CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

 

37 


baxıb gəldikdən sonra: «İzzətinə and olsun ki, bir nəfər də belə qalmayıb 

hamının  ora  girməsindən  qorxuram»  dedi

101

.  Əbu  Hureyrə,  Ənəs  – 



radıyallahu  anhum  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  «Cənnət  məkruhlarla  (nəfsin  xoşlanmadığı  şeylərlə), 

Cəhənnəm  isə  şəhvətlərlə  bəzədilmişdir»

102

.  Əbu  Musa  –  radıyallahu 



anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: 

«Qiyamət günü  olduğunda hər  müsəlmana bir Yəhudi və Xristian  verilər 

və ona: «Bu sənin atəşdən qurtuluşun üçün sənə fidyə olaraq verilmişdir» 

deyilər


103

. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu:  «Qiyamət 

günündə  müsəlmanlardan bəzi  kimsələr  dağlar misalı  günahlarla gəlirlər. 

Lakin  Allah onların bu  günahlarından bağışlayıb  Yəhudilərə, Xristianlara 

yükləyər»

104


.  Ənəs  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  

sallallahu aleyhi və səlləm – in yanından bir cənazə keçdi. İnsanlar cənazə 

haqqında xeyirli sözlər dedilər. Peyğəmbər: «Vacib oldu!» deyə buyurdu. 

Sonra  bir  cənazə  də  keçdi.  İnsanlar  onun  haqqında  pis  sözlər  danışdılar. 

Peyğəmbər:  «Vacib  oldu!»  deyə  buyurdu.  Ömər:  «Ey  Allahın  Rəsulu! 

Vacib  olan  nədir?»  deyə  soruşdu.  Peyğəmbər:  «Birinci  cənazəni  xeyirlə 

yad  etdiniz  və  ona  Cənnət  vacib  oldu.  İkinci  cənazəni  isə  pisliklə  yad 

etdiniz  və  ona  Cəhənnəm  vacib  oldu.  Sizlər  Allahın  yer  üzündəki 

şahidlərisiniz»  deyə  buyurdu

105

.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  – 



rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Kafir 

ilə  onu  öldürən  əbədiyyən  Cəhənnəmdə  bir  yerdə  olmaz,  Allah  yolunda 

ölən ilə Cəhənnəm atəşi bir yerdə olmaz, qulun qəlbində imanla həsəd bir 

yerdə  olmaz»

106

.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 



«Sizə Cəhənnəm əhlindən xəbər verimmi?». Səhabələr: «Bəli, ey Allahın 

Rəsulu»  dedilər.  Peyğəmbər:  «Bunlar  simic,  paxıl,  təkəbbürlü 

kimsələrdir»  deyə  buyurdu

107


.  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  - 

buyurdu:  «Bir  nəfəri  gətirib  oda  atacaqlar.  Cəhənnəmdə  bağırsaqları 

qarnından bayıra çıxacaqdır və orada eşşək dəyirmanın ətrafında fırlandığı 

kimi  fırlanacaqdır.  Cəhənnəm  əhli  onun  ətrafında  toplaşıb  soruşacaqlar: 

«Ey  filankəs,  sənə  nə  olub?  Məgər  sən  bizi  günahlardan  çəkinməyə  və 

xeyirli  işlər  görməyə  çağıran  deyildin?».  O:  «Bəli,  mən  xeyirxaxlığa 

çağırırdım,  lakin  özüm  buna  əməl  etmirdim,  günahlardan  çəkindirirdim, 

                                                        

101

 Əbu Davud 4744, Tirmizi 2560, 2563, Nəsəi 7/3, Əhməd 2/332, Həkim 1/26-27.  



102

 Buxari “Rikak” 11/320, Müslim 2822, Tirmizi «Cənnət» 4/21, Əhməd 3/254.  

103

 Müslim 2767. 



104

 Müslim «Tövbə» 3/50. 

105

 Buxari «Cənaiz» 86, Müslim 949. 



106

 Müslim 1891, Əbu Davud 2495. 

107

 Buxari, Müslim 2853. 




 

38 


lakin özüm pis  işlər edirdim»

108


. İbn Ömər – radıyallahu anhu – rəvayət 

edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Bir  qadın 

evdə həps etdiyi pişiyə görə Cəhənnəmə düşdü. Pişiyi evdə həps edərək nə 

yemək  vermiş,  nə  də  onun  özü  üçün  ov  etməsinə  izn  vermişdir  (Başqa 

rəvayətdə:  Fahişə  bir  qadın  isti  bir  gündə  quyunun  ətrafında  fırlanan  və 

susuzluqdan  dilini  çıxarmış  bir  köpək  gördü.  Qadın  ayaqqabısını  çıxarıb 

(quyudan  su  götürərək)  köpəkə  verdi.  Bu  səbəblə  qadın  bağışlandı»

109


Bureydə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu 



aleyhi və səlləm - buyurdu: «Hakimlər üç cürdür. Biri Cənnətlik, ikisi isə 

Cəhənnəmlikdir.  Haqqı  bilib  doğru  hökm  verən  Cənnətlikdir,  haqqı  bilib 

(bilə-bilə) ədalətsiz  hökm verən Cəhənnəmlikdir, cahilcəsinə  hökm  verən 

də Cəhənnəmlikdir»

110

.  


 

CƏNNƏTİN VƏSFİ 

ADƏM - Əleyhissəlam - IN GİRİB ÇIXDIĞI 

CƏNNƏT HANSIDIR? 

Munzir b. Said – rahmətullahi aleyhi – təfsirdə deyir ki: Allahın Adəm 



– əleyhissəlam – söylədiyi: (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən 

zövcənlə  (Həvva  ilə)  Cənnətdə  qal  və  hər  ikiniz  oradakı  meyvələrdən, 

istədiyiniz  kimi,  bol-bol  yeyin,  yalnız  bu  ağaca  (buğdaya)  yaxın 

gəlməyin!  Yoxsa  (özünüzə)  zülm  edənlərdən  olarsınız”.  (əl-Bəqərə  35). 

Ayəsində  bir  qrup:  Allah  Adəm  –  əleyhissəlam  –  ı  Qiyamət  günü 

möminlərin girəcəyi əbədiyyət Cənnətinə salmışdır. Digər bir qrup isə: Bu 

Cənnət  başqa  bir  Cənnət  baxçasıdır.  Allah  onu  Adəm  –  əleyhissəlam  – 

üçün yaratmış və onu oraya salmışdır. Əbədiyyət Cənnəti deyildir”. Əbul 

Həsən  əl-Mərvədi  –  rahmətullahi  aleyhi  –  isə  təfsirində  deyir  ki:  “Adəm 

və Həvva – əleyhimussəlam – ın daxil olduğu Cənnət barəsində iki ixtilaf 

vardır:  1)  Bu  Cənnət  əbədiyyat  Cənnətidir.  2)  Bu  Cənnət  Allahın  ikisi 

üçün  yaratmış  olduğu  imtahan  yurdu  etdiyi  Cənnət  baxçasıdır.  Mükafat 

olaraq yaratmış olduğu əbədiyyat Cənnəti deyildir. İkinci görüşdə olanlar 

da  iki  qrupa  ayrılmışlar:  1)  Bu  Cənnətin  göydə  olduğunu  söyləmişlər. 

Çünki Adəm və Həvva – əleyhimussəlam – oradan enmişlər. 2) Bir qism 

də onun yerdə olduğunu söyləmişlər. Enməyi isə - bir yedən digər bir yerə 

keçmək kimi adlandırmışlar. (O halda) şəhərlərdən birinə gedin...”. (əl-



Bəqərə  61).  Əbu  Salih,  İbn  Abbas  -  radıyallahu  anhu  –  dan:  “Enin”  – 

ayəsi barəsində bunu zikr edir: Bir yerdən digər bir yerə getmək kimidir” 

                                                        

108


 Müslim, Səhihul Cəmi 7878. 

109


 Müslim 2242,2245.  

110


 Əbu Davud 3573.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə