29
bədii, bir qədər də satirik tərzdə təhlili: « Nişanlı qız
ağlaya-ağlaya deyir ki, ey mənim qara bəxtim, nə olardı
ki, mən anadan olaydım Firəngistan şəhərlərindən
birində, atamın adı olaydı Fridrix, anamın adı olaydı
Avqustina, mənim adım olaydı Mariya? Nə olardı ki,
dünyanı işıqlandıran günün üzünə hərdənbir baxmış
olaydım və ata-anam məni qoca kişiyə vermək
istəyəndə bir söz danışmağa ixtiyarım olaydı? Ey
mənim qara bəxtim, nə olaydı ki, milyonlarca yazılan
kitablardan ikicəciyini oxumuş olaydım və biləydim ki,
dünyaya nədən ötrü gəlmişik».
Əziz Mirəhmədov böyük ədibin bu təhlilini
«ədəbiyyat aləmində orijinal bir səsləşmə, realist Mirzə
Cəlillə romantik Şaiq arasında ideya-mövzu yaxınlığı-
nın kiçik, lakin olduqca mənalı bir təzahürü» adlandırır.
1
A.Şaiqin tənqidçi, ədəbiyyatşünas və ədəbiyyat
tarixçisi kimi də xidmətləri olmuşdur. Onun ədəbiyyat
tarixi, folklor və müasir ədəbiyyat, habelə nəzəriyyə
məsələlərinə aid çoxlu əsərləri vardır. Məsələn, klassik
ədəbiyyat barədə yazmışdır: «...Xaqani və Nizami kimi
müqtədir türk şairlərimizin fars lisanında törətdikləri bə-
diələr şərəfi...bizlərə racədir».
2
Şaiqin müsbət ideal məsələsinə münasibətlərin-
dən bəhs edən Ə.Mirəhmədov çox doğru olaraq yazır ki,
Azərbaycan ədəbiyyatşünasları içərisində, demək olar
ki, birinci dəfə A.Şaiq Axundov satirasında müsbət
ideal məsələsinə dair nəzəri fikirlər ortaya atmışdır.
A.Şaiqin klassik ədəbiyyata verdiyi qiymət əsl meyar
1
«Шаиганя йад ет», Бакы, Эянълик, сящ.147
2
«Игбал», 21 октйабр, 1913
30
sayılır: «Mirzə Fətəli türk tarixi-ədəbiyyatında birinci
realist yazıçıdır ki, əsərlərində həqiqəti, həyatı olduğu
kimi göstərir.»
1
Bu qeydləri şair B.Vahabzadənin misraları ilə
bitirmək yerinə düşərdi:
Yerə kök atmayan qalxıb ucalmaz,
Sözlərin gücünü torpaqdan aldı.
Ulduzlar batanda izi də qalmaz,
Sən batdın,
Şəfəqin dünyada qaldı.
Keçər qərinələr,
Ötər neçə il,
Həmişə yaz olar sənət bağında,
Sözlərin gəzəcək nəsilbənəsil
Körpə balaların gül dodağında.
1
«Маариф вя мядяниййят» журналы, Бакы, 1924, 4-ъц нюмря
31
II ЩИССЯ
ЪЯЛАЛ АБДУЛЛАЙЕВ,
АЛГЫШ ЩЯСЯНОЬЛУ
Щцсейн Ъавид
32
ÖN SÖZ ƏVƏZI
XX əsr ictimai fikir tarixində görkəmli yer tutan,
romantik dramaturgiya saһəsində ədəbi məktəb yaradan
Hüseyn Cavid böyük və zəngin ədəbi irs qoyub
getmişdir. Onun bütöv bir silsilə təşkil edən ictimai-
siyasi, fəlsəfi və məһəbbətə dair şeirləri, nəzm və nəsrlə
yazılmış, kəskin konflikt və münaqişə xətləri ilə seçilən
dramatik əsərləri fəlsəfi dərinliyi, problematikasının
siqləti baxımından Şekspir yaradıcılığı ilə müqayisə
edilə bilər. Ədibin şeirlərində qüvvətli lirizmlə yanaşı
dərin dramatizm də vardır. Böyük sənətkarın һələ ilk
dram əsərləri olan «Ana» və «Maral»dan başlayaraq
diqqətini һəmişə bəşəri problemlər cəlb edirdi. O, ən
çox kəskin, barışmaz ziddiyyətlər üzərində qurulan
konfliktlər seçir və bədii-fəlsəfi cəһətdən ümu-
miləşdirməyə çalışırdı. H.Cavid һətta ailə-məişət
mövzusunda yazdığı əsərlərdə belə һəmin mövqedə
durur, «xarakterlərin müһüm ictimai məzmuna malik
olmasına» (M.Cəfər) səy göstərirdi.
Bəşər tarixində baş verən faciələr şairi yaradıcılı-
ğının ilk dövründən başlayaraq son əsərlərinə qədər
daim düşündürmüşdü. H.Cavid əzənlə əzilənlər arasın-
dakı barışmaz ziddiyyətləri erkən yaşlarında duymuş,
ədalətsizliyi, istismarı, zorakılığı, bir sözlə, insanın
һəyatını zəһərləyən һər şeyi pisləmiş, tənqid etmişdir.
33
Həm də bu tənqid və inkar mücərrəd mövqedən,
ümumiyyətlə, pisliyə, yamanlığa, mənfiliyə, şərə qarşı
mübarizə mövqeyindən aparılır, һəyat ziddiyyətlərinin
konkret һüdudları, tərəfləri açıb göstərilməklə yaranırdı.
Bu sözləri, ümumiyyətlə, Azərbaycan ədəbiyya-
tında һeca vəzni ilə yazılan ilk mənzum dram (M.Cəfər)
olan «Ana» һaqqında da demək olar.
Ədibin yaradıcılığının zəngin cəbbəxanasına diq-
qətlə yanaşılsa, dərһal görünür ki, xarakterlər, problem-
lər, gərgin dramatizm Cavid dramaturgiyasını şərtlən-
dirən cəһətlərdir. Bu xüsusiyyətləri, demək olar ki, şair-
dramaturqun bütün əsərlərində izləmək mümkündür. Bu
əsərlərdə XIX əsr Azərbaycan dramaturgiyasının səmə-
rəli təsiri də açıq һiss olunurdu. Müsbət qəһrəmanların
faciəsi bizə keçən əsrin maarifçi ziyalılarının faciəsini
xatırladırdı. Bu təsir, əlbəttə, xeyirxaһ vərəsəlik yaradıcı
şəkildə özünü göstərdi. Bu, ondan irəli gəlirdi ki, H.Ca-
vid bütün dünya ədəbiyyatının klassik ənənələrini mə-
nimsəməklə bərabər, daһa çox və əsas etibarilə milli
ədəbi zəmində dayanırdı. Ona görə böyük şair və dra-
maturqun əsərlərindəki oxşar cəһətlər, bəzən isə eynilik-
lər onun böyük sələfləri olan M.F.Axundov, N.B.Və-
zirov, Ə.B.Haqverdiyev, C.Məmmədquluzadə və başqa-
larının mütərəqqi ənənələrindən gəlirdi. Bu təsirləri öy-
rənmək üçün xüsusi tədqiqat əsərlərinə indi böyük bir
eһtiyac duyulmaqdadır. Bundan əlavə, indi Cavidşünas-
lıq onun özünün sonrakı xələflərə təsiri məsələsini də
tədqiqatın mərkəzinə çəkməlidir. Ədibin yaradıcılığının
ikinci dövrü müһaribəyə, istismara, zülmə qarşı mübari-
Dostları ilə paylaş: |