CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

 

55 


«Cənnətdə içi çölündən, çölü də içindən görünən otaqlar vardır. Allah bu 

otaqları  yemək  yedirən,  oruc  tutan  və  insanlar  yatarkən  namaz  qılanlar 

üçün hazırlamışdır»

165


. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, 

bir  dəstə  səhabə:  “Ya  Rəsulullah!  Cənnətdən  danış,  orada  nə  cür  evlər 

var”  dedilər.  O:  “Kərpiclərin  biri  qızıldan,  biri  gümüşdən,  gili  isə 

müşkdür.  Çınqıllı  mirvari  və  yaqut,  tozu  zəfərandır.  Ora  düşən  səadətə 

çatacaq  və  ümidsiz  olmayacaqdır,  əbədidir  və  ölməyəcək.  Orada  paltar 

köhnəlmir, gənclər isə ölmürlər”

166

. Əbu Səid  - radıyallahu anhu – deyir 



ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Cənnətdə  yüz 

dərəcə  vardır.  Bütün  aləmlər  bunlardan  birinin  içində  toplansa  hamısına 

bəs  edər”

167


.  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Quran 

sahibi Cənnətə daxil olduğu zaman ona: Oxu və yüksəl. O, kimsə oxuyar 

və  hər  bir  ayədə  bir  dərəcə  yüksəlir.  Bildiyi  son  ayəni  oxuyana  qədər  bu 

beləcə davam edər”

168

.  


 

CƏNNƏTDƏ DƏRƏCƏLƏRİN ƏN YÜKSƏYİ 

Abdullah  b.  Amr  b.  əl-As  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Azanı  eşitdikdə 

müəzzinin  ardınca  onun  dediklərini  təkrarlayın.  Sonra  mənə  salavat 

gətirin. Mənə bir dəfə salavat deyənə Allah on dəfə rəhmət deyər. Bundan 

sonra  Allahdan  mənim  üçün  vəsiləni  istəyin.  Allah  onu  istədiyi 

qullarından birinə  verəcəkdir və  mən ümüd  edirəm  ki, o  mənəm. Mənim 

üçün  Allahdan  bunu  istəyəcək  olana  Qiyamət  günü  mənim  onun  üçün 

şəfaət  etməyim  vacib  olar»

169


.  Cabir  b.  Abdullah  –  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Mənim  şəfaətim  vacib  olar  o,  adama  ki,  azanı  eşitdikdən  sonra  deyər: 

«Ey kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım Muhəmmədə 

vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd etdiyin tərifə layiq məqama 

yüksəlt»


170

.  Əbu  Səid  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Vəsilə,  Allah  qatında  elə  bir 

dərəcədir  ki,  onun  üstündə  başqa  bir  dərəcə  yoxdur.  Mənim  üçün 

Allahdan  vəsiləni  istəyin”

171


.  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  - 

buyurdu:  “Vəsilə  Cənnətdə  elə  bir  dərəcədir  ki,  Cənnətdə  ondan  daha 

yüksək bir dərəcə yoxdur. Allahdan o dərəcəni mənə yaratdıqlarının gözü 

                                                        

165

 Tirmizi «Cənnət» 3/4, Əhməd 1/156.  



166

 Əhməd.  

167

 Tirmizi “Cənnət” 4, 2534.  



168

 Əhməd 3/40.  

169

 Müslim 384.  



170

 Buxari 2/94. Azan bölümü.  

171

 Əhməd 3/83, Heysəmi “Məcmuaz Zəvaid” 1/332.  




 

56 


önündə verməsini istəyin”

172


.  

 

CƏNNƏT ÇADIRLARI, DİVANLARI, TAXTLARI 



«Onlar  (mömin  kişilər)  və  zövcələri  kölgəliklərdə  (yumşaq)  taxtlara 

söykənmişlər».  (Yasin  56).  “Səf-səf  düzülmüş  taxtlara  söykəndiyiniz 

halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik”. (ət-Tur 20). 

(Onlar  qızıl-gümüş,  ləl-cavahiratla)  bəzənmiş  taxtlar  üstündə  qərar 

tutacaq,  Onlara  (o  taxtlara)  söykənib  bir-biri  ilə  qarşı-qarşıya 

əyləşəcəklər”.  (əl-Vaqiə  15-16).  “Orada  uca  taxtlar”.  (əl-Ğaşiyə  13).

 

“Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü 



qadınlar  vardır.  Belə  olduqda  Rəbbinizin  hansı  nemətlərini  yalan  saya 

bilərsiniz?!  Çadırlarda  gözlərini  (yalnız  öz  ərlərinə)  dikmiş  hurilər 

vardır”.  (ər-Rahmən  70-72).  “Lakin  Rəbbindən  qorxanları  (Cənnətdə) 

bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. 

Onların  altından  çaylar  axar.  Bu,  Allahın  vədidir.  Allah  vədə  xilaf 

çıxmaz!”.  (əz-Zumər  20).  “Sizi  bizə  yaxınlaşdıran  nə  var-dövlətiniz,  nə 

də  oğul-uşağınızdır.  Yalnız  iman  gətirib  yaxşı  işlər  görənlərin 

(dünyadakı)  əməllərinə  görə  mükafatları  qat-qat  (birə-on)  artıq  olacaq 

və  onlar  cənnət  otaqlarından  (Cənnətin  yüksək  məqamlarında)  əmin-

amanlıq  içində  yaşayacaqlar”.  (Səba  37).  “(Əgər  belə  etsəniz)  O  sizin 

günahlarınızı  bağışlayar  və  sizi  (ağacları)  altından  çaylar  axan 

cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük 

qurtuluşdur  (uğurdur)!”.  (əs-Səff  12).  “Allah  iman  gətirənlərə  isə 

Fironun  zövcəsini  (Asiyə  bint  Məzahimi)  misal  çəkdi.  O  zaman  o:  “Ey 

Rəbbim!  Mənim  üçün  Öz  dərgahında  –  Cənnətdə  bir  ev  tik.  Məni 

Firondan  və  onun  əməlindən  qurtar.  Məni  zalım  qövmdən  xilas  et!”  – 

demişdi”. (ət-Təhrim 11).

 

İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, 



Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu:  «Cənnətdə  içi  incidən 

hazırlanmış bir çadır vardır ki, (eni) 60 mildir. Hər tərəfində biri digərini 

görməyən  zövcələr  vardır.  Mömin  onları  dolaşıb  ziyarət  edər»

173


.  Əbu 

Musa  əl-Əşari  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Şübhəsiz  ki,  mömin  üçün 

Cənnətdə  içi  boş  bir  tək  incidən  bir  çadır  vardır.  Boyu  60  (30)  mildir. 

Möminə  aid  ailələr  vardır  ki,  mömin  onları  dolaşıb  ziyarət  edər.  Lakin 

onlar bir-birilərini görməzlər”

174

. Əli – radıyallahu anhu – rəvayət edir ki, 



Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Cənnətdə  elə  bir 

otaqlar  varki  içi  çölündən,  çölüdə  içindən  görsənir”.  Bunu  eşidən  bir 

                                                        

172


 İbn Əbi Dunyə, Kənz əl-Ummal 7/698.  

173


 Buxari 3243, Müslim 2838.  

174


 Buxari 8/624, 6/318, Müslim 2838.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə