CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

 

53 


meyvələriniz Cənnət meyvələrindəndir. Lakin bunlar xarab olur, onlar isə 

xarab olmaz”

156

.  


 

CƏNNƏTİN ÇİÇƏKLƏRİ 

Abdullah  b.  Amr  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm  - buyurdu:  «Cənnətin  çiçəklərinin  seyyidi  (ən 

üstünü) xınadır»

157

. Osman ən-Nəhdi – radıyallahu anhu – rəvayət edir ki, 



Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Sizdən  birinizə 

reyhan  verildiyi  təqdirdə  onu  rədd  etməsin.  Çünki  o,  Cənnətdən 

çıxmadır»

158


.  

 

CƏNNƏTİN HEYVANLARI 



«Və istədikləri hər cür quş əti ilə onların dövrəsində fırlanacaqlar». 

(əl-Vaqiə  21).  Ənəs  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  bir  nəfər:  «Ey 

Allahın Rəsulu! Kövsər nədir?». Rəsulullah - sallallahu aleyhi və səlləm - 

buyurdu: «O, Allahın mənə verdiyi Cənnətdə bir çaydır ki, süddən ağ və 

baldan  daha  dadlıdır.  O,  çayda  boyunları  dəvə  boyunları  kimi  quşlar 

vardır».  Ömər:  «Şübhəsiz  ki,  bunlar  bəslənmiş  quşlardır»  dedi. 

Peyğəmbər:  «Onları  yeyəcək  olanlar  onlardan  da  daha  bəslənmişlərdir» 

deyə buyurdu

159


. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər 

başı  ip  ilə  bağlı  dəvə  ilə  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  in 

yanına  gələrək:  «Ya  Rəsulullah!  Bu  dəvə  Allah  yolundadır»  dedi. 

Peyğəmbər: «Sənin üçün Cənnətdə yeddi yüz başı iplə bağlı dəvə vardır» 

deyə  buyurdu

160


.  Bureydə  –  radıyallahu  anhu  – rəvayət  edir  ki,  bir  nəfər 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  dən  soruşdu:  «Ya  Rəsulullah! 

Cənnətdə at varmı?». Peyğəmbər: «Allah səni Cənnətə daxil edərsə orada 

səni  qırmızı  yaqutdan  bir  ata  mindirməyini  və  o,  atın  Cənnətdə  səninlə 

istədiyin  yerə  uçmasını  istədiyin  təqdirdə  bu  arzunu  yerinə  yetirər»  deyə 

buyurdu.  Bir  başqa  adam:  «Ya  Rəsulullah!  Cənnətdə  dəvə  varmı!  Deyə 

soruşdu.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  əvvəlki  adama 

söylədiklərini  buna  söyləmədi.  Lakin:  «Əgər  Allah  səni  Cənnətə  daxil 

edərsə  orada  sənin  nəfsinin  istədiyi  və  gözünün  xoşladığı  hər  şey 

olacaqdır»

161

.  


 

                                                        

156

 Təbərani, Nihayə 2/427.  



157

 əl-Albani «Səhih Silsilə» 3/407.  

158

 Tirmizi 2792. 



159

 Tirmizi 2665.  

160

 əl-Albani «Səhih Silsilə» 2/228.  



161

 Tirmizi 2543, 2666, Əbu Nuaym “Sıfət əl-Cənnəh” 429.  




 

54 


CƏNNƏTDƏ ƏKİNÇİLİK 

Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm  –  yanında  bir  bədəvi  olan  zaman  Cənnət 

əhlindən  birinin  əkinçiliklə  məşğul  olmaq  üçün  Rəbbindən  izn 

istədiyindən  söz  etdi.  Allah:  «Hər  istədiyindən  faydalanacaq  durumunda 

deyilsənmi?» deyə buyurdu. Adam: «Bəli, lakin əkinçiliklə məşğul olmaq 

istəyirəm»  dedi.  Allah  ona  izn  verir.  Həmən  adam  toxumunu  atar-atmaz, 

göz  açıb  qırpıncaya  qədər  hər  şey  tamamlanar.  Əkin  bitmiş  dağlar  kimi 

dəstə-dəstə məhsul toplanıb, bir yerə yığılmışdır…»

162


.  

 

CƏNNƏTİN OTAQLARI VƏ DƏRƏCƏLƏRİ 



«Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş 

otaqlar gözləyir. Onların altından çaylar axar. Bu Allahın vədidir. Allah 

vədə  xilaf  çıxmaz!».  (əz-Zumər  20).  “Zərər  çəkmədən  (üzürsüz  səbəbə 

görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları 

ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları 

ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə 

etibarilə  üstün  tutdu.  Allah  bunların  hamısına  (hər  ikisinə  savab)  vəd 

etmişdir.  (Lakin)  Allah  mücahidlərə  (evlərində)  oturanlardan  daha 

böyük mükafatlarla imtiyaz vermişdir. (Onları) Allah tərəfindən yüksək 

dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm 

edəndir”.  (ən-Nisa  95-9).  Onlar  həqiqi  möminlərdir.  Onların  öz  Rəbbi 

yanında  dərəcələri  vardır.  Onları  (Qiyamət  günü)  bağışlanma  və 

(Cənnətdə)  tükənməz  (gözəl,  minnətsiz)  ruzi  gözləyir!”.  (əl-Ənfal  4). 

“Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar 

olmuş  şəxs  kimi  ola  bilərmi?  Onun  (qəzəbə  düçar  olanın)  yeri 

Cəhənnəmdir. O yer necə də pisdir! Onların Allah yanında (bir-birindən 

fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir”. (Ali İmran 

162-163).

 

Əbu  Səid  əl-Xudri  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Cənnətliklərdən 

bəziləri aralarında üstünlük səbəbi ilə yüksək otaqlarda oturanları, üfüqdə 

məşriqdən məğribə gedən parlaq ulduzları gördükləri kimi görəcəklər»

163


Səhl  b.  Sad  – radıyallahu  anhu  – rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu 



aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Cənnət əhli, Cənnətdə olan evini 

sizin  göydə  ulduzu  gördüyünüz  kimi  görəcəkdi”

164

.  Əli  –  radıyallahu 



anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 

                                                        

162

 Buxari 7519, 13/487, 5/27.  



163

 Buxari 6556, Müslim 2831.  

164

 Müslim 5058.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə