244
Ağ Dişin belə təsəlliyə ehtiyacı yox idi. Sevimli
sahibinin qayıdıb gəlməsi kifayət etmişdi. Damarlarında
yenidən ecazkar, coşqun həyat qaynamağa başlamışdı. O
döyüşürdü və öz sevincinin yeganə ifadəsini döyüşdə
tapmışdı.
Döyüşün sonu aydın idi: itlər qaçıb pərən-pərən
düşdülər. Onlar komaya qayıdanda artıq qaranlıq
düşmüşdü və sıxıla-sıxıla Ağ Dişə öz itaətlərini bildirdilər.
Başı ilə sahibinə sığınmağı öyrənən Ağ Diş tez-tez öz
hisslərini bu yolla bildirirdi. Bu, hədd idi və bu həddi
aşmırdı. O hər şeydən çox öz başını qoruyurdu və başına
toxunanda dözə bilmirdi. Bəli, şimal cəngəlliyi onu belə
öyrətmişdi: quyuya düşməkdən qorx! Hər şeydən - ağrı və
xətər gətirən hər şeydən qorx! İnstinkt ondan sərbəstlik
tələb edirdi. İndi isə başını sahibinin qoltuğuna soxan Ağ
Diş özü könüllü olaraq tamam köməksiz vəziyyətdə idi.
Bununla sahibinə olan sonsuz inamını, hədsiz itaətkarlığını
bildirirdi. Sanki bununla demək istəyirdi: “Sənin
əlindəyəm. Nə istəyirsən mənimlə edə bilərsən”.
Bir gün evə qayıdan Skott bütün gecəni Məttlə kart
oynadı. Mətt sayırdı:
- On beş-iki, on beş-dörd, bu da iki...
Elə bu vaxt bayırdan çığırtı və boğuşma səsləri gəldi.
Onlar ani olaraq bir-birlərinə baxıb cəld qalxdılar. Mətt
downloaded from KitabYurdu.org
245
dedi:
- Canavardı...Kimisə parçalayır.
Dəhşətli inilti səsləri onları qapıya cummağa məcbur
etdi. Artırmaya çıxan Skott qışqırdı:
- Fənəri yandır, bəri tut!
Mətt əlində lampa onun dalına düşdü, lampa işığında
onlar arxası üstə qarın içinə sərələnmiş bir adam gördülər.
O, sifətini və sinəsini əlləriylə örtmüşdü. Ağ Dişdən
qorunmağa çalışırdı. Bu, ona kömək etmişdi. Ağ Dişin
qəzəbi aşıb-daşırdı, yad adamın boğazından yapışmaq
istəyirdi. Yad adamın geydiyi gödəkcənin qolları, göy
köynəyi ilə birgə alt köynəyi də yırtıq-yırtıq olmuşdu,
dişlənmiş əlləri qanlı idi.
Skott və Kayur bütün bunları bircə anda nəzərdən
keçirtdilər. Skott Ağ Dişin boynundan yapışıb onu geri
çəkdi. Ağ Diş mırıltıyla irəli cumdu, amma sahibini
dişləmədi və onun sərt qışqırtısından sonra sakit oldu.
Mətt yaralanmış adama kömək clodi. O, ayağa qalxdı
və elini sifətindən çəkdi. Göyçək Smit idi. Kayur pərt
halda geri çəkildi. İşıqdan gözləri qamaşan Göyçək Smit
üziinü çevirdi. Ağ Dişi görən kimi üz- gözü dehşətden-
əyildi.
Bu vaxt kayur qar üstündə nəsə olduğunu gördü. O,
lampasını yaxınlaşdırıb çəkməsinin ucuyla yerə düşmüş
downloaded from KitabYurdu.org
246
polad zənciri və yoğun dəyənəyi tərpətdi.
Uidon Skott başını tərpətdi. Onlar dinib-danışmadılar.
Kayur Göyçək Smitin çiynindən tutub üzünü geri çevirdi.
I lər şey aydın idi. Göyçək Smit var gücü ilə qaçmağa
başladı.
Skott Ağ Dişi tumarlayıb dedi:
- Səni aparmaq istəyirdi, hə? Sən də razı olmadın?
Mə. deməli bu cavan oğlan yanıldı...
- Yazıq elə bildi ki. bu cəhənnəm onun üst-başına
tökülüb, deyə Mətt güldü.
Ağ Diş isə mırıldayırdı. Az sonra qabarmış tükləri
yatdı... və bu hiddətli mırıltı içində az qala itib-batan
səsinin zərif ahəngi daha aydııı eşidilməyə başladı.
Beşinci hiss
ƏHLİLƏŞMİŞ CANAVAR I
UZAQ SƏYAHƏT
Nəsə olacağını Ağ Diş qabaqcadan duymuşdu.
Yaxınlaşan hadisənin xəbəri hansı gözəgörünməz yollasa
gəlib ona çatmışdı. Günah allahların özündə oldu, özləri
Ağ Dişi şübhələndirmişdilər. Canavar balası duyuq
düşmüşdü. Əlbəttə, bu. allahların ağlına gəlmirdi, amma
onların niyyəti artıq itə bəlli idi. Ağ Diş komanın
artırmasına çıxmır, içəri girmirdi. Bilirdi ki, adamlar nəsə
etmək istəyirlər.
downloaded from KitabYurdu.org
247
Şam yeməyi vaxtı kayur dedi:
- Eşidirsiniz? Bu nə səsdir?
Skott qulaq verdi. Qapı arxasından astadan ağlamağı
xatırladan həyəcanlı zingilti səsi gəldi. Sonra aydın oldu
ki, Ağ Diş qapını iyləyir və bununla arxayın olmaq istəyir
ki, onun sahibi evdədir, keçən dəfəki kimi heç yerə gizlicə
getməyib.
Kayur dilləndi:
- Nəsə hiss edib deyəsən...
Uidon Skott Məttə yalvarıcı nəzərlərlə baxdı, lakin
dediyi sözlər gözlərinin ifadəsi ilə uyuşmadı.
- Kaliforniyaya canavar aparacağam?..
- Mən də elə onu deyirdim. Canavar hara.
Kaliforniyaya getdi hara?
Amma bu sözlər Skottun ürəyinə yatmadı. Ona elə
gəlirdi ki, Mətt onu məzəmmət edir. Dedi:
Ağ dərili adamların itləri onunla yola getməyəcək. O,
hamısını parçalayacaq. Pullarımı ancaq cərimə verməyə
sərf etsəm də, polis onu məndən alacaq, onunla öz bildiyi
kimi haqq-hesab çəkəcək.
Vallah, o yırtıcının biridi... deyə kayur təsdiq etdi.
Skott şübhəli-şübhəli onu süzdü. Sonra qətiyyətlə
bildirdi:
Bu, mümkün deyil!
downloaded from KitabYurdu.org
248
Əlbəttə, mister, mümkün olan iş deyil, Mətt razılaşdı.
— Gərək ona baxmağa da ayrıca adam tapasız...
Skottun bütün tərəddüdləri yox oldu. O, sevinclə başını
yellədi. Ətrafı bürümüş sakitlikdə Ağ Dişin zingiltisi
eşidilirdi. O, qapını iyləyir, az qala, ağlamsınırdı. Mətt
dedi:
- O, sizə yaman öyrəşib, mister!
Skott birdən coşdu:
- Mətt, bəsdi çərənlədin! Özüm bilərəm!
- Mən bir söz demirəm ki. Ancaq...
- Nə ancaq, ancaq?!
- Ancaq, - kayur pıçıldadı, sonra birdən hirslə əlavə
etdi. - Özünüzdən niyə çıxırsınız? Sizə baxan deyər ki,
doğrudan da, başınızı itir— misiniz...
Uidon Skott bir an özüylə vuruşdu, sonra lap yumşaq
tərzdə dedi:
- Düz deyirsən, Mətt! Heç özüm də bilmirəm nə edim.
Bədbəxtlik də burasındadır... Yox, əşi, iti özümlə
götürmək lap səfehlik olar.
- Sizinlə tamamilə razıyam, - deyə Mətt təsdiq etdi,
amma onun sözləri bu dəfə də sahibinin ürəyincə olmadı.
Sonra elə bil heç nə olmayıbmış kimi Mətt sözünə davam
etdi:
- Axı sizin getməyinizi o, haradan bilir? Bax, bunu
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |