CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

 

45 


onlar üçün nə kimi şeylər saxlandığını heç kimsə bilməz”

123


. Əbu Səid əl-

Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi 



və  səlləm  -  buyurdu:  “Allah  Cənnət  əhlinə:  Ey  Cənnət  əhli!  Deyə  xitab 

edər.  Onlar:  “Ey  Rəbbimiz!  Sənin  iki  dəfə  çağrışını  qəbul  etdik  –  buyur. 

Xeyir  sənin  iki  əlindədir”  deyərlər.  Allah:  “Razı  oldunuzmu”  deyə 

buyurar. Onlar: “Ya Rəbbi! Necə razı olmayaq. Sən bizə məxluqatdan heç 

kimə  vermədiyin  ehsanı  verdin”  deyərlər.  Allah:  “Bundan  da  daha 

qiymətlisini  verimmi?”  deyə  buyurar.  Onlar:  “Ya  Rəbbi!  Bundan  daha 

qiymətli  nə  ola  bilər?”  deyərlər.  Allah:  “Mən  sizə  rızamı  halal  edirəm. 

Artıq bundan sonra əbədiyyən sizə qəzəb etmərəm” deyə buyurar

124

.  


 

CƏNNƏT HARADADIR 

Mücahid – rahmətullahi aleyhi – deyir ki, İbn Abbas – radıyallahu anhu 



 ya: “Cənnət haradadır?” deyə soruşdular. O: “Yeddi göyün üstündədir”. 

Ona:  “Cəhənnəm  haradadır?”.  O:  “Təbəqə-təbəqə  yeddi  dənizin 

altındadır”

125


.  

 

CƏNNƏTİN İYİ 

Abdullah  b.  Amr  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Bir  zimmini

126


  öldürən  Cənnətin 

iyini  belə  almaz.  Cənnətin  iyi  isə  40  illik  məsafədən  hiss  edilir»

127

.  Əbu 


Hureyrə  -  radıyallahu  anhum  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  «Allah  və  Rəsulunun  zimmətinə  sahib  olan 

kafiri (Muahəd) haqsız yerə öldürən kimsə Allahın əhdini pozmuşdur. Bu 

kimsə Cənnətin  iyini belə  duymayacaqdır. Halbuki Cənnətin  qoxusu qırx 

illik  məsafədən  gəlir  (Başqa  rəvayətdə:  100  illik  məsafə

128



129



.  Ənəs  – 

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Uhud  günü  müsəlmanlar  geri 

çəkildilər.  (Əmim  Ənəs  b.  Nadr  –  radıyallahu  anhu  –  hansı  ki,  Bədrdə 

iştirak  etməmişdi,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dedi:  “Ya 

Rəsulallah!  Mən  sənin  müşriklərlə  olan  birinci  döyüşündə  iştirak 

etməmişəm. Vallahi! Əgər Rəbbim mənə müşriklərlə döyüşmək imkanını 

verərsə  Allah  bilir  mən  onların  başına  nə  oyun  açacağam):  Uhud 

döyüşündə  müsəlmanlar  məğlubiyyətə  uğradıqda  o:  “Allahım,  mən 

bunların  (yoldaşlarını  qəsd  edir)  etdiklərinə  görə  Səndən  üzr  istəyirəm. 

                                                        

123


 Buxari 13/465, Müslim 2824.  

124


 Müslim.  

125


 Əbu Nuaym “Sifatul Cənnəh” 1/169-170.  

126


 Zimmi  müsəlman olmayıb müqavilə ilə müsəlman ölkəsində yaşayan şəxs (Kitab əhli, kafir və s). 

127


 Buxari 8/30.  

128


 Heysəmi “Məcmuaz Zəvaid” 6/294, Təbərani “Əvsat”, Əhməd 5/46.  

129


 Buxari 6/269, 12/259, Tirmizi 1403, İbn Məcə 2687. 


 

46 


Bunların  da  (müşrikləri  qəsd  edir)  etdiklərindən  uzaq  olduğumu 

bildirirəm”.  Daha  sonra  irəli  atıldı.  Sad  b.  Muaz  –  radıyallahu  anhu  – 

qarşısına  çıxdı.  Ənəs:  “Ey  Sad!  Nadrın  Rəbbinə  and  olsun  ki,  bu  da 

Cənnət.  Mən  onun  qoxusunu  Uhud  tərəfdən  hiss  edirəm”.  Sad:  “Ey 

Allahın Rəsulu! Mən onun etdiklərini edə bilmədim”. Ənəs – radıyallahu 

anhu  –  deyir  ki:  “Bədənində  qılınc,  nizə  zərbələrindən  80  yara  var  idi. 

Onun öldürülmüş olduğunu və müşriklər tərəfindən əzalarının kəsildiyini 

gördük.  Onu  yalnız  bacısı  barmaq  uclarından  tanıdı”.  Ənəs:  “Möminlər 

içərilərisində  elələri  də  vardır  ki,  Allaha  etdikləri  əhdə  sadiq  olarlar. 

Onlardan  kimisi  (bu  yolda)  şəhid  olmuş,  kimisi  də  (şəhid  olmasını) 

gözləyir.  Onlar  (verdikləri  sözü)  əsla  dəyişməzlər”.

 

(əl-Əhzab  23) 

ayəsinin onun və onun kimilər barəsində nazil olduğunu bilirik

130

.  


 

CƏNNƏTİN AÇARLARI 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətin açarları 

–  Lə  İləhə  İlləlahdır

131


.  Ənəs  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  bir 

bədəvi:  “Ya  Rəsulullah!  Cənnətin  açarları  nədir?”.  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Lə  İləhə  İlləllah

132


.  Vəhb  b. 

Munəbbih – rahmətullahi aleyhi – dən: «Lə İləhə İlləllah – cənnətin açarı 

deyilmidir?»  deyə  soruşan  bir  kimsəyə  o,  belə  cavab  vermişdir:  «Bəli, 

lakin  hər  açarın  dişləri  vardır.  Əgər  dişli  açar  gətirərsənsə  qapı  sənin 

üzünə  açılır.  Yox,  əgər  açarın  dişləri  olmazsa  qapı  açılmaz»

133


.  Salman 

Farisi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 



və  səlləm  –  buyurdu:  “Heç  kəs  Cənnətə  daxil  olmaz  -  Bismilləhir 

Rahmənir  Rahim  –  (yazısı)  olan  vəsiqəsi  olmadıqca.  (orada)  Bu  filan 

oğlu  filana  Allahdan  yazılı  vir  kitabdır.  O,  kimsəni  meyvəli  (baxçalı) 

yüksək bir Cənnətə yerləşdirin”

134


.  

 

CƏNNƏTİN YOLU BİRDİR 

Allah,  Qurani  Kərimdə  öz  yolundan  bəhs  edərkən  bir,  Cəhənnəm 

yollarından  bəhs  edərkən  çoxluq  kəliməsindən  istifadə  etmişdir.  “Bu, 



şübhəsiz  ki,  Mənim  doğru  yolumdur.  Onu  tutub  gedin.  Sizi  (Allahın) 

yolundan  sapdıracaq  yollara  uymayın.  (Allah)  sizə  bunları  tövsiyə  etdi 

ki,  pis  əməllərdən  çəkinəsiniz!”.  (əl-Ənam  153).  “Doğru  yolu  (İslamı) 

                                                        

130

 Buxari 6/21, H. 2805.  



131

 ən-Nihayə 2/367, Əhməd 1/242.  

132

 Əbu Nuaym “Sifatul Cənnəh” 2/38. Hədisdə Əbban var – bu kimsə İbn Əbi Ayyaşdır. Mətrukdur – 



tərk  edilmişdir.  Yəhyə  b.  Məin,  Nəsəi  bu  kimsədən  hədis  rəvayəti  tərk  etmişlər.  Şöbə  onu  yalançı 

saymışdır. Bax: Mizan əl-İtidal 1/10-15.  

133

 Buxari «Cənaiz» 3/109, Əhməd 5/242.  



134

 Heysəmi “Məcmuaz Zəvaid” 10/398, Təbərani “Kəbir”, Beyhəqi “əl-Bas vən Nuşur” 247.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə