CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

 

35 


dadsınlar.  Çünki  adi  insan  ora  atıldığı  zaman  əriyib  yoxa  çıxar.  Allah 

Qorusun!  

 

CƏHƏNNƏMİN GƏLİŞİ VƏ BAŞIN ÇIXMASI 



“Xeyr!  Yer  dağılıb  parça-parça  olacağı;  Rəbbinin  əmri  gəlib 

mələklər  səf-səf  duracağı  Və  Cəhənnəmin  (məhşər  meydanına) 

gətiriləcəyi  gün  –  məhz  o  gün  insan  (öz  günahlarını)  xatırlayacaqdır. 

Lakin  bu  xatırlamağın  ona  nə  faydası?!  O:  “Kaş  ki,  mən  əvvəlcədən 

(axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir”. (Fəcr 21-

24).  “O  böyük  bəla  (Qiyamət)  gələndə,  O  gün  insan  nələr  etdiyini 

(dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır. Cəhənnəm də 

hər  görənə  görünəcəkdir”.  (ən-Nəziat  34-36).  İbn  Məsud  –  radıyallahu 

anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «O,  gün  Cəhənnəm  gətrilir.  Cəhənnəmin  yetmiş  min  yuları 

olacaqdır və hər bir yularında yetmiş min mələk tutacaqdır. Mələklər (bu 

yulardan)  tutub  Cəhənnəmi  çəkib  gətirəcəklər»

98

.  Əbu  Hureyrə  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və 

səlləm – buyurdu: Qiyamət  günü Cəhənnəmdən bir baş uzanır. Görən  iki 

gözü, eşidən iki qulağı və danışan bir dili vardır və o: “Mən üç növ insan 

üçün  yaradıldım:  Təkəbbürlülər,  Allahdan  qeyrisinə  ibadət  edənlər  və 

surət  çəkənlər  üçün  (Başqa  rəvayətdə:  Zalım  idarəçilər,  haqsız  insan 

öldürən)”

99

.  



 

“SİZDƏN ELƏ BİR KƏS OLMAZ Kİ, ORAYA 

VARİD OLMASIN” – AYƏSİ BARƏDƏ 

“Sizdən  elə  bir  kəs  olmaz  ki,  oraya  varid  olmasın.  Bu,  Rəbbinin 

(əzəldən)  buyurduğu  vacib  bir  hökmdür.  (Bütün  insanlar  Cəhənnəmin 

müdhiş  mənzərəsini  onun  körpüsü  üstündən  keçərkən  öz  gözləri  ilə 

görəcəklər.  Cənnətliklər  Cəhənnəm  odunun  içindən  yanmadan,  sağ-

salamat  keçəcək,  cəhənnəmliklər  isə  ora  düşüb  əbədi  əzaba  məhkum 

olacaqlar.  Bir  qism  insan  da  müəyyən  müddət  orada  qalıb  günahı 

təmizlənəcək,  sonra  Cənnətə  qayıdacaqdır).  Sonra  Biz  Allahdan  qorxub 

pis  əməllərdən  çəkinənlərə  nicat  verəcək,  zalımları  isə  orada  diz  üstə 

çökmüş  halda  saxlayacağıq!”.  (Məryəm  71-72).  Sələflər  bu  ayəni 

eşidəndə ağlayardılar. Abdullah b. Rəvaha – radıyallahu anhu – bu ayəni 

eşitdikdə  ağlamağa  başladı.  Zövcəsini,  yaxınlarını  da  ağlatdı.  Ondan  nə 

üçün ağladığını soruşduqda o:  “Sizdən elə bir kəs olmaz ki, oraya varid 



olmasın.  Bu,  Rəbbinin  (əzəldən)  buyurduğu  vacib  bir  hökmdür  – 

                                                        

98

 Müslim 2184, 2842. 



99

 Tirmizi, Əhməd, əl-Albani “Səhih”.  




 

36 


Cəhənnəmə qəti olaraq girəcəyimi, lakin oradan çıxıb-çıxmayacağımı qəti 

olaraq  bilmədiyim  üçün  ağladım”.  Əbu  Meysərə  –  rahmətullahi  aleyhi  - 

yatağına girdiyi  zaman  dedi: “Kaşki anam  məni  doğmayaydı?”. Zövcəsi: 

“Allah səni İslamla mükafatlandırdı” dedi. O: “Allah mənim Cəhənnəmə 

girəcəyimi  bildirdiyi  halda  oradan  çıxıb-çıxmayacağımı  bildirməmişdir”. 

Həsən  –  radıyallahu  anhu  –  deyir  ki,  bir  nəfər  qardaşına:  “Ey  qardaşım, 

Cəhənnəmə  mütləq  girəcəyini  bilirsənmi?”.  O:  “Bəli”  dedi.  O,  da:  “Bəs, 

oradan çıxıb-çıxmayacağın haqda bir şey eşitdinmi?”. O: “Xey”. Onda nə 

gülürsən” dedi. Bu adamı o, gündən sonra gülən kimsə görmədi”. Həsən – 

radıyallahu anhu – deyir  ki: “Vallahi oraya  girən  hər bir  mömin üzülür. 

Allah onun Cəhənnəmə girəcəyini və çıxmayacağını bildirdiyi halda necə 

üzülməsin?”

100


.  Səhabə  və  ondan  sonra  gələnlər  Cəhənnəmə  düşmək 

barəsində ixtilafa düşdülər. Bəziləri deyirlər ki: “Bundan qəsd edilən Sırat 

körpüsüdür”.  Bu  görüşdə:  İbn  Məsud,  Cabir,  Həsən,  Qatadə, 

AbdurRahman  b.  Zeyd  b.  Əsləm  –  Allah  Onlardan  Razı  Olsun  -  və  s. 

Bəziləri də qeyd edirlər ki: Cəhənnəmə girmək – mütləqdir. Bu görüş İbn 

Abbas  –  radıyallahu  anhu  –  ya  nisbət  edilmişdir.  Lakin  mömin  üçün 

Cəhənnəm  sərin  və  salamat  olur  İbrahim  -  əleyhissəlam  –  üçün  olduğu 

kimi və s.  

 

CƏHƏNNƏMİN VƏSFİ 

“Cəhənnəm  alovlandırılacağı  zaman;  Və  Cənnət  (möminlərə) 

yaxınlaşdırılacağı  zaman;  Hər  kəs  (dünyada  bugünkü  günə  özü  üçün 

yaxşı,  pis)  nə  hazır  etdiyini  biləcəkdir!”.  (ət-Təkvir  12-14).

 

Qatadə  – 



radıyallahu  anhu  –  deyir  ki:  “Allahın  qəzəbi  və  insanların  günahları 

Cəhənnəmi  qızışdırır”.  İnsan  oğlunun  Allahın  qəzəbinə  səbəb  olan 

günahlarından ötrü Cəhənnəm qızışır. Əbu Hureyrə – radıyallahu anhu – 

rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah 

Cənnəti yaratdığı  zaman Cəbrail - əleyhissəlam - a buyurdu: “Get  ora bir 

bax!”.  O,  da  gedib  Cənətə  baxdı  və:  «(Ey  Rəbbim!)  Sənin  izzətinə  and 

olsun  ki,  onu  eşidib  və  ora  girməyən  qalmayacaqdır.  Hər  kəs  ora 

girəcəkdir» 

dedi.  Allah  Cənnətin  ətrafını  məkruhlarla  (nəfsin 

xoşlanmadığı  şeylərlə)  bəzədi  və:  «İndi  get  ora  bax!»  deyə  buyurdu. 

Cəbrail gedib ora bir də baxdı və: «Qorxuram ki, ora heç kimsə girməsin» 

dedi.  Allah  Cəhənnəmi  yaradıb  Cəbrailə:  «Get  ora  bir  bax!»  deyə 

buyurdu.  Cəbrail:  «İzzətinə  and  olsun  ki,  onu  eşidən  ora  girməyəcəkdir» 

dedi.  Sonra  Allah  Cəhənnəmin  ətrafını  şəhvətlərlə  (nəfsin  xoşladığı 

şeylərlə) bəzədi və: «Get ora bir kərə də bax!» deyə buyurdu. Cəbrail də 

                                                        

100

 Əhməd.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə