CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

 

21 


“Cəhənnəmin yeddi qapısından hər biri bir pis əməl üçün varsa, Cənnətin 

səkkiz qapısının hər biri bir saleh əməl üçün vardır”.  

 

CƏHƏNNƏMİN SUYU 

«Cəhənnəm  odu  onların  üzlərini  yandırar.  Onlar  orada  dişləri 

ağarmış vəziyyətdə durarlar». (əl-Muminun 104). «Onların dəriləri yanıb 

bişdikcə  əzabı  (həmişə)  dadsınlar  deyə  o,  dəriləri  başqası  ilə  əvəz 

edəcəyik».  (ən-Nisa  56).  «Onlar  orada  nə  bir  sərinlik,  nə  də  içməyə  bir 

şey tapacaqlar. Qaynar sudan və irindən başqa». (ən-Nəbə 24-25). «Hələ 

qarşıda  Cəhənnəm  vardır.  İrinli-qanlı  sudan  içirdiləcəkdir.  O,  irinli-

qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm 

gələr  lakin  ölməz».  (İbrahim  16-17).  «Onlar  imdad  istədikdə  onlara 

qətran  (yaxud  yaradan  axan  irin  qan)  kimi  üzlərini  büryan  edən  bir  su 

ilə  kömək  ediləcəkdir.  O,  nə  pis  içki,  o  (Cəhənnəm)  necə  də  pis 

məskəndir!».  (əl-Kəhf  29).  “O  (atəş)  onları  uzaqdan  görüncə  (kafirlər) 

onun  qəzəblə  qaynamasını  və  uğultusunu  eşidərlər”.  (əl-Furqan  12). 

“Onlar  (özləri  kimi  kafirlərlə)  qaynayan  Cəhənnəmə  atıldıqları  zaman 

onun  dəhşətli  uğultusunu  eşidəcəklər!  O,  (kafirlərə  olan)  qeyzindən  az 

qala  parça-parça  olsun”.  (Mulk  7-8).  “Rəbbi  barəsində  mübahisə 

aparan  bu  iki  zümrə  (möminlər  və  kafirlər  bir-birinə)  düşməndir.  Onu 

inkar  edənlər  üçün  atəşdən  paltar  biçilmişdır;  başlarına  da  qaynar  su 

töküləcəkdir.  O  su  ilə  qarınlarında  olanlar  (bağırsaqları,  ciyərləri)  və 

dəriləri  əridiləcəkdir.  Hələ  onlar  üçün  (başlarına  vurulacaq)  dəmir 

toppuzlar  da  vardır”.  (əl-Həcc  19-21).

 

Rəsulullah  -  sallallahu  aleyhi  və 



səlləm  –  Sədid  -  suyu  haqqında  buyurdu:  «O,  ağıza  yaxınlaşdırılacaq  və 

onu  (Cəhənnəmdə  əzab  çəkən)  heyvanın  su  içdiyi  kimi  içər.  Su  onun 

sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq. O, 

suyu  içəndə  isə  onun  bağırsaqları  parça-parça  olub  arxa  dəlikdən 

çıxacaqdır»

67

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Cəhənəmliklərin 

başlarına qaynar su tökülür. Bu su vücudlarına nüfuz  edəcəkdir. Belə ki, 

qarınlarına  qədər  çatır,  içlərində  nə  var,  nə  yox  hamısını  atar  (çölə)  və 

ayaqlarını  deşib  keçər.  “O  su  ilə  qarınlarında  olanlar  (bağırsaqları, 



ciyərləri)  və  dəriləri  əridiləcəkdir”.  (əl-Həcc  20).  sonra  əriyən  bədənləri 

əvvəlki  halını  alar”

68

.  İbn  Məsud  –  radıyallahu  anhu  –  deyir  ki,  kim 



Sədidi görmək istəyirsə buna baxsın – deyərək insanları məscidə yönəldir. 

Əbu Səid əl-Xudri – radıyallahu anhu – deyir ki, bu su yağın çöküntüsünə 

                                                        

67

 Əhməd.  



68

 Tirmizi “Cəhənnəm” 4, 2585.

  



 

22 


oxşayır  və  onu  üzə  yaxınlaşdırdıqda  başın  dərisi  onun  üstünə  düşər». 

(Allah əzab mələklərinə buyurar:) “Onu tutub Cəhənnəmin tən ortasına 

sürüyün!  Sonra  başına  əzab  olaraq  qaynar  su  tökün!  (Və  ona  belə 

deyin:)  “(Bu  əzabı)  bir  dad  görək!  Sən  ki  (öz  aləmində)  çox  qüvvətli, 

möhtərəm  bir  şəxs  idin!”.  (əd-Duhan  47-50).

 

Sələf  alimləri  bu  ayənin 



Əbu  Cəhl  haqqında  nazil  olduğunu  söyləyirlər.  Əvzai  –  rahmətullahi 

aleyhi -

 

deyir ki: “Əbu Cəhl Qiyamət günü gətirilir və başının ortasından 



bir  yarığ  açılır.  Sonra  bir  qab  su  gətirilir  və  bu  yarığa  tökülür  və  ona: 

“Dad, sən özünü çox şərəfli  və böyük  görürdün”. Həmim – İbn  Abbas – 



radıyallahu  anhu  –  deyir  ki:  “Yandırıb  yaxan  sudur”.  Dahhaq  – 

rahmətullahi  aleyhi  -

 

deyir  ki:  “Həmim  –  Allah  yer  və  göyləri  yaratdığı 



gündən  bəri,  Cəhənnəm  əhli  o  sudan  içənə  qədər  qaynayar  və  bu  su 

onların  başlarına  tökülər”.  İbni  Zeyd  –  rahmətullahi  aleyhi  -

 

deyir  ki: 



Həmim – Cəhənnəm əhlinin atəş hovuzlarında toplanan göz yaşlarıdır və 

bu su onlara içirdilir”. Ğasaq – İbn Abbas – radıyallahu anhu – deyir ki: 

“Kafirin dərisi ilə əti arasından axan şeydir”. Atiyyə – rahmətullahi aleyhi 

-

 

deyir  ki:  “Cəhənnəm  əhlinin  dərisindən  axan  su”.  Əbu  Səid  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  «Əgər  Ğasaqdan  bir  qab  bu  dünyaya  tökülsəydi  onun 

pis  qoxusunu  dünya əhli  hiss  edərdi”

69

.  Mucahid  –  rahmətullahi  aleyhi  -



 

deyir  ki:  “Ğasaq  –  həddən  çox  soyuq  olduğu  üçün  dadına  baxılmayan 

sudur”.  Cabir  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 

 buyurdu: «Uca və Böyük olan Allah içki içən 



şəxsə  Tinətul  Xabəldən  içirəcəyinə  söz  vermişdir».  Səhabələr:  «Ey 

Allahın  Rəsulu!  Tinətul  Xabəl  nədir?»  deyə  soruşdular.  Peyğəmbər: 

«Cəhənnəm sakinlərinin təri və ya (yanmaları nəticəsində) bədənlərindən 

axan sudur»

70

Muhl – Əli, İbn  Abbas - radıyallahu anhum 



 deyirlər ki: 

Muhl – Yağın çöküntüsü kimi qaradır”.  

 

CƏHƏNNƏM ATƏŞİ 



“Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir. 

(Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır)”. 

(əl-Məaric  15-16).  “(Ya  Peyğəmbər!)  Sən  nə  bilirsən  (haradan  bilirsən) 

ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! İnsanı 

yandırıb-yaxar!”.  (əl-Muddəssir  27-29).  Saleh  b.  Həyan,  İbn  Bureydə  

radıyallahu  anhu 

  dan  rəvayət  edir  ki:  “O  (heç  kəsi  sağ)  qoymaz  və 



(salamat)  buraxmaz!  –  Sümükləri,  əti,  beyni  yeyər  və  insanı  belə 

                                                        

69

 Əhməd, Tirmizi, Həkim.  



70

 Müslim 3/1587. 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə