CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

 

25 


qoxu  hiss  etmədik?”.  Allah:  “Bu  zina  əhlinin  cinsi  orqanlarından  gələn 

qoxudur” deyə buyurar. Məzun b. Zazan – rahmətullahi aleyhi - deyir ki: 

“Mənə çatan xəbərlərdən Cəhənnəmə atılan bəzi  insanlar pis qoxularıyla 

başqalarına  əziyyət  verərlər  və  onlara:  “Vay  halınıza,  dünyada  ikən  nə 

edirdiniz?” deyərlər. Onlar: “Mən alim idim. Lakin öz elimimdən istifadə 

etməzdim”.  

 

“ONA HƏR TƏRƏFDƏN ÖLÜM GƏLƏR” 

AYƏSİNİN TƏFSİRİ 

“Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz 

(ki,  birdəfəlik  canı  qurtarsın).  Hələ  bunun  ardınca  (daha)  dəhşətli  bir 

əzab gələcəkdir!”. (İbrahim 17). Ölüm vücudunda olan hər tükün altından 

gəlir.  Dahhaq  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Ölüm  ayaq 

barmaqlarından belə gəlir, ona elə bir şiddətli əzab gəlir ki, ölüm kimidir. 

Ayaq barmaqları və tükləri belə ağrını vücudunun hər tərəfində hiss edər. 

Cəhənnəm  əhli  beləcə  ölməyəcək  və  dincəlməyəcəkdir”.  İbni  Cureyc  – 

rahmətullahi aleyhi - deyir ki: “Ruhu qırtlağına ilişib qalır, nə aşağı düşər 

nə  də çıxar. “Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə 



də  diri  kimi  diri  olacaqdır!)”.  (əl-Ələ  13).  Əvzai,  Bilal  b.  Sadın  – 

rahmətullahi aleyhi - belə dediyini bildirdi: “Qiyamət günü atəş deyəcək: 

“Ey atəş! Yandır, həlak et, geri çəkil, tut lakin öldürmə”.  

 

CƏHƏNNƏMLİKLƏRİN GEYİMİ 

«(Məgər  Cənnətdə  olanlar)  Cəhənnəm  odunda  əbədi  qalıb 

bağırsaqları  parça-parça  edən  qaynar  su  içirdiləcək  kəslər  kimi  ola 

bilərlərmi?».  (Muhəmməd  15).  «Onu  inkar  edənlər  üçün  atəşdən  paltar 

biçilmişdir. Başlarına da qaynar su töküləcəkdir». (əl-Həcc 19). «O, gün 

günahkarları  qandallanmış  görəcəksən!  Köynəkləri  qətrandan 

olacaqdır,  üz  gözlərini  də  atəş  bürüyəcəkdir!».  (İbrahim  49-50).  Əbu 

Hureyrə  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu 



aleyhi  və  səlləm 



  buyurdu:  «Geyimin  topuqlardan  aşağı  keçən  hissəsi 

Cəhənnəmdədir»

72

.  Əli,  İbn  Abbas  -  radıyallahu  anhum 



  deyirlər  ki: 

Qatran - ərinmiş qurğuşundur”. İkrimə – rahmətullahi aleyhi - deyir ki: 

“Ərinmiş  qızıldır”.  Mamər,  Qatadə  –  rahmətullahi  aleyhi  -  deyirlər  ki: 

“Qurğuşundur”. Əbu Məlik əl-Əşari - radıyallahu anhu 

 rəvayət edir ki, 



Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Ümmətimdə 

cahiliyyə  adətlərindən  qalma  dörd  əlamət  vardır  ki,  onu  heç  vaxt  tərk 

etməyəcəklər.  Əsl-nəcabətlə  fəxr  etmək,  nəsəbə  söymək,  ulduzlardan 

                                                        

72

 Buxari 5887.  




 

26 


vəsilə  istəyərək  yağmur  diləmək  və  ölünün  arxasıyca  fəryad  edərək 

ağlamaq.  Ölünün  arxasıyca  fəryad  edərək  ağlayan  kimsə  ölümündə  öncə 

tövbə  etməzsə  Qiyamət  günü  bədəni  xəstəlik  (qotur  və  ya  dəridə  xırda-

xırda 


irin) 

olacaqdır 

və 

onun 


üzərinə 

qatrandan 

geyim 

geyindiriləcəkdir»



73

.  


 

CƏHƏNNƏMİN DUMANI VƏ QIĞILCIMI 

“Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o 

sol tərəf sahibləri? (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində, 

Qapqara duman kölgəsində olacaqlar! (O kölgə başqa kölgələrdən fərqli 

olaraq)  nə  sərin,  nə  də  xoşagələndir”.  (Vaqiə  41-44).  İbn  Abbas  

radıyallahu  anhu 

  deyir  ki:  “Kölgə  dumandandır”.  Əbu  Malik  – 



rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəm dumanından  kölgə”. Qatadə – 

rahmətullahi  aleyhi  -  deyir  ki:  “İsti  küləkdir”.  “Girin  (Cəhənnəm 

tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”. (əl-Mursələt 30).

 

“O (sizə) nə 



kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. O (hər biri) bir saray boyda 

qığılcımlar saçar”. (əl-Mursələt 31-32).

 

Həsən və Dəhhaq – rahmətullahi 



aleyhi  -  deyirlər  ki:  “Saray  kimi  –  Böyük  ağacların  kökü  kimi  –  deyə 

açıqlamışlar.  Mucahid  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Ağac  və  Dağ 

parçaları kimi qığılcımlar”.  

 

CƏHƏNNƏMİN ZƏNCİRLƏRİ, QANDALLARI VƏ 



DƏMİR HALQALARI 

“Biz  kafirlər  üçün  zəncirlər,  qandallar  və  alovlu  bir  atəş 

hazırlamışıq”.  (İnsan  4).  “Acizlər  özlərini  yuxarı  tutanlara  deyərlər: 

“Xeyr  bəs  gecə-gündüz  qurduğunuz  hiylələr?  O  zaman  ki,  bizə  Allahı 

danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə 

için-için  peşman  olarlar.  Küfr  edənlərin  boyunlarına  zəncir  vurarıq. 

Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər”. (Səba 33). 

“O  zaman  ki,  boyunlarında  halqalar  və  zəncirlər  olduğu  halda 

sürüklənəcəklər.  Cəhənnəmə  (qaynar  suya)  tərəf,  sonra  odda 

yandırılacaqlar”. (əl-Mumin 71-72). “Dərgahımızda (onlardan ötrü ağır) 

qandallar və (alovlu) Cəhənnəm; Boğaza tıxanıb qalan yemək (zəqqum) 

və  (yandırıb-yaxan)  şiddətli  əzab  vardır”.  (əl-Muzəmmil  12-13).  “(Allah 

dərgahından  belə  bir  nida  gələcəkdir:)  “Onu  tutub  qandallayın!  Sonra 

da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə 

bağlayın!”.  (əl-Həqqa  30-32).  Ayənin  təfsirində:  “Arşın  70  Baa-dır.  Bir 

Baa  isə  Kufə  ilə  Məkkə  arası  qədərdir”.  İbn  Munkədir  –  rahmətullahi 

                                                        

73

 Müslim 934.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə