CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

 

29 


quyularda) qatır kimi əqrəblər, dəvələrə bənzəyən ilanlar və bayquşlar var. 

Cəhənnəm  əhli  əzablarının  bir  az  yüngülləşdirilməsini  istədikləri  zaman 

onlara:  Sahilə  gedin  –  deyilər.  Oraya  çatdıqda  bayquşlar  onları  qaparaq 

param-parça  edərlər.  Onlarda  sürətlə  atəşə  doğru  qaçarlar.  Daha  sonra 

qoturluq xəstəliyinə tutularlar. Dərilərini o, qədər qaşıyarlar ki, sümükləri 

görünməyə  başlayar.  Onlara:  Bu  sizi  narahat  edir?  Onlar:  “Bəli”. 

Deyərlər. Onlara: “Bu Müsəlmanlara etdiyiniz əziyyətə görədir”.  

 

CƏHƏNNƏMLİKLƏRİN YAŞI 

Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər 

sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə Cənnətlik olaraq ölərsə 

istər böyük, istər kiçik olsun, yaşı nə  olursa olsun  otuz yaşında bir kimsə 

olaraq Cənnətə girər və artıq bu yaş əbədiyyən dəyişməz. Cəhənnəmliklər 

üçün  də  vəziyyət  belədir  (Başqa  rəvayətdə:  otuz  üç  yaşında)»

78



Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “İstər qəzadan, istərsə 



də  yaşın  keçməsindən  ötrü  ölən  hər  kəs  33  yaşında  dirildilir.  Cənnət 

əhlidirsə:  Adəm  -  əleyhissəllam  –  boyu,  Yusuf  -  əleyhissəllam  –  ın 

surətində  (gözəlliyi), Əyyub - əleyhissəllam – ın  qəlbi üzərində yaradılır. 

Əgər Cəhənnəm əhli olarsa onu dağlar kimi böyüdər və şişirdərlər (Başqa 

rəvayətdə: İsa - əleyhissəllam – ın yaşı olaraq 33

79

)”



80

.  


 

CƏHƏNNƏM ƏHLİNİN ALLAHDAN UZAQ 

OLMALARI 

“Xeyr  (belə  deyildir).  Əslində  onların  qəlblərini  qazandıqları 

(günahlar) qaplamışdır. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum 

olacaqlar!  Sonra  Cəhənnəmə  varid  qalacaqlar.  Sonra  da  onlara:  “Bu 

sizin  (dünyada)  yalan  saydığınız  (Cəhənnəmdir)!”  deyiləcəkdir”.  (əl-

Mutaffifin 14-17).  

 

CƏHƏNNƏM ƏHLİNƏ VERİLƏN CƏZA 



“Günahkarları  isə  Cəhənnəmə  susamış  olduqları  halda  qovub 

apararıq”.  (Məryəm  86).  “Sonra,  siz  ey  (haqq)  yoldan  azanlar,  (haqqı) 

dananlar!  Şübhəsiz  ki,  zəqqum  ağacından  (onun  meyvəsindən) 

yeyəcəksiniz,  Qarınlarınızı  onunla  dolduracaqsınız.  Üstündən  də  (sizə 

bərk  yanğı  gəldiyi  üçün)  qaynar  su  içəcəksiniz.  Özü  də  onu  susuzluq 

xəstəliyinə  tutulmuş  (dəvə)  kimi  içəcəksiniz.  Bu  onların  haqq-hesab 

günündəki  ziyafətidir”.  (əl-Vaqiə  51-56).  Əbu  Səid  əl-Xudri,  Əbu 

Hureyrə  -  radıyallahu  anhum  –  ya  həqiqətən  Peyğəmbər  –  sallallahu 

                                                        

78

 Tirmizi 2565.  



79

 İbn Əbi Dunyə rəvayət etmiş bax: “Nihayə” 2/201.  

80

 Təbərani.  




 

30 


aleyhi və səlləm – buyurdu: “...Qiyamət günü olduqda bir carçı qışqıraraq: 

«Hər  ümmət  (dünyada  ikən)  kimə  ibadət  edirdisə  qoy  onun  ardınca 

düşsün».  Bundan  sonra  Allahdan  başqa  bütlərə,  tağutlara  və  s.  ibadət 

edənlərin hamısı heç bir kimsə qalmadan Cəhənnəmə sürüklənirlər. Sonda 

yalnız əməlisaleh kimsələr, (Allaha ibadət edən) günahkarlar, həmçinin də 

Kitab Əhlindən bir qurup kimsələr qalır. İlk öncə Yəhudilər çağrılırlar və 

onlardan: «(Dünyada ikən) Nəyə ibadət edirdiniz?» deyə soruşulur. Onlar: 

«Biz  Allahın  oğlu  Üzeyr  –  əleyhissəlam  –  a  ibadət  edirdik!»  deyərlər. 

Onlara:  «Yalan  deyirsiniz!  Allah  özünə  nə  bir  zövcə  (yoldaş),  nə  də  bir 

övlad  götürmüşdür!  (İndi)  Nə  istəyirsiniz?».  Onlar:  «Ey  Rəbbimiz!  Biz 

çox  susadıq,  bizə  su  ehsan  et!»  deyərlər.  Onda  onlara:  «Ora  su  içməyə 

gedərsinizmi?»  deyə  işarə  edilərək  Cəhənnəmə  sürüklənirlər.  Cəhənnəm 

onlara  şərab  (ilğım)  kimi  görsənir.  Onlar  da  onu  (su  zənn)  edib 

Cəhənnəmə tökülürlər. Sonra Xristianlar çağrılaraq onlara da: «(Dünyada 

ikən) Nəyə ibadət edirdiniz?» deyə soruşulur. Onlar: «Biz Allahın oğlu İsa 

–  əleyhissəlam  –  a  ibadət  edirdik!»  deyərlər.  Onlara:  «Yalan  deyirsiniz! 

Allah özünə nə bir zövcə (yoldaş), nə də bir övlad götürmüşdür! (İndi) Nə 

istəyirsiniz?».  Onlar:  «Ey  Rəbbimiz!  Biz  çox  susadıq,  bizə  su  ehsan  et!» 

deyərlər. Onda onlara: «Ora su içməyə gedərsinizmi?» deyə işarə edilərək 

Cəhənnəmə  sürüklənirlər.  Cəhənnəm  onlara  şərab  (ilğım)  kimi  görsənir. 

Onlar da onu (su zənn) edib Cəhənnəmə tökülürlər...”

81

.  


 

CƏHƏNNƏM ƏHLİNİN AĞLAMASI 

“Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) 

eşitməzlər”.  (əl-Ənbiya  100).  “Bədbəxt  olanlar  od  içərisində 

(Cəhənnəmdə)  qalacaqlar.  Onların  orada  ah-fəryad  gözləyir”.  (Hud 

106). Rabi b. Ənəs deyir ki: “Zəfir – boğazdan çıxan səs, Şəhik – sinədən 

çıxar”. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu 



aleyhi  və  səlləm  -  buyurdu:  “Cəhənnəm  əhli  o,  qədər  ağlayarlar  ki, 

sonunda  göz  yaşları  tükənir.  Daha  sonra  göz  yaşları  yerinə  qan  gəlməyə 

başlayar belə ki, üzlərində iz salır. Əgər gəmilər göndərilsəydi onun içində 

üzərdi”


82

.  Salih  əl-Məri  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Mənə  çatan 

xəbərlərə görə atəş əhli Cəhənnəmdə o, qədər bağırırlar ki, səsləri kəsilir. 

Belə ki, sadəcə ağrı çəkən xəstənin iniltisi kimi bir səs qalır”. Malik, Zeyd 

b.  Əsləm  –  rahmətullahi  aleyhi  –  dən:  “Yüz  il  səbr  edərlər,  yüz  il 

ağlayarlar sonra da: “İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz 



(əzabdan  xilas  ola  bilmərik).  Bizim  üçün  heç  bir  sığınacaq  (heç  bir 

                                                        

81

 Buxari 4581, Müslim 183.  



82

 İbn Məcə.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə