CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

 

23 


buraxar”. Sələflər deyirlər ki: “Qəlb xaric hər şeyi yandırar və bu halı ilə 

bağırar”. İbn Zeyd – rahmətullahi aleyhi -

 

deyir ki: “Onların sümüklərini 



parçalayar  və  sonra  əvvəlki  halını  alar,  dərisi  də  həmçinin”.  (Allah 

dərgahından  belə  bir  nida  gələcəkdir:)  “Onu  tutub  qandallayın!  Sonra 

da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə 

bağlayın!  Çünki  o,  böyük  olan  Allaha  inanmırdı”.  (əl-Həqqa  30-32).

 

Kəb – rahmətullahi aleyhi -



 

deyir ki: “Üzü üstə Cəhənnəmə sürüklənirlər. 



Sürüklənmənin  şiddətindən  əti,  sümükləri  hətta  beyni  də  dağılır”. 

“Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə 

də)  Cəhənnəm  odu  içərisində  olacaqlar.  (Yaxud  günahkarlar  heyrət, 

yanlışlıq  və  dəlilik  içindədirlər).  O  gün  onlar  üzüstə  Cəhənnəmə 

sürüklənəcək  (və  onlara):  “Duyun  Cəhənnəmin  (ələmini)  təmasını!” 

(deyiləcəkdir)”.  (Qəmər  47-48).  “Kitabı  (Quranı)  və  peyğəmbərlərimizə 

göndərdiklərimizi  (vəhyi,  möcüzələri  və  hökmləri)  yalan  hesab  edənlər 

(bu  hərəkətlərindən  dolayı  hansı  cəzalara  məruz  qalacaqlarını)  mütləq 

biləcəklər! O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda 

sürüklənəcəklər  Cəhənnəmə  (qaynar  suya)  tərəf,  sonra  odda 

yandırılacaqlar,  Sonra  da  onlara  belə  deyiləcəkdir:  “Haradadır  şərik 

qoşub ibadət etdikləriniz...”. (əl-Mumin 70-72).  

 

CƏHƏNNƏMLİKLƏRİN YEMƏYİ VƏ İÇMƏYİ 

«İrindən  başqa  yeməyi  də  yoxdur.  Onu  ancaq  günahkarlar  yeyər». 

(əl-Haqqa  36,37).  «Onların  yeməyi  (zəhərdən  və  acı)  zəridən  başqa  bir 

şey  olmayacaqdır.  (O,  yemək  onlara)  nə  qüvvət  verər,  nə  də  aclıqdan 

qurtarar».  (əl-Ğaşiyə  6-7).  «(Ey  insanlar!)  Qonaq  olmağa  bu  Cənnət 

yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalimlər üçün bir bəla etdik. O, 

elə  bir  ağacdır  ki,  Cəhənnəmin  lap  dibindən  çıxar.  Onun  meyvəsi 

şeytanların  başı  kimidir.  Onlar  ondan  yeyəcək  və  qarınlarını  onunla 

dolduracaqlar.  Sonra  onlar  üçün  (içməyə)  qaynar  su  ilə  qatışmış  irin 

vardır.  Daha  sonra  onların  qayıdacaqları  yer  mütləq  yenə 

Cəhənnəmdir!». (əs-Saffət 62-68). «Həqiqətən (Cəhənnəm-dəki) zəqqum 

ağacı künahkar kimsənin yeməyidir». (əd-Duhan 43-44). “Sonra, siz ey 

(haqq)  yoldan  azanlar,  (haqqı)  dananlar!  Şübhəsiz  ki,  zəqqum 

ağacından  (onun  meyvəsindən)  yeyəcəksiniz,  Qarınlarınızı  onunla 

dolduracaqsınız.  Üstündən  də  (sizə  bərk  yanğı  gəldiyi  üçün)  qaynar  su 

içəcəksiniz.  Özü  də  onu  susuzluq  xəstəliyinə  tutulmuş  (dəvə)  kimi 

içəcəksiniz. Bu onların haqq-hesab günündəki ziyafətidir. (Ey kafirlər!) 

Biz 

sizi 

(yoxdan) 

yaratdıq.  Məgər  (qiyamət  günü  yenidən 

dirildiləcəyinizi)  təsdiq  etməzmisiniz?”.  (əl-Vaqiə  51-57).

 

Ənəs b. Məlik 



–  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 


 

24 


səlləm  -  buyurdu:  «Əgər  Zəqqumdan  bir  damcı  bu  dünyaya  düşsəydi  o, 

damcı  dünyadakı  canlıların  yaşayışını  təmin  edən  hər  bir  şeyi  məhv 

edərdi.  Artıq zəqqumdan başqa yeyəcəyi  olmayan Cəhənnəm əhlinin  halı 

necədir?»

71

. İbn  Abbas – radıyallahu anhu – deyir ki: “Zəqqum ağacının 



əslinin atəşdən  olduğunu bildirdi”. Həsən – radıyallahu anhu – deyir ki: 

“Kökü  Cəhənnəmin  dərinliklərindən  və  budaqları  üst  tərəfinə  qədər 

uzanır”. Başqa rəvayətdə: “O, qaynayan bir ağacdır”. Cəfər, Əbu Umran 

əl-Cuvəni  –  rahmətullahi  aleyhi  -  rəvayət  edir  ki:  “Bizə  çatan  xəbərlərə 

görə ondan alınan hər bir loxmanın qarşılığında o, da eynisini onu alandan 

alır”.  “Daha  sonra  onların  qayıdacaqları  yer  mütləq  yenə 



Cəhənnəmdir!».  (əs-Saffət  62-68).  Zəqqum  yedikdən  və  qaynar  su 

içdikdən  sonra  onları  Cəhənnəmə  geri  götürürlər.  Ayə  qaynar  suyun 

Cəhənnəmdən  kənarda  olduğuna  dəlalət  edir.  Onlar  Dəvənin  suya 

götürülməsi  kimi  götürülürlər.  Sonra  isə  Cəhənnəmə  qaytarılırlar. 



(Onlara  belə  deyiləcəkdir:)  “Bu,  günahkarların  yalan  hesab  etdikləri 

Cəhənnəmdir!”  Onlar  onunla  (Cəhənnəm  odu  ilə)  qaynar  su  arasında 

dolanıb  duracaqlar”.  (ər-Rahmən  43-44).  Qatadə,  İbni  Cureyc  – 

rahmətullahi aleyhi - və s. Rəvayət etmişlər. «Dərgahımızda qandallar və 

Cəhənnəm.  Boğaza  tıxılıb  qalan  yemək  (zəqqum)  və  şiddətli  əzab 

vardır!». (əl-Muzəmmil 12-13). İbn Abbas – radıyallahu anhu – deyir ki: 

“O, insanın boğazına ilişən bir tikandır (Tikanlı bitki). Nə aşağı gedər, nə 

də geri çıxar”. “Bu gün bax burda onun yaxın bir dostu yoxdur. İrindən 

başqa bir yeməyi də yoxdur”. (əl-Həqqa 35-37).

 

İbn Abbas – radıyallahu 



anhu  –  deyir  ki:  “O,  onların  ətlərindən  axan  qan  və  sudur.  (Atəş  əhlinin 

yarasından axan sarı su) Bu da onların yeməyidir”.  

 

CƏHƏNNƏM XƏSTƏLİKLƏRİ 

Şəfi b. Mati – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəmdə 70 xəstəlik 

(növü)  vardır  və  bunların  hər  birinin  Cəhənnəmin  fərqli  yerlərində 

olduğunu  bildirdi”.  Aməş,  Mucahid  –  rahmətullahi  aleyhi  -  rəvayət  edir 

ki:  “Cəhənnəm  əhli  qoturluq  xəstəliyinə  tutulurlar.  Özlərini  o  qədər 

qaşıyırlar  ki,  sümükləri  görsənməyə  başlayar  və  deyərlər:  “Nə  üçün  bu 

xəstəlik  bizi  tutmuşdur?”.  Onlara:  “Möminlərə  əziyyət  etdiyiniz  üçün” 

deyilər.  

 

CƏHƏNNƏMLİKLƏRİN QOXUSU 

Əbu  Bəkr  b.  Ayyaş  –  rahmətullahi  aleyhi  -  deyir  ki,  bir  nəfər 

Məhkulun  belə  dediyini  bildirdi:  “Cəhənnəm  əhlinə  bir  qoxu  gəlir  və 

onlar: “Ey Rəbbimiz! Cəhənnəmə girdiyimiz gündən bəri bundan daha pis 

                                                        

71

 Tirmizi 2584, Səhihul Cəmi 5126. 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə