CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

 

19 


CƏHƏNNƏMİN DİVARLARI 

“De:  "Haqq  Rəbbiniz  tərəfindəndir.  Kim  istəyir  inansın,  kim  də 

istəyir  inanmasın".  Biz  zalımlar  üçün  elə  bir  od  hazırlamışıq  ki,  onun 

divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal 

kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis 

məskəndir!”.  (əl-Kəhf  29).  İbn

  Abbas  –  radıyallahu  anhu  –  deyir  ki: 

“Atəşdən  divar  mənasındadır”.  Əbu  Səid  əl-Xudri  –  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Atəşdən dörd divardır. Hər divarın qalınlığı 40 illik məsafəir”

63

.  



 

CƏHƏNNƏMİN UĞULTUSU VƏ QƏZƏBİ 

(Yaxşı  əməllərin  mükafatı  olaraq)  öncədən  özlərinə  ən  gözəl  nemət 

(Cənnət,  əbədi  səadət)  yazılmış  kəslər  –  məhz  onlar  ondan 

(Cəhənnəmdən) 

uzaqlaşdırılmış  olacaqlar.  Onlar  (Cəhənnəmin) 

uğultusunu  eşitməyəcəklər.  Onlar  (Cənnətdə)  ürəklərinin  istədiyi 

(nemətlər)  içində  əbədi  qalacaqlar”.  (əl-Ənbiya  101-102).  “O  (atəş) 

onları  uzaqdan  görüncə  (kafirlər)  onun  qəzəblə  qaynamasını  və 

uğultusunu eşidərlər”. (Furqan 12). “Rəbbini inkar edənləri cəhənnəm 

əzabı gözləyir. Ora necə də pis məskəndir! Onlar (özləri kimi kafirlərlə) 

qaynayan  Cəhənnəmə  atıldıqları  zaman  onun  dəhşətli  uğultusunu 

eşidəcəklər!  O,  (kafirlərə  olan)  qeyzindən  az  qala  parça-parça  olsun. 

Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan 

(məzəmmətlə):  “Məgər  sizə  (Allahın  əzabı  ilə)  qorxudan  bir  peyğəmbər 

gəlməmişdimi?”  –  deyə  soruşacaqlar”.  (əl-Mulk  6-8).  Şəhiq  – 

Cəhənnəmdən  çıxan  səs,  eşşək  səsi  kimi.  Şəhiq  –  sinədən  gələn  səs. 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Kim  mənim 

söyləmədiyim  bir  şeyi  mənə  isnad  edərsə  özünə  Cəhənnəmin  iki  gözü 

arasında  bir  yer  hazırlasın”.  Səhabələr:  “Ya  Rəsulullah!  Cəhənnəmin  iki 

gözümü  var?”.  O:  “Bəli”  dedi  və  bu  ayəni  oxudu:  “O  (atəş)  onları 



uzaqdan  görüncə  (kafirlər)  onun  qəzəblə  qaynamasını  və  uğultusunu 

eşidərlər”.  (Furqan  12).  Uzaqdan  –  kəliməsini  100  il  məsafəsində 

olduğunu  söyləmişlər.  Muğis  b.  Səmi  –  rahmətullahi  aleyhi  -  deyir  ki: 

“Cəhənnəm  hər  gün  iki  dəfə  uzun  uzadı  nəfəs  alıb  verir.  Bunu  da 

imtahana  məruz  qalan  insan  və  cinlərdən  başqa  hər  bir  şey  eşidir  (Başqa 

rəvayətdə:  Qiyamət  günü  bunu  eşidən  Mələklər  və  Peyğəmbərlər 

qorxudan  səcdəyə  qapanırlar  və:  Ya  Rəbbim!  Nəfsim,  nəfsim.  Bu  gün 

nəfsimdən  başqa  heş  kimsəyə  zamin  deyiləm”  deyərlər)”.  “O  gün 

                                                        

63

 Tirmizi.  




 

20 


(Qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi 

(cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!”. (ən-Nəhl 111).  

 

CƏHƏNNƏMİN DƏRƏCƏLƏRİ VƏ ÇÜXURLARI 



(Ya  Rəsulum!)  Əlbəttə,  münafiqlərin  yeri  Cəhənnəmin  ən  aşağı 

təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!”. (ən-Nisa 

145). “Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar 

və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!”. (əl-

Ənam  132).  “Allahın  rizasını  qazanmaq  ardınca  gedən  şəxs,  Allahın 

qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) 

yeri  Cəhənnəmdir.  O  yer  necə  də  pisdir!  Onların  Allah  yanında  (bir-

birindən  fərqli)  dərəcələri  vardır.  Allah  onların  etdiyi  işləri  görəndir”. 

(Ali  İmran  162-163).  AbdurRahman  b.  Zeyd  b.  Əsləm  –  rahmətullahi 

aleyhi -

 

deyir ki: “Cənnətin dərəcələri yuxarıya doğru çıxar, Cəhənnəmin 



dərəcələri  isə  aşağıya  doğru  enər”.  İbn  Əbi  Dunyə,  İkrimə  –  radıyallahu 

anhu  –  dan  rəvayət  edir  ki:  (Cəhənnəmin)  yeddi  qapısı  (təbəqəsi)  var. 

Hər  qapıdan  müəyyən  bir  dəstə  girər”.  (əl-Hicr  44)  ayəsində: 

“Cəhənnəmin yeddi təbəqəsi vardır” deyər. Əbu Hureyrə: (Ya Rəsulum!) 



Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç 

vaxt  onlara  yardım  edən  tapmazsan!”.  (ən-Nisa  145)  aysinin  təfsirində 

deyir  ki:  “Dərkul  Əsfəl”  üzəri  qapılarla  bağlı  olub  üstən  və  altdan  atəş 

yağan  yerdir.  Ayədə  olduğu  kimi:  “Onların  üstlərində  və  altlarında 

oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) 

qorxudur.  Ey  bəndələrim!  Məndən  qorxun!”.  (əz-Zumər  16).  İbni 

Mubarək,  Yəhyə  b.  Əyyubdan,  o  da  Ubeydullah  b.  Zuhridən,  o  da  Əbu 

Yəsar  –  rahmətullahi  aleyhi  –

 

dən  rəvayət  edir  ki:  “Cəhənnəmin  hər 



qatında yetmiş yer vardır. Hər bir yerdə fərqli bir əzab vardır ki, o əzabı 

digər yerdə görə bilməzsən”. İbn Ömər – radıyallahu anhu – rəvayət edir 

ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmin yeddi 

qapısı  vardır  (Başqa  rəvayətdə:  Süvari  iki  qapı  arasını  70  ilə  qət  edər). 

Onlardan biri mənim ümmətimə qılınc qaldıranlar üçündür»

64

. İbn Cureyc 



“(Cəhənnəmin) yeddi qapısı var” ayəsinin təfsirində deyir: 1. Cəhənnəm

2. Laza (od). 3. Hutəmə (odlanmış), 4. Səhr (Cəhənnəm), 5. Səqər (alov). 

6. Cahim. 7. Həviyə (uçurum) Əbu Cəhl bu  qatdadır”

65

. Ubey b. Kəbb  – 



radıyallahu anhu – deyir ki: «Cəhənnəmin yeddi qapısı vardır. Bunlardan 

biri  Hərurilər  üçündür»

66

.  İbn  Ömər  –  radıyallahu  anhu  –  deyir  ki: 



                                                        

64

 Tirmizi, İmam Əhməd.  



65

 İbn Əbi Dunyə.  

66

 Əhməd 2/94.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə