CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

 

51 


çaydır.  Kim  barmaqlarını  qulağına  tıxayarsa  belə  bu  çayın  səsini 

eşidər”


145

.  


 

CƏNNƏTİN BULAQLARI 

“Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, 

(ağacları)  altından  arxlar  axan  və  cürbəcür  meyvələr  olan  bir  bağçası 

olsun...”.  (əl-Bəqərə  266).  “Orada  (o  iki  Cənnətdə)  fəvvarə  verib 

qaynayan  iki  bulaq  vardır”.  (ər-Rahmən  66).  «Allahdan  qorxub  pis 

əmələrdən çəkinənlər isə Cənnətdə və bulaqlar başında olacaqlar». (əl-

Hicr  45).  «O,  Cənnətdə  iki  axar  bulaq  vardır».  (əl-Mursəlat  41). 

«Şübhəsiz  ki,  yaxşı  əməl  və  itaət  sahibləri  (Cənnətdə)  kafur  qatılmış 

(soyuq  və  xoş  ətirli)  şərab  içəcəklər.  O,  (kafur)  elə  bir  bulaqdır  ki, 

Allahın  bəndələri  ondan  içəcək  və  onu  (istədikləri  yerə)  asanlıqla 

axıdacaqlar». (İnsan 5,6). «Orada onları zəncəfil qatılmış (zəncəfil dadı 

verən) şərab da içirdiləcəkdir. (Zəncəfil) Cənnətdə bir bulaqdır ki, (suyu 

boğazdan) çox rahat keçdiyi üçün Səlsəbil adlanır». (İnsan 17,18). “Ona 

təsnim  (suyu)  qatılmışdır.  O  (təsnim)  elə  bir  çeşmədir  ki,  ondan  (təmiz 

halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına 

qatılıb  verirlər)”.  (Mutaffifin  27-28).

 

Rəsulullah  -  sallallahu  aleyhi  və 



səlləm  -  buyurdu:  “Cənnətdə  su  bulağı,  bal  bulağı,  süd  bulağı  və  içki 

bulağı var. Sonra bunlardan çaylar qaynayır”

146

.  


 

CƏNNƏTİN AĞACLARI VƏ MEYVƏLƏRİ 

«Həqiqətən  müttəqilərin  nicat  yeri  (Cənnət),  bağçaları  və  üzüm 

bağlarıdır».  (ən-Nəbə  31,32).  «O,  iki  Cənnətdə  növbənöv  meyvələr, 

xurma  və  nar  vardır».  (ər-Rəhman  68).  «Sağ  tərəf  sahibləri  kimdir 

onlar?  Onlar  tikansız  sidr  ağacları,  salxım-salxım  sallanmış  məuz 

(banan)  ağacları  altında,  çəkilməyən  daimi  kölgəliklərdə,  axar  su 

kənarında,  bol  meyvələr,  tükənməz  və  qadağan  edilməyən  meyvələr 

içində».  (əl-Vaqiə  27-33).  «(Müttəqilər)  İstədikləri  meyvələr  içində 

olacaqlar».  (əl-Mursəlat  42).  «Onlar  üçün  (ağacları)  altından  çaylar 

axan  Cənnətlər  (bağlar)  vardır.  O,  Cənnətlərin  meyvələrindən  bir  ruzi 

yedikləri  zaman:  «Bu  bizim  əvvəlcə  (dünyada)  yediyimiz  ruzidir»  – 

deyəcəklər.  Əslində  isə  bu  meyvələr  zahirən  bənzəyir».  (əl-Bəqərə  25). 

“Onlar  orada  (taxtlara)  söykənib  cürbəcür  meyvələr  və  içkilər  (Cənnət 

içkiləri)  istəyəcəklər”.  (Sad  51).  “Onlar  orada  (Cənnət  nemətlərinin 

tükənməzliyinə)  arxayın  olaraq  hər  meyvədən  istəyəcəklər”.  (əd-Duhan 

55).

 

“Orada  sizin  üçün  bir  çox  meyvələr  vardır,  onlardan 

                                                        

145


 İbn Kəsir “Nihayə” 2/406.  

146


 Tirmizi 2571.  


 

52 


yeyəcəksiniz!”.  (əz-Zuhruf  73).

 

(Cənnət ağaclarının) kölgələri üstlərinə 



düşəcək,  meyvələri  də  onların  ixtiyarında  olacaqdır  (istədikləri  yerdə, 

istədikləri  zaman  onları  dərib  yeyə  biləcəklər)”.  (İnsan  14).  İbn  Abbas  – 

radıyallahu  anhu  –  deyir  ki:  “Meyvələrdən  almaq  istədiyi  zaman 

meyvələr əyilir, o da istədiyini ayaqda ikən, oturarkən alır”

147

. Səhl b. Sad 



–  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  «Cənnətdə  bir  ağac  vardır  ki,  süvari  onun  kölgəsində 

yüz  il at çapsa yenə  də  kölgəsi  qurtarmaz (Başqa rəvayətdə: İstəsəniz bu 

ayəni  oxuyun:  “Çəkilməyən  (daimi)  kölgəliklərdə”.  (əl-Vaqiə  30

148

)»

149




Tuba – Cənnətdə ağacdır. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət 

edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Tuba – məni 

görüb  iman  gətirən  kimsəyə.  Tuba  -Yenə  də  Tuba  o,  kimsəyə  ki,  məni 

görməyib  lakin  iman  gətirmişdir»

150

.  Əbu  Hureyrə  –  radıyallahu  anhu  – 



rəvayət  edir  ki,  bir  nəfər  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  dən 

soruşdu:  «Tuba nədir?». Peyğəmbər:  «O, Cənnətdə uzunluğu yüz il  olan 

bir  ağacdır»  deyə  buyurdu  (Gövdəsinin  böyüklüyü  nə  qədərdir?  Sənin 

qəbilənin  dəvələrindən  güclü  bir  dəvə  onun  gövdəsinin  ətrafında  dolansa 

arxa ayaqlarının diz  hissəsi sürtülənə qədər və  o,  heyvan  qocalana qədər 

yol getsə yenə də gövdənin ətrafını dolanıb qurtara bilməz

151

)

152



. Əbu Səid 

əl-Xudri  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu 



aleyhi və səlləm - buyurdu: “Cənnətdə elə bir ağac vardır ki, süvari sürətli, 

təlimli  və  yaxşı  cinsdən  olan  bir  at  ilə  100  il  çapsada  onu  bitirməz”

153



Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu 



aleyhi və səlləm - buyurdu: “Şübhəsiz ki, Cənnətdə bir ağac vardır ki, bir 

süvari onun kölgəsində 100 il çapar”

154

. Əbu Hureyrə - radıyallahu anhu – 



deyir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Cənnətdə 

elə  bir  ağac  yoxdur  ki,  gövdəsi  qızıldan  olmasın”

155

.  Əbu  Musa  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  “Allah,  Adəm  -  əleyhissəlam  -  ı  Cənnətdən  endirdi  və 

ona  hər  şeyin  sənətini  öyrətdi,  onu  Cənnət  meyvələri  ilə  bəslədi.  Sizin 

                                                        

147


 İbni Mubarək “Zuhd” 230, Təbəri “Təfsir” 29/39, İbn Əbi Şeybə “Musənnəf” 13/141.  

148


 Buxari 11/319, Tirmizi 3292.  

149


 Müslim 2826, 5055.  

150


 Əhməd 3/71, əl-Albani «Səhihul Cəmi» 3923.  

151


 Əhməd 4/183, 3/71.  

152


 Buxari 6/233, 8/481, Müslim 2826.  

153


 Müslim 5056.  

154


 Müslim 5054.  

155


 Tirmizi “Cənnət” 1, 2527, 2645, 2525.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə