Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə4/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   2   3   4   5   6   7   8   9   ...   46

 
16 
onları tanıyır və deyir ki, bunlar Səttar  xanın  adamları-
dır.  Onları  dama  saldırırlar.  Onlar  Böyük  xanın  hüzu-
runda bir-birini keçi qiymətinə satırlar. 
Əsərdə  Zeynəb  də  maraqlı  obrazdır.  Böyük  xan 
ondan  soruşur  ki,  səni  mücahidlərə  qoşulmağa  vadar 
edən nədir? O deyir: «Həqarətdən qurtarmaq üçün baş-
qa  yol  yox  idi…Ac,  çılpaq  körpəm  qucağımda,  xidmət 
üçün qapı-qapı gəzdim. Lakin bir parça çörək  müqabi-
lində məndən irz-namus tələb etdilər»
1
.Sərkərdələr top-
laşır, Təbrizə hücuma keçirlər. Zeynəbi yenidən tuturlar. 
Bu vaxt xəbər gəlir ki, İslamiyyə partladılmışdır. Bağır 
xanın  mücahidləri  Böyük  xanın  qərargahını  tuturlar. 
Zeynəb  xilas  olunur.  Böyük  xan  başına  çarşab  örtür. 
Qadın  donuna  girən  bütün  sərkərdələr  inqilab 
qərargahına aparılır. 
Hacı  Salmanla  Hacı  Mehdinin  vəziyyəti  pisləşir. 
Lakin yenə sudan quru çıxarlar. 
V  pərdədə  əsasən  Zeynəbin  faciəsi  verilir.  Zey-
nəbin oğlu Məcidə oxuduğu layla diqqəti cəlb edir: 
 
Dan yeri söküləndə, 
Zülf üzə töküləndə, 
Həyat təzədən gülər 
Körpə uşaq güləndə, 
Laylay balam, laylay, 
Arzum, ümidim laylay. 
Daha  sonrakı  pərdədə  Tağı  bəyin  xəyanəti  açılır. 
Farağat  əmri  vaxtı  o  havaya  bir  güllə  atır,  bununla  da 
mücahidlərin yerini düşmənlərə xəbər vermək istəyir. 
                                                 
1
 M.S.Ordubadi. Əsərləri, II cild, səh. 236 


 
17 
Mücahidlər dava vaxtı mahnı oxuyurlar: 
 
Təbrizin üstünü alıbdır duman, 
Dönmərəm yolumdan dizə çıxsa qan, 
Səttar xanam İsmayıl xan oğluyam, 
Qəhrəmanam vurub-yıxan oğluyam. 
 
Atam Qaradağda hamıdan qoçaq, 
Özüm də elimdən düşmüşdüm qaçaq. 
Atlansam Təbrizdə tufan qopacaq, 
Səttar xanam İsmayıl xan oğluyam. 
 
Bağır xan Tağı bəyin niyyətini anlayır, lakin onu 
bağışlayır. 
Dilruba  cəsur  Tağı  bəyi  tutur  və  məktubu  ələ 
keçirir.  Tağı  bəyin  məktubundan  məlum  olur  ki,  onun 
havaya  atdığı  hər  güllə  Səttar  xan  əsgərlərinin  sayını 
göstərir  (I  güllə-  100  nəfər).  Hücum  vaxtı  Tağı  bəy 
Qüdrətə  güllə  atır.  Zeynəb  ölür.  Dilruba  Tağı  bəyi 
vurur. 
 «Dinçilər» əsəri 1922-ci ildə tamaşaya qoyulmuş-
dur. Əsərin inqilabdan qabaq yazıldığı güman edilir. 
Əsərin  əsas  ideyası  budur:  din  və  mövhumat 
zəncirindən azad olmayan insan xoşbəxt ola bilməz. Bu-
rada  ölüm,  tərəqqi,  maarif  nuru  mövhumat,  dini  əsarət 
dünyası ilə qarşılaşdırılır. 
Doktor  Akif  Şərifəni  anasına  təqdim  edir.  Onlar 
İsveçrədə  birgə  oxumuşlar.  Akifin  anası  Asya  adlı  bir 
qızı ona almaq istəyir. Qız dərhal buradan getməli olur. 
Konfliktin əsas düyünü də buradan başlanır. Kəndlilərlə 
söhbət, rəftar «Bəxtsiz cavan» əsərində olduğu kimidir. 


 
18 
«Sevgilər»  əsərinin  ilk  variantı  «Yusif  və  Züley-
xa»  adlanır.  Sonralar  ədib  1928-ci  ildə  «Maarif  işçisi» 
jurnalında çap etdirərək bu adı seçmişdir. 
Şeirlə yazılmış bu əsərin epizodlarından biri belə-
dir:  Misirin  bütün  aristokrat  xanımları  Züleyxanı  bir 
qula  eşq  yetirməkdə  məzəmmət  edirlər.  Birdən  Yusif 
görünür. Hər şey dəyişir, hamı onun gözəlliyindən hey-
rətlənmişdir.  Doğrudan  da  o,  qənirsiz  gözəldir.  Yusiflə 
Züleyxa  qarşılaşır.  Lakin  Yusif  birbaş  Züleyxaya  bil-
dirir  ki,  onu  sevmir  və  həmin  təntənəli  evdən  bayıra 
qaçır.  Sonrakı  epizodlarda  fironun  evi  təsvir  olunur. 
Firon Yusifə böyük vəzifə verir. Yusif onu qəbul etmir. 
Sonra o qəflətən vəfat edir. Yusif yalnız indi Züleyxa ilə 
evlənməyə razı olur. 
Ümumiyyətlə, M.S.Ordubadinin dramları haqqın-
da  çox  danışmaq  olar.  Təkcə  onu  demək  kifayətdir  ki, 
ədib  yalnız  dramaturgiyası  ilə  Azərbaycan  ədəbiyya-
tında  özünəməxsus  bir  iz  qoyub  getmişdir.  Bu  pyeslər 
öz  orijinallığı,  mövzu  rəngarəngliyi,  dil-üslub  baxımı 
cəhətdən tam fərqli və mükəmməl  sənət əsərləri hesab 
edilə bilərlər. 
 
 


 
19 
 
 
AZƏRBAYCAN ƏDƏBIYYATINDA  
ABDULLA ŞAIQIN YERI 
 
 
Elə  sənətkarlar  vardır  ki,  onların  həyatı,  şəxsiy-
yəti, ömür yolu, yaradıcılığı, fərdi xasiyyəti, ağlı, idrakı 
nə isə bütövü, tamı, ümumini, bir sözlə, mənsub olduğu 
xalqı,  onun  bütöv  varlığını,  psixologiyasını  xatırladır, 
onun  kiçicik  bir  hissəsini,  yarısını  təşkil  edir.  Belələri 
həm  də  mələk  kimi  təmiz,  səmimi,  saf  və  gözəl  insan 
olurlar. Bu sifətləri sadaladıqca sanki fövrən bir ad yazı-
lır: Abdulla Şaiq! 
 
Böyük şairimiz S.Vurğun «Səmimiyyət yolçusu» 
adlı şeirində bu xüsusiyyətləri tam mənası ilə poetikləş-
dirmişdir: 
Şairim! Çaldığın bu telli sazdan, 
Günəşli gündüzdən, çiçəkli yazdan, 
Könül xumarlandı ay dönə-dönə, 
Qəlbin vurğusunu say dönə-dönə! 
 
Şaiqim! Şairlər içində təksən, 
Təmiz vicdanınla gülsən, ipəksən. 
Dilindən küsməmiş tanış da, yar da, 
Səndən inciməmiş qarıncalar da! 
 
Sən azad oğlusan azad ellərin! 
Əməlin qurtuluş, varlığın sənət, 
Yaşasın qardaşlıq, bir də məhəbbət! 
İndi bir günəşin «zərrəsiyik biz», 
Var olsun birləşən dost əllərimiz! 


 
20 
 
 
A.Şaiq hər şeydən əvvəl bir şair idi. Hüseyn Arif 
yazır:  
 
Yarat, bir də yarat, əsərlərindən 
Gəlsin gül ətri də, maşın səsi də. 
Şeir olmalıdır, şeir − dedim mən, 
Şairin son nitqi, son nəfəsi də. 
 
Sönməz sevən qəlbin alovu, közü 
Dumanlı, çiskinli dağ başında da. 
Əsl sənətkarın tükənməz sözü 
Əlli yaşında da, yüz yaşında da. 
 
 
Təsadüfi deyil ki, görkəmli hekayə ustası, tənqid-
çi S.Hüseyn (Kazımoğlu) yazırdı: «Şairdə qayət həssas, 
incə bir şair ruhu yaşar, bu ruh onun şeirlərinə bir incə-
lik verər».
1
 
 
Böyük  tənqidçi ədibin  müəllimlik,  məktəbdarlıq 
fəaliyyətini  də  təqdir  etməklə  onu  da  göstərmişdir  ki, 
«Abdulla  Şaiq  yalnız  bir  ədib  və  şair  olaraq  qalsaydı, 
müəllimlik  vəzifəsilə,  məktəb  kitabları  tərtib  etməklə 
məşğul  olmasaydı,  Azərbaycan  ədəbiyyatına  daha  qiy-
mətli və mühüm əsərlər verə bilərdi».
2
 
 
A.Şaiqin  çoxtərəfli  ədəbi  fəaliyyətini  görkəmli 
Azərbaycan şair, alim, filosof və yazıçıları düzgün qiy-
mətləndirmişlər: 
                                                 
1
 «Шаиганя йад ет». Бакы, Эянълик, 1981, сящ.13 
2
 Yenə orada 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə