Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə43/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

www.vivo-book.com 
 
215 
Bazar günü gəlib çatdı. Demetrios Kontosun bizə xəbər 
göndərdiyini  tezliklə  hamı  –  balıqçılar  da,  dənizçilər  də 
bildilər.  Benişyaya,  paroxod  körpüsünə  yığışdılar,  körpü 
futbol matçı vaxtı mərkəzi tribunaya bənzədi. Çarli ilə mən 
Demetrios Kontosun dediklərinə şübhə ilə yanaşırdıq, ancaq 
körpüdə bu qədər adamın yığışdığını görüb başa düşdük ki, 
Demetrios Kontos əbəs yerə bizə meydan oxumurmuş. 
Günortadan  sonra,  sahil  küləyi  güclənəndə,  üfüqdə 
küləyin  istiqamətində  gələn  gəmi  göründü.  Körpüyə  iyirmi 
fut  qalmış  gəmi  döndü,  Demetrios  Kontos  izdihamın 
qarşısında  göründü.  Ona  heyran  qalan,  onu  ruhlandıran 
tamaşaçılar  qışqıranda,  yunan  yarışlarından  qabaq  rıtsar 
kimi  artistsayağı  onları  salamladı,  sahildən  iki  yüz  yard 
aralıda  dayandı.  Sonra  o  yelkəni  salıb,  axınla  üzməyə,  tor 
atmağa başladı. O, toru tamam açmadı, əlli futacan açıb atdı, 
ancaq  Çarli  ilə  mənim  elə  bil  başımızdan  bir  qaynar  qazan 
su  tökdülər,  balıqçının  həyasızlığı  bizi  özümüzdən  lap 
çıxartdı.  O  vaxt  biz  bilmirdik  ki,  (bundan  sonradan  xəbər 
tutduq)  tor  köhnə  və  yararsızdır.  O,  balığın  qabağını  tuta 


www.vivo-book.com 
 
216 
bilərdi,  ancaq  tora  çoxlu  ov  düşsəydi,  onu  parça-parça 
edərdi. 
Çarli çiyinlərini atıb dedi: 
–  Bir  şeydən  baş  aça  bilmirəm.  O,  torun  cəmisi  əlli 
futunu  açıbsa  bundan  nə  çıxar?  Əgər  biz  onun  dalınca 
düşsək,  fərqi  yoxdur,  çəkib  çıxara  bilməyəcək.  O  axı  niyə 
bura  gəlib  hamının  gözünün  qarşısında  qanunu  tapdalayır? 
Özü də ki, yaşadığımız şəhərin gözü qarşısında. 
Çarlinin  səsindən  incidiyi  hiss  olunurdu,  o  Demetrios 
Kontosun utanmazlığından möhkəm rəncidə olmuşdu. 
Bu  ara  haqqında  söhbət  gedən  adam  qayığının  arxa 
tərəfində oturmuşdu, gözü qarovullarda qalmışdı. Qəlsəməli 
tora  iri  balıq  düşəndə,  qarovullar  hərəkətə  gəlib  bunu  o 
dəqiqə  bildirirdi.  Görünür,  indi  də  belə  oldu  ki,  Demetrios 
birdən  sudan  torun  on  iki  futunu  çəkib  çıxartdı,  qayığa 
atmazdan  əvvəl,  parlaq  pulları  olan  iri  qızılbalığı  yuxarı 
qaldırdı. Körpüdəki tamaşaçılar, onu üç dəfə “ura” səsləri ilə 
alqışladılar. Bu vaxt Çarli davam gətirmədi. 
O mənə dedi: 
– Gedək, oğlum! 


www.vivo-book.com 
 
217 
Vaxt itirmədən qayığımıza  atılıb  yelkəni  dikəltdik. Biz 
iti  sürətlə  irəli  cumanda,  izdiham  bərkdən  qışqırıb 
Demetriosa xəbərdarlıq edəndə, onun öz torunu uzun bıçaqla 
kəsdiyini gördük. O, qayığının yelkənini bir göz qırpımında 
qaldırdı. Tezliklə, üstünə günəş işığı düşən yelkən küləkdən 
dalğalanırdı. Balıqçı özünü qayığın arxa tərəfinə verib şkotu 
açdı.  Kontra  Kosta  təpələri  tərəfə  külək  istiqamətində  yol 
aldı. 
Bu vaxt biz onun qayığının  otuz  futluğunda idik. Çarli 
sevinirdi.  O  bilirdi  ki,  qayığımız  iti  sürətlidir,  qayığı 
sürməkdə  özüylə  kiminsə  müqayisə  oluna  biləcəyinə 
inanmırdı.  O,  arxayın  idi ki,  Demetriosu  tutacağıq,  mən  də 
onun  inamına  şərik  idim.  Ancaq  görünür,  taleyin  hökmü 
başqa imiş... 
Arxadan  külək  əsirdi.  Biz  suyun  üzəri  ilə  yavaşca 
üzürdük,  ancaq  Demetrios  da  tələsmədən  bizdən  get-gedə 
daha  çox  aralanırdı.  O  bizdən  nəinki  tez  üzürdü,  qayığı 
rumbun
69
  neçə  birdə  dolyası
70
  qədər  küləyə  daha  yaxın  idi. 
                                                 
69
Rumb – kompasın 32 bölgüsündən biri (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
218 
O, Kontra təpələrinin  yanından dövrə vurdu, qayığı küləyin 
o  biri  istiqamətində  sürərək  yüz  futacan  irəli  –  külək  tutan 
tərəfə keçdi. 
Çarli dilləndi: 
–  Bax,  buna  varam.  Ya  onun  qayığı  möcüzədir,  ya  da 
ki,  bizim  qayığın  kilinə  içində  daş  kömür  qatranı  olan  beş 
qallonluq
71
 çəllək bağlanıb. 
Üçüncü  səbəb  görünür  ki,  ola  bilməzdi.  Demetrios 
körfəzin  o  biri  tərəfində  yerləşən  Sonom  təpələrinin 
böyründən  keçəndə  biz  o  qədər  geri  qaldıq  ki,  Çarli  mənə 
şkotu  yavaş-yavaş  buraxmağı  tapşırdı.  Biz  geriyə  – 
Benişyaya  döndük.  Biz  geri  qayıdıb  qayığımızı  körpüyə 
bağlayanda,  paroxod  körpüsünə  yığışmış  balıqçılar  bizə 
istehza  ilə  sataşmağa  başladılar.  Çarli  ilə  mən  axmaq 
yerində  qaldıq,  çünki  biri  əla  qayığı  olduğunu  güman 
edəndə, bir başqası ona kələk gələndə, bu  adamın  qüruruna 
toxunmaya bilməz.  
                                                                                                                   
70
Dolya – 44 milliqrama bərabər qədim rus çəki ölçüsü (Tərc. qeydi).
 
71
Qallon – İngiltərədə və ABŞ-da duru və axıcı şeylər üçün 4,5 litrə bərabər ölçü 
vahidi (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
219 
Bir  neçə  gün  Çarli  yuxulu-yuxulu  gəzdi,  ancaq  sonra 
keçən  dəfəki  kimi  xəbər  verdilər  ki,  Demetrios  Kontos 
oyununu yenidən təkrar edəcək. Çarli sanki bir anda oyandı. 
Qayığımızı sudan çıxarıb onu təmizlədi, dibinə təzədən rəng 
çəkdi, çıxarılan kilin quruluşunda nəyisə dəyişdi, mütəhərrik 
takelajları  təzədən  möhkəmlətdi,  bazar  gününün  axşamı 
demək  olar  ki,  gecəyarısınacan  bütün  vaxtı  yeni, 
əvvəlkindən  daha  böyük  yelkən  tikdi.  Çarli  yelkəni  elə 
böyük etdi ki, əlavə ballast
72
 qoymalı olduq. Biz qayığımızın 
içinə çəkisi, demək olar ki, beş yüz fut olan dəmir rels əlavə 
etdik. 
Bazar  günü  gəlib  çatdı,  Demetrios  Kontos  gəlib  çıxdı 
ki,  təzədən  açıq-açığına  günün  günortaçağı  qanunu  pozsun. 
Yenə günortadan sonrakı sahil küləyi əsirdi, yenə Demetrios 
Kontos  özünün  çürümüş  torunu  qırx-əlli  fut  açıb  atdı, 
yelkənini  qaldırıb  gözümüzün  qabağında  aradan  çıxdı. 
Balıqçı, Çarlinin manevrini gördü, Çarli yelkəninə iri parça 
əlavə etmişdi, yelkən əvvəlkindən yüksəyə qaldırılmışdı. 
                                                 
72
Ballast – qursa, gəminin tarazlığını saxlamaq üçün götürülən yük və ya başqa 
ağırlıq (Tərc. qeydi). 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə