CəNNƏt və CƏHƏNNƏM


göstərmək  Allaha  aiddir.  Ondan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

 

47 


göstərmək  Allaha  aiddir.  Ondan  (haqdan)  kəc  olan  yol  (və  ya  haqdan 

kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola 

salardı”.  (ən-Nəhl  9).  “(Allah)  buyurdu:  “Mənə  görə,  bu,  düz  yoldur! 

(Və  ya:  Bu,  sonu  Mənə  gəlib  çatacaq  doğru  yoldur!)”.  (əl-Hicr  41).  İbn 

Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi 



və  səlləm  –  in  ətrafında  oturmuşduq.  O,  torpaq  üzərində  bir  düz  xətt 

çəkərək buyurdu: «Bu düz yol Allahın haqq yoludur». Sonra bu düz yolun 

sağ və sol tərəflərindən yollar (xətlər) çəkdi:  «Bu  isə  digər yollardır. Bu 

yolların hər birinin başında o, yolu izləməyə dəvət edən bir şeytan vardır. 

Bu  yolu  gələnlər  üçün  gözəlləşdirir»  deyə  buyurdu  və  bu  ayəni  oxudu: 

«Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın 

yolundan sapdıracaq yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, 

bəlkə  pis  əməllərdən  çəkinəsiz».  (əl-Ənam  153)

135

.  Cabir  -  radıyallahu 

anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in 

yanına  mələklər  gəldilər.  Onlar:  “O,  yatıb”  dedi.  Digəri  isə:  “Göz  yatıb, 

lakin qəlb oyanıqdır” dedi. Sonra: “Sizin bu yoldaşınızın halı misal olaraq 

bir  ev  bina  etmiş,  içində  ziyafət  verən  və  ziyafət  üçün  (insanlar  dəvət 

olunsun deyə) elçi yollayan kimsənin halı kimidir. Artıq kim elçiyə cavab 

verib (dəvəti  qəbul  edərək)  evə  girər və  ziyafətdən  yeyər. Kimi  də  elçiyə 

cavab  verməyib  nə  evə  girər,  nə  də  ziyafətdən  yeyər.  Sonra  mələklər 

açıqlayaraq:  Göz  yatıq,  qəlb  isə  oyanıqdır.  Ev  Cənnətdir,  elçi 

Muhəmmədir,  Muhəmmədə  itaət  edən  Allaha  itaət  etmiş  olur, 

Muhəmmədə  üsyan  edən  Allaha  üsyan  etmiş  olur.  Muhəmməd  insanlar 

arasını ayıran bir ölçüdür”

136


.  

 

MÖMİNLƏR İLƏ RƏBLƏRİ ARASINDA ALIŞ-



VERİŞ CƏNNƏTDİR 

“Allah,  şübhəsiz  ki,  Allah  yolunda  vuruşub  öldürən  və  öldürülən 

möminlərin  canlarını  və  mallarını  Tövratda,  İncildə  və  Quranda  haqq 

olaraq  vəd  edilmiş  Cənnət  müqabilində  satın  almışdır.  Allahdan  daha 

çox  əhdə  vəfa  edən  kimdir?  Etdiyiniz  sövdəyə  görə  sevinin.  Bu,  böyük 

qurtuluşdur (uğurdur)!”. (ət-Tövbə 111).  

 

CƏNNƏTİN İSİMLƏRİ 



Cənnət  - əsl  mənası  örtmək  və gizlətmək  deməkdir. Cəninə -  qarında 

örtülü  və  gizli  olduğu  üçün  cənin  deyilmişdir.  Cinlər  olan  əl-Cann  – 

                                                        

135


 İmam Əhməd «Musnəd» 1/435,465, Nəsai 10/95 h. 11109, Darimi 1/60, əl-Albani «Ziləlul Cənnə» 

1/5  H.  17.  Sələfi  Salihin,  Əhli  Sünnə  vəl  Cəmaat  haqqında  geniş  məlumata  Nasir  AbdulKərim  əl-

Əqlin «Məhfumu Əhli Sünnəti Vəl Cəmaat» adlı əsərinə baxa bilərsiniz.  

136


 Buxari 13/249, Tirmizi 2860.  


 

48 


gözlərdən gizli olduqları üçün bu ad verilmişdir. Qalxan – üzü örtdüyü və 

qoruduğu üçün MicnMəcnun – ağlı örtülmüş və bağlanmış kimsədir.  

1.  Darus  Səlam  –  “Onları  Rəbinin  yanında  əmin-amanlıq  yurdu 

(Cənnət)  gözləyir.  Allah  onların  gördüyü  işləri  himayə  edəndir  (və  ya 

gördükləri  yaxşı  işlərə  görə  Allah  onların  dostudur)”.  (əl-Ənam  127). 

“Allah  (bəndələrini)  əmin-amanlıq  yurduna  (Cənnətə)  çağırır  və 

istədiyini  doğru  yola  salır!”.  (Yunus  25).  “Onlar  orada  boş  (lağlağı) 

söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: “Salam!” eşidərlər. 

Ruziləri  də  səhər-axşam  (həmişə)  oradadır”.

 

(Məryəm  62).  Ora  salamat 

olan  bir  diyardır.  Allahın  bir  ismi  də  əs-Səlamdır.  “Onların  orada  bir-



birinə (yaxud Allahın, mələklərin onlara) günaydınlıq verməsi: “Salam!” 

(demək)  olacaqdır!”.  (İbrahim  23).  “Özlərinin,  həmçinin  əməlisaleh 

ataları,  övrətləri  və  övladlarının  daxil  olacaqları  Ədn  cənnətləri 

gözləyir.  Mələklər  də  hər  bir  qapıdan  (Cənnət  qapılarından)  daxil  olub 

(onlara):  “(Dünyada  Allah  yolunda  bütün  çətinliklərə)  səbr  etdiyinizə 

görə  sizə  salam  olsun!  Axirət  yurdu  (Cənnət)  nə  gözəldir!”  – 

deyəcəklər”.  (ər-Rəd  23-24).

 

Allah  onlara  salam  verir:  “Orada  onlar 



üçün  (hər  cür)  meyvə  və  istədikləri  hər  şey  vardır.  Rəhmli  Rəbbdən 

(onlara) “salam” deyiləcəkdir”. (Yəsin 57-58).  

2. Darul Xuld (Əbədiyyət Yurdu) – “Onlar oradan çıxan da deyillər. 



(Cənnətdə  əbədi  qalacaqlar)”.  (əl-Hicr  48).  “Bu,  əlbəttə,  Bizim 

ruzimizdir. O bitməz-tükənməzdir”. (Sad 54).

  

3. Darul Muqamə (İqamət Yurdu) - “Onlar deyəcəklər: “Qəm-qüssəni 



bizdən  uzaq  edən  Allaha  həmd  olsun.  Həqiqətən,  Rəbbimiz 

bağışlayandır,  qədirbiləndir!  Elə  bir  Rəbb  ki,  Öz lütfü  (kərəmi)  ilə  bizi 

(əbədi  qalacağımız)  iqamətgahda  yerləşdirdi.  Orada  bizə  nə  bir 

yorğunluq  üz  verəcək,  nə  bir  məşəqqət  (əziyyət)  toxunacaqdır!”.  (Fatir 

34-35).

  

4. 



Cənnətul  Məva  –  (Mələklər,  şəhidlər  və  müttəqilər  məskəni  olan) 

Məva  cənnəti  onun  yanındadır”.  (ən-Nəcm  15).  Məva  –  sığınacaq, 

dolaşıb  qayıdılan  ev  deməkdir.  Ata,  İbn  Abbas  -  radıyallahu  anhu  – 

deyirlər  ki:  “Məva  –  Cəbrail  və  digər  mələklərə  sığınacaq  olan 

Cənnətdir”.  Mücahid,  əl-Kəlbi  –  rahmətullahi  aleyhi  –  deyirlər  ki: 

“Şəhidlərin  ruhlarının  sığındığı  Cənnətdi”.  Kəb  –  rahmətullahi  aleyhi  – 

deyir  ki:  “Şəhidlərin  ruhlarının  içində  yaşadığı  yaşıl  quşların  olduğu 

Cənnətdir”

137


.  Məva  -  Cənnətin  isimlərindən  biridir.  “Amma  kim 

(Qiyamət  günü)  Rəbbinin  hüzurunda  durmaqdan  qorxmuş  və  nəfsinə 

istəyini  (şəfvəti)  qadağan  etmişsə,  Həqiqətən,  onun  yurdu  Cənnətdir!”. 

                                                        

137

 Qurtubi 17/96.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə