CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

 

57 


bədəvi  ayağa  qalxıb:  “Ey  Allahın  Rəsulu!  Bu  otaqlar  kimin  üçündür?”. 

Peyğəmbər: “Xoş söz söyləyən, yemək yedirən, oruc tutmağa davam edən 

və  insanlar  yatarkən  namaz  qılanlar  üçündür”  deyə  buyurdu

175


.  Əbu 

Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – Hira mağarasında ikən yanına Cəbrail – əleyhissəlam - 

gəldi  və  dedi:  «Ya  Rəsulallah!  Bu  Xədicədir.  Sənə  doğru  gəlir.  Yanında 

bir qab da vardır. Xədicə sənin yanına çatdıqda ona Allahdan və məndən 

salam  de  və  ona  söylə  ki,  Cənnətdə  onu  səsdən,  gurultudan  və 

məşəqqətdən uzaq daş-qaşlı bir saray gözləyir»

176


. Rəsulullah - sallallahu 

aleyhi  və  səlləm  -  buyurdu:  “Cənnətə  girdim.  Bir  də  nə  görsəm  yaxşı? 

Qızıldan  bir  köşk.  Bu  köşk  kimindir?  Dedim.  Ona:  “Qureyşdən  bir 

gəncin” dedilər. Mən: Kim o, gənc?” deyə soruşdum. Peyğəmbər: “Ömər 

b.  Xəttab”  deyə  buyurdu

177

.  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  - 



buyurdu: “Cənnətdə qızıldan, gümüşdən, yaqutdan  və  xrizolit (qızılaçalar 

yaşılımtıl-sarı rəngli qiymətli) daşdan köşklər vardır”

178

.  


 

CƏNNƏT HURİLƏRİ VƏ QADINLARI 

Huriləri  Və  Qadınları  –  sevdiklərini  həsrətlə  gözləyən,  alma  kimi  al-

qırmızı,  gül  kimi  qırmızı  yanaq,  nar  kimi  sinələr,  inci  kimi  düzülmüş 

dişlər,  narın  bellər,  üzləri  o,  qədər  gözəldir  ki,  görsəndikdə  günəş  belə 

qeyb  olar.  Gülümsədikdə  dişləri  arasından  sanki  şimşəklər  parıldayar. 

Sevdiyinə qovuşduğu an sanki günəşlə ayın qovuşmasına bənzər. Sevdiyi 

ilə etdiyi söhbət bir-birini sevən iki sevgilinin məhəbbəti kimidir. Ayaqları 

o,  qədər  gözəldir  ki,  sümüklərinin  iliyi  ətinin  üzərindən  görünür.  Nə 

vücudu, nə sümükləri, nə də geydiyi libası iliyinin görünməsinə mane ola 

bilməz. Bir Huri dünyaya görünmüş olsa bütün yer və göy arasını xoş ətri 

bürüyər.  Bütün  məxluqat  Təhlil,  Təkbir,  Təsbih  edərlər.  Gözlər  qamaşır 

və  Hurilərdən  başqasını  görməzdi.  Günəş  digər  ulduzların  işığını  necə 

üstələyirsə  Hurinin  gözəlliyi  də  günəşin  işığını  üstələyər.  Hurinin  baş 

örtüyü  dünya  və  dünyadakı  hər  şeydən  daha  xeyirlidir.  Hurilər  hamilə 

olmaz,  heyz  və  nifasdan uzaqdırlar. Ağız  və burun axıntısından,  kiçik  və 

böyük  ayaq  yolundan  və  digər  pisliklərdən  uzaqdırlar.  Gənclikləri  heç 

vaxt  keçməz,  libasları  isə  köhnəlməz.  Gözləri  yalnız  ərlərinə  dikilmiş, 

ərlərindən  başqasında  gözləri  yoxdur.  Onlar  inci  və  mərcan  kimidirlər. 

Çünki  Hurinin  üzünə  baxsa  içini  sevinc  bürüyər,  əmr  etsə  itaət  edər, 

                                                        

175


 Tirmizi 2577, Əhməd 2/173, Həkim 1/80, Heysəmi “Məcmuaz Zəvaid” 2/255.  

176


 Buxari 7/133-134, Müslim 2432.  

177


  Buxari  3242,  3670,  5226,  7024,  Müslim  2395,  Tirmizi  3688,  Əhməd  3/107,  179,  263,  İbn  Əbi 

Şeybə 12/27.  

178

 İbn Əbi Şeybə 13/124, Əbu Nuaym “Hilyə” 6/68.  




 

58 


yanında olmadığı zaman  ərinin bütün  malını  mühafizə edər. Onlara daha 

əvvəl heç bir ins və cins əli dəyməmişdir. Hurul Ayn – Razılıq və tərifə 

layiq  olan  bütün  gözəl  vəsflərə  sahib  olan,  ağ  bədənli,  qara  gözlü  gözəl 

qadın mənasına gəlir

179

. İbn Abbas, Qatadə – radıyallahu anhum - deyirlər 



ki: “Hur – bəyaz qadın deməkdir”. “Onlardan ötrü orada (hər cəhətdən) 

pak  (olan)  zövcələr  də  var.  Onlar  (möminlər)  orada  əbədi  qalacaqlar”. 

(əl-Bəqərə  25).  «Çadırlarda gözlərini  (yalnız  öz  ərlərinə)  dikmiş  hurilər 

vardır».  (ər-Rəhman  72).  «Özlərinin  həmçinin  əməli  saleh  ataları, 

zövcələri  və  övladlarının  daxil  olacaqları  Ədn  Cənnətləri  gözləyir…». 

(ər-Rəd  23).  «Həmçinin  onları  iri  gözlü  hurilərlə  evləndirəcəyik».  (əd-

Duxan  54).  «Siz  də  zövcələriniz  də  sevinc  içində  Cənnətə  daxil  olun». 

(əz-Zuxruf 70). «Sinələri yenicə dolmuş həmyaşıd qızlar». (ən-Nəbə 33). 

«Şübhəsiz  ki,  biz  Cənnət  qadınlarını  başqa  cür  yaradacağıq!  Onları 

bakirə  qızlar,  ərlərini  səvən,  həmyaşıdlar  edəcəyik».  (əl-Vaqiə  35-37). 

«O,  Cənnətdə  gözlərini  (yalnız  ərlərinə)  dikmiş,  bundan  əvvəl  özlərinə 

heç  bir  insan  və  cin  toxunmamış  qadınlar  vardır».  (ər-Rəhman  56). 

«(Onlar üçün orada) iri gözlü, qəşənk hurilər də vardır. O, hurilər sanki 

sədəf  içində  gizlənmiş  incidirlər».  (əl-Vaqiə  22-23).  İbn  Məsud,  İbn 

Abbas  –  radıyallahu  anhum  -  deyirlər  ki:  “Təmizlikdə  Məqsəd  -  Heyz 

olmazlar,  böyük  və  kiçik  ayaq  yolu  olmaz,  tüpürməzlər  və  bələğəm 

çıxmaz” deməkdir. İbn Abbas – radıyallahu anhu - deyir ki: “Pisliklərdən 

və  əziyyət  verici  şeylərdən  təmiz”

180


.  Mucahid  –  rahmətullahi  aleyhi  - 

deyir ki: “Kiçik, böyük ayaqyolu  olmaz,  məni,  məzi  olmaz,  heyz  olmaz, 

tüpürməz  və  bələğəm  çıxmaz.  Uşaq  doğmazlar”

181


.  “Orada  (o 

cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç 

bir  ins-cins  (insan  və  cin)

182

  toxunmamış  qadınlar  vardır. Belə  olduqda 

Rəbbinizin  hansı  nemətlərini  yalan  saya  bilərsiniz?!  Onlar  (o  qadınlar 

rəng  və  gözəllikcə),  sanki  yaqut  və  mərcandırlar”.  (ər-Rahmən  56-58). 

“Onların  yanında  gözəl  (irigözlü),  baxışları  (yalnız  ərlərinə)  dikilmiş 

zövcələr  olacaqdır”.  (əs-Saffət  48).  “Onların  yanında  gözlərini  (yalnız 

ərlərinə)  dikmiş  həmyaşıdlar  (hamısı  otuz  üç  yaşında  zövcələr) 

olacaqdır”.  (əs-Sad52).  Mucahid  –  rahmətullahi  aleyhi  -  deyir  ki: 

“Baxışlarını  ərlərinə  çevirmiş  və  ərlərindən  başqasını  arzu 

etməyənlərdir”

183


.  İbn  Məsud  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Cənnət  əhlinin 

                                                        

179


 Təfsir Mucahid 2/590, Təbəri 25/136, Qurtubi 16/153.  

180


 İbn Kəsir 1/66, Təbəri 1/176.  

181


 Təfsir Qurtubi 1/241.  

182


 Fayda: Bu ayə Cinlərin də cima etdiklərinə dəlildir. Qutubi 17/181.  

183


 Təfsir Mucahid 2/541.  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə