Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji


parta və oturacaqlar olmadığın dan tələbələr



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   2   3   4   5   6   7   8   9   ...   45

19
olur ki, sinifdə  parta və oturacaqlar olmadığın dan tələbələr 
yerdə  otur mağa  məcbur    olurmuşlar.  Həmin  qeydlərdə 
göstərilir ki,  tədris  prosesi üçün heç bir əl verişli şərait  
olmadığı üçün 1925-ci ilin sonlarına  qə dər texnikuma 
əsaslı  qəbul  həyata keçiril məmişdir. Yalnız texnikumda 
1926-cı  ilə  qədər  altı  aylıq  və  birillik  kurslar  fəaliyyət 
göstərmişdir.(16)Texnikumun  nəz dində  müəllimlər 
hazırlayan  bu  hazırlıq  kurslarında  az-çox  sa vadı  olan, 
mollaxana və ibtidai rus məktəblərini bitirənlər müəl  lim 
kimi  təkminləşdirilərək məktəblərə göndərilirdi. 1925-ci 
ildə hazırlıq kursuna 25 nəfər tələbə qəbul olunmuşdur ki, 
onlar da 1926-ci ilin əvvəlində həmin kursu bitirdikdən 
sonra  yerlərdə  pe daqoji  fəaliyyət  göstərirdilər.  (16) 
Onu da qeyd etmək  lazımdır ki, texnikumun  nəzdində 
fəaliyyət  gös tərən  bir  illik  müəllimlər  kursu  sonrakı 
dövrlərdə də fəaliyyət göstərmişdir.  Azərbaycanlı mək-
təblərinin müəllim kadr ları ilə təmin edilməsində hazırlıq 
kurslarınında böyük rolu olmuşdur.
Araşdırmalar göstərir ki, Ermənistan Xalq Maarif Ko-
mis sarlığı azərbaycanlı pedaqoji texnikumunda mövcud 
olan  problemlərin aradan qaldırılması, tədris vəsaitləri, 
kitablar  və  digər  ləvazimatlarla  təmin  edilməsinə  heç 
bir kö məklik gös tərməmişdir. Hətta mənbələrin verdiyi 
məlumatlardan məlum olur ki, «Azsaylı xalqlar şöbəsi»nin 
müdiri B.Əfəndiyev və texnikumun  direktoru M.Kazımov 
bu  tədris  ocağının  normal  fəaliyyət  göstərməsi  üçün 
müstəqil bina ilə təmin edilməsinə, maddi-texniki, tədris 
bazasının  yaradılmasına  böyük  ehtiyac  olduğu  barədə 


20
dəfələrlə  “Ermənistanın”  şovinist  dairələri  qar şısında 
məsələ qaldırsalarda öz müsbət həllini tapmamışdır. Üm-
u miyyətlə, texnikuma tələbə qəbulunun keçirilməsi pro-
sesini ləngidən  əsas səbəblərdən biri də burada  tədris 
prosesi üçün əlverişsiz və dözülməz şəraitlə bağlı idi.
“Ermənistanın”  daşnak  hakimiyyəti  erməni  pe da-
qoji  tex ni kumunun  müstəqil  bina  ilə  təmin  etdiyi,  hər-
tərəfli    diqqət  və  qayğı  göstərdiyi  halda,  azərbaycanlı 
pedaqoji  texnikumu  isə  bu  qayğılardan  məhrum  idi. 
Bu  ayrı-seçkilik  siyasəti  bir  tərəfdən  Ermənistanda 
«Sovet  hakimiyyəti»nin  öz  spesifik  xüsusiy yətlərinə 
malik  olduğunu  göstərirdisə,  digər  tərəfdən  isə  erməni 
kom munistlərinin sözdə bir, əməldə tamamilə əks prin-
siplərdən çıxış etməsində özünü göstərirdi. Çünki, başqa 
respub lika lardan  fərqli  olaraq,  Ermənistanda  sosial 
mühitin, partiya həya tının, milli  siyasətin iki birincisi, 
görünən, ikincisi, görün mə yən tərəfləri var idi.
Görünən  tərəf  «proletar  beynəlmiləlçiliyi»,  «bol-
şevizm  ideyalarının  həyata  keçirilməsi»,  görünməyən 
tərəf  isə  rəsmi  Ermənistan  rəhbərliyinin    gizli  surətdə 
həyata keçirdiyi şovinist və antitürk siyasəti idi.
Varlığının  ilk  günlərindən  Pedaqoji  Texnikum  çox 
böyük çətinliklərlə üzüzə qalmışdı.
Yuxarıda  qeyd  etdiyimiz  kimi  milli  maarifimizin 
inkişa fını  hər  vasitə  ilə  əngəlləməyə  çalışan  erməni 
şovinist lərinin  burada  da  mərkli  məqsədlərindən  biri 
gə ləcəkdə  azər bay canlı  pedaqoji  texnikumunun  fəaliy-
yətinin dayandırılma sına zəmin hazırlamaqdan ibarət idi.


21
Amma  bütün  bu  çətinliklərlə  ciddi  maneələrə  bax-
ma yaraq,  yeni  təşkil  olunmuş  texnikumun  möh kəm-
ləndirilməsi,  fəaliyyətinin canlandırılması, müəllim və 
tələbə  kontingentinin  formalaşdırılması,  tədrisin  təşkili 
və  s.  həlli  vacib  olan  məsə lələr  qeyrətli  ziyalılarımızın 
«Azsaylı  xalqlar  şöbəsi»nin  müdiri  B.Əfəndiyevin, 
texnikumun  direktoru  M.Kazımovun  «Zəngi»  qəze-
tinin  məsul  redaktoru  M.Hüseynovun  və  başqalarının 
qarşısında duran ən mühüm məsələ idi.
Onu da qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan-
da milli məktəblərimizin ana dilində kitab, dərslik, dərs 
vəsaiti,  təd ris  proqramları  və  s.  ləvazimatlarla  təmin 
edil
  
məsində  Azər baycan Xalq Maarif Komissarlığı ya-
xından  köməklik  gös tərirdi.  Beləliklə,  B.Əfəndiyevin, 
M.Kazımovun,  M.Hüsey novun  və  digər  qeyrətli  zi-
ya lılarımızın  coşğun  və  fədakar  fəaliy yəti  sayəsində 
texnikumda  bəzi  problemlər  aradan  qal dırılaraq,  tex-
nikuma ilk qəbulun keçirilməsi mümkün olmuşdu. Be-
ləliklə  texnikumun  əsas  kursuna  ilk  qəbulun  sənədləri 
1925-ci  il  oktyabr  ayının  15-dən  27-dək  aparılmışdır. 
Burada  mövcud  dövrün  tələbinə  uyğun  olaraq  fəhlə-
kəndli mənşəli  gənclər  qəbul olunurdu. Tələbə qəbulu 
EXMK-nin  təsdiq  etdiyi  qay dalar  əsasında  həyata  ke-
çirilirdi. (24)
Qəbul  qaydalarında  göstərilir  ki,  hər  iki  cinsdən 
olan,15 yaşı tamam olmuş birinci dərəcəli məktəbi (dörd 
illik) uğurla bitirən şagirdlər qəbul edilir. Qəbul zamanı 
qızlar üçün müəy yən üstün hüquqlar veri lirdi ki, bu da 


22
qızların təhsilə cəlb edilməsinə stimul yara dırdı. Hətta 14 
yaşı tamam olmuş qızlara da müsabiqədə iştirak etmək 
hüququ verilirdi. İlkin müsabiqə qəza maarif şöbələrində 
yaradılmış  komissiya  tərəfindən  həyata  keçirilirdi. 
Bundan  sonra  həmin  şagirdlər  qəza  maarif  şöbələri 
tərəfindən  verilmiş  xasiyyətnamə  əsasında  texnikuma 
keçirilən müsa biqədə iştirak etmək hüququna malik idi. 
Qəbul  üçün    aşağı dakı  fənlərdən  imtahanlar  nəzərdə 
tutulmuşdu.  Türk  dili  (yazılı  və  şifahi),  hesab  (yazılı), 
coğrafiya (şifahi), ictimaiyyət (şifahi). (14;1)
1925-ci il dekabr ayının 25-də «Zəngi» qəzetində dərc 
olunmuş  «Müxtəsər  məlumatlar»  adlı  yazıdan  məlum 
olur ki, texnikuma ilk dəfə qəbul olunan tələbələrin sayı 
Mehdi Kazımov
Qızları Elmira, Səidə və Mina ilə Birlikdə


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə