CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

 

31 


qurtuluş)  yoxdur!”.  (İbrahim  21).  Əbu  İdris  əl-Hevlanı  –  rahmətullahi 

aleyhi  -  deyir  ki:  “Nəfsimi  ağlama  günündən  öncə  ağladıram,  nəfsimi 

ağlamanın fayda vermədiyi gün gəlmədən öncə ağladıram. Sonra bir parça 

atəş gətirdi və əlini üzərinə qoydu.Yandırana qədər əlini çəkmədi və: “Ah, 

ah Cəhənnəm atəşinə, fayda verməyən günə ah, ah”.  

 

CƏHƏNNƏM ƏHLİNİN ATƏŞDƏN ÇIXMAQ 

İSTƏYİ 

“Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə 

qələbə  çaldı  və  biz  haqq  yoldan  azan  bir  camaat  olduq!  Ey  Rəbbimiz! 

Bizi  oradan  (Cəhənnəm  odundan  çıxart!  Əgər  bir  də  (Sənin  xoşuna 

gəlməyən  pis  işlərə)  qayıtsaq,  şübhəsiz  ki,  zalım  (özümüz  özümüzə  zülm 

etmiş)  olarıq”.  (Allah)  buyurar:  “Orada  zəlil  (məyus)  vəziyyətdə  durub 

qalın  və  Mənə  heç  bir  şey  deməyin!  (Cəhənnəm  odundan  xilas 

edilməyinizi  Məndən  diləməyin!)”.  (əl-Muminun  106-108).  “Od  içində 

olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç 

olmasa,  bircə  gün  əzabımızı  yüngülləşdirsin!”  (Cəhənnəm  gözətçiləri) 

deyəcəklər:  “Məgər  sizə  öz  peyğəmbərləriniz  açıq-aşkar  möcüzələr 

gətirməmişdilər?”  Onlar:  “Bəli  (gətirmişdilər)!”  –  deyə  cavab 

verəcəklər. (Cəhənnəm gözətçiləri onlara:) “Elə isə özünüz dua edin!” – 

deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz)”. (əl-

Mumin 49-50). “Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi 

buradan  çıxart  ki,  saleh  əməllər  edək.  O  əməlləri  yox  ki  (dünyada) 

edirik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə öyüd-nəsihət qəbul 

edəcək  kimsənin  öyüd-nəsihət  qəbul  edə  biləcəyi  (düşünəcək  kimsənin 

düşünəcəyi)  qədər  ömür  vermədikmi?!  Hələ  sizə  (siz  kafirləri  Allahın 

əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (Cəhənnəm əzabını)! 

Zalımların  imdadına  çatan  olmaz!”.  (Fatir  37).  “Onlar  (Cəhənnəmin 

gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi 

öldürsün  (bu  əzabdan  qurtaraq)!  O  isə  (min  ildən  sonra  onlara):  “Siz 

(həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!”. (əz-Zuxruf 

77).  İbn  Məsud  –  radıyallahu  anhu  –  deyir  ki:  “Bu  sözdən  sonra  artıq 

Cəhənnəmdən  çıxma  yoxdur”.  Qatadə  –  rahmətullahi  aleyhi  -  deyir  ki: 

“Bundan sonra qapılar qapanır, artıq  onlardan hıçqırıq, ah nalədən başqa 

bir şey hiss edilməz”. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 

“Əgər bir insan sevincdən ölmüş olsaydı Cənnət əhli ölərdi, əgər bir kimsə 

üzüntüdən  ölsəydi  Cəhənnəm  əhli  ölərdi”

83

.  Ənəs  –  radıyallahu  anhu  – 



rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

                                                        

83

 Tirmizi.  




 

32 


“Cəhənnəmdən  dörd  nəfər  çıxarılır  və  Allaha  gətirilirlər.  Biri:  “Ey 

Rəbbim!  Məni  oradan  çıxartdıqdan  sonra  geri  döndərmə”.  Allah  onu 

bağışlayar

84

.  Başqa  rəvayətdə:  Ey  Rəbbim!  Mənim  səndən  umduğum  bu 



deyildir?”  deyər.  Allah:  “Nə  umurdun?”  deyə  buyurar.  O:  “Məni  oradan 

çıxartdıqdan  sonra  geri  göndərməyəcəyini  umurdum”.  Bundan  sonra 

Allah onu bağışlayar və Cənnətə salar”

85

.  



 

CƏHƏNNƏM ZƏBBANİLƏRİ 

“Onun  üstündə  on  doqquz  (nəfər  gözətçi  mələk)  vardır.  Biz 

cəhənnəm  gözətçilərini  yalnız  mələklərdən  etdik.  Biz  onların  sayını 

ancaq  kafirlərin  imtahana  çəkilməsi,  kitab  verilənlərin  yəqinlik  hasil 

etməsi  (çünki  onların  kitablarında  bu  mələklərin  sayı  on  doqquzdur)

iman  gətirənlərin  imanının  daha  da  artması,  kitab  əhlinin  və 

möminlərin  (bununla  əlaqədar  Muhəmməd  əleyhissəlam  barəsində) 

şübhəyə düşməməsi, həmçinin qəlblərində  mərəz  (nifaq və şəkk mərəzi) 

olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri 

üçün  (on  doqquz)  etdik.  Allah  istədiyi  kimsəni  (haqq  yoldan)  belə 

sapdırır  və  istədiyini  də  doğru  yola  salır. Rəbbinin  ordularını  özündən 

başqası  bilməz.  Bu  (vəsf  olunan  Səqər)  insanlar  üçün  ancaq  bir  öyüd-

nəsihətdir!”.  (əl-Muddəssir  30-31).  Suddi  deyir  ki,  Qureyşdən  Əbu 

Əşdeyn  adlı  biri  dedi:  “Ey  Qureyş!  On  doqquz  –  sizi  qorxutmasın.  Sağ 

çiynimlə  onunu,  sol  çiynimlə  də  doqquzunu  itəliyərəm.  Siz  də  Cənnətə 

girərsiniz”  dedi.  “Ey  iman  gətirənlər!  Özünüzü  və  əhli-əyalınızı  elə  bir 



oddan  qoruyun  ki,  onun  yanacağı  insanlar  və  daşlar  (daşdan  düzəlmiş 

bütlər),  xidmətçiləri  isə  Allahın  onlara  verdiyi  əmrlərə  asi  olamayan, 

buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) 

və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”. (ət-Təhrim 6). İbrahim əl-

Həkəm  b.  Əban,  atasından,  İkrimə  –  rahmətullahi  aleyhi  -  belə  dediyini 

rəvayət edir: “Cəhənnəm əhlindən Cəhənnəmə ilk girənlər onun qapısında 

400  yüz  min  üzləri  qapqara  gözətçi  görürlər.  Allah  onların  qəlbindən 

mərhəməti almış və heç birinin qəlbində zərrə qədər də mərhəmət yoxdur. 

Birinin  çiyni  ilə  digər  çiyni  arasında  məsafə  quş  uçuşu  ilə  iki  aylıq 

məsafədir.  Sonra  qapının  üzərində  19  gözətçi  görürlər.  Birinin  köksünün 

genişliyi  70  illik  məsafədir...  (Onların  mərhəməti  yox,  sadəcə  əzab  üçün 

yaradılmışlar)”

86

.  Məlik  –  Cəhənnəm  gözətçilərinin  ən  böyüyüdür. 



Səmura  b.  Cundəb  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  sübh  namazını  qıldıqdan  sonra  hər  dəfə 

                                                        

84

 Müslim.  



85

 İbn Hibban.  

86

 İbn Əbu Hatim.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə