19
CƏHƏNNƏMİN DİVARLARI
“De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də
istəyir inanmasın". Biz zalımlar üçün elə bir od hazırlamışıq ki, onun
divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal
kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis
məskəndir!”. (əl-Kəhf 29). İbn
Abbas – radıyallahu anhu – deyir ki:
“Atəşdən divar mənasındadır”. Əbu Səid əl-Xudri – radıyallahu anhu –
rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu:
«Atəşdən dörd divardır. Hər divarın qalınlığı 40 illik məsafəir”
63
.
CƏHƏNNƏMİN UĞULTUSU VƏ QƏZƏBİ
“(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət
(Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan
(Cəhənnəmdən)
uzaqlaşdırılmış olacaqlar. Onlar (Cəhənnəmin)
uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi
(nemətlər) içində əbədi qalacaqlar”. (əl-Ənbiya 101-102). “O (atəş)
onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və
uğultusunu eşidərlər”. (Furqan 12). “Rəbbini inkar edənləri cəhənnəm
əzabı gözləyir. Ora necə də pis məskəndir! Onlar (özləri kimi kafirlərlə)
qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu
eşidəcəklər! O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun.
Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan
(məzəmmətlə): “Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər
gəlməmişdimi?” – deyə soruşacaqlar”. (əl-Mulk 6-8). Şəhiq –
Cəhənnəmdən çıxan səs, eşşək səsi kimi. Şəhiq – sinədən gələn səs.
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Kim mənim
söyləmədiyim bir şeyi mənə isnad edərsə özünə Cəhənnəmin iki gözü
arasında bir yer hazırlasın”. Səhabələr: “Ya Rəsulullah! Cəhənnəmin iki
gözümü var?”. O: “Bəli” dedi və bu ayəni oxudu: “O (atəş) onları
uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu
eşidərlər”. (Furqan 12). Uzaqdan – kəliməsini
100 il məsafəsində
olduğunu söyləmişlər. Muğis b. Səmi – rahmətullahi aleyhi - deyir ki:
“Cəhənnəm hər gün iki dəfə uzun uzadı nəfəs alıb verir. Bunu da
imtahana məruz qalan insan və cinlərdən başqa hər bir şey eşidir (Başqa
rəvayətdə: Qiyamət günü bunu eşidən Mələklər və Peyğəmbərlər
qorxudan səcdəyə qapanırlar və: Ya Rəbbim! Nəfsim, nəfsim. Bu gün
nəfsimdən başqa heş kimsəyə zamin deyiləm” deyərlər)”. “O gün
63
Tirmizi.
20
(Qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi
(cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!”. (ən-Nəhl 111).
CƏHƏNNƏMİN DƏRƏCƏLƏRİ VƏ ÇÜXURLARI
“(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı
təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!”. (ən-Nisa
145). “Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar
və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!”. (əl-
Ənam 132). “Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın
qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın)
yeri Cəhənnəmdir. O yer necə də pisdir! Onların Allah yanında (bir-
birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir”.
(Ali İmran 162-163). AbdurRahman b. Zeyd b. Əsləm
– rahmətullahi
aleyhi -
deyir ki: “Cənnətin dərəcələri yuxarıya doğru çıxar, Cəhənnəmin
dərəcələri isə aşağıya doğru enər”. İbn Əbi Dunyə, İkrimə –
radıyallahu
anhu – dan rəvayət edir ki:
“(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var.
Hər qapıdan müəyyən bir dəstə girər”. (əl-Hicr 44) ayəsində:
“Cəhənnəmin yeddi təbəqəsi vardır” deyər. Əbu Hureyrə: “(Ya Rəsulum!)
Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç
vaxt onlara yardım edən tapmazsan!”. (ən-Nisa 145) aysinin təfsirində
deyir ki: “Dərkul Əsfəl” üzəri qapılarla bağlı olub üstən və altdan atəş
yağan yerdir. Ayədə olduğu kimi: “Onların üstlərində və altlarında
oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla)
qorxudur. Ey bəndələrim! Məndən qorxun!”. (əz-Zumər 16). İbni
Mubarək, Yəhyə b. Əyyubdan, o da Ubeydullah b. Zuhridən, o da Əbu
Yəsar – rahmətullahi aleyhi –
dən rəvayət edir ki: “Cəhənnəmin hər
qatında yetmiş yer vardır. Hər bir yerdə fərqli bir əzab vardır ki, o əzabı
digər yerdə görə bilməzsən”. İbn Ömər – radıyallahu anhu – rəvayət edir
ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmin yeddi
qapısı vardır (Başqa rəvayətdə: Süvari iki qapı arasını 70 ilə qət edər).
Onlardan biri mənim ümmətimə qılınc qaldıranlar üçündür»
64
. İbn Cureyc
“(Cəhənnəmin) yeddi qapısı var” ayəsinin təfsirində deyir:
1. Cəhənnəm.
2. Laza (od).
3. Hutəmə (odlanmış),
4. Səhr (Cəhənnəm),
5. Səqər (alov).
6. Cahim. 7. Həviyə (uçurum) Əbu Cəhl bu qatdadır”
65
. Ubey b. Kəbb –
radıyallahu anhu – deyir ki: «Cəhənnəmin yeddi qapısı vardır. Bunlardan
biri Hərurilər üçündür»
66
. İbn Ömər – radıyallahu anhu – deyir ki:
64
Tirmizi, İmam Əhməd.
65
İbn Əbi Dunyə.
66
Əhməd 2/94.