə  bil məzdi.
Bütün  bunlara  baxmayaraq,  texnikumun    pedaqoji 
heyəti  ilə  yanaşı  tələbə  kollektivi  də  azərbaycanlı  əha-
linin  sa vadlan ması,  təhsilə  cəlb  edilməsi  üçün  böyük 
səy  göstərirdilər.  Pe daqoji  texnikumun  tələbələri  yay 
tətili dövründə azərbaycanlılar yaşayan bölgələrə gedir, 
orada savad kursları təşkil edir, onların savadlanmasına 
çalışırdılar. Pedaqoji texnikumun  tələbələri Həsən Hə-
sənov, Firudin Quliyev, Tamam Yusubova, Məhəmməd 
Əliyev, Səfəralı Məhərrəmov Meğridə, Nurəli Qurbanov, 


42
Həbib  İsmayılov,  Əbil  Rzayev,  Cahangir  Rüstəmov, 
Həsənalı  Həsənov,  Əyyub  Babayev-Qafanda,  Şıxzadə 
İrzayev, Heydər Məhəməd Əliyev, Nəzər Paşayev, Cəlil 
Əliyev-Vedibasarda.  Nəsir  Əliyev,  Bəhlul  Hüseyn ov 
Ağbabada savad sızlığın aradan qaldırılmasında çox bö-
yük rol oynamışlar.
1931-ci ildə pedaqoji texnikumda müxtəlif fənlərin 
tədrisi ilə yanaşı “Musiqi” fənni də tədris olunurdu ki, 
həmin fənni də bu təhsil ocağının tar müəllimi İbrahim 
Mamedov tədris edirdi.
Məlumdur  ki,  icbari  ibtidai  təhsil  sisteminin  tətbiq 
edil məsi  nəticəsində  istər  məktəblərin,  istərsə  də  orada 
oxuyan  şa girdlərin  sayı  xeyli  artdığından,  həmin  təhsil 
ocaqlarında peda qoji kadrlara da böyük tələbat var idi. 
Bu  baxımdan  azərbay canlı  məktəblərində  müəllim  
kadrlarına olan tələbatı aradan qaldırmaq üçün pedaqoji 
texnikumun sonuncu kurs tələbə lərinin hər il vaxtından 
əvvəl buraxılması bir zərurətə çevril mişdi. 1931-ci ildə 
sentyabr  ayının  sonlarında  pedaqoji  texni ku mun  3-cü 
bu raxılışı olmuşdur ki, həmin  məzunlar oktyabr ayının 
1-dən  qəza  məktəblərində  müəllimlik  fəaliyyətinə  baş-
lamışlar. Əbülfət İbrahimin  1931-ci ildə  “Qızıl şəfəq” 
qəzetində dərc etdirdiyi “Məcburi təhsil cəbhəsinə daha 
yeni 39 mübarizlər” adlı məqaləsindən məlum olur ki, 40 
nəfər tələbədən 39 nəfəri pedaqoji texnikumu bitirməyə 
müvəffəq ola bilmiş, 1 nəfəri isə təhsil aldığı müddətdə 
texnikumdan  xaric  edilmişdir.  Texnikumun  1931-ci  il 
buraxılışında məzunlar arasında yalnız bir nəfər gənc qız 


43
olmuşdur ki, bu da Sona Bağırova idi. Yeri gəlmişkən onu 
da qeyd edim ki, Sona Bağırova EPYC-nin azərbaycanlı 
bölməsinin gənc üzvü kimi İrəvanda Azərbaycan ədəbi-
mədəni  mühitinin  inkişafında  müəyyən  rol  oynamışdır. 
O,  hələ  pedaqoji  texnikumda  təhsil  aldığı  illərdə 
“Qızıl  şəfəq”  qəzeti  səhifələrində  bədii  nümunələr  çap 
etdirir,  inqilabdan  sonra  İrəvanda  yaranan  Azərbaycan 
poeziyasının gənc aparıcı nümayəndələrindən biri kimi 
fəal iştirak edirdi.
1932-ci tədris ilində pedaqoji texnikuma tələbə qə-
bulu  sayının    artırılmasında  mühüm    dönüş  baş  verdi. 
Belə ki, tex nikuma tələbə qəbulunun sayı əvvəlki illərə 
müqayisədə  arta raq  60  nəfərə    çatdırılmışdı.  1932-ci 
ildə  pedaqoji  texnikuma  tələbə  qəbulu  bölgələr  üzrə 
aşa ğıdakı kimi olmuşdur. Onlardan  5 nəfəri İrəvan,   4 
nəfəri  Ücmüədzin,  2  nəfəri  Qəmərli,  2  nəfəri  Axta,  4 
nəfəri Qarakilsə, 8 nəfəri Vedibasar, 5 nəfəri Basar keçər, 
3 nəfəri Hamamlı, 3 nəfəri Allahverdi, 8 nəfəri Ağbaba, 5 
nəfəri Qafan, 5 nəfəri Sisian, 3 nəfəri Gorus, 5 nəfəri isə 
Dilican bölgələrindən  idi. (20)
Mənbələrin  verdiyi məlumatlardan aydın olur ki, pe-
da qoji texnikumda əvvəlki illərdə olduğu kimi 1932-ci 
tədris ilində də dərslər vaxtında başlamamışdır.
Hər  il  dərslərin  25-30-gün  gec    başlaması  burada 
təd  ris prosesi üçün lazımı şəraitin olmaması ilə bağlı ol-
muşdur.
Texnikumda  laboratoriyalar  və  tədris  üçün  kifayət 
qədər  zəruri  dərs  kitabları  olmadığından  dərslər  bəzən  


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə