CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

 

49 


(ən-Nəziət 40-41).  

5.  Cənnətul  Adn  –  Bütün  Cənnətlər  Ədn  Cənnətidir.  “Rəhmanın 



(Allahın)  Öz  bəndələrinə  vəd  etdiyi  və  onların  görmədiyi  Ədn 

cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir”. (Məryəm 61). “Onlar 

Ədn  cənnətlərinə  daxil  olacaq,  orada  altun  bilərziklər  və  incilərlə 

bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır”. (Fatir 33). “Allah mömin 

kişilərə  və  qadınlara  (ağacları)  altından  çaylar  axan  cənnətlər  və  Ədn 

cənnətlərində  gözəl  məskənlər  vəd  buyurmuşdur.  Onlar  orada  əbədi 

qalacaqlar.  Allahdan  olan  bir  razılıq  isə  (bunların  hamısından)  daha 

böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (ət-Tövbə 72).  

6.  Darul  Hayavan  (Həyat  Diyarı)  –  “Axirət  yurdu  isə,  şübhəsiz  ki, 



əbədi  həyatdır.  Kaş  biləydilər!  (Əgər  bilsəydilər,  axirəti  dünyaya 

dəyişməzdilər)”.  (əl-Ənkəbut  64).  Axirət  –  yəni  Cənnət  əsl  dirilik  (yəni) 

içində ölüm olmayan bir həyatın yurdudur.  

7. Cənnətul Firdous (Böyük Baxça) – “Onlardır (bilin) varis olanlar – 

Firdovs  cənnətinə  varis  olanlar,  orada  əbədi  qalanlar!”.  (əl-Muminun 

10-11).  “İman  gətirib  yaxşı  işlər  görənlərin  mənzili  isə  Firdovs 

cənnətləri  olacaqdır!”.  (əl-Kəhf  107).  Firdous  –  Cənnətin  ən  yüksəyi 

olduğu  üçün  söylənilən  addır.  Digər  Cənnətlərə  görə  ən  üstün  olan  bu 

Cənnətə  bu  isim  daha  layiqdir.  Firdousun  əsl  mənası  –  Baxça  deməkdir. 

Kab – rahmətullahi aleyhi – deyir ki: “Firdous içində üzümlər olan baxça 

deməkdir”.  Ərəblərin  sözləri  arasında  eşitdimki:  “Firdous  –  daha  çox 

üzümü olan bir-birinə girmiş ağaclar deməkdir”. Bəra - radıyallahu anhu 



  nun  qızı  Ummu  Rabi,  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  in 

yanına  gələrək:  “Ya  Rəsulullah!  Mənə  Hərisədən  xəbər  ver.  Bu  kimsə 

Bədr  döyüşündə  kiminsə  atdığı  bəlli  olmayan  bir  oxla  ölmüşdür.  Əgər 

Cənnətdədirsə  (itkisinə)  dözərəm,  əgər  başqa  bir  haldırsa  ağlayaram. 

Peyğəmbər: Ey Əbu Hərisənin anası! O, yer Cənnət içində bir (baxçadır) 

və sənin oğlun ən yüksək Firdousdadır”

138

.  


8.  Cənnətul  Nəim  (Nemətlər  Diyarı)  -  “İman  gətirib  yaxşı  işlər 

görənləri Nəim cənnətləri gözləyir”. (Loğman 8).  

9.  Maqamul  Əmin  –  “Müttəqilər  isə  qorxusuz-xətərsiz  bir  yerdə  - 



Bağçalarda və bulaqlar başında olacaqlar!”. (əd-Duhan 51-52). Əmin – 

hər  cür  pisliklərdən  uzaq  olan  yer.  “Onlar  orada  (Cənnət  nemətlərinin 



tükənməzliyinə)  arxayın  olaraq  hər  meyvədən  istəyəcəklər”.  (əd-Duhan 

55). Məkanın və yeyəcəklərinin əmin olduğu söylənilmişdir.  

 

                                                        



138

 Buxari 6/26, 7/304, 11/415.  




 

50 


QIZIL VƏ GÜMÜŞDƏN İKİ CƏNNƏT 

“Şübhəsiz  ki,  Rəbbinin  məqamından  (hüzurunda  haqq-hesab  üçün 

durmaqdan) qorxanları iki  cənnət  (Ədn  nə  Nəim  Cənnətləri)  gözləyir!”. 

(ər-Rahmən  46).

 

Abdullah  b.  Qeys  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İki Cənnət vardır ki, 

qabları və içindəki (digər əşyaları) da gümüşdəndir. Digər iki Cənnət daha 

vardır  ki,  qabları  və  içindəki  digər  əşyaları  da  qızıldandır.  Ədn 

Cənnətindəki  topluluğun  Rəblərinə  baxmalarının  qarşısında  Allahın 

üzündəki o, əzəmət örtüyündən başqa bir şey olmayacaqdır»

139


.  

 

CƏNNƏTİN ÇAYLARI 



«(Ya  Peyğəmbər!)  İman  gətirən  və  yaxşı  işlər  görən  şəxslərə  müjdə 

var. Onlar üçün (ağacları) altından çaylar axan Cənnətlər vardır». (əl-

Bəqərə  25).  «Onları  (ağaclar)  altından  çaylar  axan  Ədn  Cənnətləri 

gözləyir».  (əl-Kəhf  31).  «Möminlərə  vəd  edilən  Cənnətin  vəsfi  belədir. 

(Ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir…». 

(ər-Rəd 35). «Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir. Orada dadı 

dəyişməyən,  qoxumayan  sudan  çaylar,  tamı  dəyişməyən  süddən  çaylar, 

içənlər  üçün  ləzzət  verən  şərabdan  çaylar  və  təmiz  baldan  çaylar 

vardır…».  (Muhəmməd  15).  Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət 

edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Sayhan 

(Amudərya),  Ceyhan  (Sırdəryə),  Fərat  və  Nil  bunların  hər  biri  Cənnətin 

çaylarıdır»

140

.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə yüz dərəcə 

vardır.  Allah  oranı  yolunda  vuruşan  mücahidlər  üçün  hazırlamışdır.  Hər 

iki  dərəcə  arasında  yerlə  göy  arası  qədər  məsafə  vardır.  Allahdan 

dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun 

üzərində  Allahın  ərşi  vardır.  Cənnətin  çayları  oradan  qaynayır  (Başqa 

rəvayətdə:  Dörd  çay  ondan  qaynayır

141



142



.  Ənəs  –  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

“Kövsər Cənnətdə Rəbbimin mənə vermiş olduğu bir çaydır”

143


. Mucahid 

– rahmətullahi aleyhi – deyir ki: “Biz sənə Kövsəri verdik. Kövsər – çox 

xeyir verdik” deməkdir

144

. Ənəs – radıyallahu anhu – deyir ki: “Kövsər – 



Cənnətdə  bir  çaydır”.  Aişə  –  radıyallahu  anhə  –  deyir  ki:  “Cənnətdə  bir 

                                                        

139

  Buxari  “Təfsir”  Rahmən  1,2,  “Tövhid”  13/423,  Müslim  “İman”  180,  (296),  Tirmizi  “Cənnət”  3, 



2530.  

140


 Müslim 2839.  

141


 Tirmizi 2531.  

142


 Buxari 13/404, Tirmizi “Cənnət” 2530, 2533, Əhməd 3/339.  

143


 Müslim 400.  

144


 İbn Kəsir “Nihayə” 2/406.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə