Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

99
İnstitutunda laborant, 1971-ci ildən ADPU-də müəllim, 
dosent,  professor  vəzifələrində  çalışmışdır.  S.Məm-
mədov  hal-hazırda  ADPU-də  “Azərbaycan  tarixi” 
kafedrasının  müdiri  vəzifəsində  çalışır.  Tarix  elmləri 
doktoru,  professor  S.Məmmədov  400-dən  artıq  elmi-
publilistik məqalənin, 5 monoqrafiyanın,  15 dərs vəsaiti 
və s. əsərləri bir daha sübut edir ki, Süleyman müəllim 
bütün bu naliyyətlərə, bügünkü günə elə-belə yox, böyük 
zəhmət, qüvvə və bacarıq sərf etməklə gəlib çatmışdır.
Bu  gün  İrəvan  Pedaqoji  Məktəbinin  adını  şərəflə 
qoruyan  Süleyman  müəllim  “İrəvan  Pedaqoji  Məktəbi 
haqqın da düşüncələrim” adlı əsərində yazır:
Hər  dəfə  İrəvan  Pedaqoji  məktəbi  haqqında  dü-
şünəndə  gəncliyimin  ən  qaynar  vaxtları  yadıma  düşür, 
1948-ci  il  iyulun  sonları  idi.  Pedaqoji  məktəbə  qəbul 
olmaq  üçün  bir  neçə  nəfər  həmkəndlilərimlə  İrəvana 
gəlmişdik. İrəvan mühiti, ab-havası, adamların davranışı 
kənd  uşağına  bir  təhər  gəlirdi.  Sənəd lərimizi  qəbul 
komissiyasına  verdikdən  sonra  bizi  əvvəlcə  aşağı  mər-
təbədə  -  zalda  yerləşdirdilər,  axşam  çağı  III  mərtə bədə 
yataqxanada yer verdilər. Ertəsi gün qəbula gələn abitu-
riyentlərlə tanışlıq üçün bizi akt zalına topladılar. Zalda 
xeyli  adam  vardı.  Abituriyentlər  2  nəfər  qarşısında 
çıxış  elədi.  Onlar  ədəb  və  qəbul  qaydaları,  yataqxana, 
yeməkxana  barədə  danışdılar.  Sonralar  öyrəndim  ki, 
onlar Texnikumun  direktoru  Həbib  Məhəmmədzadə  və 
tələbə sovetinin sədri, sonradan məşhur alim kimi tanı-
dığımız  akad.  Budaq  Budaqov  imiş.  Zalda  keçirilən 


100
yığıncaq da Budaq müəllimin nitqinə çox məm nuniy yət-
lə qulaq asdım. Sonralar bizim ünsiyyətimiz yarandı. Yeri 
gəlmişkən  deyim  ki,  biz  texnikuma  işlərimizi  verəndə 
Budaq müəllimgil son kursda idilər.
Yaxşı  yadımdadır,  sentyabrın  əvvələrində  Budaq 
müəllim  birinci  kurslarla  görüş  üçün  elanı  mənə  yaz-
dırdı.  Xəttim  onun  xəttinə  oxşadığı  üçün  çox  xoşuna 
gəldi  və  bundan  sonra  bəzi  yazılarının  üzünü  köçür-
məyi  mənə  etibar  edirdi.  Ötən  illərdə,  hər  dəfə  Budaq 
müəllimlə  görüşəndə  yadıma  1948-ci  ildə  İrəvan  Pe_
daqoji  məktəbində  təhsil  aldığım  illər  düşürdü.  Birinci 
mərtəbədən  aşağıda  yeməkxana,  I-II  mətəbədə  dərs 
keçir, III mərtəbədə yaşayırdıq. Sonralar Budaq müəllim 
Ərəboğlu ilə birlikdə otaqları gəzəndə bildim ki, o, tələbə 
sovetinin  sədridir.  Uca,  şümşad  qamətli,  qapqara  şəvə 
saçları, aram-aram danışığı diqqətimi çəkirdi. Ərəboğlu 
Rəşid Hətə mov, Heydər Salahov və digər tələbə yoldaşları 
ilə Şircanyan küçəsində gəzdikləri anları, axşam qapıçı 
Hüseyn  kişinin  onları  sorğu-suala  tutmasını  da  yaxşı 
xatırlayıram. O vaxtlar özümüzü bizə dərs deyən gözəl, 
təmkinli, savadlı bəlkə də indiki bəzi Ali məktəblərimiz 
səviyyəsinə bərabər dərs deyən müəllimlərimizə - Məm-
məd Həsənov, Təvəkkül Kərimov (dərs hissə müdiri və 
riyaziyyat  müəllimi),  Raziyə  İsmayılova  (tarix),  Surə 
Baba yevaya (coğrafiya) oxşatmağa çalışırdıq. Çox təəs-
süf ki, bəd xahlar bu xoş günlərimizi bizə çox gördülər. 
Pedaqoji məktəbin I kursunu İrəvanda bitirdikdən sonra 
bizi  Xanlara  indiki  (Göygöl)  rayonuna  köçürdülər  - 


101
deportasiya etdilər. Burada üç illik məktəb illərimiz yax-
şı  keçdi.  Lakin  İrəvandakı  xatirələrim  unudulmazdır. 
Xanlarda  İrəvan  pedaqoji  məktəbinin  əsasını  qoyan 
gözəl  psixoloq,  pedaqoq  Mehdi  Kazımovun  xatirəsi 
həmişəlik  qəlbimdədir.  Mehdi  müəllim  rübün  sonunda 
«üç» verəcəyi tələbəni psixoloji cəhətcə elə hazırlayırdı 
ki, «beş» verdiyi tələbə barədə dinə bilmirdi.
Xanlar Pedaqoji məktəbində aldığımız bilik İrəvan da 
aldığımız biliyin bünövrəsi üzərində quruldu. Azərbay-
can  tari xindən  biliyimin  əsasını  ağdaşlı  müəllimim 
Vəli  Məhərrəmov  qoydu.  İndi  də  əziz  müəllimlərim 
Sadiq  Heydərzadə  (biolo giya),  Tarix  Şirinovu  (ədəbiy-
yat),  Qaytaran  Məmmədovu  (tarix),  Mənzərə  Namaz-
əliyevanın  (coğrafiya)  dərsə  daxil  olub,  mövzunu 
başlamalarını,  əsl  pedaqoq  kimi  dərsi  yekunlaşdırma-
larını yaxşı xatırlayıram. Təhsil illərində Xanlarda mək-
təbin  direktoru  İsa  Cəfərovu,  hərbi  hazırlıq  və  idman, 
musiqi dərslərini aparan Cəfər, Bəşir, Təvəkkül və Mamo 
müəllimləri o illərdən xatirəmdə qalan, sonra Naxçıvan 
Dövlət  Univerdite tinin  prorektoru  işləmiş,  riyaziyyatçı 
Qasım Mustafayevi, pedaqoji məktəbi  fərqlənmə diplo-
mu  ilə  bitirənlərdən:  BDU  Partiya  komitəsinin  katibi 
işləmiş, tarix elmləri doktoru, professor, kafedra müdiri, 
Qurban  Bayramovu,  Əmrahı,  İmam verdi  Hacıyevi 
həmişə  yada  salıram.  Sonralar  Təhsil  Nazirliyində 
kadr lar, Nəşriyyat və Poliqrafiya şöbələrinin müdiri iş-
ləmiş, hazırda «Məktəb» jurnalının baş redaktoru Nəcəf 
Nəcəfov, Xanlarda (Göygöl) yaşayan Abdulla Qasımov, 


102
ADPU-nun  Pedaqogika  kafed rasının  dosenti  Abbas 
İsmayılov,  Yazgül,  Billurə,  Giləxanım,  Yaqut  adlı  qız, 
əmim oğlu Qasım Məmmədov, Hüseyn Hüseynov, əziz 
dostum  Yunis  Abbasov  fəal  tələbələr  sırasında  idilər, 
onlar xatirimdə və düşüncələrimdə yaşayırlar.


103
ABBAS  İSMAYILOV
Abbas  Kərbəlayı  Məhəmməd 
oğlu  İsmayılov  1927-ci  ildə  Qərbi 
Azər baycanın (indiki Ermənistanın) 
Göyçə  maha lının  (Krasnoselski  ra-
yo nunun)  Ardanış  kəndində  varlı 
ailə də anadan olmuşdur.
1935-ci  ildə Ardanış  kənd  yed-
diillik  məktəbinin  birinci  sinfinə 
daxil olub və həmin məktəbi 1941-
1942-ci  dərs  ilində  bitirmiş,  1945-ci  ilin  may  ayına 
kimi  kolxozda  çalışmışdır.  1945-ci  ilin  may  ayında 
Krasnoselski  RHK-nın  göndərişi  ilə  Kirovakan  Kimya 
zavodunda işləmişdir.
1946-cı  ilin  avqust  ayında  İrəvan  Pedaqoji  mək-
təbinə  daxil  olduğu  üçün  işdən  ayrılmışdır.  Amma 
bəzi səbəblərə görə həmin il Pedaqoji məktəbdə oxuya 
bilməmişdir.  Buna  baxmayaraq    1947-ci  ildə  yenidən 
Pedaqoji  məktəbə  imtahan  verərək  qəbul  olmuşdur. 
Pedaqoji  məktəbin  Azərbaycanın  Xanlar  şəhərinə  kö-
çürülməsi  ilə  əlaqədar  1950-51-ci  dərs  ilində  Xanlar 
şəhərində (Pedaqoji Texnikumu) bitirən Abbas müəllim 
müəllimlərin  təkidi  ilə  keçmiş  V.İ.Lenin  adına  APİ-yə 
oxumağa  göndərilmişdir.  Elə  həmin  il  İnstitutun  tarix 
fakül təsinin birinci kursuna daxil olub, 1955-ci ildə oranı 
bitirib, təyinat ilə Salyan rayonunun  Parça-Xalac kənd 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə