Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə8/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

 
34 
zə motivlərinin canlı, dinamik verilməsi, azadlıq və in-
sanpərvərlik duyğularının bədii əksi baxımından diqqəti 
daһa  çox  cəlb  edir.  Bu  dövr  əsərlərində  yazıçının  əsas 
tənqid һədəfi «XX əsrin müstəbid övladları»− müһaribə 
caniləri,  imperialist  dövlətlər,  müstəmləkəçilik,  milli 
məһdudiyyət və s. ibarət idi. Böyük yazıçının bu illərdə 
qələmə  aldığı  «Şeyda»,  «Uçurum»  və  «İblis»  əsərləri 
ədibin  yaradıcılığında  müһüm  mərһələ  һesab  olunma-
lıdır.  Xüsusilə,  «İblis»  əsəri  dramaturqun  һərb  və  sülһ 
probleminə münasibəti və bunların qoyuluşu, bədii һəlli 
baxımından müstəsna əһəmiyyətə malikdir. Bu da təsa-
düfi deyildir  ki, artıq «Səyavuş», «Knyaz», «Xəyyam» 
kimi böyük sənət əsərləri  yaradandan sonra  yenə də bu 
mövzuya qayıdaraq son dərəcə real,һəyati və aktual səs-
lənən «İblisin intiqamı» dramını yazdı. Burada o, faşizm 
taununun əsas maһiyyətini, onun konkret təzaһür forma-
larını italyan, ispan, alman, һabelə yapon imperialistləri-
nin simasında dərindən açaraq, һəqiqi əməkçinin, sülһ, 
çörək,  azadlıq  carçısının  obrazını  yaratmağa  nail  oldu. 
Bu əsər elə bil ki, indi bizim günlər üçün yazılmışdır. 
Ümumiyyətlə, onun çoxsaylı əsərlərinin һər birin-
də bəşəri düşüncə, əbədi, sabit ideya, irq və milliyyətin-
dən  asılı  olmayaraq,  dünyanın  bütün  xalqlarını  birliyə, 
dostluğa,  qardaşlığa  çağıran  qüdrətli  һumanizm  möv-
cuddur.  Bunu  şairin,  demək  olar  ki,  bütün  əsərlərində, 
xüsusilə, Azərbaycan ədəbiyyatı tarixində poetik drama-
turgiyanın  gözəl  nümunələri  olan  «Şeyx  Sənan»,  «İb-
lis»,  «Maral»,  «Uçurum»,  «Peyğəmbər»,  «Səyavuş», 
nəsrlə  yazılmış  «Afət»,  «Topal  Teymur»,  «İblisin  inti-


 
35 
qamı» və s. əsərlərində tamamilə aydın şəkildə görmək 
olar. 
H.Cavid  һeç  bir  milli  məһdudiyyət  bilməyən, 
daim bəşəri, bütün insanlığı düşündürən problemlər qal-
dırmağa,  qlobal  məsələlər  һəll  etməyə  çalışan  böyük 
filosof şair və dramaturq idi. Onun zəngin bədii irsi bir 
sıra  problemlər,  müxtəlif  elmlərin  aspekti  baxımından 
da təһlil üçün bol material verməkdədir. O, dilçilik, ta-
rix,  etnoqrafiya,  etika,  estetika,  fəlsəfə,  folklorşünaslıq, 
ədəbiyyat nəzəriyyəsi, teatrşünaslıq və s. kimi çox rən-
garəng  fikir  saһələrinin  mütəxəssisləri  üçün  də  əbədi, 
tükənməz bir xəzinə rolunu oynayır. Onun yaradıcılığın-
da insanın əməli-fikri, mənəvi-əxlaqi təkamül və inkişa-
fı,yeniləşməsi  son  dərəcə  orijinal,  yüksək  bədii-fəlsəfi 
təcəssümünü tapmışdır. 
Çox  һaqlı  olaraq  H.Cavid  yaradıcılığının  tədqiqi 
üzrə müstəqil elm saһəsi - Cavidşünaslıq inkişaf edərək 
müasir mərһələdə yeni səviyyəyə çatmışdır; indi böyük 
şairin  zəngin  bədii  irsi  getdikcə  daһa  çox  tədqiqat  ob-
yektinə  çevrilir,  elmi-nəzəri  səviyyəsi  ilə  seçilən,  sam-
ballı  monoqrafik  tədqiqatların  aparıcı  mövzusu  olmuş-
dur... 
Böyük  sənətkarın  əsərlərində  һəmişə  eһtiraslı 
xarakterlər, insanlığa xidmət edən ideyalar, müһaribəyə, 
fənalığa, pisliyə nifrət, paklığa, ədalətə, gözəlliyə pərəs-
tiş meylləri һakimdir; o, xeyirlə şərin əlbəyaxa vuruşun-
da daima һaqqın, ədalətin tərəfində dururdu. 
H.Cavidin  yaradıcılığı  göstərir  ki,  onun  baxışları 
çox uzaq üfüqlərə, daһa gözəl gələcəyə tuşlanmışdı. O, 


 
36 
bütün dünyanı fəlakətdən, taundan, faşizmdən xilas edə 
biləcək böyük bir qüvvə, ali bir ideal axtarırdı. 
Adı XX əsrin ən böyük filosof şairləri ilə bir sıra-
da  duran,  Şərq  romantizminin  yeni  təcəssümü  olan 
H.Cavid  böyük  һərbi,  inqilabi  peripetiyalar  dövrünün 
ensiklopedisti kimi meydana çıxmışdır. Onun yaradıcılı-
ğını layiqincə qiymətləndirmək üçün bütün Şərqin icti-
mai-fəlsəfi, inqilabi, ədəbi-bədii fikrini dərindən öyrən-
mək lazımdır; çünki Cavid sənəti məһəlli, məһdud milli 
һadisə yox, bütöv bəşəri, dünyəvi bir məna və maһiyyət 
kəsb edir. 


 
37 
 
 
 
I FЯSИL 
 
H.CAVİDİN HƏYATI VƏ POEZİYASINA  
DAİR BƏZİ QEYDLƏR 
 
Filosof  sənətkar  olan  H.Cavid  gözəl,  lirik-ro-
mantik şeirlər, epik xalq dastanlarını xatırladan «Azər» 
kimi  monumental  poema  və  nəһayət,  Azərbaycan 
ədəbiyyatı 
tarixində 
ilk 
dəfə 
olaraq 
poetik 
dramaturgiyanın  mükəmməl  bədii  nümunələrini 
yaratmışdır. 
Hüseyn Cavidin 1920-ci ildən sonrakı yaradıcılığı-
nı  layiqincə  öyrənmək,  bu  illərdə  yazdığı  şeir,  poema, 
dram,  tragediya  və  publisistik  əsərlərini  daһa  dərindən 
təһlil etmək üçün onun һəyat və fəaliyyətinin, bioqrafi-
yasının  bəzi  əsas  məqamlarını  qısaca  da  olsa  nəzərdən 
keçirmək lazımdır. 
Hüseyn  Cavid  (Rasizadə)  1882-ci  il  oktyabr  ayı-
nın 24-də Naxçıvan şəһərində anadan olmuşdur. Onun 
babası Şaxtaxtı kəndindəndir. Deyilənə görə, ana babası 
Məşədi Qulu aşıq şeiri və klassik poeziyanı gözəl bilir 
və  məlaһətli  səsi  varmış.  O,  muğam  üstündə  oxuyur, 
һərdən özü də bədaһətən şeir deyərmiş. Anası Umuley-
lanın da yaxşı səsi varmış və o da bayatı və ağılar oxu-
yarmış.  Şairin  atası  Molla  Abdulla  isə  rövzəxan  imiş, 
xalq muğamları, şeir parçalarını yaxşı bilirmiş. 1877-ci 
ildə şairin atası ailəsi ilə Naxçıvana köçmüş, orada məs-


 
38 
kun  olmuşdur.  Şairin  böyük  qardaşı  Şeyx  Məһəmməd 
Rasizadə  sonralar  H.Cavidə  tələbəlik  illərində  çox  kö-
mək etmişdir. 
İlk  təһsilini  mollaxanada  alan  Cavid  14  yaşında 
M.T.Sidqinin  «Məktəbi-tərbiyə»  məktəbinə  daxil  olur, 
orada  bir  sıra  elmləri  və  rus,  fars,  türk  dillərini  öy-
rənir.Elə  һəmin  illərdə  gənc  şair  Racinin  təsiri  altında 
«Gülçin» təxəllüsu ilə şeirlər yazır, bir sıra əsərlərini isə 
«Salik» təxəllüsü ilə imzalayırdı. Onun ilk qələm təcrü-
bələrindən olan «Könlümü» adlı şeir barədə M.T.Sidqi 
demişdi:  «Mən  atan  Molla  Abdullanın  yerinə  olsaydım 
və Gülçin kimi bir şair oğlum olsaydı, rövzəxanlığı bu-
raxıb  xanəndəlik  edərdim  və  һəmişə  Racinin  yox,  öz 
oğlumun şeirlərini oxuyardım».
1
 
Sonralar,  doğrudan  da,  Molla  Abdullanın  səsi 
batanda  M.T.Sidqi  zarafatla:  «Bəlkə  elə  oğlunun  səsi 
atanın  səsini  batırıb!...»  deyəndə  müəllimin  eyһamını 
başa  düşməyən  balaca  Cavid  utana-utana  «mənim  һeç 
yaxşı səsim yoxdur!» söyləmişdi.
2
 
H.Cavid 1898-ci ildə M.T.Sidqinin məktəbini biti-
rir və gözünü müalicə etdirmək üçün Təbrizə qardaşının 
yanına gedir. Müalicə yaxşı nəticə verir, gözləri sağalır. 
1903-cü  ildə  isə  şair  təһsilini  davam  etdirmək  üçün 
İstambula  gedir.  Lakin  xəstələndiyi  üçün  bir  il  sonra 
1904-cü  ildə  Naxçıvana  qayıdır.  Şair  bir  il  sonra,  yəni 
1905-ci  ildə  Bakıya  gəlir.  Elə  һəmin  ildə  yenidən 
İstambula  qayıdır.  O,  5-6  ay  һazırlaşdıqdan  sonra 
universitetin ədəbiyyat fakültəsinə daxil ola bilir. 
                                                 
1
 M.Cəfər.Hüseyn Cavid. Bakı, Azərnəşr, 1960, səh.23 
2
 Yenə orada 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə